Byrk atmazl Kskin byrk atmazl byrk parenximasna mxtlif
Böyrək çatışmazlığı
Kəskin böyrək çatışmazlığı - böyrək parenximasına müxtəlif faktorların (ekzogen, endogen) təsiri nəticəsində əmələ gələn vəziyyət olub, böyrəklərin ekskretor, sekretor, filtrasiya funksiyalarının kəskin pozulması ilə müşayiət olunur
Etiologiyası Prerenal (hemodinamik) forma – böyrək qan cərəyanının kəskin pozulması nəticəsində əmələ gəlir. Renal (parenximatoz) forma – böyrək parenximasının zədələnməsi nəticəsində əmələ gəlir. Postrenal (obstruktiv) forma – sidiyin xaric olmasının kəskin pozulması nəticəsində əmələ gəlir. Arenal forma – çox nadir forma olub, həyati göstərişə görə hər iki böyrəyin və ya tək böyrəyin çıxarılması nəticəsində əmələ gəlir.
Etiologiyası
Etiologiyası Prerenal (hemodinamik) forma Renal (parenximatoz) forma Postrenal (obstruktiv) forma 1) Şoklar (travmatik, anafilaktik, kardiogen, infeksion-toksiki, hemolitik) 2) Uzun müddətli sıxılma sindromu 3) Yanıqlar 4) Ürək çatışmazlığı 5) Dehidratasiya və elektrolitlərin itirilməsi 6) Qanaxma və infeksiya ilə fəsadlaşmış mamalıq patologiyası 7) Böyrək qan cərayanını azaldan dərman preparatlarının təsiri 1) Nefritlər (kəskin qlomerulonefrit , kəskin interstisial nefrit) 2) Birləşdirici toxumanın diffuz xəstəlikləri 3) Qudpasçer sindromu 4) Nefrotoksik maddələrin təsiri 5) Böyrək arteriyasının tromboz və emboliyası 6) Böyrək venasının trombozu 1) Sidik çıxarıcı yolların daşla obstruksiyası 2) Sidik çıxarıcı yolların şişlə obstruksiyası 3) Sidik çıxarıcı yolların böyümüş limfa düyünləri ilə obstruksiyası 4) Prostat vəzinin böyüməsi nəticəsində kəskin sidik ləngiməsinin əmələ gəlməsi 5) Sidik axarlarının qan laxtaları ilə okkluziyası Arenal forma Həyatı göstərişə görə hər iki böyrəyin və ya tək böyrəyin xaric edilməsi nəticəsində əmələ gəlir
Patogenezi Sitokinlərin böyrəklərə zədələyici təsiri Böyrək qan cərəyanı və yumaqcıq filtrasiyasının azalması, böyrəklərin işemiyası Na və suyun distal kanalcıqlara gəlməsinin azalması Kanalcıqların epitelinin apoptozu güclənməsi Disseminə olunmuş damar daxili laxtalanma sindromu inkişaf etməsi Böyrək kanalcıqları hüceyrələrində Ca-nin toplanması, onun ödemi və şişməsi Pielorenal və pielovenoz reflüksün inkişaf etməsi Kanalcıqlarda hidrostatik təzyiqin artması İnterstisiyanın ödemi Yumaqcıqlarda və kanalcıqlarda qan cərəyanının pozulması Tubulyar nekrozun əmələ gəlməsi
Təsnifatı Zədələnmə yerinə görə: Prerenal Renal Postrenal
Təsnifatı Etiopatogenezinə görə: Şok böyrəyi Toksiki böyrək Kəskin infeksion böyrək Damar obstruksiyası Uroloji obstruksiya Arenal vəziyyət
Təsnifatı Gedişinə görə: Faktorun təsirinin başlanğıc dövrü Oliqoanuriya dövrü Diurezin bərpa olunması dövrü Sağalma dövrü
Təsnifatı Ağırlıq dərəcəsinə görə: 1 -ci dərəcə - yüngül 2 -ci dərəcə - orta ağırlıqda 3 -cü dərəcə - ağır
Klinikası Başlanğıc dövr yaxud etioloji faktorun təsir dövrü Oliqoanurik dövr Diurezin bərpa olunması dövrü Böyrək funksiyasının bərpa olunması dövrü
Klinikası Başlanğıc dövr yaxud etioloji faktorun təsir dövrü: Təxminən 1 -2 gün davam edir Kollaps Diurezin azalması baş verir
Klinikası Oliqoanurik mərhələ: 1 neçə gündən 3 -4 həftəyə qədər davam edir Ümumi zəiflik İştahsızlıq Gündüz yuxululuq, gecə yuxusuzluq Ürək bulanma, qusma Sidik ifrazının azalması
Klinikası Dəri quru olur, qabıqlanır Dil quru olur Uremik qastrit, kolit Qaraciyər böyüyə, funksiyası pozula, hətta qaraciyər çatışmazlığı inkişaf edə bilər
Klinikası Kəskin miokardit, az hallarda isə fibrinoz perikardit inkişaf edə bilər Ciddi hiperhidratasiya zamanı ağciyər ödemi müşahidə oluna bilər Tez-tez pnevmoniya inkişaf edir və abseslə ağırlaşa bilər Ağır hallarda Kussmaul tənəffüsü (asidozla əlaqədar) əmələ gəlir
Klinikası Baş ağrıları Əzələ dartılmaları Qıcolmalar Huşun pozulması
Klinikası Hiperkaliemiya Hiponatriemiya Hipokalsiemiya Hipoxloremiya Hipermaqniemiya Hiperfosfatemiya Hipersulfatemiya
Klinikası Diurezin bərpa olunması dövrü: Diurez tədricən artmağa başlayır Yumaqcıq filtrasiyası bərpa olunur Kanalcıq reabsorbsiyası isə pozulmuş vəziyyətdə qalır Hüceyrədən kənar dehidratasiya və hüceyrə dehidratasiyası əlamətləri qeyd olunur Hipokaliemiya Hipomaqniemiya Hiponatriemiya müşahidə olunur
Klinikası Böyrək funksiyasının bərpa olunması dövrü: 3 -12 ay və daha çox davam edir Bu dövrdə kreatinin və sidik cövhərinin qanda səviyyəsi normal olur
Müalicəsi Əsas etioloji faktorların aradan qaldırılması Travmatik şok zamanı - ağrısızlaşdırma, yaranın cərrahi işlənilməsi Hemorragik şok zamanı - qan əvəzedici məhlulların köçürülrməsi Nefrotoksik kəskin böyrək çatışmazlığında - mədə-bağırsağın təmizlənməsi, bu yolla uremik toksinlərin orqanizmdən çıxarılması Renal mənşəli KBÇ-da - böyrək xəstəliklərinin müalicəsi Sidik yollarının okklyuziyası fonunda əmələ gələn KBÇ – da təcili nefrostomiya Massiv hemoliz zamanı - qan köçürülməsi Sepsis fonunda baş vermiş KBÇ-da - intensiv antibakterial terapiya
Şok əleyhinə tədbirlər Dövr edən qanın həcminin bərpa edilməsi Poliqlükin - plazma əvəz edici preparatdır, tədricən damar divarından keçir, hemodinamik təsir göstərir, ATni tez yüksəldir. Reopoliqlükin - dekstranın 10%-li məhluludur. Preparat mayenin toxumalardan qan dövranına keçməsinə şərait yaradır, dövr edən qanın həcmini artırır, mikrosirkulyasiyanı yaxşılaşdırır. V/d damcı üsulu ilə istifadə edilir (400 -1000 ml). Şok zamanı dövr edən qanın həcmini bərpa etmək üçün - zülal preparatları - Yeni hazırlanmış plazmanın v/d. damcı üsulu ilə köçürülməsi
Şok əleyhinə tədbirlər Beta adrenostimulyatorların vena daxilinə istifadəsi Dopamin (dopmin) - beta-adrenoreseptorları stimulyasiya etməklə miokardın yığılma qabiliyyətini artırır, böyrək qan cərəyanını artırmaqla, yumaqcıq filtrasiyasını yaxşılaşdırmaqla diurezi artırır. 200 mq (5 ampula) dopmini 5%-li 400 ml qlükoza yaxud Na. Cl-da həll edib v/d. damcı üsulu ilə yeridilir. Dopmin böyrək qan cərəyanını yaxşılaşdırır, AT-ni yüksəldir Dopmin dozasının çox olması fonunda böyrək arteriyalarının daralmasına görə böyrək qan cərəyanı pisləşə bilər.
Şok əleyhinə tədbirlər Prednizolonun istifadə edilməsi Qlükokortikoidlərin istifadəsi - autoimmun proseslər fonunda əmələ gələn KBÇ-da məsləhət görülür. Prednizolonu 3 -5 mq/kq dozada istifadə etmək olar. Qlükokortikoidləri həmçinin hemolitik mənşəli KBÇ-da da tətbiq etmək olar. Arterial hipotenziya ilə müşayiət olunan KBÇ-da da 6090 mq prednizolondan v/dax. axınla istifadə etmək olar, sonra isə saxlayıcı doza təyin edilir.
Şok əleyhinə tədbirlər Xəstələrdə şok vəziyyəti 4 -5 saatdan çox davam edərsə, böyrək toxumasında geri dönməz dəyişikliklər əmələ gəlir. Odur ki, şok zamanı tədbirlər təcili, qısa müddət ərzində aparılmalıdır.
Diuretiklərin istifadə edilməsi Diuretiklər KBÇ-nın müalicəsində ilk saatlardan istifadə edilməlidir. Furosemid Na və suyun geriyə sorulmasını blokada etməklə böyrək damarlarını genişləndirir, diurezi artırır. KBÇ-da furosemid v/d. yeridilməklə 2 mq/kq (8 ampula-160 mq) dozadan başlanır, əgər 1 saat ərzində effekt olmazsa, təkrar preparatı 1 mq/kq dozaya (40 ampula-800 mq) qədər vena daxilinə vurmaq olar. Furosemidin böyük dozalarının toksiki effekti əmələ gələ və böyrək çatışmazlığı proqressivləşə bilər.
Diuretiklərin istifadə edilməsi Mannitol böyrək kanalcıqlarında sidiyin osmotik təzyiqini artırmaqla suyun reabsorbsiyasını azaldır, yumaqcıq filtrasiyasını, böyrək qan cərəyanını yaxşılaşdırır. Əgər KBÇ olan xəstələrdə mannitolun istifadəsindən sonra diurez artmırsa, onu sonra istifadə etmək lazım deyil, çünki mannitolun artıq tətbiq edilməsi nəticəsində hipervolemiya, ağciyərlərin və beynin ödemi əmələ gələ bilər. Mannitolun 10 -20% məhlulunu 5%-li qlükoza məhlulunda həll etməklə vena daxilinə damcı üsulu ilə yaxud v/dax. Axınla yavaş-yavaş 1 q/kq dozada istifadə etmək olar. Mannitolla bərabər vena daxilinə 200 mq furosemidin vurulması da məsləhətdir.
Antikoaqulyantların təyinatı KBÇ-da antikoaqulyantların istifadəsi disseminə olunmuş damar daxili laxtalanma (DDDL) yaxud hemolitik-uremik sindrom zamanı göstəriş hesab olunur. DDDL sindromunun hiperkoaqulyasiya dövründə heparin hər 6 saatdan bir 15 -50 vah. /kq dozada təyin edilir. DDDL sindromunun 2 -ci (hemorragik) fazasında təzə hazırlanmış plazma və proteolitik fermentlərin inhibitorları v/dax. vurulur.
KBÇ-nın oliqoanurik fazasının müalicəsi Bu mərhələdə ölüm daha çox Hiperhidratasiyadan Hiperkaliemiyadan Tənəffüsün və qan dövranının pozulması ilə müşayiət olunan metabolik asidozdan Hiperazotemiyadan ola bilər.
Zülal metabolizminin azalması və orqanizmin energetik tələbatının təmin edilməsi Pəhriz az zülallı olmalı (gün ərzində 20 qramdan artıq olmamaqla), əsasən karbohidrat və yağlardan təşkil olunmalıdır. Zülal katabolizmini azaltmaq üçün anaboliklərdənretabolil ə/dax. 1 ml-dən həftədə 1 dəfə, kişilərə testosteron propionat 100 ml/gün dozada ə/dax. istifadə edilir. Zülal katabolizmini azaltmaq üçün həmçinin proteolitik fermentlərin inhibitorları: kontrikal, trasilol 30000 -50000 TV v/dax. damcı üsulu ilə 250 -300 ml 5%-li qlükoza məhlulunda gündə 1 dəfə 4 -5 gün ərzində köçürülə bilər.
Mayenin optimal balansının təmin edilməsi Xəstəliyin oliqoanurik mərhələsində çox maye köçürmək olmaz Mayenin artıq miqdarda infuziyası hidremiyanı artıra, su zəhərlənməsi yarada bilər Xəstədə diurez olmadıqda yaxud oliqouriya olduqda, gün ərzində 600 -700 ml maye köçürülməsi məsləhət görülür Xəstəyə mayeni daxilə də vermək olar Eyni zamanda v/dax. 5 -10 %-li qlükoza yaxud Ringer məhlulunu köçürmək olar. Qlükoza zülal katabolizmini azaldır, ketoasidozım qarşısını alır
Elektrolit pozğunluqlarının korreksiyası Hiperkaliemiyanın korreksiyası üçün ilk növbədə K ilə zəngin qida məhsullarını istifadə etməmək lazımdır (kartof, meyvə şirələri, ərik, gavalı qurusu və s. ). Bu məqsədlə 200 -300 ml 40%-li qlükoza məhlulunun 40 vahid insulinlə v/dax. vurulması məsləhətdir. Ağır hiperkaliemiya zamanı 5%-li 10 -20 ml Na. Cl yaxud laktat məhlullarını v/dax. istifadə etmək olar. Ancaq bu zaman ehtiyatlı olmaq lazımdır, çünki Naun dozası çox olduqda ağciyərlərin ödemi əmələ gələ bilər.
Elektrolit pozğunluqlarının korreksiyası Asidoz hiperkaliemiyanın əmələ gəlməsinə şərait yaradır. Odur ki, Na. HCO 3 məhlulunu v/dax. istifadə etmək olar. Aparılan tədbirlər effektsiz olduqda hemodializ müalicəsi məsləhət görülür. Hipokalsiemiyanın qarşısını almaq üçün isə v/dax. 10%-li kalsi qlükonatdan 20 -40 ml v/dax. istifadə edilir. Hiponatriemiya adətən hidremiya ilə əlaqədar olur. Bu zaman hüceyrələrdə K Na ilə əvəz edilir. Hiperkaliemiya, hidremiya aradan qaldırdıqda hiponatriemiya da normallaşır.
Turşu-qələvi müvazinəti pozğunluğunun korreksiyası KBÇ-nın oliqoanuriya mərhələsində asidoz əmələ gəlir. Metabolik asidoz zamanı K hüceyrə daxilindən çıxır və Na hüceyrə daxilinə keçir. KBÇ zamanı nadir hallarda metabolik alkaloz inkişaf edə bilər ki, bu da özünü qusma, ishal, hiperventilyasiya ilə göstərir.
Turşu-qələvi müvazinəti pozğunluğunun korreksiyası Asidozun müalicəsi 4, 2% Na. HCO 3 məhlulu hər kq çəkiyə 4 ml hesabi ilə köçürülürə bilər Na. HCO 3 məhlulunun təsirindən asidoz azalan zaman Ca-nın qan zərdabında səviyyəsi azalmaqla qıcolma əmələ gətirə bilər Onun qarşısını almaq üçün isə Ca qlükonatın 10%-li məhlulu 20 ml v/dax. vurula bilər
Turşu-qələvi müvazinəti pozğunluğunun korreksiyası Alkalozun müalicəsi Ca qlükonatın 10%-li məhlulundan 50 ml-ə qədər v/dax istifadə olunur.
Dezintoksikasiya edici müalicə Dezintoksikasiya məqsədilə hemodez, qlükoza, ringer məhlullarından istifadə etmək olar, ancaq KBÇ olan xəstələrdə hiperhidratasiya olduğundan bu preparatların böyük dozalarda istifadəsi məhdudlaşdırılmalıdır KBÇ-nin müalicəsində hemodializin tətbiqi ən effektiv üsullardan hesab edilir Əgər xəstələrdə hemodializ müalicəsini aparmaq mümkün deyilsə, bu zaman hemofiltrasiya üsulundan istifadə etmək olar
Antibiotiklərin istifadə edilməsi KBÇ zamanı antibiotiklər əsasən sepsis, infeksion fəsadlar olan zaman təyin edilir. Antibiotiklərin istifadə edilməsi zamanı nefrotoksiklik, böyrək funksiyasının pozulmasının dərəcəsi, preparatın farmakokinetikası nəzərə alınmalıdır.
Diurezin bərpa olunması dövründə müalicə Qidalanma rejimi Diurezin bərpa olunması dövründə xəstələrin qidalanması rejimi genişləndirilməlidir Kifayət qədər zülal qəbulu məsləhət görülür Xörək duzunu məhdudlaşdırmağa ehtiyac olmur Qida vitaminlə, minerallarla zəngin olmalıdır Vitamin çatışmazlığı dövrlərində polivitamin preparatlarından istifadə etmək olar Poliuriya fazasında xəstələr 2 -3 l və ondan artıq maye qəbul edə bilərlər ki, kifayət qədər diurez olsun.
Su balansı pozğunluğunun korreksiyası Hüceyrədən kənar dehidratasiyanın müalicəsi Na. Cl-u daxilə qəbul etmək lazımdır (xaric edilən hər litr sidiyə təxminən 2 qram hesabı ilə) Na. Cl-un 0, 9%-li məhlulunun v/dax. yeridilməsi (gün ərzində 2 -3 litr) v/dax plazma, albuminin istifadə edilməsi
Su balansı pozğunluğunun korreksiyası Hüceyrə dehidratasiyasının müalicəsi Gün ərzində xaric edilən sidiyin miqdarından çox mayenin daxilə qəbul edilməsi v/dax. 3 -5 litr 5%-li qlükozanın damcı üsulu ilə köçürülməsi Na. Cl məhlullarının, hipertonik məhlulların v/dax. yeridilməsi
Ümumi dehidratasiya zamanı müalicə 5%-li qlükoza məhlulu v/dax. köçürülür Sonra isə Na. Cl-un izotonik məhlulu v/dax. yeridilir Na. Cl, qlükozanın hipertonik məhlulları, kolloid məhlulların istifadəsi əks göstərişdir
Elektrolit balansı pozğunluğunun müalicəsi KBÇ-nın poliuriya fazasında sidiklə çoxlu miqdarda elektrolitlər itirildiyindən hipokaliemiya, hiponatriemiya, hipoxloremiya, hipomaqniemiya yarana bilər. Bu dövrdə qan zərdabında Ca-nin səviyyəsi normallaşır. Hipokaliemiya və hiponatriemiyanı korreksiya etmək üçün müvafiq elektrolitlər təyin edilir. Eyni zamanda tərkibi K ilə zəngin olan məhsulları da istifadə etmək olar (portağal, mandarin, süd, kartof, qara gavalı, banan və s. ).
İnfeksion ağırlaşmaların müalicəsi KBÇ zamanı infeksion ağırlaşmalar əmələ gələrsə, nefrotoksik olmayan (penisillin qrup antibiotikləri) və az nefrotoksik (sefalosporinlər) antibiotiklərdən istifadə etmək olar. Antibiotiklərin təyin ediləcək dozaları böyrəklərin funksional vəziyyətindən asılı olaraq seçilməlidir.
Anemiyanın müalicəsi Müalicə məqsədilə dəmir tərkibli preparatlar, eritropoetin istifadə edilməlidir. Hb-nin səviyyəsi 50 g/l-dən aşağı olarsa xəstələrə eritrosit kütləsinin köçürülməsi məsləhətdir.
Bərpa dövründə müalicə Böyrəklərin funksional vəziyyətinin göstəricilərinə Gündəlik diurezə Qan zərdabında elektrolitlərin səviyyəsinə Azotemiyaya Qanın ümumu analizinə nəzarət olunmalıdır
Xroniki böyrək çatışmazlığı (Böyrəklərin xroniki xəstəlikləri) Dos. Mehdiyev Samir
Xroniki böyrək çatışmazlığı – tədricən əmələ gələn, getdikcə proqressivləşən, nefronların funksiyasının və miqdarının azalması, böyrəklərin ekskretor və inkretor funksiyasının, turşu-qələvi, su-duz mübadiləsinin pozulması, uremik intoksikasiya ilə müşayiət olunan xroniki xəstəlikdir.
Dünyanın müxtəlif ölkələrində hər 1 mln. əhalinin 800 -1200 nəfəri xroniki böyrək çatışmazlığından əziyyət çəkir və onlardan 250 -650 –i dializ müalicəsi qəbul edir (ÜST)
Etiologiyası Diabetik qlomeruloskleroz Arterial hipertenziya Xroniki qlomerulonefritlər Böyrəklərin polikistozu Xroniki pielonefrit - Böyrək daşı xəstəliyi Birləşdirici toxumanın diffuz xəstəlikləri
Etiologiyası Prostat vəzinin adenoması və xərçəngi Böyrəklərin amiloidozu Böyrəklərin kistası Böyrəklərin vərəmi Böyrək və sidik çıxarıcı yolların anomaliyaları Podaqra
Patogenezi Etioloji xəstəliklərin uzun müddət ərzində davam etməsi nəticəsində böyrəklərin parenximasında geri dönməz struktur dəyişikliklər baş verir Nefronların miqdarı azalır, onlar atrofiyalaşır, büzüşürlər Böyrəklərin kompensator imkanları tükənir
Patogenezi Böyrəklərin zədələnməsinin struktur dəyişikliyi ilə bərabər, XBÇ-nin terminal mərhələsində immunoloji dəyişikliklər də mühüm əhəmiyyət kəsb edir Xəstəlik fonunda yumaqcıqların çox hissəsi boşalır, kanalcıqlar atrofiyalaşır
Patogenezi Böyrəklərin sidiyi konsentrasiya, həll etmək imkanları azalır Bu dəyişikliklər nefronlar üzərinə osmotik yükün artması, eyni zamanda henle ilgəyinin zədələnməsi ilə əlaqədardır Kanalcıqların sekretor funksiyası azalır, xəstəliyin terminal mərhələsində bu göstərici 0 -a bərabər olur
Patogenezi Beləliklə, böyrəklərin sidik əmələ gətirmə, xaric etmə, qanyaratma və s. funksiyaları kobud şəkildə pozulur və XBÇ-nin simptomatologiyası əmələ gəlir
Təsnifatı Xəstəliyin gedişində 2 mərhələ ayırd edilir: Konservativ mərhələ - yumaqcıq filtrasiyası 40 ml/dəq. -dək enir Terminal mərhələ - yumaqcıq filtrasiyası 15 ml/dəq. -dək və daha aşağı enir. Bu zaman qanın böyrəkdən kənar təmizlənmə üsul. LARIndan (hemodializ, PERİTONEAL DİALİZ) yaxud böyrək transplantasiyası əməliyyatından istifadə olunur
Klinikası Xəstələr ləng, apatik, yuxulu olurlar Dəri quru, sifət şişkin olur Əzələ zəifliyi (hipokaliemiya ilə əlaqədar olaraq), asidotik tənəffüs, əzab verici dəri qaşınması (uremik toksinlərin dəridəki sinir uclarını qıcıqlandırması nəticəsində)
Klinikası Əzələlərdə qıcolmalar, əzələ dartılmaları, gərilmələri (Ca-nin qan zərdabında səviyyəsinin azlması ilə əlaqədar) Osteopoz, “ikincili podagra”, uremik plevrit, Perikardit. Perikardın sürtünmə küyü “uremikin ölüm zəngi”. Bu əlamətin olması xəstəliyin finalının yaxınlaşdığını göstərir.
Klinikası Arterial hipertenziya, uremik vaskulit, qastrit, enterokolit Ürəkbulanma, qusma, iştahasızlıq, ağızda quruluq, yanğı hissinin olması, hipotermiya, uremik artrit (sidik turşusunun artması ilə əlaqədar)
Klinikası Böyrəklərin eritropoetin əmələ gətirmək fuksiyasının pozulması nəticəsində azotemik (ikincili, toksiki) anemiya Preterminal mərhələyə qədər - poliuriya, terminal fazada - oliqoanuriya
Diaqnostikası Qanın ümümi analizi: Hb-nin azalması Eritrositlərin azalması Leykositoz Trombositopeniya EÇS-in artması
Sidiyin ümumi analizi Hipostenuriya İzostenuriya Mikroskopiyada olan dəyişikliklər etioloji xəstəlikdən asılıdır
Diaqnostikası Qanın biokimyəvi müayinəsi Qan zərdabında kreatinin, sidik cövhərinin səviyyəsi artır Ümumi zülalın miqdarı etioloji xəstəliklə əlaqədar olaraq dəyişə bilər Xəstəliyin terminal mərhələsində hiperkaliemiya, preterminal mərhələsinə qədər hipokaliemiya müşahidə edilə bilər
Qanın biokimyəvi müayinəsi Hipokalsiemiya, hipermaqniemiya, hiperfosfatemiya Hiperurikemiya
DIAQNOSTİKASI Yumaqcıq filtrasiyası sürətinin (YFS) təyin edilməsi: YFS= 1, 23 × ((140 - yaş) × çəki)) : kreatinin (mkmol) (kişilərdə) YFS= 1, 05 × ((140 - yaş) × çəki)) : kreatinin (mkmol) (qadınlarda)
Diaqnostikası USM, kompüter tomoqrafiya, nüvə maqnit rezonansı üsullarının köməkliyi ilə böyrəklərin büzüşməsi, onlarda ola bilən struktur dəyişikliklər haqqında məlumatlar əldə etmək mümkündür. Bağırsaqlar yaxşı təmizlənərsə - ümumi rentgenoqrafiya vasitəsilə də böyrəklərin ölçülərinin kiçilməsini müəyyən etmək olar.
Müalicəsi Pəhriz Qəbul edilən zülalların miqdarı məhdudlaşdırılmalıdır Qidanın tərkibi əsasən karbohidrat və yağlardan ibarət olmalı, qida mikroelement və vitaminlərlə zəngin olmalıdır Qəbul edilən fosfatların miqdarı azaldılmalıdır Na. Cl, su və K-nin qəbuluna nəzarət edilməlidir
Su balansı pozğunluğunun korreksiyası Kifayət qədər maye qəbul edilməlidir ki, diurez 2 -2, 5 l olsun (ürək çatışmazlığı yoxdursa)
Elektrolit balansı pozğunluğunun korreksiyası Hiperkaliemiyada – - Qlükoza + insulin qarışıgı Kalsi qlükonat 10% 20 -30 ml v/d yaxud Natri hidrokarbonat 5% 200 ml v/d
Sorbentlər Enterodez yaxud karbolen - 5 qr. 100 ml suda həll edib gündə 3 dəfə yem. 2 saat sonra qəbul etmək
Müalicəsi Bağırsaqların təmizlənməsi - Na. HCO 3 məhlullu imalələrdən istifadə edilir. Xəstələrin müalicəsində eyni zamanda sorbit, ksiliti ( 50 qram sorbit verməklə stulu tezləşdirmək və bu yolla uremik intoksikasiyanı azaltmaq mümkündür) də tətbiq etmək olar ( bağırsaq lavajı) Zəif soda məhlulu ilə mədənin yuyulması
Müalicəsi XBÇ-nin başlanğıc mərhələsində anaboliklərdən ( retabolil ) istifadə etmək olar ( 1 ml-dən həftədə 1 dəfə, 3 -4 həftə ərzində ). Bitki mənşəli preparatlar ( xofitol, lespenefril ) da xəstəliyin başlanğıc mərhələlərində azotemiyanı azalda bilər. Dezintoksikasiya məqsədilə isə 5%-li qlükoza , hemodez, 0, 9%-li Na. Cl məhlulları v/dax. yeridilə bilər.
Asidozun korreksiyası Asidoz hiperkaliemiyanın əmələ gəlməsinə şərait yaradır Soda məhlulları v/d. bolyusla (şırnaqla) yaxud damcı üsulu ilə köçürülə bilər
Müalicəsi Xəstələrdə reninemiya ilə əlaqədar olaraq ciddi arterial hipertenziya olur Bu zaman AÇFİ, ARA, Ca ionlarının antaqonistlərindən, BAB istifadə etmək olar AÇFİ və ARA-nın istifadəsi zamanı qan zərdabında K-nin və kreatininin səviyyəsinə nəzarət etmək lazımdır
Müalicəsi Qan zərdabında kreatininin səviyyəsi 200 mmol/l. -dən artıq olduqda- tiazid və tiazidə bənzər diuretiklərin (hidrochlortiazid, indapamid) istifadə edilməsi məsləhət görülmür, çünki onlar yumaqcıq filtrasiyasını pisləşdirməklə uremiyanı artıra bilərlər. İlgər diuretikləri əsasən diuretik məqsədlə istifadə edilir ( torasemid, furosemidlaziks, uregit).
Müalicəsi XBÇ zamanı hipertonik kriz müşahidə edilərsə, peroral olaraq kaptopril, nifedipin və klofelindən istifadə edilməlidir. Mg. SO 4 -ün krizlərdə istifadəsi məsləhət görülmür, çünki xəstələrdə hipermagniemiya olur.
Müalicəsi Xroniki uremiyalı xəstələrdə eritropoetin çatışmazlığının müalicəsi üçün rekormondan (rekombinat eritropoetin) istifadə edilir. 1 ampulada 1000 TV olur. Preparatın başlanğıc dozası 20 TV/kq-dan həftədə 3 dəfə dəri altına təyin edilir, effekt olmadıqda hər ay 3 inyeksiya artırılır. Preparatın maksimal dozası 720 TV/ həftə hesab edilir. Hemoqlobinin səviyyəsi artandan sonra saxlayıcı doza seçilir.
Müalicəsi MİRSERA ə/dax. ayda 1 dəfə
Müalicəsi Kişilərdə eritropoezi gücləndirmək üçün androgenlərdən istifadə olunur. Testosteron ə/dax. 400 -600 mq 5%-li məhluldan həftədə 1 dəfə, sustanon isə ə/dax. 100 -150 mq 10%-li məhluldan həftədə 3 dəfə vurulur. Dəmir preparatlarını ( tablet şəklində ) da bu məqsədlə istifadə etmək olar, ancaq kifayət qədər effekti olmayacaqdır. Ağır formalı anemiyalarda (Hb 50 q/l-dən aşağı olduqda) qan köçürülməlidir.
Müalicəsi XBÇ olan xəstələrdə uremik osteodistrofiya əmələ gəlir qanda kalsiumun miqdarı azalır, fosfor isə artır. Bu məqsədlə Ca qlükonat 10%-dən 10 -20 ml. v/dax. istifadə edilməlidir.
Müalicəsi Hiperfosfatemiyanı azaltmaq üçün isə almageldən istifadə etmək olar. Almagelin tərkibində olan alüminium hidroksid bağırsaqlarda fosforla həll edilməyən birləşmə əmələ gətirir və bağırsaqlardan xaric olur.
Qalxanabənzər ətraf vəzinin hiperaktivliyinin azaldılması Ca preparatı daxilə qəbul edilir - əks əlaqə prinsipi ilə qalxanabənzər ətraf vəzinin funksiyasını azaldır Vit. D bağırsaqlardan Ca-nin sorulmasını gücləndirməklə qanda səviyyəsini artırır, nəticədə qalxanabənzər ətraf vəzinin funksiyası tormozlanır
Müalicəsi XBÇ zamanı infeksion ağırlaşmalar olarsa penisillin yaxud sefalosporin qrup antibiotiklərindən, xəstə onları qəbul edə bilmədikdə ( yanaşı təsirlərinə görə) makrolidlərdən istifadə olunmalıdır. Aminoqlikozidlərin ( gentamisin, kanamisin, amikasin, streptomisin) istifadəsi məsləhət görülmür, çünki onların güclü nefrotoksik təsirləri vardır.
Müalicəsi Tetrasiklinlər az nefrotoksikdirlər, ancaq onlar uremiyanı artırdığından istifadəsi məsləhət görülmür. Nitrofuran birləşmələrinin və nalidiks turşusu preparatlarının yalnız XBÇ-nın kompensasiya və latent mərhələsində təyin edilməsi tövsiyyə olunur.
Müalicəsi XBÇ-nın terminal mərhələsində xəstələrə konservativ müalicə kömək etmədikdə, permanent (fasiləsiz) hemodializ və böyrək transplantasiyası üsullarından istifadə edilməlidir.
Müalicəsi Hemodializin aparılmasına göstərişlər: Yumaqcıq filtrasiyası 5 ml/ dəqdən az olduqda Kalinin qan zərdabında konsentrasiyası >6 mmol/l olduqda Oliqoanuriya yaranarsa Ağciyərlərin ödemi, fibrinoz yaxud nadir hallarda eksudativ perikardit əmələ gələrsə Periferik neyropatiya əlamətləri artarsa
Azərbaycanda hemodializ xidməti 2005 -ci ildə Azərbaycanda cəmi 3 hemodializ mərkəzi var idi. Bu mərkəzlərdə cəmi 200 xəstəni dializ etmək mümkün idi. 800 nəfərə qədər xəstə dövlət hesabına müalicə olunmaq üçün növbə gözləyirdi.
Azərbaycanda hemodializ xidməti 27 hemodializ mərkəzi (20 -regionlarda, 7 -i Bakıda), bu mərkəzlərdə 400 -ə yaxın dializ aparatı var. Naxçıvan, Gəncə, Siyəzən, Lənkəran, Bərdə, Şirvan, Qəbələ, Zaqatala, Qazax və s. bölgələrdə dializ mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə 2000 -dən çox xəstə dövlət vəsaiti hesabına müalicə qəbul edir. Növbə yoxdur.
1 hemodializ aparatının dəyəri təxminən 200 000 avrodur. Dializ alan xəstələrin sayı hər il 21 -25% artır
Azərbaycanda hemodializ xidməti (2011 -ci ilin əvvəlinə olan məlumat) Hal-hazırda 15 yaşa qədər uşaqlar arasında hemodializ müalicəsi qəbul edən 11 xəstə var
Azərbaycanda hemodializ xidməti (2011 -ci ilin əvvəlinə olan məlumat) 1 xəstənin illik dializ xərci təxminən 15000 manatdır. 1 prosedura dövlətə 115, 1 aylıq müalicə isə 1200 -1400 manata başa gəlir. Dializ alanların 80%-i həftədə 3 prosedura qəbul edənlərdir.
Peritoneal dializ Azərbaycanda 2010 -cu ildən bu işə başlanılıb. Hal-hazırda 14 xəstə bu müalicəni alır.
Müalicəsi Xroniki hemodializdə olan xəstələr böyrək köçürülməsi əməliyyatına hazırlanmalıdırlar Böyrək transplantasiyasının 45 -50 yaşdan yuxarı yaşı olan, şəkərli diabetli xəstələrə aparılması məqsədəuyğun deyildir, çünki bu zaman donor böyrəyinin uyğunlaşmamaq ehtimalı çox olur Transplantasiya zamanı donor böyrəyi HLAantigen sistemi ilə seçilir
Müalicəsi Donor böyrəyini adətən eyni yumurta əkizlərindən, xəstənin valideynlərindən, bəzi hallarda HLA sistemi ilə uyğun gələn, qəza nəticəsində ölmüş xəstələrdən götürürlər.
Böyrək transplantasiyası Hal-hazırda 300 -ə qədər belə xəstə var. Transplantasiya olunmuş xəstələrə dövlətin aylıq sərf etdiyi vəsait 500 -600 manatdır. Böyrək köçürülməsi mərkəzləri (RKUX, Mərkəzi Neftçilər və Kömrük xəstəxanaları)
Əhəmiyyəti Statistik məlumatlara görə, hemodializ və böyrək transplantasiyası üsullarını tətbiq etməklə xəstələrin ömürlərini 10 -20 ilə qədər artırmaq, xəstələrdə proqnozu və xəstələrin həyat keyfiyyətlərini yaxşılaşdırmaq mümkündür.
Proqnozu Xəstəliyin gedişi tədricən proqressivləşəndir
Profilaktikası Xəstəliyin əmələ gəlməsində etoloji rol oynayan xəstəliklər vaxtında, adekvat müalicə olunmalıdır.
Diqqətinizə görə təşəkkürlər!
- Slides: 98