BRAHMOV ELN 9 A GZMY VTN YAXI Azrbaycan
İBRAHİMOV ELŞƏN 9 A
GƏZMƏYƏ VƏTƏN YAXŞI. . .
Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək Yolu üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmuşdur.
Qobustan dövlət tarixi -bədii qoruğu, (UNESCO Ümumdünya irsi) �Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakidan 56 km aralıda yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Burada mağaralar, bulaqlar və s var.
Şirvanşahlar saray kompleksi �Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir.
Qız qalası: şərqin sirlərinin simvolu �Hündürlüyü 32 m, diametri birinci mərtəbədə 16, 5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964 -cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000 -ci ildə UNESCOnun Ümumdünya irsi siyahısına salınmışdır.
İçəri şəhər, Bakı (UNESCO Ümumdünya irsi) �İçərişəhər, xalq arasında həm də “Qala” və ya sadəcə “Qədim şəhər” kimi tanınan tarixi kvartal Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 m² sahəyə malik olan qoruq ərazisində 1300 -dən çox ailə yaşayır.
Bibiheybət məscidi, Bakı �Bibiheybət məscidi — Azərbayca Respublikasının Bakı buxtası sahilində yerləşən şiə məscidi. 1990 -cı illərdə tikilən məscid Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı Əbü-l-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz tərəfindən XIII əsrin II yarısında Azərbaycan Elxanilər dövlətinin tərkibində olduğu zaman tikilən eyniadlı məscidin bərpa edilmiş variantıdır.
Dördkünc Mərdəkan qalası �Dördkünc Mərdəkan qalası — Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik qala. Qala dörd künc formada XIV əsrin ortalarında III Böyük Mənuçöhrün oğlu I Axsitan tərəfindən tikilmişdir. Mərdəkan qalası I Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qaladan feodalların sığınacağı və gözətçi məntəqəsi kimi istifadə edilmişdir.
Şahdağ Turizm Mərkəzində yerləşən istirahət mərkəzi �“Şahdağ” Turizm Mərkəzi 2012 -ci ildə istifadəyə verilib. Mərkəz Azərbaycanın Böyük Qafqaz dağ silsiləsinin ətəyində, toxunulmayan ekoloji sistemi və zəngin flora və fauna ilə tanınan Şahdağ Milli Parkının yaxınlığında yerləşir. �“Şahdağ” Turizm Mərkəzi Azərbaycanda ilk və ən böyük dağxizək kurortudur.
Qubada mənzərə
Azərbaycanın şəlalələr diyarı Ləzə
�Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300 m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır.
Lerik
Lerik rayonu �Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal -şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m). Əsasən pallogenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur.
İsmayıllıda vədi
İsmayıllı, Lahic kəndi
İsmayilli Lahic kəndi �Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaratmışdır.
Gəbələ- gözəl diyar. . . Yeddi gözəl şəlaləsi Tufandağ Yay Qış istirahət kompleksi
Qəbələ rayonu �Qəbələ Azərbaycanın zəngin və qədim tarixi olan gözəl bir guşəsidir. Bu şəhər (Qəbələ) vaxtilə 600 il ərzində Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Burada antik şəhərin və Qafqaz Albaniyasının baş darvazalarının qalıqları hələ də qalmaqdadır. Çuxur Qəbələ kəndinin yaxınlığında aparılan qazıntılar təsdiq edir ki, IV-III əsrlərdən başlayaraq ta XVIII əsrədək Qəbələ inkişaf etmiş ticarəti olan iri şəhərlərdən biri, sənətkarlıq mərkəzi olmuşdur.
Gəbələ, Nohur gölü
Gəbələ, Nohur gölü �Nohur gölü və ya Nohurqışlaq su anbarı — Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. 1949 -cu ilə kimi təbii göl kimi mövcud olan Nohur gölünün ətrafı sıx qamışlıq və su bitkiləri ilə örtülü bataqlıq, mərkəzi hissəsindəki dərin çuxurluqda isə sarı-yaşıl rəngdə suyu olan göl yerləşirdi. 1949 -cu ildə bu gölün cənub hissəsində - Güllü burun dağı ilə Yumuru dağ arasında uzunluğu 850 m, hündürlüyü 8 -10 m, eni 4 -6 m olan torpaq bənd çəkilərək su anbarı yaradılmışdır. Su anbarının hazırda uzunluğu 1925 m eni 1355 metr, sahəsi 240 hektardır. Maksimum dərinliyi 24 mə, suyunun həcmi isə 16 milyon m 3 -ə çatır.
Göllər gözəli Göygöl…
Göllər gözəli Göygöl… � 1139 -cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl yaranmışdır. Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7 -si böyük göllər sırasına daxildir. � Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir. � Uzunluğu 2800 metrdir. � Eni 800 metrdən 1000 metrə qədərdir. � Dərinliyi 96 metrdir. � Gölün görünmə qabiliyyəti 8 -10 metrdir. � Göygölün faunası olduqca zəngindir. Göldə qorunmaqda olan forel balıqları yaşayır. O, Azərbaycanın digər çay forellərindən xeyli fərqlənir. Öz mənşəyi etibarilə Göygöl foreli çay forelindən əmələ gəlmişdir. Onların əmələgəlmə tarixi Göy-gölün yaranma tarixi ilə bağlıdır. Zəlzələ zamanı gölün ərazisində qalan çay forelləri uzun illər ərzində tədricən göl forelinə çevrilmiş, artıb çoxalmış və zəmanəmizə qədər gəlib çatmışdir. Göygöl Azərbaycanın ən dərin gölüdür.
Göllər gözəli - Maral göl
Maral göl �Maralgöl - Azərbaycanın dağ göllərindən biridir. Göy -göl yaxınlığında yerləşir. �Dəniz səviyyəsindən hündürlüyü 1910 m, uzunluğu 700 m, eni 500 m, sahəsi 23 km²-dir. Ən dərin yeri 60 m-dir. Maralgölə qalxan yol 296 pillədən ibarətdir.
Diqqətinizə görə təşəkkürlər. https: //www. youtube. com/watch? v=qc 488 VUI 4 -4
- Slides: 42