Elmi mqalni nec yazmal Bu tqdimat yenic elmi
Elmi məqaləni necə yazmalı? Bu təqdimat yenicə elmi tədqiqat işlərinə başlamış magistr tələbələrinə, aspirantlara kömək üçün işlənmişdir. Elmdə ilk addımlarını atan gənclər üçün elmi məqalə onun müvvəfəqiyyətlərinin rəhnidir. Odur ki, elə əvvəldən elmi məqaləni lazımı səviyyədə yazmaq bacarığı onun əsl alim kimi formalaşmasına və yüksək uğurlar qazanmasına çox kömək edər. Müəllif İsmət S. Əhmədov
Sizin elmə töhfəniz nə ölçülür? Elmin qurulması tədqiqat işlərinin bir-biri ilə əlaqəsini tələb edir İlkin araşdırmalar sizin üçün bazis rolunu oynayır, bundan sonra siz elm şəbəkəsində həm istehsalçı və Elmi ədəbiyyat Tədqiqat həm də idxalçı olacaqsınız. Karyeranızın sonuna qədər elmi məlumat- lar toplamaq həvəsi, əks əlaqə, şübhələr və təkrar-təkrar təcrübələr Elmi məhsul sizi kölgə kimi izləyəcək. Odur ki, aldığınız nəticələri mümkün qədər vaxtında və münasib şəkildə elm aləminə çatdırmağınız çox vacibdir.
Proses necə başlayır? İlkin təcrübə Sual Hə cavab yox Yeni təcrübə Xülasə Layihə hazırlığı Nəticələr Əlyazması Laboratoriya işi Nəşri və axtarış
Sizin elmi işlərinizin elm aləminə bəlli olduğuna əmin olun və nəticələrinizi koleqalarınızla müzakirə etməyə cəhd edin! Necə? Elmi nəticələrinizi yazılı, şifahi və digər üsullarla çatdırmağa cəhd edin!
Məqaləni yazmağa başlamazdan əvvəl nəzərdə tutduğunuz suala təcrübələrin cavab verdiyinə əmin olun Qeydlərinizi sistemləşdirin, ədəbiyyat məlumatlarını toplayın, lazım olacaq digər materialları aydınlaşdırın
Məqalənin əlyazmasına necə başlamalı?
Məlumatlarını təşkil et
Məlumatların ayrı-ayrı bloklarda quruluşu Problem, məsələnin qoyuluşu, aktuallığı, nə üçün bu sual? Nümunələr, təcrübə obyekti, cihazlar, şərait və statistika Təcrübələr, təcrübələrin nəticələri, qrafik, cədvəl, fotoşəkil və s. Nəticələrin analizi və müzakirəsi, başqa müəlliflərin nəticələri ilə müqayisəsi
Məlumatlarinizi əlaqələndirməyə cəhd edin Və onları strukturlaşdırın
Elmi məqalənin strukturu Başlıq Təcrübə və nəticələr Müəllif (lər), iş yerləri, koordinatları Müzakirə Xülasə, açar sözlər Giriş Material və metod Qərar Təşşəkkür (məqaləni maliyələşdirənlərə və şəarit yaradanlara Ədəbiyyat Əlavələr
Başliq Elmi məqalənin başlığı təcrübənin mahiyyətinə tam uyğun olmaqla çox yığcam və cəlbedici olmalıdır. O informativ, qısa, spesifik, aydın və birmənalı olmalıdır. Nə üçün başlıq vacibdir? İnformasiya axtarışı xidmətlərinin, brauzerlərin və ya məlumat banklarının çoxu onların indekslərini işləyib hazırlamaq üçün onun adından istifadə edir, başlıq məqalənin hər cür yayılmasını və axtarışını asanlaşdırır.
Müəllif(lər)in adı və koordinatları Məqalələrinizdə çalışın həmişə eyni addan və eyni stildən istifadə edin. Belə olan halda heç kimi çaşdirmayacaqsınız, axtarış asan olacaq və yadda qalan müəllif olacaqsınız. "Etibarlı ad" arzu olunandır. Yazışmanın (korrespondesiya) hansı müəlliflə olacağını müəyyənləşdirin. Təşkilatların (müəssisələrin) tam ad və ünvanını verin. Hal-hazırda elektron poçtlar da həmçinin verilir.
Xülasə (abstrakt) Xülasə, məqalənin qısa məzmunudur. Burada çox səlis şəkildə problem, təcrübə, nəticələr və son qərar verilir. Axtarış saytlarına adətən xülasə qoyulduğundan və digər müəlliflər çox zaman yalnız onunla kifayətləndiyindən onu həddən artıq səlis və məzmunlu yazmaq lazımdır. Əsas məsələlərdən biri də onun ölçüsüdür. Çox az sözlə (200 -300), xülasə məqalənin əsas aspektləri, nəticələr və onların interpretasiyaları haqqında, məlumat və cavab verməlidir
Xülasənin strukturu Qısa cümlələr, ancaq teleqraf cümlələri olmasın Ədəbiyyat olmasın Cədvəl və qrafik, sxem, şəkil olmasın Acronimlər, ixtisarlar olmasın Çox təfsilata varmayın!
Açar sözlər "boş sözlər" və ya xüsusi ümumiliklər olmamalıdır. Onların mənbələri: məqalədə verilən sözlər və sərbəst mətn
Giriş Qısa Nəzəri cəlb edən Ən münasib istinadlar (elmi ədəbiyyatdan) Məlum məlumatların təkrar edilməməsi Məqsəd və obyekt
Material və metodlar Nümunələr, nümunə Adamlar Material (mənşəyi, əgər vacibdirsə) Metodlar (istinadlar və qısa təsvir) Statistik metodlar (software) Tənliklər. Beynəlxalq standartlara uyğunluq Məqsədlər və obyekt
Təcrübələr Məqsədə cavab verir Məntiqi ardıcıllıqla aparılmışdır Artıq (lazımsız) təcrübələri daxil etməyin İlk hipotezanı etibarsız saymayın, onları uzaqlaşdırmayın (yox etməyin) Cədvəllərdə, şəkillərdə və mətndə heç bir informasiyanı təkrar etməyin
Müzakirə Təcrübələrin mahiyyəti nədir və onlar nəyi göstərir? Təcrübələr başqa elmi təcrübələrlə uzlaşır ya yox? Təkrarçılıq olmasın Alınan nəticələr
Təşəkkürlər Adlar, İnstitutlar, layihələr, qrantlar, və s. . .
İstinad S. Harvard (Adı və ili) . . . Nəticələr bu işlərlə uyğunlaşır (Smith, 1996; Brown et al. , 1998). . S. Vancouver (rəqəmlə) . . . Nəticələr bu işlərlə uyğunlaşır [1, 2]. . .
Ədəbiyyatın elementləri: Jurnal məqaləsi: Müəlliflər. İl. Məqalənin başlığı. Tom. (issue). səhifə. Kitab: Müəlliflər. İl. Məqalənin başlığı. Redaktor. Şəhər. Nəşriyyat. s. Kitabdan fəsil: Fəslin müəllifi. İlr. Fəslin başlığı. Redaktor. Kitabın adı. Şəhər. Nəşriyyat. S. s. Patent: Müəllif. İl. Patentin adı. Patentin nömrəsi (indeksi) Konfrans materialı: Müəllif. İl. Konfransın adı. Şöbə. Şəhər. Tarix
Felin zamanları Məlum növ İndiki Keçmiş Direktivlər, nəticələr, ümumiləşmələr, stabil vəziyyətlər Prosedurlar, nəticələr, son fikirlər Məchul növ ilə mətni korlamayın, bundan boyun qaçırın, yalnız naməlum mövzulardan istifadə edərkən və məqsədə müvafiq hallarda işlədin
Cədvəllər Başlığı mətnə uyğun sadə olmalıdır. Ton və ştrixlər verməyin. Mətni və başlıqları ayırmaq üçün yalnız xətlərdən istifadə edin. Başlıqlarda ölçü vahidini verməyi yaddan çıxarmayın Şəkil və cədvəllərdə hər hansı bir informasiyanı təkrar etməyin Cədvəl adətən 2 x 2 sətirli və isənilən sayda stünlu ola bilər. Yalnız mühüm dipnotlardan istifadə edin.
Şəkillər Şəkil = şəkilin başlığı + koordinat oxları + vahidlər + məzmun Şəkillər rəqəmlərdən çox tendensiyanı xarakterizə etməlidir (göstərməlidir) Şəkillərdə torlar, çərçivələr, yazı, xətlər çox olmasın! Şəkillər yalnız bir xətt olmasın! Məlum simvollardan, aydın xətlərdən istifadə edin və səliqə ilə yazın!
Dərc etmək üçün jurnal seçmisinizmi? Müəlliflər kim olacaq, məlumatlandırmısinizmı? Gəlin məqalənin birinci layihəsini yazaq!
Qaç Qeyri müəyyənlikdən Uzun-uzadı sözlərdən Jarqon sözlərdən Artıq cümlələrdən Əlyazmalar Bir qiymətli olmayan məlumatlardan
Əlyazmalar Daha sadə Daha qısa Aydın Daha yaxşı Çox qısa Çoxlarını tulla
Sizin məqaləniz bu suallara cavab verirmi? Nə üçün? Necə? Giriş material + metod Nə nəticə almısan? Nəticələr nə göstərir? Nəticələr Müzakirə
Cədvəl və şəkillərdə olan Məlumatların dəqiqliyin səliqə ilə yoxlayın Cədvəl və şəkillərin hamısımı lazımlıdır? Şəkil və cədvəllərdən hansını birləşdirə bilərsiniz Hansısa məlumat təkrarlanırmı?
1 -ci layihəni yendən oxu 2 -ci layihə Stilə bir də nəzər yetir Mündəricatı, məlumatları, ədəbiyyatı gözdən keçir Axırıncı əlyazma
- Slides: 31