CORAFYA GN SSTEM GN SSTEM Gn sistemi Bizim
COĞRAFİYA GÜNƏŞ SİSTEMİ
GÜNƏŞ SİSTEMİ � Günəş sistemi — Bizim Qalaktikanın qollarından birində yerləşən, Günəş və ətrafında dövr edən böyük planetlər və onların peykleri, kiçik planetlər (asteroidlər, kometlər, meteorlar), xırda hissəciklər (meteoritlər, kosmik toz) kimi fəza cismlərindən ibarət ulduz sistemi. Aparılan tədqiqatlar 5 milyard il əvvəl qaz-toz buludundan yarandığını göstərir. Günəş sistemi 220 km/san sürəti ilə qalaktikanın mərkəzi ətrafinda dövr edir
� Günəş – Yer kürəsinə ən yaxın sarı cırtdan tipinə aid olan ulduz. Günəş sisteminin ümumi kütləsinin 99, 8 % təşkil edir. Süd yoluqalaktikasının qollarından birində yerləşir. Planetlərdə baş verən proseslərdə günəş enerjisinin əhəmiyətli rolu vardır, Yer kürəsi üzərində canlı həyatın mövcudluğu bu enerji ilə birbaşa bağlıdır. Günəşin səthində hərarət selsi ilə 5530 dərəcədir. Belə temperaturda istənilən kütlə əriyir. Onun nüvəsində isə hərarət 14 mln. dərəcədir. Günəş öz həyatının orta mərhələsindədir. Belə güman edilir ki, o təxminən 5 mlrd il bundan əvvəl yaranmışdır. Hesab edilir ki, bu ulduz daha 5 mlrd il işıq saçacaq və elə güclü partlayışla məhv olacaq ki, Yer kürəsini də yandırıb məhv edəcəkdir. Günəşin səthində görünən ləkələr eni 1000 km həcmdə, özü də adətən cüt əmələ gəlir.
� Merkuri və ya Ütarid — Günəş sistemində, Günəşə ən yaxın planet. Daxili planetlərin ən kiçiyidir. Merkuri öz oxuətrafında çox yavaş fırlanır. Buna görə də Merkuridə bir il bir gündən daha qısadır. Merkuri günəş ətrafında 88 yer sutkası ərzində tam dövr edir. Merkuridə praktiki olaraq atmosfer yoxdur. Buna görə də onun gündüz yarımkürəsi bərk qızır. Merkuri Günəş Sistemi planetlərinin içində ən ekssentrik orbitə sahib olanıdır. Merkuri fiziki xüsusiyyətlərinə görə Aya bənzəyir. Səthikraterlidir. Həmdə Nizami Gəncəvi adına krater var. Təbii peyki yoxdur və kütləsi Aydan azacıq böyükdür.
Venera və ya Zöhrə ulduzu — Günəş sisteminin planetlərindən biridir. Kainatın ən qaynar ulduzudur. [1] � Veneranın atmosferi Yerdən daha sıx olub qalın buludlarla örtülmüşdür. Atmosferin 97%i karbon qazından ibarətdir. Atmosferdə ildırım boşalmaları qeydə alınmışdır. Venera öz oxu ətrafında bütün qalan planetlərdən fərqli olaraq (Uran istisna olmaqla) qərbdən şərqə yox, şərqdən qərbə doğru fırlanır. � Oksford Universitetinin alimləri Nature (Təbiət) jurnalında dərc etdikləri məqalədə, Veneranın bir vaxtlar Yer kürəsi kimi yaşamalı yer olduğuna aid dəlilləri olduğunu açıqladılar. � �
Yer (lat. Terra) — Günəş sistemində üçüncü planet. Orbiti Venera və Mars planetlərinin arasında yerləşir. � Yer qrupu planetlərinin ən böyüyüdür. Canlı varlıqların yaşadığı yeganə planetdir. Planet təqribən 4 -5 milyard il bundan əvvəl yaranıb. Yeganə təbii peyki Aydır. Yer səthi çox müxtəlif və eləcə də girintili – çıxıntılıdır. Onun kütləsinin 9597 faizi birinci beş yüz milyon il ərzində yaranmışdır. Yer kürəsinin yarandığı müddətdən bəri Yerdə atmosfer, hidrosfer, biosfer və litosfer kimi dörd konsentrik örtük yaranmışdır. Bu örtüklərdən bəziləri əsasən Yer səthində qeyri-bərabər paylanmışdır. �
� Mars və ya Mərrix — Günəş sisteminin məsafəcə dördüncü və ölçücə Merkuridən sonra ikinci planeti. Adını Roma mifologiyasının müharibə tanrısından alan bu planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızıgörünüş verir və o, tez-tez "qırmızı planet" kimi təsvir edilir. [14] Mars nazik atmosferi və həm Ayın çarpışmadan sonra yaranan kraterləri, həm də Yerin vulkanları, dərələri, səhraları, qütb buz örtüklərini xatırladan səth xüsusiyyətləri olan terrestrial (əsasən silikat süxurları və metallardan ibarət) planetdir.
Yupiter və ya Müştəri — Günəş sistemində 5 -ci, böyüklüyünə görə isə ən böyük planet. Asteroid qurşağından xaricdə yerləşdiyi və tipinə görə qaz nəhəngi olduğu üçün xarici planetlərə aid edilir. � Ekvatorial radiusu 71400 km-dir. � Orta sıxlığı 1, 3 q/sm 3=1300 kq/m 3 -dir. � Yupiter öz oxu ətrafında böyük sürətlə fırlanır. Yupiter bərk cisim kimi fırlanmır (Günəş kimi). Onun ekvatorunda fırlanma sürəti ən böyük, qütblərdə isə ən kiçikdir. Onun tam fırlanma periodu ekvatorunda 9 saat 50 dəqiqə 30 saniyəyə bərabərdir. �
Saturn və ya Zühəl — Günəş sistemində 6 -cı, böyüklüyünə görə Yupiterdən sonra ikinci böyük planetdir. Adını Roma əkinçilik tanrısı Saturnusdan alıb. Ərəbcə mənşəli Saturn adı Türkcədə getdikcə daha az istifadə edilməkdədir. Sekendiz olaraq da bilinir. � Uran — Günəş sistemində 7 -ci planet. Xaric planetdir. Uran Uilyam Herşel tərəfindən 1781 ci ildə kəşf edilmişdir. Uranın ətrafında Saturnda var olan halqalar aşkar edilmişdir. Uran əksetmə qabiliyyətinə görə birinci planetdir. Uran planeti Yerdən adi gözlə görünür. �
Neptun — Günəş sistemində 8 -ci planet. � Neptun planetini ilk dəfə 1846 -cı il sentyabrın 24 -də Berlində İohan Qalle kəşf edib. Neptunun üz qabığı maye metan okeanı ilə örtülmüşdür. Onun rəngi yaşıl-göyümtüldür. Neptun günəşdən çox aralıda yerləşir. Maksimum uzunluq 4 milyard km-dir. Ona görə də planet günəşin ətrafında 165 ildə bir dövrə vurur. Neptun günəşdən o qədər aralıdır ki, səthində tempratur - 210 dərəcəyə qədər düşür. Neptunun 8 peyki var: Nayada, Talassa, Despina, Nereida, Qalateya, Larissa, Protey və Triton. �
SON ! İZLƏDİYİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR !
- Slides: 14