Distant thsil Mktb 219 sayl orta mktb Sinif
Distant təhsil Məktəb: 219 saylı orta məktəb Sinif: 7 Fənn: Riyaziyyat Müəllim: Rüstəmzadə Nuranə
Mövzu Natural üstlü qüvvət ve onun xassələri
Dərsin məqsədi Müsbət ədədin n-ci qüvvəti anlayışını başa düşməyi və hesablamağı bacarmaq qüvvətin xassələrindən istifadə etməyi, ədədin natural qüvvətini hesablamağı öyrənmək.
Standart: 1. 2. 2 Natural üstlü qüvvətin xassələrini tətbiq edir.
İş forması Fərdi və qrupla iş
İş üsulu Beyin həmləsi, müzakirə
1. a² və a³ haqda nə bilirik? 2. 16, 27, 64 ədədini sadə vuruqlara ayırın. 3. Verilmiş ədədləri sadə vuruqlarına ayırın 4. Eyni vuruqların sayını vuruğun üstündə yazın 5. Alınmış ifadə haqqında fikirlərinizi söyləyin.
Hər biri a-ya bərabər olan n sayda vuruğun hasilinə a ədədinin n ( n > 1) natural üstlü qüvvəti deyilir. Üstü 1 olan a ədədinin qüvvəti a-ya bəraberdir. a=a a ifadəsinin oxunuşu: “a üstü n və ya a-nın n-ci qüvvəti”. Qüvvətin qiymətinin hesablanması qüvvətə yüksəltmə əməli adlanır. n
Qüvvətə yüksəltmə əməli üçüncü pillə əməli adlanır. Mötərizə olmayan ifadələrdə əvvəlcə üçüncü pillə əməlləri (qüvvətə yüksəltmə), sonra ikinci pillə əməlləri (vurma, bölmə), daha sonra isə birinci pillə əməlləri (toplama, çıxma) yerinə yetirilir. an qüvvətində əsas (a) müsbət ədəd olarsa, aⁿ qüvvəti müsbət ədəddir. an qüvvətində əsas (a) mənfi ədəd olarsa, n cüt ədəd olduqda, an müsbət ədəd, n tək ədəd olduqda, an mənfi ədəd olur. Yəni cüt sayda mənfi ədədlərin hasili müsbət ədəd, tək sayda mənfi ədədlərin hasili mənfi ədəddir: (− 3)4 = 81; (− 3)3 = − 27.
Qüvvət şəklində göstərin 1. a·a·a·a 2. 8· 8· 8
Qüvvətə yüksəlt 1. x·x·x 2. ( -3)·(-3)·(-3)
Cədvəli tamamlayın: Ev tapşırığı
Səviyyələr Qiymətləndirmə I səviyyə Natural üstlü qüvvət anlayışını dərk etməkdə çətinlik çəkir. Natural üstlü qüvvəti hesablaya bilmir. ıı səviyyə Verilmiş qüvvəti hasil şəklində göstərir, natural üstlü qüvvəti taparkən müəyyən səhvlərə yol verir. Natural üstlü qüvvəti hasil şəklində və ya hasili qüvvət şəklində göstərir, lakin cüzi səhvlərə yol verir. ııı səviyyə Ədədin natural üstlü qüvvətini sərbəst tapır, əsası və qüvvəti müəyyən edir. Iv səviyyə Natural üstlü qüvvəti taparkən nümunələrlə əsaslandırır.
Resurslar https: //www. google. az/webhp? ie=UTF 8&rct=j#q=portal. edu. az+riyaziyyat
- Slides: 15