Gnc hri M zizbyov adna 15 nmrli tam
Gəncə şəhəri M. Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin tarix müəllimi Məmmədova Nazilə Akif qızının “Azərbaycan abidələr diyarıdır” mövzusunda perspektiv planlaşdırması.
Mövzu: “Azərbaycan abidələr diyarıdır. ” Standart: 1. 2. 2 -İllüstrasiya, şəkil və sənədli materiallardan istifadə edərək tarixi tədqiqat aparır. 2. 1. 2 -Xəritələrdə Azərbaycan ərazisini və mühüm tarixi abidələri müəyyənləşdirir. 5. 1. 1 -Mədəniyyət abidələrinin əhəmiyyətini izah edir.
Məqsəd: Şagird illüstrasiya, şəkil və sənədli materiallardan istifadə edərək tarixi tədqiqat aparır, insan və cəmiyyətin inkişafı üçün əlverişli təbii-coğrafi amilləri izah edir və mühüm tarixi abidələri xəritədə müəyyənləşdirir, Azərbaycanın maddi mədəniyyət abidələri əhəmiyyətini izah edir, mənəvi dəyərlərini qiymətləndirir.
İnteqrasiya: Ana dili Ədəbiyyat Rəsm Həyat bilgisi Dərsin tipi: İnduktiv
İş formaları: Qruplarla, fərdi Üsullar: Anlayışın çıxarılması, Müzakirə, Esse, Venn diaqramı, T-cədvəli
Resurslar: İllüstrasiya, şəkilli plakatlar, xəritə, iş vərəqləri, kompyuter, elektron lövhə.
Dərsin mərhələləri: 1. Motivasiya, problemli vəziyyətin yaradılması-5 dəq. 2. Tədqiqatın aparilması-15 dəq. 3. İnformasiya mübadiləsi-10 dəq. 4. İnformasiyanın müzakirəsi-4 dəq. 5. Ümumiləşdirmə və nəticə-4 dəq. 6. Ev tapşırığı-3 dəq. 7. Qiymətləndirmə-4 dəq.
Motivasiya-Problemli vəziyyətin yaradılması
Azərbaycan qədim dövlətdir.
Əcdadlarımız dan(ulularımı zdan) xəbər verir
Hər əsrdə inşa olunub, hətta, müasir dövrdə də inşa olunur
Azərbaycan abidələr diyarıdır
Tədqiqat aparılarkən vaxt bildirilir və şagirdlər 4 qrupa bölünür (sinifdəki şagirdlərin sayına əsasən qrup bölgüsü aparılır). Hər qrupa iş vərəqləri paylanır:
İŞ VƏRƏQİ 1 Tarixi abidələrimizin nələrdən xəbər verdiyini müəyyənləşdirin və öz sözlərinizlə kiçik hekayə hazırlayın.
İş vərəqi 2 Tarixi abidələrimizin hansı dilbər guşələrimizdə yerləşdiyini araşdırın və aşağıdakı dairədə qruplaşdırın.
İş vərəqi 3 Yaşadığınız ərazidə hansı tarixi abidələri tanıyırsınız, xoşladığ ınız və xoşlamadığınız abidələri Tcədvəlində qeyd edin. + -
İş vərəqi 4 Müasir dövrdə tikilən tarixi abidələrlə qədim dövrdə tikilən abidələrin fərqli və oxşar cəhətlərini Venn diaqramı ilə qeyd edin
İnformasiya mübadiləsi Qruplar əldə etdikləri və təşkil etdikləri məlumatları digər qruplara təqdim edir. İnformasiyanın müzakirəsi Hər qrupdan əldə olunmuş informasiya digər qruplarla və müəllim tərəfindən müzakirə edilir.
Ümumiləşdirmə və nəticə Nəticədə şagirdlərlə birlikdə tarixi abidələrlə bağlı fikirlər ümumiləşdirilir, tarixi abidələrin harada yerləşməsi və nələrdən xəbər verməsi şərtləri aydınlaşdırılır. Nəticələr fərziyyələrlə müqayisə edilir. Şagirdlər belə bir nəticəyə yönəldilir: Tarixi abidələr bizə ulu əcdadlarımızdan xəbər verir. Ev tapşırığı: Azərbaycan tarixi abidələri haqqında kiçik ESSE yazmaq və şəkillər çəkmək
uplar eyarlar də tədqiqatlar arma ixi abidələr dalama h etmə bəst şərh Qiymətləndirmə I qrup III qrup IV qrup
- Slides: 20