Ekoloji thlklr Fvqlad hallar Mllif Faklt Tbit v
� Ekoloji təhlükələr. � Fövqəladə hallar. � Müəllif.
Fakültə: Təbiət və tətbiqi elmlər. İxtisas: Kopüyter mühəndisi. Fənn: Həyat fəaliyyətinin təhlükəsizliyi. Müəllim: Rzazadə Etibar Tələbə: Qubadli Səmra
� Ekoloji təhlükə- insan və cəmiyyətin həyatı üçün zəruri ehtiyaclarına və təbii ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyət.
Ekoloji təhlükə zonası- insanın təsərrüfat və ya digər fəaliyyəti nəticəsində ətraf mühitin dərin dəyişilməsi baş verən və insanın həyatı üçün təhlükəli ərazi. Ekoloji təhlükəli vəziyyət- təbii ətraf mühitin dağılma təhlükəsi vəziyyətində antropogen və təbii təsirlər altında neqativ dəyişikliklərlə səciyyələnən, həmçinin təbii fəlakətlər və qəzalarla nəticələnən, bu səbəbdən də insanların və cəmiyyətin həyatına təhlükə yaradan vəziyyət. Ekoloji təhlükəsizlik sistemi- biosfer və antropogen, həmçinin təbii xarici yük arasında tarazlığı saxlamağa yönəldilən qanunverici, tibbi və bioloji tədbirlərin məcmusu. Ekoloji təhlükəsizliyin təmin edilməsi- ekoloji təhlükəli vəziyyətlərin yaranması və inkişafının qarşısının alınması, onların nəticələrinin və gələcəkdə baş verə biləcək neqativ təsirinin aradan qaldırılması üzrə fəaliyyət sistemi.
�Ekoloji tərbiyə- insanda ətraf mühitə qarşı şüurlu münasibət, ona ehtiyatla yanaşmağın, zənginliklərinin qorunması, təbii resurslarından səmərəli (ağılla) istifadə etməyin vacibliyini aşılamaq, formalaşdırmaq. Ekoloji tərbiyədə mətbuat, radio, televiziya verlişləri, “yaşıl” hərəkatlar və s. böyük rol oynayır. Ekoloji tərbiyənin inkişafına beynəlxalq əlaqələr (MSOP, YUNESKO, “İnsan və biosfer” YUNEP və s. ) imkanlar açır.
Fövqəladə halların təsnifatı. �Fövqəladə hadisə – insan təlafatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakətlər nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
�Fövqəladə hal və onun növləri (miqyasına, baş vermə sahələrinə, mənsubiyyətinə görə) � Miqyasına görə fövqəladə halların təsnifatı �Lokal (qismi) - hadisələr iş yerindən, iş sahəsindən, mənzildən kənara yayılmır. �Obyekt miqyaslı (səciyyəli) - hadisələr sənaye obyektində, bina və ya qurğu hüdudlarında məhdudlaşır. �Yerli - hadisələr ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir. �Regional - fövqəladə hadisə bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir. � Milli - miqyaslı fövqəladə hadisələr respublikanın xeyli ərazilərini əhatə edir, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir. �Qlobal - hadisələr isə bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin ərazilərinə də yayılır.
� Fövqəladə halların baş vermə sahələrinə � 1) Təbii xarakterli fövqəladə hallar; � 2) Texnogen xarakterli fövqəladə hallar; � 3) Ekoloji xarakterli fövqəladə hallar; � 4) Sosial-siyasi və hərbi siyasi xarakterli hallar.
� Təbii xarakterli fövqəladə vəziyyətlər Təbii fəlakətlər – insan iradəsinə tabe olmayan, təbiət qüvvələrinin hərəkəti nəticəsində qəflətən baş verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa ağır nəticələrə səbəb olan faciəli təbii təzahür və ya proseslərdir. Təbii fəlakətlərə zəlzələlər, vulkan püskürmələri, sellər, sürüşmələr, uçqunlar, daşqınlar, quraqlıqlar, qasırğalar, tufanlar, qar basqınları və uçqunları, uzun müddətli güclü yağışlar, güclü davamlı şaxtalar, genişmiqyaslı meşə və torf yanğınları aiddir. Bura həm də 1974 -ci ildə Venesuella Konfransında epidemiyalar, epizootiyalar, epifitotiyalar, meşə və kənd təsərrüfatı zərərvericilərin kütləvi yayılması da daxil edilmişdir.
Təbii fəlakətlər davametmə müddətinə görə iki cür olur: 1) qəflətən baş verənlər (zəlzələlər, qasırğalar, tornadolar); 2) uzunmüddətli davam edənlər (epidemiyalar, daşqınlar, epizootiyalar və s. ) Təbii fəlakətlərin yaranma səbəbləri Təbii fəlakətlər yaranma səbəblərinə görə də iki cür olurlar: 1) təbii amillərlə bağlı olanlar (vulkan püskürməsi, dəniz səviyyəsinin güclü ləngəri, güclü daşqınlar, qasırğalar, güclü hərarətli hava, buzlaşma və s. ). Bunlar əsasən maddələrin sürətli yer dəyişməsi (zəlzələ və sürüşmələr), yerdaxili enerjinin üzə çıxması (vulkanlar), çaylarda, göllərdə, dənizlərdə suyun səviyyəsinin qalxması (daşqınlar, sunamilər), qeyri-adi güclü küləyin təsiri (qasırğa, urağan, tornadolar). 2) antropogen amillərlə bağlı olanlar (toz burulğanları, eroziya) Bir çox təbii fəlakətlərin yaranması isə həm təbii, həm də antropogen amillərlə bağlı olur (yanğınlar, torpağın eroziyası, uçqunlar və s. ).
Təbii xarakterli fövqəladə hadisələr � 1) Geofiziki təhlükəli təzahürlər: � 1) zəlzələlər; � 2) vulkan püskürmələri. � 2) Geoloji təhlükəli təzahürlər (ekzogen geoloji təzahürlər): 1) sürüşmələr; 2) sellər; 3) qar uçqunları. 3) Meteoroloji və aqrometeoroloji təhlükəli təzahürlər: - tufanlar (9 -10 bal); qasırğalar (12 -15 bal); - iri həcmli dolu; � 4)Dəniz hidroloji təhlükəli təzahürlər: - tayfunlar; - sunamilər (qravitasiyalı dəniz dalğaları); - güclü dalğalar (5 bal və daha yüksək); - dəniz səviyyəsinin güclü ləngəri; - erkən buz örtüyü və ya hərəkətsiz qalın buz qatı; - gəmi və liman tikililərinin buzlaşması; - sahil buzlarının qopması. � 5) Hidroloji təhlükəli təzahürlər: - suların yüksək səviyyəsi (daşqın, subasma); - yeraltı suların daşqınları (əsasən buzlar əriyən vaxt); - yağış daşqınları; - maneə və əngəllər (çay mənsəbində xırda buzların toplaşaraq sıxlıq yaratması); - suyun aşağı səviyyəsi; �
6) İnsanların infeksion (yoluxucu) xəstəlikləri: epidemiyalar (insanların kütləvi şəkildə yoluxucu xəstəliklərə tutulması); - ekzotik və xüsusi təhlükəli yoluxucu xəstəliklərin tək-tək təsadüf edilən halları. � 7) Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri: - epizootiya (heyvanların yoluxucu xəstəliklərinin geniş yayılması); - enzootiya (müəyyən ərazidə heyvanlar arasında epidemiya); � 8) Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması: - inkişaf edən epifitotiya (bitkilərin kütləvi xəstəlikləri); - bitki zərərvericilərinin kütləvi yayılması. Geofiziki təhlükəli təzahürlər: �
Tərcüməyi hal. � Mən Səmra Qubadli 1999 -cu ildə Zərdab rayonunda anadan olmuşam. 2005 -ci ildə H. B. Zərdabi adina 1 sayli orta məkdəbin rus sektoru bölməsini daxil olmuşam. 2015 -ci ildə orani bitirmişəm. 2017 -ci ildə Odlar Yurdu Universtetinin Kompüyter mühəndisliyinə ixtisasina daxil olmuşam. Hal-hazirda oranin 3 kurs tələbəsiyəm.
- Slides: 14