Gnc hri 8L TAM ORTA MKTBN 7 C
Gəncə şəhəri 8№Lİ TAM ORTA MƏKTƏBİN 7 Cİ SİNİF ŞAGİRDİ XELİLOVA AYTACIN BAKI HAQQINDA HAZIRLADIĞI TƏQDİMAT
Bakı Azərbaycanın 1 -ci böyük şəhəri
• • Azerbaycan Respublikasının paytaxtı Bakı — Azәrbaycan Respublikasının paytaxtıdır. Bakı Abşeron yarımadasında, Xәzәr dәnizinin qәrb sahilindә yerlәşir. Sahәsi 2130 km 2, әhalisi tәqribәn 2, 2 milyon nәfәrdir. Bakı şәhәrinin tәrkibinә 12 inzibati rayon, 5 şәhәr tipli qәsәbә vә 32 kәnd daxildir. Şәhәrin mәrkәzi hissәsi Bakı buxtasına pillәli enәn amfiteatrda yerlәşir. Bakının dәniz sahili hissәsi okean sәviyyәsindәn tәqribәn 28 m aşağıdır. Bakı rayonu әrazisindә faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicә әhәmiyyәtli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi quru subtropikdir. Orta temperatur yanvarda 3 -4°C, iyulda isә 25 -26°C-dır. İllik yağıntı 300 mm-dir. Bakı üçün güclü şimal külәyi - xәzri vә cәnub külәyi - gilavar sәciyyәvidir
Bakı
Bakı
Bakımız
İçəri şəhər • Bakı şәhәrinin mәrkәzindә sahәsi 22 ha. olan "İçәri Şәhәr" yerlәşir. "İçәri Şәhәr"dә 50 -dәn çox müxtәlif dövrlәri әhatә edәn tarixi vә memarlıq abidәlәri vardır. Bu günә qәdәr qorunub saxlanmış abidәlәrә Şirvanşahlar Sarayı nı, Qız Qalası nı, Sınıqqala mәscidini misal göstәrmәk olar.
Bakıda Qız qalası Hündürlüyü 32 m, diametri birinci mәrtәbәdә 16, 5 m-dir. Birinci mәrtәbәdә divarın qalınlığı 5 m-ә çatır. Qalanın daxili hissәsi 8 mәrtәbәyә bölünür. Hәr mәrtәbә yоnma daşlarla tikilmiş, günbәz fоrmalı tavanla örtülmüşdür. Qala 1964 -cü ildәn muzey kimi fәaliyyәt göstәrmәyә başlamış, 2000 -ci ildә UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Daşdan hörülmüş bu tavanların оrtasında dairәvi deşiklәr vardır. Deşiklәr şaquli xәtt istiqamәtindәdir. Belә ki, VIII mәrtәbәnin tavanının оrtasında оlan dairәvi deşikdәn baxdıqda birinci mәrtәbәnin döşәmәsini görmәk mümkündür. Qalaya yeganә giriş yоlu оnun qәrb tәrәfindә, yerin әvvәlki sәthindәn 2 m hündürlükdә vә 1, 1 m enindә оlan tağlı qapı yeridir. Azәrbaycanın emblemlәrindәn biri olan Qız qalası Azәrbaycan pul әskinaslarının üstündә dә dәfәlәrlә tәsvir edilmişdir. Son illәrdә Qız qalasında vә onun әtrafndakı meydanda hәr il Novruz bayramı şәnliklәrinin keçirilmәsi әnәnәsi yaranmışdır.
Xəzər Dənizi • Hazırda Xәzәr dәnizi dünyada әn böyük göl hesab olunur. Xәzәr dәnizinin sahәsi dünyadakı bütün göllәrin ümumi sahәsinin 44%-nә bәrabәrdir. 2001 ci ilin ölçmәlәrinә әsasәn, Xәzәrin suyunun sәviyyәsi dünya okeanının sәviyyәsindәn 28 metr aşağıdadır. Xәzәr dәnizinin sәthinin sahәsi 370 000 km²-dәn çoxdur, bu göstәrici daim olaraq dәyişir. Dәnizin sahәsinin dәyişmә diapazonu 10%lә 20% arasındadır. Xәzәr dәnizinә irili-xırdalı 130 çay tökülür. Bu çaylar arasında әsas yeri Volqa çayı tutur. Xәzәrә çaylardan tökülәn su kütlәsinin 90%-i üç çayın payına düşür. Xәzәr dәnizinin şәrq sahilindәn heç bir çay dәnizә tökülmür.
XƏZƏR DƏNİZİ
Hacı Zeynalabdin Tağıyev
Hacı Zeynalabdin Tağıyev • Hacı Zeynalabdin Tağıyev 1823 -cü ildә Bakıda kasıb başmaqçı ailәsindә anadan olmuşdur. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vәfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan tәmkinli vә zәhmәtkeş idi. On yaşında atası onu bir bәnnanın yanına usta kömәkçisi işinә qoyur. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikәn bәnnalıq etmәyә başlamışdı. Bir müddәtdәn sonra Tikinti ustası vә tәşkilatçısı kimi tanınmağa başlayır. Müәyyәn qәdәr vәsait toplayaraq Tağıyev artıq 20 yaşında ev Tikintisi vә daşyonma işlәri tәşkil edir. Özünün sonrakı Tikinti işlәrinә dә şәxsәn nәzarәt edirdi. Tikdirdiyi binalarda, mәsәlәn, özünün yaşadığı binada vә şәxsәn açdırdığı qızlar mәktәbi onun dәsti-xәtti hiss edilir.
Qızlar məktəbi • Qız mәktәbi -1901 -ci il oktyabrın 7 -dә Bakıda böyük xeyriyyәçi Hacı Zeynalabdin Tağıyevin tәşәbbüsü vә maliyyә dәstәyi ilә müsәlman Şәrqindә ilk dünyәvi qız mәktәbi yaradılıb. .
Abşeron yarımadası • Bakı şәhәrindә vә Abşeron yarımadasında insanlar çox qәdim zamanlardan mәskunlaşmış vә burada yaşayış mәntәqәlәri yaratmışlar. Buna sәbәb Bakı şәhәrinin fiziki-coğrafi şәraiti şimaldan-cәnuba, qәrbdәn-şәrqә gedәn miqrasiya vә ticarәt yollarının kәsişmәsi mәrkәzindә yerlәşmәsi, iqlim şәraiti vә әn qәdim zamanlardan yer üzünә çıxan nafta adlanan yanacaq vә enerji sәrvәti olmuşdur. Abşeron әrazisindә tapılmış arxeoloji materiallar Bakının qәdim yaşayış mәskәni olduğunu sübut edir. Pirallahı, Zığ gölü әtrafı, Şüvәlan, Mәrdәkan, Əmircan vә s. yerlәrdә e. ә. III-I-ci minilliklәrә aid arxeoloji materiallar tapılmışdır. Bakının salındığı tarix dәqiq mәlum deyildir.
Azərbaycanda Neft Sənayesi Azərbaycanda neft sənayesi - Azәrbaycanda XX әsrin әvvәllәrindәn başlayaraq inkişaf edәn vә Azәrbaycan Respublikasının iqtisadiyyatında әhәmiyyәtli rolu olan sahә. Neft sәnayesi әsas etibarilә Bakı әtrafında cәmlәşib. Ölkәdә әsil neft bumu XIX әsrin sonu – XX әsrin әvvәllәrinә tәsadüf edir. Hәmin dövrdә Rotşild vә Nobel qardaşları, elәcә dәRusiya imperiyasnın neft sәnayeçilәri Bakı nefti sayәsindә inkişaf edirdi. Sonra isә neft yataqlarının işlәnmәsi vә hasilatı mәsәlәlәrinә Moskvada oturan Partiya funksionerlәri rәhbәrlik edirdilәr. Yalnız 1990 -cı illәrin әvvәllәrindә Azәrbaycan müstәqillik qazandıqdan sonra azәrbaycanlılar öz tәbii ehtiyatlarına sahib çıxa bildilәr.
Azərbaycanın Nefti
Bakıda Neft Akademiyası Universitetin tarixi 1887 -ci ildәn başlayır. 10 noyabr 1887 -ci ildә Bakı şәhәr duması tәrәfindәn Bakıda texniki mәktәbin yaradılması haqqında qәrar çıxarılmışdır. 1896 -cı ildә texniki mәktәb "Bakı aşağı sәviyyәli texniki mәktәbә" çevrilmişdir. 18961905 -ci illәr әrzindә bu mәktәbin mexanika şöbәsi üzrә 50 nәfәr, inşaat şöbәsi üzrә isә 55 nәfәr buraxılışı olmuşdur. 1910 -cu ildә mexanika şöbәsinә neft-texniki vә elektromexanika istiqamәtlәr daxil idi. 1916 -cı ildә mәktәbdә 494 tәlәbә tәhsil alırdı ki, onlardan da 20 nәfәri azәrbaycanlı idi. 1918 -ci ildә mәktәb politexnikum adlandırılmışdır. Politexnikumda neft sәnayesi, elektromexanika vә inşaat–memarlıq şöbәlәri fәaliyyәt göstәrmiş, tәlәbәlәrin sayı 188 nәfәr olmuşdur. Bu dövrdә Azәrbaycanda, aralarında 12 mühәndis olan cәmi 62 nәfәr azәrbaycanlının ali tәhsili olmuşdur. 16 noyabr 1920 -ci ildә Azәrbaycan İnqilab Komitәsinin "Bakıda politexnik institutunun yaradılması haqqında" dekreti elan edildi.
Bakı Olimpiya Kompleksi
Şirvanşahlar Sarayı • Azәrbaycan memarlıq incilәrindәn biri olan Şirvanşahlar Sarayı XV әsrin әvvәllәrindә salınmış, buraya kompleks, saray, divanxana, şirvanşahlar türbәsi, minarәli saray mәscidi, hamam, Seyid Yәhya Bakuvi türbәsi vә sonralar ucaldılmış "Şәrq" divanxanası abidәlәri daxildir. Kompleksin ilk tikililәri 1441 -ci ilә, son "Şәrq" divanxananın tikintisi isә 1558 -ci ilә memar Əmirşaha aid olduğu qeyd edilir
Bak. Ida Mərdəkan qəsəbəsi • Bakının Mәrdәkan qәsәbәsindә qәdim tarixә malik iki qala mövcuddur. Bunlardan biri dörd künclü olub XII-ci әsrdә Şirvanşah Mәnçәhrin oğlu Axsitan tәrәfindәn tikilmiş vә bu qala Axsitanın düşmәn üzәrindәki parlaq qәlәbәsi şәrәfinә ucaldılmışdır. Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2, 10 metr, yuxarıdan isә 1, 60 metrdir. İçәridәn qala 5 yarusa bölünür. 2 -ci qala dairәvidir, yerlilәr bu qalanı Şıx qalası adlandırırlar. Qalanın hündürlüyü 12, 5 metrdir, içәrisi 3 yarusdan ibarәtdir. Qalanın üstündәki yazıdan mәlum olur ki, o, 1232 -ci ildә memar Əbdülmәcid Mәsud oğlu tәrәfindәn tikilmişdir.
Mənim slaydıma baxdığınız üçün sizə təşəkkür edirəm. Ümid edirəm mən bu müsabiqədə qalib gələcəm.
- Slides: 21