Duyular Duyu bir psixi proses olmaq etibaril cisimlrin
Duyğular
Duyğu bir psixi proses olmaq etibarilə cisimlərin, hadisələrin bilavasitə duyğu üzvlərimizə təsiri zamanı yaranır. Duyğu üzvlərimizlə təsir edən nə varsa bunların hamısı qıcıqlandırıcı adlanır. Qıcıqlandırıcıların yaratdığı oyanma hissi sinirlər vasitəsi ilə beynə nəql olunur və nəticədə biz cisimlərin rəngini, dadını, ətrini, səsini, temperaturu və s. keyfiyyətini hiss edirik. Beləliklə də duyğular obyektiv reallığın hissi inikası olub, hal-hazırda hiss üzvlərimizlə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin, əlamətlərinin beynində inikasından ibarət olan sadə psixi prosesə deyilir. Duyğuları xarakterizə edən əsas cəhət onun predment və hadisələrin ayrı-ayrı əlamətlərinin inikasından ibarət olmasıdır.
Məsələn, bal arısı əlimizi sancır. Bu halda biz onun uçuşu zamanı çıxardığı səsi, əlimizin ağrısını arının rəngini əks etdiririk. Duyğuların fizioloji əsasını, akademik İ. P. Pavlovun dediyi kimi, kompleks anatomik strukturdan ibarət olan analizatorlar təşkil edir. Ona görə də İ. P. Pavlov analizatorları duyğu almaq üçün lazım olan anatomik fizioloji cihaz adlandırmışdır. İvan Petroviç Pavlov
Hər bir analizator üç hissədən ibarət olur: 1) Periferik şöbə. Bu hissə reseptor adlanır. Reseptorun funksiyası xarici qıcığı qəbul etmək, xarici energiyanı sinir prosesinə çevirməkdən ibarətdir; 2) Ötürücü sinir lifləri. Bunlara afferent (mərkəzəqaçan) və efferent (mərkəzdənqaçan) sinirlər daxildir; 3) Analizatorun beyin qabığı şöbəsi. Bunu analizatorun mərkəzi şöbəsi, nüvəsi də adlandırırlar. Bu şöbənin funksiyası perifernik şöbədən gələn impulsları təhlil etməkdən ibarətdir. Hər bir analizatorun mərkəzi şöbəsinin özünə məxsus yeri var. O beyin qabığında müxtəlif yerlərdə yerləşir. Məsələn görmə duyğusunun analizatorlarının mərkəzi şöbəsi beyin qabığının sağ və sol gicgah payındadır. Duyğunun əmələ gəlməsi üçün analizatorun bütün hissələrinin tamlığı, birlikdə fəaliyyət göstərməsi zəruridir. Həmin hissələrdən biri sıradan çıxarsa duyğu alınmaz.
Analizatorlar fəal bir orqandır. O qıcıqlandırıcının təsiri altında daima özünü yenidən qurur. Ona görə də demək lazımdır ki, duyğu passiv proses deyil. O həmişə özündə hərəkət komponentlərini də birləşdirir və reflektor xarakteri daşıyır. Duyğuların insanın həyatında əhəmiyyəti əvəzolunmazdır. Bunu başa düşmək üçün aşağıdakılara diqqət yetirmək kifayətdir: 1. Hər şeydən əvvəl duyğular idrakın əsasını təşkil edir. Gerçək aləm haqqında ilkin məlumatı duyğular vasitəsilə əldə edirik. Duyğulardan kənarda heç bir idrak prosesi yoxdur. 2. Duyğular təkcə bizim biliklərimizn mənbəyi deyil, həm də hiss və emosiyalarımızın da mənbəyidir. Qızıl gülün ətri bizdə müsbət hiss və emosiya yaradırsa, çürümüş ətin üfunətliliyi mənfi emosiya halın yaranmasına səbəb olur.
Məşhur həkim Botqin öz klinikasında belə bir hadisə ilə rastlaşmışdır: Xəstə bütün duyğulardan məhrumdur. Onun ancaq bir gözü azacıq görmə qabiliyyətini saxlamışdır. Bir də əlinin üstə kiçik bir sahədə dəri duyğusu hələlik qalır. Həkim göstərir ki, əgər xəstə həmin görən gözünü yumursa, əlindəki hissiyatın qaldığı sahəyə heç kim toxunmursa, bu zaman xəstə huşa gedir, xarici aləmlə heç bir əlaqəsi qalmır. Sergey Petroviç Botqin
Duyğuların təsnifatı Müasir psixologiyada duyğuların təsnifatını müxtəlif prinsiplər əsasında aparırlar. Bunlardan biri duyğuları reseptorların yerləşməsinə görə təsnif etməkdən ibarətdir. Müasir fizioloji və psixoloji ədəbiyyatda reseptorları üç qrupda birləşdirirlər: ekstreoreseptorlar, intreoseptorlar, proprioseptorlar. Ekstreoreseptorlar bədənin xarici səthində yerləşir. Ekstreoreseptorların yaratdığı duyğular da ekstreoseptiv və yaxud xarici duyğular adlanır. Bunlara görmə, eşitmə, iybilmə, dadbilmə və dəri duyğuları daxildir.
İkinci qrup reseptorlar daxili üzvlərin səthində selikli qişasında yerləşir. Bunlara isə intreoseptorlar deyilir. İntreoseptorların yaratdığı duyğular intreoseptiv və ya daxili duyğular adlanır. Üzvü duyğular bu reseptorlarla bağlı olan duyğulardır. Nəhayət üçüncü qrup reseptorlar əzələlərdə, oynaqlarda, onları birləşdirən vətərlərdə yerləşir. Bunları isə proprioseptorlar adlandrırlar. Bu reseptorlarla bağlı olan duyğular proprioseptiv duyğular adlanır. Hərəkət duyğusu və müvazinət duyğuları bu bölgəyə daxildir.
Duyğuların reseptorların bilavasitə qıcıqlandırıcılarla təmasından asılı olaraq kontakt və distant duyğulara da ayırırlar. Bu baxımdan eksteroseptiv duyğular iki cür olur: 1) Kontakt duyğular. Dad və dəri duyğusu kontakt duyğulardır. Bu duyğular qıcıqlandırıcının duyğu orqanlarına bilavasitə təsiri zamanı əmələ gəlir. 2) Distant duyğular. Bunlara görmə, eşitmə və iybilmə duyğularını aid etmək olar. Bu duyğuların əmələ gəlməsi üçün qıcıqlandırıcının müəyyən məsafədən təsir etməsi kifayətdir. Bu təsnifata uyğun olaraq duyğuların ayrı-ayrı növlərini qısaca nəzərdən keçirək.
Görmə duyğusu. Bu duyğu rənglərin və işığın inikasından ibarətdir. Biz iki cür rəngi duyuruq: xromatik və axromatik. Xromatik rənglər boyalı rənglər olub spektrin bütün rənglərini əhatə edir. Xromatik rəngləri görmə duyğusu 380 milli mikrodan 780 milli mikrona qədər uzunluqda olan elektromaqnit dalğalarının görmə üzvünə, gözə təsiri zamanı əmələ gəlir. Ən qısa elektromaqnit dalğasında isə qırmızı rəngi duyuruq. Görmə duyğularının reseptorları gözün torlu qişasında yerləşir. Burda iki cür hüceyrələr: çöpcüklər və kolbacıqlar mövcuddur. Çöpcüklər işığı, kolbacıqlar rəngləri duyma orqanıdır. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar pozulduqda isə yarasa korluğu baş verir.
Eşitmə duyğusu. Bu duyğular səslərin inikasından ibarətdir. Eşitmə duyğusu dəyişən hava dalğalarının eşitmə analizatoruna təsiri nəticəsində əmələ gəlir. Qulağa təsir edən dalğa aşağı və yuxarı təzyiq kimi əlamətləri ilə xarakterizə olunur. Dalğaya xas olan bu cəhətlər səsin ucalığını, gurluğunu və tembrini yaradır. Səsin ucalığı dalğanın tezliyi, quruluğu dalğanın amplitudası, tembri isə dalğanın formasından asılıdır. İnsanın qulağı saniyədə 20 -dən 20000 -ə qədər hersə bərabər olan səsləri eşidə bilir. Hers səsi əmələ gətirən dalğanın tezliyinin fiziki ölçü vahididir.
İybilmə duyğuları. İybilmə duyğusu çox müxtəlif iylərin inikasından ibarətdir. Adətən insanlar iyləri onların xoş yaxud xoşagəlməz olması baxımından fərqləndirirlər. İybilmə duyğusunun reseptoru burun boşluğunun yuxarı hissəsində yerləşir. Bu hissədə yerləşən hüceyrələr müxtəlif iylərə qarşı çox həssas olur. Cisimlərin havada uça bilən mikroskopik hissəcikləri hava ilə birlikdə burun boşluğuna daxil olur və reseptorlara təsir edir. Beləliklə də iybilmə duyğusu əmələ gəlir.
Dadbilmə duyğusu. Müxtəlif maddələrin suda, yaxud tüpürcəkdə həll olunması nəticəsində onların ağız boşluğunda dad reseptorlarına təsiri zamanı əmələ gəlir. P. P. Lazarevin nəzəriyyəsinə görə, ağız boşluğunda dörd növ dad reseptorları yerləşir. Elə bu reseptorlar da dörd növ dad duyğusunun yaranmasına səbəb olur: şirinlik, acılıq, duzluluq, turşuluq duyğuları. Dilin selikli qişasının müxtəlif sahələrinin həm eyni, həm də müxtəlif dad qıcıqlandırıcılarına həssaslığı cürbəcürdür. Məsələn adamın dilinin ucu şirinə, ətrafı turşuya, kökü acıya daha həssasdır.
Dəri duyğuları. Xarici aləmin cisimlərinin bir xassələrini əks etdirir. Dəri duyğuları üç yerə ayrılır: toxunma, temperatur, ağrı duyğuları. Toxunma (lamisə) duyğusu vasitəsilə biz predmentlərin dərinliyini, bərkliyini, yumşaqlığını, kələkötürlülüyü, yaxud səthinin hamar olmasını və sair kimi xüsusiyyətlərini əks etdiririk. Toxunma duyğusunun reseptorları bir milyona qədər olmaqla dəri üzərində müxtəlif sıxlıqda səpələnmişdir. Bu nöqtələr dilin ucunda, barmaqların ucunda, bədənin digər hissələrinə nisbətən daha sıx yerləşmişdir. Dəri duyğular hərəkət duyğusu ilə sıx sürətdə əlaqədardır. Korlar hərfləri toxunma və hərəkət duyğusunun vasitəsi ilə oxuyurlar. Dərinin quruluşu I. epidermis II. derma III. dərialtı piy qat
Temperatur duyğusu. İstilik və soyuqluq duyğusu olmaqla iki növ duyğu kimi mövcuddur. İstilik duyğusu, bədənin temperaturundan artıq hərarətə malik olan cisim dəriyə toxunduqda əmələ gəlir. Soyuqluq duyğusu isə bədən temperaturundan aşağı olan cisim bilavasitə dəriyə toxunduqda əmələ gəlir.
Ağrı duyğuları müxtəlif xarakterdə olur. Biz küt və bərk ağrıları, sanki kəsən, doğrayan, deşənağrıları, davamlı və ani ağrıları duyuruq. Dəri duyğularının hər birinin özünə məxsus reseptorları vardır. Dəridə olan bir çox nöqtələr toxunma, digər nöqtələr soyuqluq, üçüncülər istilik, nəhayət başqa nöqtələr ağrı duyğularını yaradır.
Əzələ-hərəkət duyğusu. Bədənin ətraf üzvlərinin vəziyyətini, hərəkətini, bu hərəkətin istiqamət və sürətini, bu zaman əzələlərin gərilmə dərəcəsini əks etdirən duyğulara deyilir Əzələ-hərəkət duyğuları insanın həyatında böyük rol oynayır. Əmək fəaliyyəti zamanı olduqca mürəkkəb hərəkətlərin icrası, bu hərəkətlərin tənzim olunması hərəkət duyğusu sayəsində mümkün olur. Əzələ-hərəkət duyğusu görmə qavrayışında, lamisə qavrayışında müstəsna dərəcədə əhəmiyyət daşıyır.
Müvazinət duyğuları. Bu cür duyğular başın və bədənin fəzadakı vəziyyətinin inikasından ibarət olub, bədənin hərəkətinin istiqamətini, kordinasiyasını saxlamağa xidmət edir. Bu duyğunun reseptoru daxili qulaqda yerləşən yarımdairəvi kanalcıqların içərisindəki endolifma və hərəkətə gəlir və kanalın divarında olan sinir uclarını qıcıqlandırır. Bununla da biz bədənimizin vəziyyətini əks etdiririk.
Üzvü duyğular. Daxili üzvlərin vəziyyətinin daxilindəki dəyişmələrin inikasınadan ibarətdir. Bu duyğular aclıq, susuzluq, toxluq, ürək bulanması haqqında, bədənin sağlamlıq və xəstə vəziyyətdə daxili üzvlərində baş verən ağrılar haqqında xəbər verir. Üzvi duyğuların reseptorları daxili üzvlərin səthində, selikli qişasında yerləşən sinir uclarından ibarətdir. Üzvü duyğulara cinsi duyğuları da daxil edir.
Xətai rayonu İ. Məmmədov adına 261 nömrəli məktəb-liseyin 10 c sinif şagirdi Rzayeva Səma.
- Slides: 20