BAKTERYALAR Hazrlad 6 sinif agirdi Musayev Nicat HCEYRSIND
BAKTERİYALAR Hazırladı: 6 ç sinif şagirdi Musayev Nicat.
• HÜCEYRƏSINDƏ FORMALAŞMIŞ NÜVƏSI OLMAYAN ORQANIZMLƏR PROKARIOTLAR ADLANIR. PROKARIOTLARA BAKTERIYALAR AIDDIR. • PROKARIOT
Bakteriyalar Yer üzündə yaşayan orqanizmlərin ən qədimi hesab olunur. İlk bakteriyaların 3, 5 -4 milyard il əvvəl meydana gəldiyi güman edilir. Bakteriyalar canlıların sadə quruluşlu nümayəndələri olub uzun dövr ərzində, demək olar, dəyişilməmiş qalmışlar.
Bir qram torpaqda təxminən 40 milyon, 1 millilitr şirin suda isə 1 milyon qədər bakteriya hüceyrəsi tapılır. Yer kürəsindəki toplam bakteriya kütləsi bütün mövcud bitki və heyvan cəmindən daha çoxdur. Yaşadıqları mühit şəraitindən asılı olaraq bakteriyalar geniş müxtəlifliyə malikdir. Onlar hüceyrələrinin forması, tənəffüs, qidalanma və digər xüsusiyyətlərinə görə də birindən fərqlənir. Qidalanma tiplərinə görə bakteriyalar avtotrof və heterotrof bakteriyalara bölünür.
Bakteriyaların quruluşu Bakteriya hüceyrəsinin sitoplazması xaricdən plazmatik membranla əhatələnmişdir. Onun da membranın xarici hissəsində qalın və möhkəm hüceyrə divarı olur. Bunlar bakteriya hüceyrəsinin qılafını əmələ gətirir. Hüceyrə divarı üzərində bəzən qoruyucu funksiya yerinə yetirən selikli kapsula da rast gəlinir. Bəzi bakteriyalarda hüceyrə qılafının səthində hərəkətə xidmət edən bir və bir neçə qamçı olur. Bəzən qamçısı olmayan hərəkətsiz formalara da rast gəlinir. Bakteriya və digər prokariotlarda formalaşmış nüvə olmasa da, hüceyrənin mərkəzi hissəsində nüvənin funksiyasını yerinə yetirən irsiyyət maddəsi, həmçinin zülal sintezində iştirak edən ribosom olur.
Sporun yaranması Bakteriyaların bəziləri əlverişli bəziləri əlverişsiz çatmadıqda, temperatur kəskin dəyişdikdən, quru havada qalın örtüklə örtülərək spor (yun. «spora» - toxum) əmələ gətirirlər. Sporlar külək vasitəsilə asan yayılır. Şərait əlverişli olduqda sporun qabığı dağılır və bakteriya hüceyrəsi yenidən fəaliyyətə başlayır.
Bakteriyaların formaları • Kürəşəkilli (kokklar) • Spiralşəkilli (spirillər)
Bakteriyaların formaları • Çöpşəkilli (basillər) • Vergülşəkilli (vibrionlar)
Bakteriyalar Yer kürəsində yüksək sürətlə çoxalma ilə əlaqədar sayca çoxluq təşkil edirlər. Onlara xüsusilə münbit torpaqlarda daha çox rast gəlinir. Bakteriyalar təbiətdə maddələr dövranında iştirak edir. Onların fəaliyyəti nəticəsində bitki və heyvan qalıqları çürüyərək minerallaşır və mineral duzlar şəklində yenidən torpağa qayıdaraq bitkilər tərəfindən mənimsənilir. Bakteriyalar milyon illər ərzində orqanizmlərin qalıqlarını minerallaşdıraraq faydalı qazıntı yataqlarının yaranmasında iştirak etmişdir. Bundan başqa, südün qatığa çevrilməsi, kələmin turşuması kimi faydalı proseslər də bakteriyaların köməyi ilə həyata keçirilir. • • Bəzi bakteriyalar ərzaq məhsullarını qida üçün yararsız vəziyyətə salır. Bunun qarşısının alınması üçün bəzi ərzaq məhsulları qurudulur, duzlanır, turşuya, yaxud şəkərə qoyulur və ya konservləşdirilir. Konservləşdirmə zamanı bakteriya və onun sporları qızdırılma yolu ilə məhv edilir. Bakteriyaların fəaliyyəti günəş şüalarının, duzun və şəkərin təsirindən zəifləyir.
• Süd turşusu bakteriyaları • Torpaq bakteriyaları
Bakteriyalar insanda qarın yatalağı, vəba, difteriya, vərəm, tetanus, angina, Sibir yarası, brusellyoz və s. xəstəlikləri törədirlər. İnsanlar xəstələrlə təmasda olduqda, onların ağız suyu, danışıq və öskürək zamanı havaya yayılan kiçik damcılarla, həmçinin bakteriyalarla çirklənmiş qida və sudan istifadə etməklə bu xəstəliklərlə yoluxa bilirlər. • Antisanitariya şəraitində, gigiyena qaydalarına əməl edilməyən, əhalisi sıx olan çirkli yerlərdə bakteriyaların inkişafı üçün əlverişli şərait yaranır. Bu, əhali arasında kütləvi epidemiyaların yayılmasına səbəb ola bilir. •
• Streptokok – angina törədicisi • Taun çöpü • • Sibir yarası törədicisi Vəba vibrionu • Difteriya basilli
• Bakteriyalar pambıqda hommoz, heyvanlarda brusellyoz, Sibir yarası əmələ gətirir. İnsan özü də heyvandan keçən xəstəliklərlə yoluxa bilir; məsələn, insan brusellyozla yoluxmuş qaramaldan sağılmış çiy südlə qidalandıqda bu xəstəliyə yoluxur.
Krossvord 1. Böyüdücü cihaz ? 3 2. Bakteriya xəstəliyi ? O 3. Mikroskopun hissəsi ? 4. Sistematik kateqoriya ? 2 6 M T E İ A K K U R N L 4 D Ə S H O P A O T Ə K 5 Y L O 5. İnsan cinsi ? 6. Canlı və ətraf mühit ? 1 G İ M O Y A R
Diqqətinizə görə təşəkkür edirəm.
- Slides: 15