Frdi kompyuterin arxitekturas Frdi kompyuterin quruluu Frdi kompyuterin

  • Slides: 32
Download presentation
Fərdi kompyuterin arxitekturası Fərdi kompyuterin quruluşu

Fərdi kompyuterin arxitekturası Fərdi kompyuterin quruluşu

Fərdi kompyuterin tərkibi standart olaraq aşağıdakı hissələrdən ibarətdir: • • • Sistem blok Monitor

Fərdi kompyuterin tərkibi standart olaraq aşağıdakı hissələrdən ibarətdir: • • • Sistem blok Monitor Klaviatura

Kompüterlərin arxitekturası Kompüterin arxitekturası kompüterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı əlaqələndirilməsini təyin edir. Bütün

Kompüterlərin arxitekturası Kompüterin arxitekturası kompüterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı əlaqələndirilməsini təyin edir. Bütün nəsil kompüterlərin arxitekturasında məşhur amerika alimi Con Fon Neyman tərəfindən 40 -cı illərdə təklif etdiyi prinsiplər əsas götürülür. Neyman arxitekturasının əsas prinsipləri aşağıdakılardır: l. Kompüter proqramla idarə olunan avtomatdır, yəni kompüterin işləməsi üçün proqram lazımdır. Proqram bir tərəfdən kompüterin işini idarə edir, digər tərəfdən isə qoyulmuş məsələni həll edir. 2. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Həmin yaddaşda müəyyən üsulla kodlaşdırılan həm proqram, həm də verilənlər saxlanılır. 3. Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni əmrlərə verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparıla bilər. 4. Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Məsələn, maşın sözündəki bitlər yığımının hər hansı ədəd və ya simvollar sətri olmasını proqram müəyyənləşdirir.

Kompyuterlərin təsnifatı Kompyuterlər ölçülərinə, sürətlərinə, məhsuldarlığına görə aşağıdakı növlərə bölünür: • Superkompyuterlər • Meynfreymlər

Kompyuterlərin təsnifatı Kompyuterlər ölçülərinə, sürətlərinə, məhsuldarlığına görə aşağıdakı növlərə bölünür: • Superkompyuterlər • Meynfreymlər • Mini – EHM-lər Superkompyuter – çox prosessorlu hesablama sistemidır. İlk superkompyuter amerikalı elektronçu-mühəndis Seymur Krey tərəfindən 1975 -ci ildə yaradılmışdır. Kompyuterlərin məhsuldarlığı ədədlər (sürüşkən vergüllü) üzərində bir saniyədə aparılan hesab əməliyyatlarının sayı ilə ölçülür Superkompyuterlərin məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində saniyədə yerinə yetirilən trilyon əməliyyatlarla ölçülür. Superkompyuterlərdən aerodinamika, seysmologiya, nüvə fizikasında və digər elm sahələrində meydana çıxan mürəkkəb məsələlərin həllində geniş istifadə olunur. Superkompyuterlərdə çoxsaylı mikroprosessorların paralel işləməsi nəticəsində yüksək məhsuldarlığı əldə etmək olur. Superkompyuterlərin qiyməti təqribən 10 milyon dollarlarla ölçülürdü. İBM şirkətinin super. Kompyuteri

Meynfreym – ümumi məqsədli universal elektron-hesablama maşınıdır 70 -ci illərdə dünya kompyuter parkının böyük

Meynfreym – ümumi məqsədli universal elektron-hesablama maşınıdır 70 -ci illərdə dünya kompyuter parkının böyük hissəsini meynfreym kompyuterləri təşkil edirdi. Fərdi kompyuterin inkişafı ilə əlaqədar olaraq meynfreymlərin tətbiq sahələri azalmağa başladı. Buna baxmayaraq bu kompyuterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompyuterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qaydada həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompyuterləri əsasən İBM firmasında istehsal olunur. Bu cür kompyuterlərin qiyməti 1 milyon dollar dəyərində olur. Hal-hazırda istifadə olunan 16 -32 mikroprosessorlu server kompyuterlər meynfreym kompyuterlərin sələfləri sayılır. Mini – EHM – ölçüləri və hesablama məhsuldarlığı meynfrem kompyuterlərə nəzərən kiçik olan kompyuterlər 1965 -1980 -ci illərdə mini-EHM adlanırdı. Hal-hazıda mini-EHM dedikdə fərdi kompyuterlər nəzərdə tutulur. Fərdi kompyuterlərin kütləvi istehsalına 1981 -ci ildən başlanmışdır. Birinci nəsildən başlayaraq indiyə qədər bütün kompüterlər birbirindən nə qədər fərqlənsələr də, hamısı Fon Neymanın verdiyi klassik sxem əsasında işləyir. İntel 80486 DX 2 mikroprosessorunun inteqral sxemi Verilənləri daxil etmək və obyektləri seçdirmək üçün rəqəmli “qələmdən”, yaxud stilusdan istifadə olunur.

ANA PLATA Kompüterin əsas qurğuları sistem blokda ana platada yerləşir. Ana plata FK-in əsas

ANA PLATA Kompüterin əsas qurğuları sistem blokda ana platada yerləşir. Ana plata FK-in əsas lövhəsi sayılır. Ana platanın üzərində əməli yaddaş, Keş yaddaş, çıxış/giriş kontrolleri, CMOS, BİOS, Chipset mikrosxemləri yerləşir. Eyni zamanda ana platanın üzərində müxtəlif razyomlar yerləşir. Bəzi ana platalarda videoadapterin və səs kartının mikrosxemləri də yerləşir. Fərdi kompüterlərdə əsasən iki tip: AT- Advanced Technology (qabaqcıl texnologiya) və ATX - Advanced Technology extended (genişləndirilmiş qabaqcıl texnologiya) ana platadan istifadə olunur. IBM PC/AT -286, 386, 486, Pentium I və II tipli kompüterlərdə AT –ana platalardan istifadə olunub. Pentium II, III və IV tipli fərdi kompüterlər üçün isə ATX ana platalarından istifadə olunur. ATX ana platalarında enerjiyə təlabat çox azdır.

CPU Socket. Prosessorun quraşdırıldığı yuvadır. Hər soketə quraşdırılan öz prosessor modelləri var. DDR SDRAM

CPU Socket. Prosessorun quraşdırıldığı yuvadır. Hər soketə quraşdırılan öz prosessor modelləri var. DDR SDRAM slotu. Əməli yaddaş modulları bu slota quraşdırılır. Ana lövhənin quruluşunu (sxemini) əks etdirən yuxarıdakı şəkildə DDR SDRAM slotudur. Həmçinin DDR 2 SDRAM, DDR 3 SDRAM slotu da ola bilər. Və həmin slotlara uyğun gələn yaddaş modulları quraşdırılır. Yaddaş modulunu ana lövhə üzərində yerləşən slota quraşdırarkən diqqət etmək lazımdır ki, yaddaş modulundakı açar ilə onun quraşdırılıdığı slotdakı kəsik yeri uyğun gəlsin: DDR SDRAM Şimal körpüsü. Bu körpü prosessor, əməli yaddaş və AGP, PCI Express şinləri (videokontrolleri) arasında əlaqə yaradır. Cənub körpüsü. PCI şini və kompüterə birləşdirilən periferiya qurğularının normal işləməsinə cavabdehdir. Aşağıdakı şəkildə onların iş prinsipi əks etdirilmişdir:

Qida blokunun bir sıra vəzifələri var: 1. ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit

Qida blokunun bir sıra vəzifələri var: 1. ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir; 2. gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır; 3. Xarici yaddaş qurğularını gərginlik ilə təmin edir; 4. ventilyatorla sistem blokunun içərisinidəki temperaturu nizamlayır. Qida blokunun əsas texniki xarakteristikası onun gücüdür. Gücün (görülən işə sərf olunan zaman müddəti) vahidi vattdır. Sistem blokunun daxilinə nə qədər çox qurğular quraşdırılarsa, (yaddaş qurğuları, yaddaş mikrosxemləri, genişləndirmə lövhələri və b. ) qida bloku da daha güclü olmalıdır. Adi kompüterlər 150 -200 vatt , daha güclü sistemlər isə 300 və hətta 350 vatt güc işlədir. Kompüter çalışarkən əsasən çıxan səs mənbəyi məhz qida blokunda temperaturu tənzimləmək üçün quraşdırılmış ventilyatordur.

MƏRKƏZİ PROSESSOR Prosessor da yaddaş qurğusu kimi oyuqlardan ibarətdir. Ancaq bu oyuqlarda verilənlər saxlanılmır,

MƏRKƏZİ PROSESSOR Prosessor da yaddaş qurğusu kimi oyuqlardan ibarətdir. Ancaq bu oyuqlarda verilənlər saxlanılmır, emal olunur. Prosessorun oyuqları registrlər adlanır. Registrlər müxtəlif mərtəbəli olurlar.

Mərkəzi prosessor Dünyada ilk mikroprosessor İntel tərəfindən 1971 -ci ildə hazırlanan İntel 4004 prosessorudur.

Mərkəzi prosessor Dünyada ilk mikroprosessor İntel tərəfindən 1971 -ci ildə hazırlanan İntel 4004 prosessorudur. Mikroprosessor bir neçə santimetr ölçüdə elektron sxem olub, kompyuterə daxil olan informasiyanın emalını yerinə yetirir. Bir qayda olaraq prosessor operativ yaddaşla əlaqəli işləyir. Odur ki, prosessordan operativ yaddaşa iki ötürücü xətt keçir ki, bunlara da şinlər deyilir. Bu şinlərdən biri ünvan şini adlanır. Bu şində cığırların sayı nə qədər çox olarsa, onda prosessorda bir o qədər çox yaddaş oyuğu ilə əlaqələndirilə bilər. İkinci şin verilənlər şini adlanır. Əgər şin 16 cığırdan ibarətdirsə, onda prosessor bir dəfəyə 16 bit və ya 2 bayt qəbul edir. Pentium prosessoru 64 mərtəbəli şinlə işləyir və bir dəfəyə 8 bayt qəbul edir. Kompyuter eyni vaxtda məhdud ölçüdə informasiya vahidləri yığımı lə işləyir. İnformasiya vahidi yığımı mikroprosessorun daxilində yerləşən registrlərin dərəcəliyindən asılı olur. Dərəcəlik eyni vaxtda emal olunan informasiya bitlərinin sayı ilə ölçülür. Əgər kompyuter bir dəfəyə 8 bit informasiyanı emal edə bilirsə, deməli registr, daha doğrusu, mikroprosessor 8 dərəcəli, 16 bit informasiya emal edirsə 16 dərəcəli adlanır və s. Prosessorlar bir neçə parametrə görə xarakterizə olunur: 1. İnteqrasiya dərəcəsi, yəni mikrosxemdə neçə tranzistor yerləşdirmək olar. 2. İstifadə olunan verilənlərin daxili və xarici dərəcələri, yəni eyni zamanda hansı miqdarda bitlərdən istifadə olunur. 3. Takt tezliyi 1 saniyə ərzində kompyuterdə yerinə yetirilən əməliyyatların (məsələn, toplama və vurma) sayını və həmin əməliyyatların hansı sürətlə yerinə yertirildiyini göstərir. Bu tezlik müasir prosessorlarda artıq 4 qeqahersə yaxındır. 4. Ünvanlanmış yaddaş. Bu, əməli yaddaşın tutumunu göstərir. 5. Keş-yaddaşın tutumu. Keş-yaddaş disk qurğularının sürətlə işləməsinə təsir göstərir.

Ventilyator (kuler) �(Кuler). Sistem blokunda komplektləşdirilmiş qurğuların işləməsi zamanı sərinkeş rolunu oynayır. Bəzi hallarda

Ventilyator (kuler) �(Кuler). Sistem blokunda komplektləşdirilmiş qurğuların işləməsi zamanı sərinkeş rolunu oynayır. Bəzi hallarda sistem bloka bir və ya bir neçə ventilyator quraşdırılır. Məsələn, qida blokuna, mərkəzi prosessora, videoadapterə qoşulmuş ventilyator.

Əməli yaddaş qurğusu (RAM) – ixtiyari müraciətə malik yaddaş olub, kompyuter və digər qurğularda

Əməli yaddaş qurğusu (RAM) – ixtiyari müraciətə malik yaddaş olub, kompyuter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompyuter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu venilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Əməli yaddaşın həcmi disklərin həcmindən çox azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir. RAM elektron mikrosxemlərdən ibarətdir və informasiya burada yaddaş oyuqlarında saxlanılır. Hər bir oyuqda bir bayt verilənlər yerləşə bilir. Hər bir oyuğun ünvanı var. Buna oyuğun nömrəsi də demək olar, ona görə də belə oyuqları həm də ünvan oyuqları adlandırırlar. Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlarla sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur. Odur ki, kompüteri söndürməmişdən əvvəl dəyişdirdiyimiz verilənləri xarici yaddaş qurğularında saxlamaq tələb olunur Verilənlər operativ yaddaşda baytlarla saxlanılır və baytların sayı onun həcmindən asılıdır. Operativ yaddaşın həcmi kilob və ya meqab ölçülür

Videokarta � Videokarta və ya video adapter informasiyanın monitorda əks olunmasını yerinə yetirir. Videoadapterin

Videokarta � Videokarta və ya video adapter informasiyanın monitorda əks olunmasını yerinə yetirir. Videoadapterin öz xüsusi prosessoru olur və o, qrafiki informasiyaları emal edir. Bu da mərkəzi prosessorda hesablama əməliyyatına sərf olunan gücü aşağı salır. Videokart(VGA): Prosessordan videoverilənləri qəbul edir, sonra onlar üstündə emal prosesi aparıb monitora ötürür. Bəzi videokartlar əlavə qida bloku olan yuvaya malikdir. Videokartın əsas elementləri aşağıdakılardır. Videoyaddaş- burada müvəqqəti şəkil haqqında informasiya saxlanılır. Qrafik prossessor- mərkəzi prosessordan əmrləri emal etdikdən sonra ekranda rəqəmli şəkil yaradır, sonra informasiya videoyaddaşa ötürülür. İxtiyari giriş ilə RAÇ (Rəqəm Analoq Çeviricisi) yaddaşı (RAM Digital analog Convertor)- yaddaşdan rəqəmli informasiyanı analoq gərginliyinə çevirir və monitordakı rəng diopazonunu idarə edir. Videokart AGP şininə qoşulur. Müasir kompüterlərdə PCİ şininə qoşulur.

Sərt disk �(Vinçester, HDD, harddisk) - Sərt disk: Komputerin daimi yaddaşıdır və komputerdə olan

Sərt disk �(Vinçester, HDD, harddisk) - Sərt disk: Komputerin daimi yaddaşıdır və komputerdə olan bütün proqram sistemi burada saxlanılır. Sərt diskin içində bir neçə disk var və onlar metal təbəqəli qutuda yerləşdirilmişdir. Sərt diskin tez firlanması informasiyanın tez yazılıb oxunmasına səbəb olur. Komputer işə düşən zaman disklər ox ətrafında (şpindel) yüksək sürətlə dəqiqədə 7200 dövrə vurur. Disklər isə sərt plastikadan ibarət olub keramika, şüşə və ya aliminiumdan hazırlanır. Diskin səthində informasiyanın yazılması maqnit başcıqlar vasitəsilə yerinə yetirilir. Disk konsentrik halqalardan təşkil olunur və orada informasiya saxlanılır. İDE interfeysi ana plata ilə sərt disk arasında əlaqə saxlamaq üçün istifadə olunur.

DAİMİ YADDAŞ QURĞUSU Daimi yaddaş (ROM) - enerjidən asılı olmayan yaddaş. Daxili və ya

DAİMİ YADDAŞ QURĞUSU Daimi yaddaş (ROM) - enerjidən asılı olmayan yaddaş. Daxili və ya əsas yaddaşın bir hissəsidir. Daimi yaddaşın tutumu əməli yaddaşa nisbətən az olur və istifadəçilər oraya informasiya yaza bilmir. İnformasiya oraya kompyuterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Orada tez-tez istifadə olunan aşağıdakı proqramlar saxlanılır: POST (Power On Self Test) – kompyuter qoşulduqda qurğuların elektrik enerşisinə qoşulmasını yoxlayır; CMOS (Complementary metal-oxide semiconductor) – Fərdi kompyuterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompyuterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da saxlanılır. BIOS (Basic Input/Output System) – avadanlıqlarla müxtəlif əməliyyatlar aparmaq üçün tətbiq olunur; BOOT (yüklənmə) – əməliyyat sistemi ilə bağlı olan əmrlər. Kompyuter açılarkən mərkəzi prosessor BIOS-a müraciət edir, POST test aparılır, BIOS sistem qurğularını yoxlayır. Test qurtardıqdan sonra prosessor başlayır disklərdə əməliyyat sisteminin yüklənməsi üçün faylları axtarmağa. Kompüter yüklənmə fayllarını tapan kimi əməliyyat sistemi qoşulur və kompüterin üzərində nəzarət tamamilə əməliyyat sisteminə keçir.

Portlar – Mikroprosessorun kənardan qoəulan qurğularla (Printir, Mouse və s. ) informasiya mübadiləsini həyata

Portlar – Mikroprosessorun kənardan qoəulan qurğularla (Printir, Mouse və s. ) informasiya mübadiləsini həyata keçirən yuvalara portlar deyilir. Portlar sistem blokunun arxa panelində yerləşir. Portların paralel (LPT 1, LPT 2 və s. ilə işarə olunur) və ardıjıl (COM 1, COM 2 və s. ilə işarə olunurlar) növündən istifadə edilir. Paralel portlarda məlumatların fərdi kompüterə daxil və xarici edilmə sürəti ardıjıl portlara nəzərən çoxdur. 1. PS/2 portu (yaşıl rəng). Yaşıl rəngdə olan PS/2 portu siçanın qoşulması üçün istifadə edilən interfeysdir. 2. PS/2 portu (bənövşəyi rəng). Bənövşəyi rəngdə olan PS/2 portu klaviaturanın qoşulması üçün istifadə edilən interfeysdir. Klaviatura və siçanın qoşulması üçün hal-hazırda USB portdan dah çox istifadə edilir. 3. Paralel port (IEEE 1284). Periferiya qurğularının qoşulması üçün paralel interfeysdir. Əsasən printer, skaner qurğularının qoşulması üçün istifadə edilir. 4. Com-port (Communication port). Ardıcıl portdur. Ardıcıl ona görə adlanır ki, həmin port vasitəsilə informasiya bit-bit ötürülür. Com-port vasitəsilə modem, mause və s. kimi qurğular ana lövhəyə birləşdirilir. "Null-modemcable" -dən istifadə etməklə Com-port vasitəsilə 2 kompüter arasında əlaqə yaratmaq mümkündür. 5. VGA port. Bu port 15 pindən ibarətdir. 1987 -ci ildə hazırlanıb. İlk əvvəl elektron şüa borulu (CRT - Cathode Ray Tube) monitorlar üçün nəzərdə tutulmuşdu. VGA portu vasitəsilə vizual görüntü ekrana çıxarılır. 6. USB port. Periferiya qurğuları üçün informasiyanın ardıcıl, yəni bit-bit ötürülməsi üçün istifadə edilən interfeysdir. 7. LAN (RJ-45 portu). Bu port şəbəkə əlaqəsi yaradılmasında istifadə edilir. 8 tel kabeldən istifadə edilir. 8. Audio port. Səsin yazılması, ötürülməsi və eşidilməsi üçün istifadə edilən interfeysdir.

Sistem blokunda digər hissələr � Şin- xarici qurğuları kompüterə qoşmaq üçün bir neçə şindən

Sistem blokunda digər hissələr � Şin- xarici qurğuları kompüterə qoşmaq üçün bir neçə şindən istifadə olunur. Şin – prosessorla yaddaş arasında və ya giriş-çıxış qurğuları arasında verilənlərin və idarə siqnallarının ötürülməsini təmin edən məftillər yığımından ibarətdir. Fərdi kompüterlərdə sistem şini kimi İSA (Industry Standardt Architecture), EISA (Extended Industry Standard Architecture) və PSI (Peripheral Component Interconnect bus) standardlarından istifadə edilir. ISA şinlər: verilənlər şindən (16 bit), ünvan şindən (20 bit) və idarə şindən (8 xətt) ibarət olur. Sistem kontrolleri əsasən mikroprosessorla əməli yaddaş qurğusu və interfeys şinləri vasitəsi ilə xarici qurğularla məlumat mübadiləsini təmin edir. Verilənlər şini, ünvanlar şini, idarəedici şinlər olur. İnformasiya verilənlər şini vasitəsilə ötürülür. Əgər verilənlər şini 8 siqnal ötürən naqildən ibarət olarsa, onda paralel olaraq 8 bit informasiya göndərmək olar. Əgər verilənlər şini 16 naqildən ibarətdirsə, onda paralel olaraq 16 bit informasiya göndərmək mümkündür və s. Verilənlər şini prosessor-yaddaş və prosessor-interfeys istiqamətində və əks istiqamətdə verilənləri göndərir. İdarəedici şinlər vasitəsilə müxtəlif idarəedici siqnallar göndərilir. Bu siqnallar prosessora nəzərən giriş və çıxış siqnalları ola bilər. Bu siqnallar vasitəsilə yaddaşa yazma və oxuma, giriş-çıxış əməliyyatları idarə olunur. � Kontroller - idarə qurğusu olub giriş-çıxış qurğularını mərkəzi prosessorla əlaqələndirir. Bəzi qurğuların kontrolleri fərdi kompüterin ana platasının üzərində (klaviatura, mouse, printeri və s. ) olur. Bəzi qurğuların kontrolleri isə ayrıja plata şəklində (monitor, sərt maqnit disk qurğusu və s. ) olur və onlar ana plata üzərində olan razyomlarda yerləşdirilir. � Keş-yaddaş - ana plata üzərində mikroprosessorla (CPU) əməli yaddaş arasında yerləşir. Keş-yaddaşa mürajiət vaxtı 5 6 nonasaniyə müddətində olur. Keş-yaddaşın qiyməti çox baha olduğundan onun məlumat tutumu hal-hazırda 3 Mbayt və daha çoxdur. Keş-yaddaşın özü əsasən iki səviyyəli olur. I səviyyəli keş-yaddaş Level 1 adlanır və mikroprosessorun içərisində olur. II səviyyəli keş-yaddaş Level 2 adlanır və mikroprosessorla əməli yaddaş arasında ana plata üzərində yerləşir.

A Klaviatura giriş qurğusudur. 102/104 klavişi olur. Fərdi kompüterlərində klaviaturadakı klavişlər: � - hərf-rəqəm

A Klaviatura giriş qurğusudur. 102/104 klavişi olur. Fərdi kompüterlərində klaviaturadakı klavişlər: � - hərf-rəqəm klavişləri � - xüsusi klavişlər (Esc, Tab, Enter və s. ) � - funksional klavişlər (F 1, F 2, F 3, … F 10) � - kursorun yerini dəyişən xidməti klavişlər (Up, Down, � Left, Right, Home, . . . və s. ) � - reqistrləri bir-birləri ilə əvəzləyən xidməti klavişlər (Alt, Ctrl, Shift) Home – sətrin əvvəlinə keçid � End – sətrin sonuna keçid � Ctrl end – mətnin son səhifəsinə keçid Ctrl-X - Qeyd olunmuş obyektleri kesmek � Ctrl home – mətnin ilk səhifəsinə keçid Ctrl-A(lat) – bütöv səhifəni qeyd etmək � PGUP – bir ekran səhifəsi yuxarı Ctrl-C - Qeyd olunmuş obyektlerin surətini çıxarmaq � Ctrl-V – Kəsilmiş obyekti əlavə etmək PGDN – bir ekran səhifəsi aşağı Tab-abzasın sol boşluğunu təyin edir Ctrl-Z – Axırıncı əmrin ləğvi � F 1 – Arayışın çağrılması Ctrl+Alt+Delete – Əməliyyat sisteminin çağrılması və s. � F 2 - Qovluğun yaxud nişanın adının dəyişdirilmesi � F 3; Ctrl-F -Cari qovluğa faylların axtarışı proqramı çağrılır � Alt-Shift-D Hal-hazırki tarixin qoyulması � Alt-Shift-T – Hal-hazırki saatın qoyulması � Prtscr – ekran görünüşünün surətini çıxarmaq (bəzi kompyuterlərdə isə bu FN + Prtscr)

MONİTOR çıxış qurğusu "Monitor" sözü "nəzarət etmək", "yoxlamaq", "displey" - "aşkar etmək", "göstərmək" mənasını

MONİTOR çıxış qurğusu "Monitor" sözü "nəzarət etmək", "yoxlamaq", "displey" - "aşkar etmək", "göstərmək" mənasını daşıyır. Monitorlar əsasən 3 növə bölünür: � CRT (Cathode Ray Tube) - elektron şüa borusu, böyük ölçülü monitorlar; � LCD (Liquid Crystal Display) - kristal maye ekranlı, yastı panelli monitorlar; � Plazma ekranlı monitorlar - xüsusi texnologiya ilə hazırlanan yastı, böyük ölçülü monitorlar. Kompüterə daxil olan məlumatlara və alınmış nəticələrə nəzarət etmək üçün monitordan istifadə olunur. Fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın ölçülərinə görə aşağıdakı ölçüdə olurlar: 14, 15, 17, 19, 20, 21, 23 dyüm(1 dyüm 2, 54 sm). Əks olunma tezliyi herslərlə(hs) ölçülür. Tezlik artdıqca ekranda təsvir bir o qədər təmiz alınır. Monitorun əsas göstəricilərindən biri ekranda təsvir olunan nöqtələrin sayıdır(ekranın icazə vermə qabiliyyəti, piksel). Müasir manitorlarda üfiqi və şaquli istiqamət üzrə nöqtələrin sayı 1600 x 1280 = 2048000 və daha çox olur. Bu isə təsvirin dəqiqliyini artırır. LCD (Liquid Crystal Display – Maye Kristallı Displey) monitorların ekranları adi elektron saatların, mobil telefonların və s. displeylərində olan ekranlarla eynidir. Bu ekran iki təbəqədən ibarətdir. Həmin təbəqələrin arasında sterjinşəkilli molekullar, yəni maye kristallı qarışıqlar vardır. Kristallar işığı şəkildə göründüyü kimi polyarizatorlardan keçirirlər. Elektrik cərəyanı mayedən keçəndə kristalları bir istiqamətdə yönəldir. Nəticədə kristallar işığı polyarlaşdıran müstəvi qatları şəkildə göründüyü kimi döndərir. Nəticədə işıq buradan keçə bilmir və həmin hissə tünd rəngə boyanır. � LCD ekranlarda cəmi 64 rəng çaları yaratmaq mümkündür, CRT ekranda isə 256. Hər pikseldə 3 element - qırmızı, yaşıl, göy (RGB) olarsa, hər element 64 rəng çaları yarada bilər. Nəticədə 64*64*64 = 262 144 rəng kombinasiyadan birini almaq olar. CRT ekranlarda isə 256*256 = 16 777 216 sayda olur. LCD ekranlarda təsviri insan gözünün rahat görməsi üçün parlaqlığı artırmaq üçün elementlər yerləşdirirlər (backlight)

Mouse (siçan) – qurğusu qrafik rejimdə işləyən monitorun ekranında kursoru istənilən istiqamətdə hərəkət etdirən,

Mouse (siçan) – qurğusu qrafik rejimdə işləyən monitorun ekranında kursoru istənilən istiqamətdə hərəkət etdirən, üzərində iki və ya üç düymə olan qurğudur. Mouse qurğusu quruluşuna görə mexaniki, optomexaniki və optiki olur. Ümumiyyətlə, kursoru klaviaturanın köməyi ilə də hərəkət etdirmək mümkündür. Klaviatura kursoru üfüqi və şaquli istiqamətdə hərəkət etdirir. Mouse-la isə istənilən əyrini sürətlə çəkmək olur. Mouse komputerin yan tərəfində yerləşən xüsusi lövhənin (buna Mouse-un xalçası da deyirlər) üzəri ilə hərəkət edir. Mouseun üzərində yerləşdirilmiş idarəetmə düymələri vasitəsilə nəinki kursoru hərəkət etdirmək, həmçinin redaktor rejimində də işləmək mümkündür.

https: //www. youtube. com/watch? v=SS 5 D 2 -p. D 3 ms

https: //www. youtube. com/watch? v=SS 5 D 2 -p. D 3 ms

PERİFERİYA QURĞULARI �Printer �Skaner �Strimmer �Flotter �Modem �Mikrofon �Nauşnik �Səsucaldan �Trekbol �Mouse �UPS və

PERİFERİYA QURĞULARI �Printer �Skaner �Strimmer �Flotter �Modem �Mikrofon �Nauşnik �Səsucaldan �Trekbol �Mouse �UPS və s.

Printer xaricetmə qurğusu İnformasiyanı kağız üzərində çap etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə

Printer xaricetmə qurğusu İnformasiyanı kağız üzərində çap etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər iki qrupa bölünür. Simvollu və ya qrafiki. Simvollu printerlər sətirdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumatı simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür. Vahid uzunluqda (1 dyümda) olan nöqtələrin sayı printerin imkanlarını göstərir. Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər zərb ilə və zərbsiz olur. � Zərb vasitəsilə çap qurğularına matris çap qurğularını misal göstərmək olar. Matris çap qurğularının başlığı 9, 18 və ya 24 iynədən ibarət olur. Çap başlığı ilə kağız arasında rəngli lent olur. Çap başlığında simvol formalaşandan sonra iynələr hərəkətə gəlib rəngli lentə zərbə vuraraq kağız üzərində simvolu formalaşdırır. � Zərbsiz çap qurğulara misal olaraq lazer və şırnaqlı çap qurğularını misal çəkə bilərik. Lazer çap qurğularında şəkillər kağız üzərinə aralıq məlumat daşıyıcısı vasitəsilə yazılır. Şəkil lazer şüanın köməyi ilə əvvəlcə aralıq məlumat daşıyıcısına yazılır və daha sonra bu məlumat daşıyıcısının üst qatı quru toz ilə örtülür. Daha sonra ağ kağız bu barabanın üstü ilə dartılaraq və yüksək istilik hesabına barabandakı şəkil (neqativ) kağız üzərinə hopur. Lazer çap qurğularının keyfiyyət əmsalı çox yüksəkdir. 1 dyüm (25, 4 mm) məsafədə 600 ÷ 1200 nöqtə yaza bilir. Dəqiqədə 4 -16 səhifə çap edə bilir. � Şırnaqlı printerlərin işləmə prinsipi başqa printerlərdən fərqlənir. Bu printerlərdə çap başlığı mürəkkəblə doldurulur. Başlıqda çox kiçik ölçülü deşiklər olur və bu deşiklərdən mürəkkəbi kağız üzərinə püskürür. Şırnaqlı printerin qiyməti nisbətən ujuz olur. Rəngli çap etmə qabliyyətinə malik olurlar. 1 dyüm məsafədə 300 720 nöqtə vura bilirlər. Çap sürəti dəqiqədə 4 10 səhifədir. Çap başlığında 48 -dən 416 -ya qədər deşik olur.

SKANER – daxiletmə qurğusu �fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn və

SKANER – daxiletmə qurğusu �fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn və şəkilli məlumatları kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki redaktor proqramların köməyi ilə onu ikilik koda çevirərək disklərə və ya çap qurğusuna ötürülməsini təmin edir. Fərdi kompüterlərə USB portu vasitəsi ilə qoşulur.

STRİMMER �tream (uzun lent ) strimmer isə informasiyanı maqnit. lentə yazan xüsusi imkanlı maqintafondur

STRİMMER �tream (uzun lent ) strimmer isə informasiyanı maqnit. lentə yazan xüsusi imkanlı maqintafondur FLOTTER Plotter - lüğətdə qrafika yaradan kimi tərcümə olunur, geniş ölçülü mətnlərin, şəkillərin, qrafikanın, çertyojun çap olunması üçün qurğudur.

DİAL UP modem ADSL modem Modem Wi. Fi modem Modem (modulyator, demodulyator) - kompüter

DİAL UP modem ADSL modem Modem Wi. Fi modem Modem (modulyator, demodulyator) - kompüter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya əksinə avtomatik çevirən qurğudur. Bu çevrilmə onunla əlaqədardır ki, kompüter rəqəmli siqnallar ilə işlədiyi halda, telefon xətləri ancaq analoq siqnallar vasitəsilə işləyir. Texnikada rəqəmli siqnalların analoq siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə isə demodulyasiya deyilir. Modemlər Dial up, Adsl və Wi Fi modemlər olur. Dial Up modemlər daxili, qalan ikisi isə xarici modemlərdir. Analoq siqnalları üç parametrlə: amplitudası, tezliyi və fazası ilə səciyyələndirilir. Müasir modemlərdə hər üç xüsusiyyətdən istifadə edilir. Modem iş prosesində kompüterdən üç bitə uyğun informasiya qəbul edir ki, birinci bit ilə amplitudaya, ikinci bit ilə tezliyə, üçüncü bit ilə isə fazaya uyğun analoji siqnalı xəttə göndərir. Göndərilmiş siqnallar modem-qəbuledici tərəfindən qəbul edilərək istifadəçiyə lazım olan şəkildə çatdırıır. Modemin buraxma qabiliyyəti iki parametr: informasiyanın ötürülmə sürəti və informasiyanın tutumu ilə səciyyələndirilir. İnformasiyanın ötürülmə sürəti bod ilə ölçülür. Yəni əgər modem saniyə ərzində analoq siqnalının xarakteristikasını 2400 dəfə dəyişirsə, deməli onun informasiyanı xəttə ötürmə sürəti 2400 boddur. İnformasiyanın tutumu isə analoq siqnallarının sayı, yəni bit ilə təyin edilir. bod Fransız alimi jan moris bodun şərəfinə infor. nın ötürülmə sürəti vahididir. Bod kodu texnika tarixində ilk dəfə informasiyanın ikilik kodlaşdırma üsulu olmuşdur. Qeyd edək ki, telefon xətlərinin keyfiyyətsiz olması və ötürülən siqnalların maneələrə rast gəlməsi modemin iş xüsusiyyətinə, yəni siqnalların keyfiyyətli və sürətli ötürülməsinə xələl gətirir.

� Səs kolonkasından (çıxış qurğusu kimi) audio məlumatları dinləmək üçün istifadə olunur. Qrafikçəkən qurğu

� Səs kolonkasından (çıxış qurğusu kimi) audio məlumatları dinləmək üçün istifadə olunur. Qrafikçəkən qurğu - kompüterdən alınan qrafiki məlumatları, mürəkkəb sxemləri və şəkilləri qələmin köməyi ilə kağız üzərində çəkən çıxış qurğusudur. Kompüterlərdə mətnin, səsin, şəkilin və görüntülərin birgə emal edilməsini təmin edən qurğu multimedia adlanır. Bu qurğu özündə mikrofonu, web-kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-video informasiyanı (analoq formasında olan) ikilik-rəqəm koduna çevirmək və əksinə ikilik kodu audiovideo informasiyaya çevirmək üçün istifadə edirlər. Multimedia qurğusunun koməyi ilə kompüter şəbəkələri üzərində audio-video konfransların təşkil olunmasını həyata keçirirlər.