Gnc hr A S Pukin adna 9li tam























- Slides: 23
* Gəncə şəhər, A. S. Puşkin adına 9№-li tam orta məktəbin riyaziyyat – informatika müəllimi Əhmədova Durna Abbas qızı
Standart: 2. 3. 1. Bərabərsürətli düzxətli hərəkətdə gedilən yolun zamandan asılılığını, temperaturun Selsi ilə ölçüsünün Farenheyt ilə ölçüsündən asılılığını xətti funksiya şəklində ifadə edir. 4. 1. 1. Eyniadlı kəmiyyətlərin ölçü vahidlərinin birindən digərinə keçir. Təlim nəticəsi: 1) Temperaturun Selsi ilə ölçüsünün Farenheyt ilə ölçüsündən asılılığını xətti funksiya şəklində ifadə edir. 2) Temperaturun Selsi və Farenheyt ölçülərindən birindən digərinə keçir. İş forması: kollektiv, qrupla iş İş üsulu: beyin həmləsi, müzakirə Resurslar: dərslik, iş vərəqləri, termometr, İKT avadanlıqları İnteqrasiya: İnformatika 3. 3. 1.
*MOTİVASİYA Arif soyuqlamışdı. İşdən yenicə gəlmiş ata əlini onun alnına qoyub qızdırmasının yüksək olduğunu dedi. Anası da yoxlamaq üçün əlini Arifin alnına toxundurub onun temperaturunun çox da yüksək olmadığını bildirdi. • Nə üçün ataya elə gəldi ki, Arifin qızdırması yüksəkdir? • Kimin haqlı olduğunu necə dəqiqləşdirmək olar?
Hansı daha istidir? Təchizat: eyniölçülü laboratoriya qabları (3 əd. ), elektrik çaydanı, su. Araşdırmanın gedişi: 1. Qablardan birinə soyuq, o birinə ilıq, üçüncüsünə isti su tökün. 2. Bir əlinizi soyuq, digər əlinizi isə isti su olan qaba daxil edin və 60 -a qədər sayın (a). 3. Əllərinizi qablardan çıxarıb hər ikisini ilıq su olan qaba daxil edin (b). Nəticəni müzakirə edin: Əllərinizi ilıq su olan qaba daxil etdikdə hansı əlinizə su daha isti təsiri bağışladı? Cismin temperaturunu əlinizlə dəqiq təyin edə bilərsinizmi?
Fəaliyyət 1. Temperatur hansı alətlə ölçülür? 2. Bu alətdən necə istifadə edildiyi haqqında bildiklərinizi deyin. 3. Suyun donma və qaynama temperaturu neçə dərəcədir? 4. İnsan bədəninin normal temperaturu neçə dərəcədir? İnsanın temperaturunu ölçərkən termometr 39° C-ni göstərirsə, bu normal temperaturdan nə qədər çoxdur? 5. Havanın temperaturu necə ölçülür? Selsi ( °C ), Farengeyt ( °F )
* Temperaturun ölçülməsi
Cismin qızma (və ya soyuma) dərəcəsini müəyyən edən fiziki kəmiyyət temperaturdur. Temperaturun dəqiq ölçülməsi üçün termometrdən istifadə edilir. Ən çox istifadə olunan termometrlərin iş prinsipi mayelərin istidən genişlənmə xassəsinə əsaslanır. Termometr mayesi olaraq civə və yaxud rənglənmiş spirtdən istifadə edilir. Müasir mayeli termometr ucunda kiçik “maye balonu” olan nazik şüşə borudan ibarətdir (a). Balona civə (yaxud spirt) doldurulur. Termometr isti mühitə gətirildikdə civə istidən genişlənir və balondan çıxaraq boru daxilində yuxarı qalxır. Soyuq mühitə gətirildikdə isə maye sıxılır və borudakı səviyyəsi aşağı düşür.
Bilirsinizmi? Ən sadə termometri XVI əsrdə italyan alimi Q. Qaliley ixtira etmişdir. O, şüşə kürənin (1) dəliyini dar şüşə boruya lehimləyib içərisinə yarısından aşağı su tökür. Borunu çevirərək açıq tərəfini içərisində su olan qaba, məsələn, çaydana (3) daxil edir. Çaydan qızdırılır. Onun içərisindəki su isindikcə borudakı suyun səviyyəsi (2) dəyişir. Bu səviyyənin dəyişməsinə əsasən maddənin isti və ya soyuq olması təyin edilir.
Andres Selsi (1701– 1744) İsveç alimi. İlk termometr şkalasını təklif etmişdir. Mayeli termometr iki istilik hadisəsi – buzun əriməsi və suyun qaynaması əsasında dərəcələnir. Buzun ərimə temperaturu 0° (sıfır dərəcə), suyun qaynama temperaturu 100° (yüz dərəcə) götürülmüşdür. Əvvəlcə termometrin şkalası üzərində bu iki temperatura uyğun nöqtələr qeyd olunur. Sonra həmin nöqtələrarası məsafə 100 bərabər hissəyə bölünür. Hər bir hissə – 1° (bir dərəcə) ilə işarə edilir. Belə termometr şkalasını 1742 -ci ildə İsveç alimi Andres Selsi təklif etmişdir. Alimin şərəfinə həmin termometr şkalası Selsi şkalası adlanır. Temperatur t hərfi ilə işarə edilir və ölçü vahidi “°C ” (dərəcə selsi) qəbul olunur. Belə termometrin üzərində onun ölçü vahidi yazılır. Biz temperatur ölçmələrində Selsi şkalası ilə dərəcələnən termometrlərdən istifadə edirik. Termometrdən istifadə edərkən onun maye olan balonu temperaturu ölçülən mühitdə yerləşdirilir, orada bir qədər saxlanılır və sonra göstəricisi qeyd edilir.
Farengeyt – 1724 -cü ildə alman fiziki Daniel Qabriel Farengeyt (16861736) tərəfindən irəli sürülmüş istilik ölçü vahididir. XX əsrin 60 -70 -ci illərinə qədər ingilisdilli ölkələrdə geniş istifadə edilsə də, sonradan Selsi şkalasının populyarlıq qazanması ilə istifadədən çıxmışdır. Hazırda yalnız ABŞ, Kayman adaları və Belizdə geniş istifadə edilir. Farengeyt şkalasına görə normal atmosfer təzyiqində suyun donma temperaturu +32 °F, qaynama temperaturu isə +212 °F təşkil edir. Farengeyt şkalası üzrə 1 dərəcə bu iki temperatur göstəricisi arasındakı fərqin 1/180 -ə bərabərdir. Farengeyt şkalasının 1 dərəcəsi Selsi şkalasında 5/9 dərəcəyə bərabərdir.
Farenheyt şkalası (1714) F 212 0 96 0 Suyun qaynama temperaturu İnsanın bədən temperaturu 180 0 32 0 64 0 32 0 Buzun ərimə temperaturu 32 0 00 Bərabər nisbətdə qarışdırılmış su və xörək duzunun donma temperaturu
Maye termometrlər Selsi şkalası (1742) 100ºС - Suyun qaynama temperaturu 0 ºС – Suyun donma - temperaturu
Maye termometrlər Farenheyt şkalası(1714 ) 212ºF-Suyun qaynama temperaturu 96ºF-İnsanın bədən temperaturu 32ºF-Buzun ərimə temperaturu 0ºF-Bərabər nisbətdə qarışdırılmış su və xörək duzunun donma temperaturu
0 С F 100 0 С 212 0 Suyun qaynaması Suy un qızd ırıl ma sı ? Buzun əriməsi 32 0 Buz un q ı zdır ılma sı 0 0 С τ
Tədqiqat sualı Temperaturun Selsi və Farenheyt ölçüləri arasındakı asılılığı xətti funksiya şəklində necə ifadə etmək olar?
Temperatur, əsasən, dərəcə Selsi (0°) ilə, bəzən isə Farenheyt (0°) ilə də ölçülür. ABŞ və İngiltərədə istifadə edilən termometrlərin şkalası isə Farenheyt dərəcə t. F (℉) vahidi ilə dərəcələnmişdir. Farenheyt şkalasına görə buzun ərimə temperaturu 32℉, suyun qaynama temperaturu isə 212°F uyğundur. Selsi və Farenheyt temperaturları arasında əlaqə şəkil 1 də təsvir olunmuşdur. Temperaturun bu iki ölçü vahidləri arasında əlaqə vardır: *
Suyun və havanın temperaturunun ölçülməsi Təchizat: içərisində soyuq, ilıq və isti su olan üç qab, termometr Araşdırmanın gedişi: 1. Termometr şkalasının bir bölgüsünün qiymətini və ölçü hədlərini təyin edin. 2. Sinif otağının temperaturunu ölçün. 3. Qablardakı suların temperaturlarını ölçün və nəticələri cədvəldə qeyd edin. 4. Aldığınız nəticələri Farenheytə çevirin. Termometrin ölçü hədləri Termometrin bir bölgüsü yuxarı aşağı Otağın İsti suyun İlıq suyun İsti suyun temperaturu to tis til ts
Şəkildə təsvir olunan termometrlərin bir bölgüsünün qiymətini və hansı temperaturu göstərdiklərini təyin edin və nəticələri Farenheytlə ifadə edin.
Kalkulyator vasitəsilə bərabərlikləri tamamlayın. a) 32° C = ? F; b) 70° C = ? F; c) 99° F = ? C; ç) 159° F = ? C.
* Yuxarı sağ küncdəki hiperkeçiddən istifadə etməklə aşağıdakı şəkildə verilmiş müxtəlif obyektlərin Selsi ilə verilmiş temperatur göstəricilərini Farenheytlə ifadə edin. . ?
Nə öyrəndiniz Cisimlərin __ ölçmək üçün __ istifadə olunur. Məişətdə ən çox istifadə edilən termometrin iş prinsipi mayenin __ xassəsinə əsaslanmışdır. Onun __ suyun qaynama və buzun ərimə temperaturları əsasında həyata keçirilmişdir. Termometrin bu üsulla hazırlanan şkalası __ adlandırılmişdır. 1. Məişətdə ən çox istifadə etdiyiniz termometrin əsas hissələri nədən ibarətdir? 2. Termometr hansı üsulla dərəcələnmişdir? 3. Şəkildə təsvir olunan fasad termometrinin göstəricilərini təyin edin. 4. Temperaturun Selsi və Farenheyt ölçüləri arasında hansı asılılıq var?
*Diqqətinizə görə minnətdaram