BOLOGYA HEYVANLAR GBLKLR Bakteriyalar Bitkilr BIOLOGIYA NDR Biologiya
BİOLOGİYA HEYVANLAR GÖBƏLƏKLƏR Bakteriyalar Bitkilər
BIOLOGIYA NƏDİR? Biologiya (Bios – canlı, logos – elm) canlı təbiət haqqında kompleks elmdir. Halhazırda Yer üzərində mövcud olan və məhv olmuş külli miqdarda növ müxtəlifliyi, onların quruluşu və funksiyası, mənşəyi, çoxalması və inkişafı, canlı və cansız təbiətlə əlaqəsini öyrənir. Biologiya həyata xas olan ümumi və xüsusi qanunauyğunluqları müəyyən edir. Biologiyanın çoxlu bölmələrinin olmasına baxmayaraq, qanunauyğunluqlar, əsasən, ümumi biologiya tərəfindən tədqiq edilir. Ümumi Biologiya özündə, əsasən, Yer üzərində həyatın əmələ gəlməsi haqqında nəzəriyyəni, Hüceyrə haqqında nəzəriyyəni (Sitologiyanı), molekulyar biologiyanı, insan haqqında nəzəriyyəni, ekologiyanı, genetikanı, biosfer haqqında nəzəriyyəni, təkamül nəzəriyyəsini (Darvinizmi), orqanizmin individual inkişafını öyrənir.
BIOLOGIYANIN TARİXİ İlk dəfə canlı təbiətin bütövlükdə öyrənilməsi cəhdləri antik həkim və filosoflar tərəfindən edilmişdir (Hipokrat, Qalen, Teofrast, Aristotel). Məhz onların əməyi intibah dövründə davam etdirilərək Botanika, Zoologiya, Anatomiya, Fiziologiyaelmlərinin əsasını qoydu. Mikroskopun kəşfi Biologiyanın sərhədlərini mikroaləmə qədər genişləndirdi. Mikroskopun kəşfi ilə zoologiyada yeni aləm, birhüceyrəlilər və ya ibtidailər (Protozoa) aləmi, Botanikada isə birhüceyrəli yosunları müşahidə etmək mümkün oldu. Həmçinin bakteriyaları və virusları müşahidə etmək mümkün oldu. Beləliklə hüceyrə kəşf olundu (1556, Robert Huk).
Heyvanlar aləmi çox müxtəlif və zəngindir. Alimlərin son hesablamalarına görə Yer planetində yaşayan heyvan növlərinin sayı 2 milyondan artıqdır. Heyvan növlərini əmələ gətirən fərdlər istər böyük-kiçikliyinə, istərsə də kütlə etibarı ilə çox müxtəlifdir. Məsələn, məməli heyvanlardan olan göy balinanın kütləsi 150 ton, kiçik qonurdişin kütləsi isə 3 qramdır. Həmçinin balıqlar, suda-quruda yaşayanlar sürünənlər, quşlar, qurdlar cücü lər və digər heyvanlar arasında nəhənglər və cırtdanlar vardır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, akulanı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır.
Göbələklər Göbələk (lat. Fungi) - mayalar və kiflər kimi mikroorqanizmlər və eləcə də geniş yayılmış papaqlı göbələklər kimi eukariot orqanizmlərin daxil olduğu geniş qrupdur. Göbələklər bitkilər, heyvanlar, bakteriyalar və protistlərdən fərqlənən və ayrıca bir aləm kimi Göbələklər adı altında birləşdirilən orqanizmlərdirlər. Xitindən təşkil olunan hüceyrə divarı göbələkləri bakteriyalar, bitkilər, heyvanlar və protistlərdən fərqləndirən başlıca əlamətdir( Protistlər və bitkilərdə hüceyrə divarı əsasən sellüozadan təşkil olunur). Əksər göbələklər mikotoksinlər adlanan bioaktiv birləşmələr əmələ gətirirlər. . Göbələkləri öyrənən elm mikologiya adlanır.
BAKTERİYALAR Bakteriyalar (lat. Bacteria) - təkhüceyrəli mikroorqanizmalardır. Prokaryotik mikroorqanizmlərin əksəriyyətini təşkil edən qrubdur. Böyüklükləri 0, 1 - 10 µm arasındadır. Bakteriyaların dünya üzərində 3, 5 milyard ildir yaşadıqları bilinməkdədir. Dünyada ən çox yayılmış orqanizmlərdir və yer kürəsində həyatın davam etməsi üçün böyük önəm təşkil etməkdədirlər
Avtotrof bakteriyalar karbon qazını mənimsəyərək və karbondan istifadə edərək üzvi maddələr yaratmaq qabiliyyətinə malikdir. Qeyri-üzvi maddələrdən üzvi maddələr sintez etmə qabiliyyətinə malikdirlər. Bunlar özləri də enerjidən istifadəsinə görə iki qrupa, fototrof və xemotrof bakteriyalara bölünür. Fototrof bakteriyalar Yaşıl bitkilər kimi, fotosintez prosesini həyata keçirərək üzvi maddələr sintez edir. Onlar enerji mənbəyi kimi günəş enerjisindən istifadə edirlər. Bu bakteriyalar yaşıl və qırmızı bakteriyalar, həmçinin siano bakteriyalar aiddir. Lakin digər fotosintezedici bakteriyalardan fərqli olaraq, sianobakteriyalar ətraf mühitə oksigen qazı xaric edir. Xemotrof bakteriyalar Fototroflar kimi , qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edir (məsələn, dəmir və kükürd bakteriyaları).
Bitkilər Bitki (lat. Plantae və ya lat. Vegetabilia) — mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlular və çiç əkli bitkiləri özündə birləşdirən çöxhüceyrəli orqanizmlərin əsas qruplarından biri. Bəzi mütəxəssilər yosunları bütünlüklə, bəziləri isə onların bir qismini bitkilər qrupuna aid edirlər. Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO 2 mənimsəməklə, [[günəş enerjisi]]ndən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır.
Bitkilərdə Çoxalma canlılarda əsas bioloji xüsusiyyətdir. Bəzi bitkilər ömürlərində yalnız bir dəfə çoxalır, bəziləri isə uzun müddət çoxalmaqda davam edir. Birillik bitkilər bir dəfə toxum əmələ gətirməklə öz yaşayış dövrünü başa çatdıraraq, bir individ kimi tələf olur, o növün yaşayışını sonrakı nəsillər davam etdirir. İkillik bitkilərdə meyvə ikinci ildə əmələ gəlir və bitki tələf olur. Çoxilliklərdə cinsi çoxalma hər il davam edir və bitki tələf olmur (məsələn, ağaclarda və çoxillik otlarda).
Çiçəkli bitkilər Bitki orqanizminin hər hansı bir funksiyasını yerinə yetirən hissəsinə orqan deyilir. Adətən orqan bir deyil, bir neçə funksiyanı yerinə yetirir. Bunlardan ancaq biri əsas funksiya hesab olunur. Kök və yarpaq, əsasən, qidalanma orqanlarıdır. Kök qida maddələrini və suyu torpaqdan, yarpaqlar isə lazım olan maddələri havadan alır. Bitkinin gövdə və budaqları yarpaqları havada saxlayır. Bundan əlavə gövdə ilə qida maddələri hərəkət edir.
HAZIRL ADI: 6 d sinif şagirdi MƏMMƏDADƏ ZƏRİNTAC
- Slides: 11