GLN BRLKD YRNK CORAFYA Culian Sxurlar v torpaq
GƏLİN BİRLİKDƏ ÖYRƏNƏK COĞRAFİYA
Culian Ş. Süxurlar və torpaq : ingiliscədən tərcümə. – Bakı : TEAS Press Nəşriyyat evi, 2015. – 32 s. – (Tədqiqat). Oxuculara təqdim olunan bu kitab ilk dəfə 2008 -ci ildə Böyük Britaniyanın «Capstone Global Library» nəşriyyatı tərəfindən «Rocks and Soil» adı ilə nəşr olunub. Torpağın və süxurların xüsusiyyətlərini izah edən kitab «Capstone Global Library» orijinalları əsasında TEAS Press nəşriyyat evində tərcümə olunaraq çapa hazırlanıb. Kitabın sonunda verilmiş «İzahlı lüğət» və «İndeks» adlı köməkçi aparat kitabdan istifadəni asanlaşdırır.
Labrek E. Adalar : ingilis dilindən tərcümə. - B. : Teas Press Nəşriyyat evi, 2015. – 32 s. – (Yerin relyefini öyrənirik). - Üç alma TEAS Press Nəşriyyat evinə məxsus əmtəə nişanıdır. Kitabda relyef formaları haqqında, adaların növləri haqqında oxucuya məlumat verilir. Bu kitab ilk dəfə 2014 -cü ildə Böyük Britaniyanın «Capstone Global Library» nəşriyyatı tərəfindən «İsland» adı ilə nəşr olunmuşdur. Adaların necə və harada yaranması, onların bitki və heyvanlar aləmi barədə ətraflı məlumatı əks etdirən kitab Capstone Global Library» nəşriyyyatının orijinalı əsasında TEAS Press Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb.
Labrek E. Dərələr: ingilis dilindən tərcümə. – Bakı : TEAS Press Nəşriyyat evi, 2015. – 32 s. – (Yerin relyefini öyrənirik). Açıq havada, təbiətin qoynunda olarkən dönüb ətrafınıza baxın. Bu zaman təpələri, sıldırım qayaları, dərələri və ya mağaraları görəcəksiniz. Yer kürəsi təbii relyef formalarından ibarətdir. Bu kitabda dərələr haqqında öyrənəcəyik. Oxuculara təqdim olunan bu kitab ilk dəfə 2014 -cü ildə Böyük Britaniyanın «Capstone Global Library» nəşriyyatı tərəfindən «Valleys» adı ilə nəşr olunub. Kitabın sonunda verilmiş «İzahlı lüğət» və «İndeks» adı altında verilmiş köməkçi aparat kitabdan istifadəni asanlaşdıracaq. Bu seriyadan olan kitablar haqqında verilmiş məlumat isə Sizə gələcək mütaliənizi planlaşdırmağa imkan verəcək.
Labrek E. Mağaralar: ingilis dilindən tərcümə. – Bakı : TEAS Press Nəşriyyat evi, 2015. – 32 s. – (Yerin relyefini öyrənirik). Mağaralar yer altında yaranan oyuqlardır. Onlar milyon illər ərzində formalaşır. Avstraliyadakı Mavi dağlarda yerləşən Cenolan mağarası dünyanın ən qədim mağaralarındandır. Onun 340 milyon il yaşı var. Bu o deməkdr ki, Cenolan mağarası dinozavrlardan da yaşlıdır! Mağaraların necə və harada yaranması, onların bitki və heyvanlar aləmi barədə ətraflı məlumatı əks etdirən kitab «Capstone Global Library» nəşriyyatının orijinalları əsasında TEAS Press nəşriyyat evində tərcümə olunaraq çapa hazırlanıb. Kitabın sonunda «İzahlı lüğət» və İndeks adlı köməkçi aparat verilib və bu seriyaya daxil olan kitablar haqqında məlumat yerləşdirilib.
Oksleyd K. Dağlar: ingilis dilindən tərcümə. – Bakı : TEAS Press Nəşriyyat evi, 2015. – 32 s. – (Yerin relyefini öyrənirik). Dağlar səthdən hündürlüyə doğru ucalan relyef formasıdır. Dağların necə və harada yaranması, onların bitki və heyvanlar aləmi barədə ətraflı məlumatı əks etdirən bu kitab ilk dəfə 2014 -cü ildə Böyük Britaniyanın «Capstone Global Library» nəşriyyatı tərəfindən «Heinemann Library» əmtəə nişanı altında «Mountains» adı ilə nəşr olunub. Kitab həmin nəşriyyatın orijinalları əsasında TEAS Press nəşriyyat evində tərcümə olunaraq çap olunub. Kitabın sonunda «İzahlı lüğət» və kitabdan istifadəni asanlaşdırmaq üçün «İndeks» adı altında köməkçi aparat verilib. Eyni zamanda bu seriyadan olan kitablar haqqında məlumat yerləşdirilib.
Oksleyd K. Vulkanlar: ingiliscədən tərcümə. – Bakı : TEAS Press Nəşriyyat evi, 2015. – 32 s. – (Yerin relyefini öyrənirik). Yerin daxilindən isti, maye halında olan süxurların yerin səthinə püskürməsi zamanı vulkan əmələ gəlir. Oxuculara təqdim olunan bu kitab ilk dəfə 2014 cü ildə Böyük Britaniyanın «Capstone Global Library» nəşriyyatı tərəfindən «Volcanoes» adı ilə nəşr olunub və vulkanların necə və harada yaranması barədə ətraflı məlumatı əks etdirir. Kitabın sonunda «İzahlı lüğət» lə yanaşı kitabdan istifadəni asanlaşdıran «İndeks» adlı köməkçi aparat da verilib və bu seriyadan olan kitablar haqqında məlumat yerləşdirilib.
BÖYÜK PİŞİKLƏR
Simson F. Bəbirin həyat dövrü : hadisələrin ardıcıllığı və söz arası. – Bakı : TEAS Press Nəşriyyat evi, 2015. – 32 s. - (Böyük pişiklər). Bilirsənmi? İndiyə qədər ən yaşlı sayılan bəbir Polşadakı Varşava zooparkında yaşamış Berti adlı dişi bəbir olub. Qeydə alınan ən yaşlı erkək bəbir isə Bertinin Varşava zooparkındakı yoldaşı Sezar olub. O, 23 yaşında ölüb. Bəbirlərin doğulduğu gündən bütün həyatını qısa və aydın şəkildə təsvir edən bu kitab «Capstone Global Library» orijinalları əsasında TEAS Press nəşriyyat evində tərcümə olunaraq çapa hazırlanıb. Kitabda mətnləri izah edən «İzahlı lüğət» və «Böyük pişiklər» seriyasından olan kitablar haqqında məlumat verilir.
Simson F. Böyük pişiklər kəllə-kəlləyə: müqayisə və qarşılaşdırma : ingiliscədən tərcümə. – Bakı : «TEAS Press» Nəşriyyat evi, 2015. – 32 s. Oxuculara təqdim olunan bu kitab ilk dəfə 2014 -cü ildə Böyük Britaniyanın «Capstone Global Library» nəşriyyatı tərəfindən «Big Cats Head to Head : A Compare and Contrast Text» adı altında nəşr olunub. Böyük pişiklər fəsiləsinin bütün xüsusiyyətlərini müqayisəli şəkildə izah edən kitab «Capstone Global Library» orijinalları əsasında TEAS Press nəşriyyat evində tərcümə olunaraq çap olunub.
Simson F. Hepardları necə xilas edək? : Problem və həlli yolu. - Bakı : TEAS Press Nəşriyyat evi, 2015. – 32 s. - (Böyük pişiklər). Əziz dost! Sözsüz ki, sən təbiəti və heyvanları sevirsən. Lakin heyvanların həyatının təhlükədə olduğu haqqında yəqin ki, məlumatın yoxdur. Biz sənə deyək ki, 100 il bundan əvvəl təbiətdə 100 min hepard vardısa, təxminən 30 il bundan əvvəl bu rəqəm 25 000 -dən aşağı olub. Bu gün təbiətdə 10000 hepardın qaldığı güman olunur, lakin bu rəqəmin 5 000 -ə qədər azala biləcəyi istisna olunmur. Buna görə də 1988 -ci ildə Hepardları Xilasetmə Fondu (HFX) yaradılmışdır. Dünyada hepardların nəslinin kəsilməsi və bu problemin həlli yollarından bəhs edən bu kitab «Capstone Global Library» orijinalları əsasında TEAS Press nəşriyyat evində tərcümə olunaraq çapa hazırlanıb. Kitabda mətnləri izah edən izahlı lüğət verilib. «Böyük pişiklər» seriyasından olan kitablar haqqında məlumat və kitabdan istifadəni asanlaşdıran «İndeks» adı altında köməkçi aparat yerləşdirilib.
Simson F. Pələnglər haqqında hər şey : Təsviri mətn : ingilis dilindən tərcümə. - Bakı : TEAS Press Nəşriyyat evi, 2015. – 32 s. (Böyük pişiklər). Pələng Asiya xalqlarının mədəniyyətində çox məşhurdur. O, vəhşi heyvanların şahı hesab edilir və adətən, hakimiyyət rəmzi sayılır. Pələng Hindistan, Banqladeş, Malayziya və Cənubi Koreyanın milli simvolu kimi məşhurdur. Oxuculara təqdim olunan bu kitab ilk dəfə 2014 -cü ildə Böyük Britaniyada «All About Tigres: A Description Text» adı altında nəşr olunub. Pələnglər haqqında qısa məlumatları sadə dillə əks etdirən bu kitab «Capstone Global Library» orijinalları əsasında TEAS Press nəşriyyat evində tərcümə olunaraq çap edilmişdir. Kitabda mətnləri izah edən izahlı lüğət, «Böyük pişiklər» seriyasından olan kitablar haqqında məlumat verilmişdir.
Simson F. Şirlərin məskəni təhlükə altında : Səbəb və nəticə : ingilis dilindən tərcümə. - B. : TEAS Press Nəşriyyat evi, 2015. – 32 s. - (Böyük pişiklər). Əvvəllər şirlərə dünyanın çox yerində rast gəlmək olurdu. Min illər bundan əvvəl şirlər insanlardan sonra Yer kürəsinin ikinci ən geniş yayılmış sakinləri idi. Bu gün isə şirlər təhlükə altındadır. Niyə? Təbiətdə şirlərin sayının azalması və onların məskənlərinin məhv olması arasında əlaqədən bəhs edən bu kitab «Capstone Global Library» orijinalları əsasında TEAS Press nəşriyyat evində tərcümə olunaraq çapa hazırlanıb. Kitabda mətnləri izah edən izahlı lüğət verilib. «Böyük pişiklər» seriyasından olan kitablar haqqında məlumat verilir.
Royston A. Çaylarda qida zənciri : ingilis dilindən tərcümə. – Bakı : «TEAS Press» Nəşriyyat evi, 2015. – 32 s. Çayların mənbəyi dağlardan axan sulardır. Çaylarda çoxlu heyvanlar yaşayır, müxtəlif bitkilər bitir. Kitabda yaşamaq üçün onların birbirinə necə ehtiyacı olduğunu öyrənəcəksiniz. Kitab ilk dəfə 2014 -cü ildə Böyük Britaniyanın «Capstone Global Library» nəşriyyatı tərəfindən «River Food Chains» adı altında nəşr olunub. Dünyadakı çaylarda olan qida zəncirləri və şəbəkələir barədə geniş məlumatı əks etdirən kitab həmin nəşriyyatın orijinalları əsasında TEAS Press nəşriyyat evində tərcümə olunaraq çapa hazırlanıb. Kitabın sonunda «İzahlı lüğət» lə yanaşı kitabdan istifadəni asanlaşdırmaq üçün «İndeks» adı altında köməkçi aparat da verilib.
Royston A. Çöllərdə qida zənciri : ingilis dilindən tərcümə. – Bakı : TEAS Press Nəşriyyat evi, 2015. – 32 s. – (Qida zəncirləri və şəbəkələri). Bütün canlıların hərəkət etmək və həyatda qala bilmək üçün enerjiyə ehtiyacı var. Onlar bu enerjini yedikləri qida vasitəsilə təmin edir. Qida zənciri bitkilərlə heyvanlar arasında sıx qida bağlılığını göstərir. Oxuculara təqdim olunan bu kitab ilk dəfə 2014 -cü ildə Böyük Britaniyanın «Capstone Global Library» nəşriyyatı tərəfindən «Grassland Food Chains» adı altında nəşr olunub. Dünyadakı çöllərdə olan qida zəncirləri və şəbəkələir barədə geniş məlumatı əks etdirən kitab «Capstone Global Library» orijinalları əsasında TEAS Press nəşriyyat evində tərcümə olunaraq çapa hazırlanıb. Kitabın sonunda «İzahlı lüğət» lə yanaşı kitabdan istifadəni asanlaşdırmaq üçün «İndeks» adı altında köməkçi aparat verilib və bu seriyadan olan kitablar haqqında məlumat yerləşdirilib.
Royston A. Dağlarda qida zənciri : ingiliscədən tərcümə. – Bakı : TEAS Press Nəşriyyat evi, 2015. – 32 s. – (Qida zəncirləri və şəbəkələri). Dağlar dünyanın ən yüksək əraziləridir. Ən yüksək nöqtəsi Everest zirvəsidir. O, Himalay dağlarında yerləşir. Everestin hündürlüyü 8 848 m -dir. Dağlar və orada məskunlaşan heyvanların qidalanması haqqında başqa məlumat almaq istəyirsənsə, bu kitabı oxu! Sənə təqdim olunan bu kitab ilk dəfə 2014 -cü ildə Böyük Britaniyada «Mountain Food Chains» adı altında nəşr olunub. Dünyadakı dağlarda olan qida zəncirləri və şəbəkələri barədə geniş məlumatı əks etdirən bu kitab «Capstone Global Library» nəşriyyatının orijinalları əsasında TEAS Press nəşriyyat evində tərcümə olunaraq çap olunmuşdur. Kitabın sonunda «İzahlı lüğət» , kitabdan istifadəni asanlaşdırmaq üçün «İndeks» adlı köməkçi aparat və bu seriyadan olan kitablar haqqında məlumat yerləşdirilib.
Royston A. Okeanlarda qida zənciri : ingilis dilindən tərcümə. – Bakı : TEAS Press Nəşriyyat evi, 2015. – 32 s. – (Qida zəncirləri və şəbəkələri). Dostum, sən elə bilirsən ki, okeanlar elə sadəcə sudan ibarətdir? Əsla yox! Suyun dərinliklərinə daldıqca heyrətamiz bir dünya ilə qarşılaşırıq. Okean nəhəng və dərindir. Heyvanat aləmilə zəngindir. Bu heyvanlar necə qidalanır? Kitab bu suala ətraflı cavab verir. Oxuculara təqdim olunan bu kitab ilk dəfə 2014 cü ildə Böyük Britaniyada «Ocean Food Chains» adı altında nəşr olunub. Kitab dünyadakı okeanlarda olan qida zəncirləri və şəbəkələri barədə geniş məlumatı əks etdirir. Kitabın sonunda “İzahlı lüğət” və kitabdan istifadəni asanlaşdırmaq üçün «İndeks» adı altında köməkçi aparat da verilib. Eyni zamanda bu seriyadan olan kitablar haqqında məlumat yerləşdirilib.
Royston A. Səhralarda qida zənciri : ingilis dilindən tərcümə. – Bakı : TEAS Press Nəşriyyat evi, 2015. – 32 s. – (Qida zəncirləri və şəbəkələri). Səhralar dünyada ən quraq iqlimə malik ərazilərdir. Səhrada çoxlu heyvan yaşayır. Bu kitabda həmin heyvanların necə qidalanması və həyat uğrunda mübarizələri barədə məlumat verilir. Oxuculara təqdim olunan bu kitab ilk dəfə 2014 -cü ildə Böyük Britaniyanın «Capstone Global Library» nəşriyyatı tərəfindən «Desert Food Chains» adı altında nəşr olunub və «Capstone Global Library» orijinalları əsasında TEAS Press nəşriyyat evində tərcümə olunaraq çapa hazırlanıb. Kitabın sonunda «İzahlı lüğət» lə yanaşı kitabdan istifadəni asanlaşdırmaq üçün «İndeks» adı altında köməkçi aparat da verilib. Və bu seriyadan olan kitablar haqqında məlumat yerləşdirilib.
Royston A. Tropik meşələrdə qida zənciri : ingilis dilindən tərcümə. – Bakı : TEAS Press Nəşriyyat evi, 2015. – 32 s. – (Qida zəncirləri və şəbəkələri). Oxuculara təqdim olunan bu kitabda Amazon meşələrində, Cənub-Şərqi Asiyada yaşayan heyvanların qida mənbələri haqqında məlumat verilir. Kitab ilk dəfə 2014 -cü ildə Böyük Britaniyanın «Capstone Global Library» nəşriyyatı tərəfindən «Rainforest Food Chains» adı altında nəşr olunub. Kitabın sonunda «İzahlı lüğət» lə yanaşı kitabdan istifadəni asanlaşdırmaq üçün «İndeks» adı altında köməkçi aparat da verilib. Və bu seriyadan olan kitablar haqqında məlumat yerləşdirilib.
Afrika safarisi : Afrikanın vəhşi təbiət aləminə səyahət : Beş ədəd möhtəşəm üçölçülü panoramlarla. – Çin: Zebra qroup, 2011. - 30 s. Bu kitab sizə Afrikanın vəhşi təbiətinə virtual səyahət etməyə imkan verəcək. Siz Afrikanın vəhşi heyvanları ilə onların təbii yaşam mühitində tanış olacaqsınız. Hər birinin unikal sakinləri olan tropik meşə, savanna, çay, göl və səhralar öz sirlərini sizinlə bölüşəcək. Maraq doğuran faktlarla, aydın izahlar və parlaq illüstrasiyalarla zəngin olan bu kitab valehedici və cəlbedici vəhşi Afrika təbiəti üzrə sizin bələdçiniz olacaq.
Dünyanın atlası : dünyanı bükülən yeddi xəritə vasitəsilə kəşf et. – Kitab səni Yer kürəsinin bütün cəhətlərinə, qitələrinə səyahətə aparacaq. Çox maraqlıdır!!! Sən burada bütün qitələrin xalqları, onların mədəniyyəti, yaşam tərzi, coğrafi mövqeyi və heyvanlar aləmilə tanış olacaqsan.
Yer planeti : Ecazkar planetimiz üzrə səyahət : beş ədəd möhtəşəm üçölçülü panoramlarla. – Çin : Zebra Qroup, 2011 – 31 s. Kitab gənc oxucunun qarşısında Yer haqqında elmin ecazkar dünyasını açır. Yer – kainatdakı yeganə canlı planetdir. Bəs bizim planetimiz necə qurulub və onu xüsusi edən nədir? Yeri formalaşdıran böyük qüvvələri – vulkanları, okeanları, atmosferi və buzu tədqiq edərək, biz onların Yer üzünə, onun iqlimi və tarixinə necə təsir göstərdiyini öyrənəcəyik. Möhtəşəm fotoşəkillər və illüstrasiyalar, sözün əsl mənasında, insanı heyran edən mənzərə yaradır, elmi fakt və izahlar isə dramatiklik və bilik arasında incə balans formalaşdırır.
Kainatın atlası : gənc astronavtın illüstrasiyalı soraq kitabçası / mətnin müəllifləri : İ. Duşek, Y. Pişala ; illüstrasiyanın müəllifi T. Tuma. – Zebra Group, 2013. – 28 s. Günəş, Ay, uzaq ulduzlar və bizim yaşadığımız Yer – bütün bunlar erkən yaşlarından uşaqların diqqətini cəlb edir. «KAİNATIN ATLASI» uşaqlarda kainat və onun quruluşu haqqında təsvvürlər yaradacaq, onları müxtəlif fəza cisimləri və astronomik hadisələrlə tanış edəcək. Kosmosun fəth edilməsinə, o cümlədən bəşəriyyətin yerətrafı orbitdə ilk nailiyyətlərinə, Yerin süni peyklərinin məqsədi və fəaliyyətinə, kosmik stansiyalardakı kosmonavtların həyat şəraiti və məişətinə xüsusi diqqət ayrılıb. Kitabın əsas məqsədi uşaqlarda müşahidə etməyə və biliklərə yiyələnməyə həvəsi inkişaf etdirməkdir. Kitab 6 böyük qoşa səhifədən ibarət atlas şəklindədir. Çoxlu sayda maraqlı fakt, illüstrasiya, anlaşılan sxem və diaqramlardan ibarətdir. 6 yaşdan yuxarı uşaqlara tövsiyə olunur.
F. KÖÇƏRLİ ad. RESPUBLİKA UŞAQ KİTABXANASININ MƏLUMAT-BİBLİOQRAFİYA ŞÖBƏSİ ƏHMƏDOVA S.
- Slides: 26