daltli mhkm aradrmas hququ Sima Yaqubova 2016 NSAN
Ədalətli məhkəmə araşdırması hüququ Sima Yaqubova 2016
İNSAN HÜQUQLARININ VƏ ƏSAS AZADLIQLARININ MÜDAFİƏSİ HAQQINDA AVROPA KONVENSİYASI Maddə 6. 2 Təqsirsizlik prezumpsiyası CİNAYƏT TÖRƏTMƏKDƏ İTTİHAM OLUNAN HƏR KƏS ONUN TƏQSİRİ QANUN ƏSASINDA SÜBUT EİLƏNƏDƏK TƏQSİRSİZ HESAB EDİLİR.
Azərbaycan Respublikası Konstitutsiyasından çıxarış M a d d ə 6 3. Təqsirsizlik prezumpsiyası I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsindən çıxarış Maddə 21. Təqsirsizlik prezumpsiyası 21. 1. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21. 2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21. 3. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
• Əhatə dairəsinə düşən məlumatlar: • Hakimlər «Minelli İsveçrəyə qarşı» ; «Samoyla və Sionka Rumıniyaya qarşı» ; «Bohmer Almaniyaya qarşı» ; «Baars Niderlanda qarşı» • Prokurorlar və müstəntiqlər «Daktaras Litvaya qarşı» • Dövlət rəsmiləri «Ribemont Fransaya qarşı» ; «Fərhad Əliyev Azərbaycana qarşı» ; «Fətullayev Azərbaycana qarşı» ; «Akif Muradverdiyev Azərbaycana qarşı»
Əsas müdafiə hüquqları
İNSAN HÜQUQLARININ VƏ ƏSAS AZADLIQLARININ MÜDAFİƏSİ HAQQINDA AVROPA KONVENSİYASI Maddə 6. 3 Müdafiə hüquqları
Cinayət Prosessual Məcəllə Maddə 19. Hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi 19. 1. Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. 19. 3. . . şahidin dindirilməsi zamanı cinayət prosesini həyata keçirən orqanın həmin şəxslərin nümayəndə qismində dəvət etdikləri vəkilin onların yanında olmasını qadağan etməyə hüququ yoxdur. 19. 4. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: 19. 4. 1. tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; 19. 4. 4. şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq;
şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə hüququ (6. 3. c) • Şəxsən müdafiə • Seçdiyi müdafiəçi vasitəsilə müdafiə • İmkanı olmadıqda və ədalət mühakiməsinin tələb etdiyi zaman müdafiəçi ilə təmin olunmaq • Səmərəli hüquqi yardım almaq hüququ
Şəxsən müdafiə • Qeyri-mütləq hüquq, məhdudlaşdırıla bilər (məs. ağır cinayətlərdə ittiham olunduqda) • ≈ Şəxsən iştirak • Yalnız şəxsən müdafiə: Britaniyada həbsxana intizam prosesləri, şəxsə müdafiəsini hazırlamaq imkanı verilməlidir
• Seçdiyi müdafiəçi • Seçmək, yalnız özü ödəyərsə Kroissant Almaniyaya qarşı – 3 -cü müdafiəçini təyin etməyə etiraz etmişdir. (müdafiəçi ilə təmin olunduqda, seçim hüququ yoxdur , qeyrimütləq hüquq, məhdudlaşdırıla bilər. Dövlət tənzimləyir, kim müdafiəçi ola bilər)
• İmkanı olmadıqda və ədalət mühakiməsinin tələb etdiyi zaman müdafiəçi ilə təmin olunmaq • Eze ve Konnors Birləşmiş Krallığa qarşı • Kvorant İsveçrəyə qarşı
Müdafiəçi ilə təmin olunmaq “Ədalət mühakiməsinin tələb etdiyi zaman” • Işin faktiki və hüquqi əsasları (mürəkkəblik dərəcəsi) • Ittiham olunan üçün prosesin əhəmiyyəti (gözlənilən cəza) • Uğur şansının olub-olmaması Bütün hallarda yerli məhkəmə tərərfindən daimi nəzarətdə saxlanmalıdır
QAYDA Əhəmiyyətli prosedural addımlar atılmışsa (dindirilmə, üzləşmə , axtarış və s. ) müdafiəçinin olmaması sonradan müdafiəni effektivliyini mümkünsüz edir
Müdafiəçi ilə effektiv ünsiyyət • Konfidensiallıq - S. v. Switzerland (1991) - Brennan v. UK (2001) • Yalnız ciddi əsaslar olduqda məhdudlaşdıla bilər
Müdafiənin keyfiyyəti Özəl şəxslərin hərəkətlərindən bir qayda olaraq AİHM-ə şikayət verilə bilməz, yalnız Dövlətə aid oluna bilinən davranışlar Daud v Portugal (1998) Czekalla v Portugal (2002) Güveç Türkiyəyə qarşı
Tərcüməçi Cuscani v United Kingdom (2002) • Pulsuz tərcüməçi • Bütün materialların yazılı tərcüməsi deyil Kamasinski v Austria (1989) • Effektiv tərcümə (Kamasinski)
SON Diqqətinizə və fəal iştirakınıza görə təşəkkürlər
- Slides: 18