BOSFER Bak hri 24li Tam orta mktb agirdi
BİOSFER Bakı şəhəri 24№-li Tam orta məktəb şagirdi Elvin Nəsibov 9 a
Biosfer nədir? • Biosfer - Yerin 4 xarici təbəqəsindən biri olub, canlıların yaşadıqları təbəqədir. Maksimum qalınlığı 36 km-dir. Biosfer atmosferin alt 2 km-lik, litosferin üst 3 -4 km-lik və bütün hidrosfer qatını əhatə edir. Yaşı 3, 5 mld. il olub, təkhüceyrəli → çoxhüceyrəli → bitki → onurğalılardan ibarətdir. İlk canlıların okeanda yaranması güman edilir. 2 July 22, 2012 Footer text here
• Biosfer anlayışını elmə ilk dəfə avstriyalı alim Eduard Zyuss daxil etmişdir. Biosfer haqqında təlimi böyük rus alimi, akademik Vladimir İvanoviç Vernadski (1863 -1945) yaratmışdır. Onun fikrincə biosfer Yerin həyat yayılan xarici qabığıdır. Bura bütün canlı orqanzimlər və onların məskunlaşdığı mühit daxildir. V. İ. Vernadski təsdiq edirdi ki, Yerin canlı orqanizimləri biosferin ən güclü qüvvəsi olub onun funksiyasını maddi və enerji cəhətdən təyin edir. 3 July 22, 2012 Footer text here
Biosenoz • Müəyyən ərazidə formalaşan və bir-biri ilə sıx əlaqədə inkişaf edən bitki, heyvan və mikroorqanizmlərin davamlı qrupuna biosenoz deyilir. Tərkibinə görə biosenozlar fitosenoz (bitki) və zoosenoza (heyvan) ayrılır. Qidalanmasına görə biosenozlar 3 yerə ayrılır: • 1. Prosudent (bitki aləmi)-Günəşdən gələn enerjisi toplayır. Qeyri-üzvi maddələri üzvi maddələrə çevirir. • 2. Konsument (heyvanlar)-təbiətdəki hazır məhsullarla (bitki və heyvanlarla) qidalanırlar; • 3. Redusent-mikroorqanizmlər (göbələk və bakteriyalar) produsent və konsumentləri parçalayaraq qidalanırlar. 4 July 22, 2012 Footer text here
Təbiətdə bioloji dövran • Təbiətdə daim bioloji dövran baş verir. Yəni bitki → heyvan → mikroorqanizm. Başqa sözlə, ot yeyən heyvanlar bitkilərlə, yırtıcı heyvanlar isə ot yeyən heyvanlarla qidalanırlar. Sonradan bu canlılar məhv olaraq mikroorqanizmlər tərəfindən parçalanır, torpağa qarışır və yenidən bioloji dövrana qayıdırlar. 5 July 22, 2012 Footer text here
Biosferin müxtəlif təbəqələrə təsiri • 1. Hidrosferə. Yosunlar sudan karbon qazını udaraq sudakı canlıların tənəffüsü üçün vacib olan oksigeni buraxırlar. Canlıların hidrosferə ən böyük təsiri isə onların okeanda duzluluğu sabit saxlamasıdır. • 2. Atmosferə. Bitkilər oksigeni, heyvanlar karbonu, mikroorqanizmlər azotu yaradır. • 3. Litosferə. Canlılar məhv olduqda çürüyərək torpağa qarışır və çökmə süxurlara çevrilirlər. Bitki kökləri süxurları parçalayaraq üzvü aşınmada iştirak edirlər. Yer kürəsində 500 min bitki növü var. Onlar ibtidai və ali qruplara ayrılır. İbtidai bitkilər çox sadə quruluşa malik olub şibyə, mamır, göbələk, yosun və bakteriyalardan ibarətdir. Bitkilər yer səthdə iqlim, relyef və torpaqdan asılı olaraq yayılıblar. Işığa həssaslıq bitki örtüyündə çox mərtəbəlilik yaradır. Bitkilər fotosintez prosesi nəticəsində qeyri-üzvi maddələri üzvi maddələrə çevirir, havanı oksigenlə zənginləşdirirlər 6 July 22, 2012 Footer text here
7 July 22, 2012 Footer text here
Biomüxtəlifliyin itirilmə təhlükəsi • Məlumdur ki, iqlimin dəyişilməsi biomüxtəlifliyin itirilməsinin başlıca səbəbidir. Alimlər hesab edirlər ki, qlobal iqlim dəyişikliyi gələcəkdə yad növlərin yayılması və torpaqdan istifadə edilməsində baş verən dəyişikliklərlə birgə, bəzi növlərin miqrasiya imkanlarını məhdudlaşdıracaq və onların itməsini sürətləndirəcək. Belə ki, son 10 ildə dünyada balıqlarının 20 faizindən çoxu ya itmiş, ya itmək təhlükəsi altındadır, ya da nadir hesab oluna bilər. Dəniz ekosistemləri də iqlim dəyişilmələrinə qarşı çox həssasdırlar. İqlim dəyişmələri kənd təsərrüfatında da mənfi izlər buraxır, zərərverici və xəstəliklərin yayılmasına şərait yaradır, bitkilərin məhsuldarlığına təsir göstərir. • Bir sözlə, iqlimin dəyişilməsi biomüxtəlifliyə təhlükə törədir. Nə qədər acınacaqlı olsa da, XXI əsrin başlanğıcında bəşəriyyət iqlim dəyişiklikləri ilə üzbəüz qalıbdır. Odur ki, yaranmış vəziyyət biomüxtəlifliyin qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlər görülməsini tələb edir. 8 July 22, 2012 Footer text here
Hidrosferin çirklənməsi haqqında video: https: //www. youtube. com/watch? v=Eu. KDP Rql 054 9 July 22, 2012 Footer text here
Biomüxtəlifliyi qoruyaq! • Təbiətin mühafizəsi, ehtiyatların səmərəli istifadəsi, xüsusilə də, unikal növlərin qorunması - milli və bəşəri məsələlərdir. Azərbaycan Respublikası 2000 -ci ildə BMT-nin Baş Assambleyasının biomüxtəliflik üzrə Konvensiyasına qoşulub. Konvensiyaya uyğun olaraq ötən dövr ərzində respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. • Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, hazırda ölkəmizdə ümumi sahəsi 892546, 49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10, 3 faizini, o cümlədən, milli parklar 3, 7 faizini təşkil edir. 10 July 22, 2012 Footer text here
Azərbaycanın biomüxtəlifliyi • Fəxrlə deyə bilərik ki, Azərbaycan dünyada zəngin fauna və florası olan ölkələrdən biridir. Burada faunanın 18 min növü, məməlilərin 97, quşların 357, balıqların 100 -ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşəratların isə 15 minə yaxın növü qeydə alınıbdır. Ölkəmiz Yer kürəsində palçıq vulkanlarıyla tanınıb. Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü - Şərq çinarı bitir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın “Qırmızı kitabı”na yazılıb. Buna baxmayaraq, biomüxtəlifliyin qorunub saxlanılması ilə bağlı problemlər ölkəmizdən də yan keçməyib. Azərbaycanın əsas ekoloji problemləri sırasında biomüxtəlifliyin seyrəkləşməsi, meşə ehtiyatlarının, xüsusən də, faunanın azalması mühüm yer tutur. Bu isə öz növbəsində biomüxtəlifliyin qorunub saxlanılmasını zəruri edir. 11 July 22, 2012 Footer text here
Diqqətinizə Görə Təşəkkürlər! 12 July 22, 2012 Footer text here
- Slides: 12