Gastrointestinal Stromal Tumorlar Nbiyeva Adil Tsnifat v mlumat
Gastrointestinal Stromal Tumorlar Nəbiyeva Adilə
Təsnifat və məlumat İlk əvvəllər digər şişlərlə bir yerdə təsnif olunurdu: leyomiomalar, leyomioblastoma və ya leyomiosarkoma Bu tumorları ilk dəfə daha yaxşı təsvir edən alim Arthur Purdy Stout olmuşdur.
GİST və leyomiosarkoma
ICC � Bu tumorlar intestine cell of Cajal (İCC) hüceyrələrindən başlanğıc götürən şişlərdir. İCC – sinir sisteminin bir hissəsi olan, CD 117 +, qidanın həzmi kimi bədən proseslərini tənzimləyən avtonom sinir sisteminin hüceyrələridir. İCC-lər bəzən mədə-bağırsaq traktının peysmekerləri ( sürətini tənzimləyən) adlanırlar. Bunlar əzələ hüceyrələrinin xüsusi bir növüdür. Əzələ tonusu vəziyətini tənzimləyən və düz əzələ hüceyrələrini hərəkətə gətirdiyi düşünülür. İmmunohistokimyəvi və ultrastruktur baxımından GİST hüceyrələrinə oxşarlıq göstərdiyinə görə, mənşə hesab olunurlar. Kaxal hüceyrələri ilə GİST hüceyrələrinin embrional miozin ekspresiyaları ortaqdır. Kaxal hüceyrələri də GİSTlər kimi CD 117, CD 34 və vimentin pozitiv, desmin və s 100 negativdir. GİSTlərin yarıdan çoxu mədədən başlayır. Digər bir qismi də nazik bağırsaqların payına düşür. Çox az hallarda gastrointestinal traktdan kənarda başlayr (omentum, peritonum)
GIST zamanı c-kit poztiv olması
Kaxal hüceyrələri
GİST �Gastrointestinal traktda ən çox rast gəlinən törəmələrdən biridir � 0, 1 -3% hallarda maliqnizasiya edən şişlərdi �Son dövrlərdə fərqli bir növ kimi təsvir olundu: sarkomanın bir növüdür, mezenximal mənşəli şişdir (birləşdirici toxuma)
Epidemiologiyası � İl ərzində 4000 -6000 şəxsdə bu patologiyaya rast gəlinir. � 40 -80 yaş arası insanlarda daha çox rast gəlinir. (Xüsusilə 60). Lakin bu o demək deyil ki, uşaqlarda rast gəlinmir. İngiltərədə statistikaya əsasən il ərzində 20 uşaqda bu patologiyaya rast gəlinib. � Kişi və qadınlarda rastgəlmə tezliyi eynidir. � İrsi faktor: autosom dominant yolla ötürülən neyrofibromatoz tip 1 ilə bağlı olduğu bildirilir. � GİSTlər bəzi tumor sindromlarının bir komponenti də ola bilərlər: Məsələn, endokrinoloq Aidan Carneyin təsvir etdiyi Carney triadasında mədə GİSTləri, paraqanqliomalar və ağciyər xondromaları vardır.
Rastgəlmə yerləri: �Mədə : 50 -60% �Nazik bağırsaq: 20 -30% �Yoğun bağırsaq: 5% �Qida borusu: 5% �Peritonum: 5% �Omentum: çox nadir hallarda
Mədədə GİST
Nazik bağırsaq GİST
Qida borusunda GİST
Gastrointestinal trakta yaxın yerləşən GİST
Risk faktorları Genetik sindromlar. Nadir hallarda GİST bir ailənin bir neçə üzvündə olur. Bu ailə üzvləri GİSTə səbəb olan gen mutasiyalarını irsən ötürürlər.
GİST sindromu. Bu inkişaf edən GİSTlərin risk faktorlarını artıran irsən keçən vəziyətdir. Bu zaman daha cavan yaşlarda GİSTə tutulma ehtimalı artır. Eyni zamanda onlarda qastrointestinal traktın müxtəlif şöbələrində eyni anda GİSTin olma ehtimalı artır. Bu sindroma daha çox valideynlərdən uşaqlara keçmiş anormal c-kit genlər səbəb olur. C-kit genlər xərçəng hüceyrələrində olduğu halda, irsən ötürülən GİST xəstəliyi zamanı bütün hüceyrələrdə rast gəlinir. Əgər ailədə genlərdə GİST xəstəliyi varsa, Neyrofibromatoz xəstəliyində olduğu kimi dəri ləkələrinə rast gəlmək olar.
Neyrofibromatoz-1 (Reklinghausen xəstəliyi) İrsi xəstəlikdir. Bəzi hallarda doğuşdan əvvəl, irsən keçmədən də ortaya çıxa bilir. Bu sindromun təsir etdiyi insanlarda sıx-sıx erkən yaşlarda sinirlərində xoşxassəli şişlər formalaşır. Dərilərində qəhvəyi və ya qızılı rəngli ləkələr olur (cafe au lait adlanır). GİST riskini artıran xəstəlikdir. Iki forması mövcuddur: mərkəzi və periferik
Carney Stratakis sindromu. Bu nadir irsi xəstəlikdir, paraqanqliomalardan əlavə GİST yaranma riskini artırır. Bu zaman GİSTlər 20 yaşdan balaca olanda da əmələ gəlir. Bu xəstəliyə valideynlərdən uşağa irsən keçən SDG genlərindən birində baş verən dəyişiklik səbəb olur
Adrenal paraqanqlioma
Mədə GİSTi
Ağciyər xondroması.
Morfoloji xüsusiyyətləri � GİSTlərin boyu 0, 3 smdən 30 sm-ə kimi ola bilər. Ən çox rast gəlinən görüntü mədə və ya bağırsaq divarına bitişik, qarın boşluğuna doğru böyüyən tumor kütləsidir. Hüceyrə tiplərinin növü çoxdur: Sapvari Epitelioid Plazmositoid Üzükvari Qranulyar Multinüvəli GİST-lərin çoxunda əsasən iki hüceyrəyə rast gəlinir: sapvari və epitelioid.
Mədə GİST.
Epitelioid forma
Klinik mənzərəsi � Simptomsuz ola bilər, adətən xəstə hər hansı şikayətlə xəstəxanaya daxil olur, həkim təsadüfən onu aşkar edir. � Simptomları Qarın ağrısı Qarında şiş Ürəkbulanma, qusma Çox az yeyəndən sonra toxluq hissi İştahasızlıq Çəki itirmə Udma aktında problem (qida borusu şişləri üçün xasdır) Qastrointestinal traktda hemorragiya � Bəzən şiş qidanın mədə və bağırsaqlara keçməsini çətinləşdirir. Bu zaman kəskin qarın ağrısı və qusmaya səbəb olur. Hətta perforasiyaya səbəb ola bilər.
Hemorragiya
Risk Tumorun böyüklüyü Mitoz sayı (mikroskopda böyütməklə) Çox az 2 sm-dən balaca 5 -dən az az 2 -5 sm arası 5 -dən az Orta dərəcə 5 -10 sm arası 6 -10 arası Yüksək 10 sm-dən böyük 10 -dan çox
Patogenezi. � Xəstələrin 80 -90%da “c-kit mutasiyası” vardır. Belə ki, KİT protoonkogeni 4 -cü xromosomun uzun qolunda yerləşir. C-KİT proteini transmembran böyümə faktorunun reseptorudur. İntraselulyar bölgədə tirozin kinazanı aktivləşdirir. Bu reseptor “Steem Cell Factor” (SCF) adlanan liqandın bağlanması ilə aktivləşir və özünü fosforlaşdırır. Beləliklə hüceyrə profilerasiyası və apoptoz requlyasiya olur. GİSTlər əksər hallarda c-kit proteini ekspress edirlər. � KİT genindəki mutasiyalar baş verdiyi üçün, c-kit reseptorlarından sürətli siqnal ötürülür və bu siqnallar hüceyrə proliferasiyası ilə apoptozun qarşısını almağa yönəlmişdir. Tumorun boy və mitoz sürəti tumorun proqnozu ilə bağlı ən vacib əlamətlərdir. Ümumiyətlə mədədə yerləşən tumorlar çox vaxt müsbət proqnoza malik olur.
CD 117
CD 34+
Müalicəsi �Əgər xoşxassəli şişdirsə və ölçüsü kiçikdirsə ən əlverişli üsul cərrahi üsuldur. Bədxassəli şişlərdə cərrahi əməliyatdan sonra residivvermə çox rast gəlinir. Ümumiyətlə cərrahi əməliyatdan sonra xəstəni nəzarət altında saxlamaq lazımdır çünki hətta 10 -15 il sonra belə residiv verə bilir. Daha çox qaraciyərə metastaz verir.
İmatinibin �Əsas istifadə olunan preparatlardan biri İmatinibin preparatıdır. Preparatın təsir mexanizmi tirozinkinaza fermentinin selektiv olaraq inhibə etməyə əsaslanır. Bu inhibisiya profilerasiyanı dayandırır və apoptoza səbəb olur. Yəni mutasiya etmiş c-kit hüceyrələrinə məhvedici təsir göstərir. İmatinibin metastazverən gistlərin müalicəsi zamanı istifadə olunur. Başlanğıc dozası 400 -600 mg/gün. Xəstənin vəziyətindən asılı olaraq 800 mg doza da təyin eləmək olur. Oral qəbul edilir. Təsir müddəti 20 saatdır. �Əks təsirləri: ishal, dispeptik pozğunluqlar, orqanizmdə suyun ləngiməsi və s.
Sunitinib �Əgər imatinibin preparatı nəticə verməzsə və tumor get gedə böyüyürsə, metastaz verirsə sunitinib preparatından istifadə olunur. Preparatın təsir mexanizmi multikinaza fermentinin blokadasına əsaslanır.
Diaqnoz qoyulması �Tumor 4 sm-dən balacadırsa, heç bir cihazda görünmür. Diaqnoz qoymağa kömək edən cihazlar: �Ultrasonoqrafiya �Qastroskopiya �Kolonoskopiya �Endoskopiya �Enteroklizis �Maqnit-Rezonans Tomoqrafiya (MRT) �Pozitron Emissiya Tomoqrafiyası (PET) �Endoskopik Ultrasonoqrafiya �C-kit pozitivlik testi
Endoskopiya
Əlverişli üsullar �Endoskopik ultrasonoqrafiya diaqnoz qoymağa ən çox kömək edən cihazdır. Çünki tumoru görməyə kömək edir və biopsiya materialı götürmək üçün əlverişlidir �GİST xəstələrində CD 117 molekulunda 95% və CD 34 molekulunda 80% hallarda mutasiya müşahidə olunur.
GİSTin müqayisəsi 1. İnflamatuar fibroid polip. Mikroskopda eozinofillərlə yanaşı çoxlu damarlar görmək olar. CD 34 və aktin pozitif olur. Tumorun stroması C-kit ilə boyanmır lakin tərkibindəki mast hüceyrələr pozitif boyandığı üçün ayırd etmək çətindir. 2. İntraabdominal fibromatozis. C-kit pozitif, CD 34 negatif, aktin pozitif. 3. İnflamatuar miofibroblastik tumorlar. desmin və aktin pozitif, CD 34 və C-kit neqatif olur. 4. Leyomioma və leyomiosarkoma. C-kit və CD 34 negativ, desmin və aktin pozitif 5. Şvannoma. C-kit ilə boyanmırlar. Bəzi şvannomalarda CD 34 pozitiv olur. 6. Soliter fibroz tumor. Sapvarı hüceyrəli tumordur. Periton boşluğundan başlanğıc götürərək bağırsağa yapışırlar. CD 34 ilə müsbət boyanırlar lakin C-kit ilə boyanmırlar. 7. Metastatik melanom və angiosarkoma. Bu tümorların özlərinə məxsus immunohistokimyəvi metodla xüsusi təyin metodu vardır. 8. Retroperitonal Liposarkoma. Bağırsaq divarına yapışıq olurlar. Ekstramural kütlə əmələ gətirirlər və lipomatozdan təşkil olundğu üçün fərqləndirilirlər.
İnflamatuar fibroid polip
İntraabdominal fibromatozis
Leyomioma
Leyomiosarkoma
Şvannoma
Soliter fibroz tumor
Metastatik melanom
Angiosarkoma
Retroperitonal Liposarkoma
Mədənin dibində GİST �Xəstə 78 yaşlı kişidir. Sağ qasıq yırtığı, halsızlıq şikayəti ilə poliklinkaya gəlmişdir. Dəri rəngi solğundur. Xəstənin qanında hemoqlobin miqdarı 8, 1 qr, hematokrit ədədi 23 olaraq təyin edildi. Tumor markerləri normaldır. Endoskopik müayinə zamanı 5 x 5 ölçülərində tumora rast gəlindi. Biopsiyadan sonra mədə GİSTi diaqnozu qoyuldu. Qarın tomoqrafiyasında bu tumorun mədə dibində yerləşdiyi təyin olundu.
Endoskopiyası.
Komputer tomoqrafiya
Diqqətinizə görə təşəkkürlər.
- Slides: 49