Dvlt bdc xrclmlrinin sosial rifaha tsirinin qiymtlndirilmsi Qubad
Dövlət büdcə xərcləmələrinin sosial rifaha təsirinin qiymətləndirilməsi Qubad Ibadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzi Kaspian Plaza 19 avqust 2010 -cu il
Qlobal iqtisadi böhranın təsir alqoritmi Qlobal iqtisadi böhran Dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı və xərcləmələrinin azalması Sosial rifah halına mənfi təsir
2009 -cu ildə fiskal likvidliyin problemləri • Neft hasilatının büdcədə proqnozlaşdırılandan 23 faiz və ya 12, 2 milyon ton az oldu; • Neft qiymətləri ən aşağı həddə endi (54 USD/barel); • Xarici investorlar ölkəmizin dövlət maliyyə bazarlarından 250 milyon ABŞ dolları geri çəkdi; • Xarici investorlar bank sistemindən 1, 7 milyard ABŞ dolları geri çəkdi.
2008 -2009 -cu illərdə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları (milyon manatla) 2340 2320 2300 2327 2280 2260 2256, 7 2240 2008 2009
2009 -cu böhran ilində dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payının artmasının sosial rifaha təsiri Qeyri-neft sektorundan dövlət büdcəsinə ödəmələrin artımı Qeyri-neft sektorunda mənfəətin azalması Qeyri-neft sektorunda işsizlik, əmək haqlarının azalması və gecikməsi
Qeyri-neft sektoru büdcəyə gömrük xəttilə daha çox vəsait ödəyib 2009 -cu il ərzində idxal həcmi kəskin azalmasına baxmayaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 1112, 7 mln. manat vəsait təmin etmişdir ki, bu da 2008 -ci illə müqayisədə isə 2, 3 mln. manat və ya 0, 2 faiz çoxdur. Beləliklə, qeyri-neft sektoru böhran ilində təkcə vergi deyil, həm də gömrük ödənişlərini əvvəlki illə müqayisədə daha çox həyata keçirmişdi. Bir tərəfdən böhranın təsiri ilə gəlirlərin azalması, digər tərəfdən isə verg-gömrük ödənişlərinin artımı qeyri-neft sektorunun mənfəətini minimuma endirib. Bu isə öz növbəsində sosial rifaha mənfi təsir göstərib. Əhalidən gəlir vergisinin 2009 -cu ildə 2008 -ci ilə nisbətən 627 milyon manatdan 582 milyon manata enməsi də onu göstərir ki, işləyən əhalinin gəlirləri azalıb.
2009 -cu ildə sosial xərcləmələr artıb 2009 -cu ildə dövlət büdcəsinin xərcləri 12355, 0 mln. manat proqnoza qarşı 10567, 0 mln. manat və ya 85, 5 faiz icra edilmişdir ki, bu da 2008 -ci illə müqayisədə 207, 2 mln. manat və ya 1, 9 faiz azdır. 2009 -cu ildə sosialyönümlü tədbirlərin (elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət xərcləri) maliyyələşdirilməsinə dövlət büdcəsi xərclərinin 26, 2 faizi və ya 2763, 0 mln. manatı yönəldilmişdir ki, bu da 2008 -ci illə müqayisədə 450, 4 mln. manat və ya 19, 5 faiz çoxdur.
Böhran ilində fiskal yumşaltma tədbirləri • 2009 -cu ildə ünvanlı sosial yardım alınması üçün ehtiyac meyarı 60 manata çatdırılmış, pensiya təminatında yarana biləcək gecikmələrin qarşısını almaq məqsədilə dövlət büdcəsinin Ehtiyat Fondundan 40 milyon manat vəsait ayrılmış, sosial ipotekaya 14 milyon manat istiqamətlənmiş, əhalinin 2009 cu il oktyabrın 1 -ə təbii qazdan istifadə üzrə yaranmış 327 milyon manat borcu silinmişdir.
Dövlət xərcləmələri 1 milyard manat artıq olanda əhalinin istehlak xərclərinin dinamikası
Dövlət xərcləmələri və əhalinin istehlak səviyyəsi arasında müsbət korelyasiya • Mandel-Fleminq modelinə görə Azərbaycan iqtisadiyyatında dövlət xərcləmələri və əhalinin istehlak səviyyəsi arasında müsbət korelyasiya var. Ssenari 2 -dən də görmək olar ki, əgər dövlət xərcləmələri 1 milyard manat artıq olsaydı 1998 -2008 -ci illər arasında istehlak səviyyəsi də illik 500 milyon manata qədər arta bilərdi. Amma ekonometrik hesablamalara əsasən qurduğumuz ssenari 2009 -cu ildə dövlət xərcləməlrinin xəyali artımnın istehlak səviyyəsinə təsirinin minimuma enməsini göstərir. Belə paradoksal vəziyyət yalnız onunla izah oluna bilər ki, dövlət xərcləmələrinin artması ilə yanaşı, həm də qeyri-neft sektoru da daha çox vergigömrük yükü daşımalı olub. Beləliklə, dövlət bir cibinə aldığını o biri cibindən yenidən əhaliyə qaytarıb. Bir tərəfdən böhranın təsiri digər tərəfdən isə qeyri-neft sektorunda vergi daxilolmalarının artmasından yaranan neqativ təsiri azaltmat üçün dövlət büdcəsinin sosial istiqamətli xərclərinin həcmi korreksiya edilib.
İstehlak funksiyası LOG(CONS)=2. 1 + 0. 5*LOG(CONS(-1)) + 0. 4*LOG(Y) Bir laq (il) geri istehlakın 1 faiz artması indiki istehlakı 0, 5 faiz artırır, ÜDM-in 1 faiz artımı isə həmin dövrdə istehlakı 0, 4 faiz artırır.
Dövlət xərcləmələri 1 milyard manat artıq olanda ÜDM-in dinamikası
Dövlət büdcəsi-ÜDM-istehlak Dövlət xərcləmələrinin dəyişməsi Dövlət xərcləmələri və ÜDM-in həcmi arasında müsbət korelyasiya var Əsas: Ssenari 1 (Mandel-Fleminq Modelinə əsaslanır) ÜDM-in dəyişməsinin istehlak səviyyəsinə təsiri ÜDM-in və istehlakın arasında müsbət korelyasiya var Əsas: İstehlak funksiyası İstehlakın səviyyəsi əhalinin sosial rifah halını müəyyənləşdirir Beləliklə, dövlət xərləmələri və sosial rifah arasında birbaşa əlaqədən savayı, həm də ÜDM üzərindən müsbət korelyasiya var
Nəticə (sxem) Sosial rifaha təsir 2009 -cu ildə dövlət büdcəsinin sosial rifah halına ilk təsiri qeyri-neft büdcə gəlirlərinin artımı ilə baş tutdu. Məcmu tələbin stimullaşdırdığı qeyri-neft sektoru böhran ilində çətinliklərlə üzləşdi. Əsasən qeyri-ticari bölmənin inkişaf etdiyi neftsiz iqtisdiyyat sahəsində böhranın təsiri ilə tikinti və xidmət sektorunda ciddi geriləmə baş verdi. Belə bir vəziyyətdə hökumətin qeyri-neft gəlirlərini artırmaq üçün “pedalı” axıra kimi sıxması bu sahədə vəziyyəti bir qədər də ağırlaşdırdı. Təsadüfi deyil ki, 2009 -cu ildə fəaliyyətini dayandıran və ya məhdudlaşdıran müəssisələrin bir hissəsi vergi yoxalamalarından sonra buna getməyə məcbur oldular. Bu isə öz növbəsində işsizliyin yaranması, əmək haqlarının azalması və ya gecikdirilməsi hallarına rəvac verib. Məsələn iqtisadiyyatda muzdla işləyənlərin sayı 2008 -ci ildə 1410 min nəfər olubsa 2009 -cu ildə bu göstərici 1376 min nəfərə enib. Ən kəskin azalma tikinti, emal sənayesi, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində olub. Qeyri-neft sektorunda mənfəətin azalması İşsizlik, maaşların gecikməsi, maaşların azalması 2009 -cu ildə dövlət büdcəsinin xərcləri 12355, 0 mln. manat proqnoza qarşı 10567, 0 mln. manat və ya 85, 5 faiz icra edilmişdir ki, bu da 2008 -ci illə müqayisədə 207, 2 mln. manat və ya 1, 9 faiz azdır. Büdcənin xərcləmələri ümumilikdə azalsa da, sosial xərcləmələr artdı. 2009 -cu ildə sosialyönümlü tədbirlərin (elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət xərcləri) maliyyələşdirilməsinə dövlət büdcəsi xərclərinin 26, 2 faizi və ya 2763, 0 mln. manatı yönəldilmişdir ki, bu da 2008 -ci illə müqayisədə 450, 4 mln. manat və ya 19, 5 faiz çoxdur.
Tövsiyyələr • • Dövlət büdcəsinin formalaşması zamanı planlaşdırma-proqramlaşdırma-büdcə zənciri üzrə “Maliyyə proqramlaşdırılmasının” daha uyğun modelinə keçid təmin edilməlidir; Dövlət büdcəsinin proqnozlaşdırılması zamanı qabaqcıl ekonometrik üsullardan istifadə olunmalıdır; Dövlət büdcəsinin proqramlaşdırılması makroiqtisadi sabitlik, davamlı inkişaf və sosial rifah prinsiplərinə uyğun həyata keçirilməlidir; Dövlət büdcəsi və digər makroiqtisadi göstəricilər arasında optimal nisbətlərin qurulması təmin edilməlidir; Dövlət büdcəsinin icarsının sosial rifah halına təsiri ssenarilərlə proqnozlaşdırılmalıdır; Dövlət xərcləmələrinin strukturu və həcmi səmərəlilik və davamlılıq prinsiplərinə uyğun hesablanmalıdır; Dövlət büdcəsinin gəlirlərinin qeyr-neft sektoruna ve dolayısı ilə məşğulluq və əmək haqqı siyasətinə təsiri qiymətləndirilməlidir. Maliyyə proqramlaşdırılması zamanı makroiqtisadi qurumlar arasında daha operativ və elmi koordinasiya təşkil olunmalıdır.
Təşəkkürlər İQTİSADİ TƏDQİQATLAR MƏRKƏZİ Bakı AZ 1065 Cəfər Cabbarlı 44, Kaspian Plaza 3, 9 -cu mərtəbə Telefon: (+99412) 437 32 30 Faks: (+99412) 437 32 40 E-mail: erc-az@azeurotel. com www. erc-az. org
- Slides: 16