Baki hri xtai rayonu zaur mmmdov adina 171
Baki Şəhəri xətai rayonu zaur məmmədov adina 171 Nömrəli tam orta məktəbin 10 b sinif şagirdi MUSTAFAYEV CEYHUN
ORMASİYA �İnformasiya – verilənlərdə insanların gördüyü mahiyyət, qiymət. Adətən, verilənlər faktlardan ibarət olur ki, onlar da müəyyən konteksdə informasiyaya çevrilir və insanlara aydın olur. Komputerlər verilənlərin mahiyyətini anlamadan onları emal edir. Çox zaman “verilən” və “informasiya” terminləri sinonim kimi işlənsə də, onlar arasında müəyyən fərq var. Verilənlər (DATA) hər hansı məlumatlardır və onların mənasının olub-olmamasının elə bir önəmi yoxdur. Məsələn, kompüterdə '19091985' və ya 'VD 51 FGD' simvollar sətri verilənlərdir. İnformasiya isə mənası olan verilənlərdir. Siz simvollar yığınının nə ifadə etdiyini bilirsinizsə, o, informasiya olur. Məsələn, '19091985' hər hansı malın kodu, yaxud kiminsə doğum tarixi (19 sentyabr 1985) ola bilər. Onun mənasını bildikdə o, sizin üçün informasiyaya çevrilir.
İnformatika � 1960 -cı ildə ilk dəfə “İnformatika” terminindən fransızlar istifadə etmişlər. Bu söz “informasiya” (fr. information) və “avtomatika” (fr. automatique) sözlərinin birləşməsindən əmələ gəlmişdir. �İnformatikanın əsasını təşkil edən bu elm sahələrini çox vaxt hardware (aparat), software (proqram), brainware (beyin) təminatları şəklində qruplaşdırırlar. İnformatikanın inkişaf istiqamətləri: �İnformasiya nəzəriyyəsi; �Yeni aparat vasitələrinin (hardware) işlənməsi; �Proqram təminatının (software) işlənməsi; �Proqramlaşdırma dilləri; �Kompüter şəbəkəsi; �Süni intellekt sistemləri və s.
İnformatika � İnformatika (en. informatics ~ ru. информатика ~ tr. bilişim) – verilənlərin toplanması, saxlanması, emalı və ötürülməsi məsələləri ilə məşğul olan elm sahəsi. Bəşəriyyət bu məsələlərlə həmişə məşğul olmuşdur, ancaq informatika müstəqil fənn kimi yalnız XX əsrin 70 -ci illərinin sonunda ayrılmışdır. Bunun da başlıca təkanı fərdi kompüterlər olmuşdur. İnformatika başlanğıcını kibernetika və riyaziyyatdan götürür. Burada riyazi məntiqin xüsusi rolu olmuşdur. Kibernetika isə kompüterlərin yaradılması üçün nəzəri zəmin yaratmışdır. İnformatikanın texniki əsasını mikroelektronika və yeni materiallar (yarımkeçirici materiallar, plastmasslar) təşkil edir. İnformatikanın özünün də müstəqil bölmələri vardır: proqramlaşdırma, informasiya sistemləri, idarəetmə sistemləri, verilənlər bazaları, süni intellekt. İngilisdilli ölkələrdə “informatika” termininin əvəzinə “computer science” terminindən istifadə olunur. � İnformatika elminin əsas tədqiqat obyekti cəmiyyətin informasiyalaşdırılması və kompüterləşdirilməsidir. Bu elmin nəzəri əsasını informasiya, alqoritm, ehtimal nəzəriyyəsi, riyazi statistika, riyazi məntiq, kombinator analiz, formal qrammatika və s. özünün məxsusi bölmələrini isə əməliyyat sistemləri, EHM arxitekturası, nəzəri proqramlaşdırma, verilənlər bazası nəzəriyyəsi və digərləri təşkil edir
- Slides: 4