Gnc hr A S Pukin adna 9 li

  • Slides: 24
Download presentation
Gəncə şəhər, A. S. Puşkin adına 9 № - li tam orta məktəbin Coğrafiya

Gəncə şəhər, A. S. Puşkin adına 9 № - li tam orta məktəbin Coğrafiya müəllimi Bayramova Afayət “Meşələr bizim sərvətimizdir, bu sərvəti qoruyaq”

Təbiət Allah tərəfindən yaradılıbdır. Onu qorumaq isə bizim müqəddəs vəzifəmizdir. Təbiətin ölkəmizə bəxş etdiyi

Təbiət Allah tərəfindən yaradılıbdır. Onu qorumaq isə bizim müqəddəs vəzifəmizdir. Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq, üzərimizə düşən başlıca vəzifələrdəndir.

Azərbaycan təbiəti zəngin bir muzeydir. Burada mövcud 11 iqlim qurşağından 9 - nun olması

Azərbaycan təbiəti zəngin bir muzeydir. Burada mövcud 11 iqlim qurşağından 9 - nun olması onu daha zəngin və rəngarəng edib. Təbiətin Azərbaycana bəxş etdiyi zəngin yerüstü və yeraltı sərvətlər xalqımızın tarixində müstəsna rol oynamış, bu torpağın füsünkar təbiəti nadir istedad sahibi olan böyük sənətkarların ilham mənbəyi olmuşdur.

2011 -ci il Beynəlxalq meşələr ili elan olunmuşdur. 21 Mart – Meşələr günüdür.

2011 -ci il Beynəlxalq meşələr ili elan olunmuşdur. 21 Mart – Meşələr günüdür.

Böyük şairimiz Bəxtiyar Vahabzadə şeirlərinin birində Azərbaycanın təbiətini belə təsvir etmişdir: Həm yerin, həm

Böyük şairimiz Bəxtiyar Vahabzadə şeirlərinin birində Azərbaycanın təbiətini belə təsvir etmişdir: Həm yerin, həm göyün sirrini aşkar, Oxudum bir gülün ləçəklərindən. Böcəklər, çiçəklər, güllər, arılar, Kim deyir ayrıdır bir-birindən. Eşqdir yaşadan təbiəti də Çiçəklər torpağın min bir rəngidir, Böcəklə çiçəyin məhəbbəti də Ana təbiətin öz ahəngidir.

Biz iqtisadi cəhətdən möhkəmlənmişik. Azərbaycanın uğurlu iqtisadi inkişafı artıq gerçəkdir, faktdır və gələcəkdə bizə

Biz iqtisadi cəhətdən möhkəmlənmişik. Azərbaycanın uğurlu iqtisadi inkişafı artıq gerçəkdir, faktdır və gələcəkdə bizə böyük imkanlar gətirəcəkdir. Ancaq insanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su bütün bunlara biz çox böyük diqqət göstərməliyik. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin,

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Ölkəmizin meşə ehtiyatının 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionunun, 15%-i Talış zonasının

Ölkəmizin meşə ehtiyatının 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionunun, 15%-i Talış zonasının və 2%-i Aran zonasının payına düşür. Azərbaycanda adambaşına 0, 15 ha meşə sahəsi düşür. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilmişdir.

Meşələr bir növ rütubət toplayıcısı rolunu oynayır və düzənliklərə suyun paylanmasını tənzimləyir, onu nisbətən

Meşələr bir növ rütubət toplayıcısı rolunu oynayır və düzənliklərə suyun paylanmasını tənzimləyir, onu nisbətən tarazlaşdırır. Bununla yanaşı, meşələr dağlıq rayonlarda torpaq sürüşməsi və dağ uçqunlarının qarşısını alır.

Alimlər hesablamışlar ki, ağcaqayın, yabanı armud və digər bir sıra ağacların yaşıl yarpağının hər

Alimlər hesablamışlar ki, ağcaqayın, yabanı armud və digər bir sıra ağacların yaşıl yarpağının hər kiloqramı 15 nəfər adamı öldürə biləcək benzolu tutub saxlayır.

Ölkənin “Qırmızı kitab”ına əsasən nəsli kəsilməkdə olan nadir endemik və relikt ağacları daxil edirlər.

Ölkənin “Qırmızı kitab”ına əsasən nəsli kəsilməkdə olan nadir endemik və relikt ağacları daxil edirlər.

Eldar şamının təbii yayılma arealı «Ellər oyuğu» adlanan sahədir. Kəlbəcərdə təbii “Ayı fındığı” meşəsi

Eldar şamının təbii yayılma arealı «Ellər oyuğu» adlanan sahədir. Kəlbəcərdə təbii “Ayı fındığı” meşəsi var.

Respublikanın ən çox torpaq eroziyasına məruz qalan bölgəsi - Şəki -Zaqatala zonasıdır. Respublikada ən

Respublikanın ən çox torpaq eroziyasına məruz qalan bölgəsi - Şəki -Zaqatala zonasıdır. Respublikada ən əlverişli meşəbitmə şəraiti Talış bölgəsindədir.

Meşələr bitkiləri, torpağı, su hövzələrini, yolları, yaşayış məntəqələrini, abidələri təbii amillərin zərərli təsirindən qoruyur,

Meşələr bitkiləri, torpağı, su hövzələrini, yolları, yaşayış məntəqələrini, abidələri təbii amillərin zərərli təsirindən qoruyur, mikroiqlimi dəyişir, quru, isti, güclü küləklərin təsirini azaldır. Meşələr dərə, yarğan və hərəkət edən qumları bərkidir, qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır, buxarlanmanı zəiflədir, qrunt sularının səviyyəsini endirir.

Bütün bunlarla yanaşı, meşələrin təbiətdə ən böyük rolu - hər hektarın il ərzində 10

Bütün bunlarla yanaşı, meşələrin təbiətdə ən böyük rolu - hər hektarın il ərzində 10 -20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac etməsidi. 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur, bu da 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir.

Sevimli şairimiz Tofiq Mütəllibov öz şeirində insanlara səslənərək təbiəti qorumağa çağırmışdır: Gözü intizarda hər

Sevimli şairimiz Tofiq Mütəllibov öz şeirində insanlara səslənərək təbiəti qorumağa çağırmışdır: Gözü intizarda hər axşamsəhər, Təbiət haqq-hesab istəyir bizdən. Bu gün bacalardan çıxan tüstülər, Sabah çıxacaqdır əsəbimizdən.

Məhəmməd Peyğəmbərin bir hədisində deyilir: yaxın əsabələrinin biri soruşur: nə edək ki, savab yükümüz

Məhəmməd Peyğəmbərin bir hədisində deyilir: yaxın əsabələrinin biri soruşur: nə edək ki, savab yükümüz bir az da ağır gəlsin? Peyğəmbər Əleyhissalam cavab verir: ömrünüzə bir gün qaldığını bilsəniz də yenə ağac əkin, ən böyük savab ondadır.

Dünya ədəbiyyatının korifeylərindən olan, Azərbaycan xalqının dahi şairi və mütəfəkkiri N. Gəncəvinin bu nəsihətlərini

Dünya ədəbiyyatının korifeylərindən olan, Azərbaycan xalqının dahi şairi və mütəfəkkiri N. Gəncəvinin bu nəsihətlərini unutmayaq: Böyük bir ağaca mişar çəkmə sən, Zöhhak bunun üçün düşdü təxtindən. *** Torpağa mərhəmət gərəkdir, inan, Lütf etsən gül verər, zülm etsən tikan.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə siyasətini Meşələrin İnkişafı Departamenti vasitəsi ilə həyata keçirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə siyasətini Meşələrin İnkişafı Departamenti vasitəsi ilə həyata keçirir. Bu gün ekoloji problemlərin həlli bəşəriyyətin, böyükdən kiçiyə qədər hamının bu işə cəlb olunmasını tələb edir. Heç kimin bu problemdən kənarda qalmağa mənəvi haqqı yoxdur. Bizim gələcək nəslimizə yaşıllıq, təmiz su, yerdəki bütün gözəlliklər lazımdır. Doğma yurdun təbiətini, onun flora və faunasını qorumaq, yaşıllıq yaratmaq, ağac əkmək və becərmək kimi vərdişlər uşaqlara kiçik yaşlarından aşılanmalıdır.

Əli baltalılar ayaq saxlasın, Yaşını kəsənlər başını kəsər. Qurudar suyunu gen dərələrin, Yazını, yayını,

Əli baltalılar ayaq saxlasın, Yaşını kəsənlər başını kəsər. Qurudar suyunu gen dərələrin, Yazını, yayını, qışını kəsər. Qışda qarı yağmaz, yazda yağışı, Naləsi kamana, neyə çəkilər. Bir parça yaşıllıq görmək istəsə, Yağlı əppək olub, göyə çəkilər. Qaynar çeşmələri duru saxlamaq, İşığı qorumaq, nuru saxlamaq, Yer üstə ocağı, piri saxlamaq, İnsanın ən böyük cavabdehliyi, Bəşərin ən böyük dərdi-səridi. Allahı qoruyar şahı qoruyan, Təbiət Allahın şah əsəridi !!!

Yenə təbiətlə üz-üzəyəm mən, Döş-döşə, baş-başa, göz-gözəyəm mən. Çıxmışam dünyanın adiliyindən, Gözəllik adlanan möcüzəyəm

Yenə təbiətlə üz-üzəyəm mən, Döş-döşə, baş-başa, göz-gözəyəm mən. Çıxmışam dünyanın adiliyindən, Gözəllik adlanan möcüzəyəm mən. Belə duymamışdım gözəllikləri, Dünyaya gəldiyim gündən bəridi. Bir səs dalğalandı qulaqlarımda : -Təbiət Allahın şah əsəridi !

TƏKLİFLƏRİM n n n Təbii sərvətlərin qorunması ilə bağlı tərbiyə işi aparılsın. Bu məqsədlə

TƏKLİFLƏRİM n n n Təbii sərvətlərin qorunması ilə bağlı tərbiyə işi aparılsın. Bu məqsədlə bitki və heyvanat aləminin əhəmiyyətini izah etmək, təbiətə qarşı mərhəmətli və qayğıkeş olmaq hissini aşılamaq lazımdır. Evdə heç nəyi sındırmaq olmadığı kimi, təbiətdə də heç nəyi sındırmaq olmaz fikrini kiçik yaşlarından məktəbliyə öyrətmək lazımdır. Yalnız bu yolla yaşadığımız aləmi sağlamlaşdıra, həyat üçün təhlükəsiz edə bilərik. Ətraf aləmi məhv etsək özümüz də məhv olarıq. Dostlar, ətrafınızı təmiz saxlayın ! Çünki, təbiətə atdığınız bir zibil ikiqat zərərlə sizə qayıda bilər. Təbiəti qoruyun ! Təbiəti qorumaq mənim, sənin - hamının borcudur !

İstifadə olunmuş ədəbiyyat n n B. Budaqov, Y. Qəribov, Ş. Hümbətova Azərbaycan Respublikasının fiziki

İstifadə olunmuş ədəbiyyat n n B. Budaqov, Y. Qəribov, Ş. Hümbətova Azərbaycan Respublikasının fiziki coğrafiyası. VIII sinif. Bakı, 2011. Təbiət ziyan vuranları cəzalandırır, Azərbaycan. 2006. Q. Əhmədov. Ekologiya sağlam həyat tərzinin vacib şərtidir. Azərbaycan. 2006. Həsənov X. N. Təbiət haqqında düşüncələr. Bakı. Azərnəşr, 1992.