CORAF NVANLAR Vliyev Etibar Alt Standartlar 1 3
COĞRAFİ ÜNVANLAR Vəliyev Etibar
Alt Standartlar: 1. 3. 1 Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şəhr edir. 3. 2. 1 Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir. Dərsin məqsədi: paralel və meridianların xətitələrdə təyinatını izah edir. Xəritədə ölkələrin yerləşdiyi yarınkürələri müəyyən edir. İş forması: Qruplarla iş.
İstifadə olunan üsullar. Müzakirə Fənlərarası inteqrasiya: Riyaziyyat 3. 2. 3 Təchizat: Dərslik, qlobus, yarımkürələr xəritəsi, dünyanın siyası xəritəsi, kontur xəritə. Motivasiya: Şagirdlərə belə bir sualla müraciət edirəm: Ailənizə məktub gələndə məktubun üzərində nə yazılar? Cavaçdan aydın olur ki, məktubda mütləq ünvan göstərilməlidir. Deməli hər bir şəxsin ünvanı var. Bəs coğrafi obyektlərin (dağlar, şəhərlər və s. ) ünvanı varmı? Onu necə təyin etmək olar?
Tədqiqat sualı: Şəhərin ünvanını necə təyin etmək olar? Tədqiqatın aparılması: Tədqiqat iki mərhələdə aparılır. I mərhələ: Dərsliyin “Fəaliyyət” bölümündə verilmiş tapşırıq yerinə yetirilir. Şagirdlər dərsdə verilmiş 2 şəkli müqayisə edir və nəticəyə gəlirlər: • Şəhərdə istənilən binanın ünvanı yerləşdiyi küçənin • adına görə təyin olunur; • Şəhərlərin ünvanını xəritə üzərində çəkilmiş xətlərə • əsasən təyin etmək mümkündür. II mərhələ : Yeni məlumatla iş.
Mətnlə iş olqaritmi • Birinci abzası oxuyun. • Dəftərə sizin üçün yeni olan terminləri və onların • izahını yazın; məsələn, paralel və meridianlar xəritə • üzərində çəkilmiş xətlərdir. • Yazdığınız izahı yoldaşınızın yazdığı ilə müqaisə edin. • Onlar oxşardılarmı? Əgər fərqlidirsə , hansının daha • dəqiq və aydın olduğuna qərar verin. • Fiziki xəritədə ozuduğunuz abzasda yazılan hər hansı • elementi tapın. • Həmin elementi kontur xəritədə qeyd edin. • Növbəti abzası oxuyun və tapşırıqları tıkrar edin. Şagirdlər cütlərlə təlimatdan istifadə edib dərsliyin mətni üzərində işləyirlər.
Məlumat mübadiləsi və müzakirəsi: Bir neçə cütün işləri nümayiş etdirilir və siniflə birlikdə müzakirə təşkil olunur. Müzakirə üçün müəllim aşağıdakı suallardan istifadə edə bilər: • Paralel nədir? Paralel ilə nəyi təyin etmək mümkündür? • Paralelləri xəritə və qlobus üzərində göstərin. • Yarımkürə nədir? Hansı xətt Yer kürəsini yarımkürəyə bölür? • Xəritə və qlobusda yarımkürələri göstərin. • Meridian nədir? Başlanğıc (Qrinviç) meridian nədir? • Meridianla nəyi təyin eləmək olar? • Meridianlari xəritə və qlobusda göstərin. • Şəhərin “ünvanının” təyin olunmasını izah edin. Dərslikdəki şəkil və xəritəyə əsasən Bakının hansı paralel və meridian üzərində yerləşdiyini təyin edin.
Ümumiləşdirmə və nəticə: “Nə öyrəndiniz” bölümündə verilmiş tapşırıq yerinə yetirilir. Sonra şagirdlərlə dərsi ümumiləşdirib aşağıdakı nəricələr çıxarılır. • Paralel və meridianlar hər gansı coğrafı obyekt və • yaşayış məntəqəsinin mövqeyini təyin etməyə imkan verir. • Hər hansı şəhərin “ünvanını” təyin etmək üçün onun • hər hansı paralel və meridianın kəsişməsində • yerləşdiyini bilmək tələb olunur. Dərsin əvvəlində irəli sürülən fərziyyələr xatırlanır və onlar şağirdlərin fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edilir.
Yaradıcı tətbiqetmə: Dərslikdə “Öyrəndiklərinizi tətbiq edin” bölümündə verilmiş tapşırığın yerinə yetirilməsi oyun şəklində təşkil olunur. Oyun: Hansı yarımkürədə yerləşir? Şagirdlər dünyanın siyasi xəritəsində cütlər şəklində işləyərək ölkənin hansı yarımkürədə yrrləşdiyini müəyyən edirlər. Tapşırıq növbə ilə yerinə yetirilə bilər: bir şagird dövlətin adını deyir, ikinci şagird isə onun hansı yarımkürədə yerləşdiyini söyləyir. Sonra onlar rollarını dəyişirlər.
Qiymətləndirmə: “Öyrəndiklərinizi yoxlayın” bölümündə verilmış tapşırıqlar əsasında dərsin məqsədlərinə nail olmaq dərəcəsi yoxlanılır. Qiymətləndirmə meyarları: İzah etmə Xəritədə yarımkürələri müəyyənetmə Qiymətləndirməni tapşırıqların yerinə yetirilməsinə görə səviyyələr üzrə aparıram.
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRƏM!
- Slides: 11