Baki hri xtai rayonu zaur mmmdov adina 171
Baki şəhəri xətai rayonu zaur məmmədov adina 171 sayli tam orta məktəbin 10 a sinif şagirdləri Əhmədov Murad və Tağızadə Fatimə
TARİXİ QEYDLƏR: Tarixi qeydlər. «Kompyuter cinayətkarlığı» termini 1960 -cı illərin əvvəllərində kompyuterlərin istifadəsi ilə törədilmiş ilk cinayət hadisələri aşkarlandıqda amerikan, sonra isə digər xarici ölkə mətbuatında meydana çıxmışdı. 1979 -cu ildə Dallasda ABŞ Vəkillər Assosiasiyasının konfransında kompyuter cinayətlərinin siyahısı müəyyən edilmişdi. 1989 -cu ildə Avropa Şurası Nazirlər Komitəsi iştrakçı ölkələrə kompyuter cinayətləri üzrə vahid qanunvericilik strateqiyasının yaradılması üçün tövsiyə edilən "Cinayətlərin minimal siyahısı"nı təsdiq etdi. Siyahıya aşağıdakı cinayətlər daxil idi: ).
�− kompyuter məlumatlarının saxtalaşdırılması; �− kompyuter proqramlarının və verilənlərinin zədələnməsi; �− kompyuter sabotajı; �− sistemə icazəsiz müdaxilə (giriş, verilənlərin ələ keçirilməsi, mühafizəli proqramların istifadəsi, sxemlərin surətlərinin çıxarılması).
KOMPYUTER CİNAYƏTLƏRİNİN KODİFİKATORU � Kompyuter informasiyası sahəsində cinayətlərin mövcud təsnifatlardan ən geniş yayılanı 1991 -ci ildə İnterpolun Baş Katibliyinin işçi qrupu tərəfindən işlənmiş Kompyuter cinayətlərinin Kodifikatorudur. Kompyuter cinayətlərinin Kodifikatorunda kompyuter cinayətlərinin altı qrupu var, hər bir qrup ayrıca növlərə bölünüb. Kodifikatorda “cinayətlərin digər növlərini” işarə edən və kompyuter texnologiyalarının mümkün inkişafını nəzərə almaq üçün Z varıantı müəyyən edilib. QA – Sanksiyasız giriş və ələkeçirmə QD – Kompyuter verilənlərinin dəyişdirilməsi QF – Kompyuter dələduzluğu QR – Qeyri-qanuni surətçıxarma QS – Kompyuter sabotajı QZ – Digər kompyuter cinayətləri �
� 1. Kompyuter məlumatlarının və sistemlərinin məxfiliyinin, tamlığının və əldə olunması imkanlarının pozulmasına yönəlmiş cinayətlər. Konvensiyanın 2 -5 -ci maddələrində bu cinayətlərə aşağıdakılar aid edilir: � − informasiya mühitinə qeyri-qanuni daxilolma; � − informasiya axınının qeyri-qanuni tutulması, yəni ələ keçirilməsi ; � − yaddaş qurğularında saxlanan məlumatlara müdaxilə; � − kompyuter sistemlərinin və ya şəbəkələrinin işinə müdaxilə.
� 2. Kompyuterlə bağlı cinayətlər. Konvensiyanın 7 və 8 saylı maddələri, uyğun olaraq, kompyuterlərlə bağlı saxtakarlığa və fırıldaqçılığa görə təyin edilmiş cinayət məsuliyyətini nəzərdə tutur. � 3. Məzmunla (veb saytların kontenti – məzmunu ilə) bağlı cinayətlər. Bura uşaq pornoqrafiyası ilə bağlı cinayətlər aid edilir. � 4. Müəlliflik hüququnun pozulması və onunla bağlı hüquqlara aid cinayətlər. Konvensiyanın 10 cu maddəsi bir sıra müvafiq beynəlxalq aktlarda nəzərdə tutulmuş hüquqların pozulmasına görə tərəflərin cinayət məsuliyyətini müəyyən edir.
Haker: Kompüter və şəbəkə təhlükəsizliyi üzrə ekspert Şəbəkə miqyasında isə haker o şəxsdir ki, şəbəkənin elementlərinə və kompüterə girişə nəzarət edir, lazım gəldikdə onları məhdudlaşdırır. Bu şəxslər fərdi şəkildə şəbəkələrin normal fəaliyyətini nizamlayırlar. Bu cür hakerlər həmçinin internet vasitəsilə açılmaz kodları sındırmaqla və internet müharibələrinin iştirakçısı kimi də iştirak edir. Hakerlərin bu cür fəaliyyətləri cəmiyyətdə digər fəaliyyətlərə nisbətən daha dərin iz buraxır. KİV-lərdə əksərən bu cür hakerlərdən danışırlar. Hakerlərin bu fəaliyyəti əksərən neqativ qarşılansa da pozitiv fəaliyyət göstərən hakerlər da mövcuddur. Belə ki, bu kateqoriyadaki hakerları üç alt kateqoriyaya bölmək olar: "Qara kepkalılar" (Black hat) "Ağ kepkalılar" (White hat) "Boz kepkalılar" (Grey hat)
Qara kepkalı" hakerlar əsasən illegal—özlərinə aid olmayan və səlahiyyətlərində "Qara olmayan sistemlərə daxil olub müxtəlif çaplı zərər verici məqsədli—işlərlə məşğul olduqları halda "ağ kepkalı" hakerlər bunun tərsinə olaraq bu zərərlərin qarşısını almaq və sistemin özünü müdafiə qabiliyyətini artırmaqla məşğul olurlar. "Boz kepkalı" hakerlar isə digər iki növə tam aid ediləbilməyən, yəni həm illegal həm də legal fəaliyyətlərlə məşğul olan şəxslərdir. Hakerların illegal fəaliyyətlərinin arxasında duran səbəblərdən biri də özünü özünə və ya aid olduğu "yeraltı" cəmiyyətinə "sübut etmə" və bəzən də sadəcə olaraq "zövq alma" istəyidir. Bu tip davranışlar daha çox "Boz kepkalılarda" müşahidə olunur. Onu da qeyd etmək lazımdır ki, əvvəllər ümimiyyətlə haker fəaliyyətlərinə qeyri ciddi yanaşan iri proqram təminatı və kompüter şəbəkəsi avadanlıqları istehsalçıları sonradan bir çox "qara kepkalı" hakerlarla əlaqəyə keçmiş və öz şirkətlərində işlə təmin edərək onların "ağ kepkalı" hakerlar cərgəsinə keçmələrinə səbəb olmuşdur. Bundan əlavə axtarış mühərriklərinin internetdə böyük əhəmiyyət qazanması ilə Axtarış Mühərriki Optimizasiyası(SEO) metodları meydana çıxmışdır. Bu cür metodlar da məhz "Qara Kepka" və "Ağ Kepka" metodları olaraq kateqoriyalaşdırılır.
"Haker" sözünün mənşəyi və bu sözün məna fərqlərinin yaranmasının tarixi səbəbləri[ Çox böyük ehtimalla "Haker" (Hacker) sözü öz ilkin mənasında İnformasiya texnologiyalarının yüksək inkişafı nəticəsində 1960 -cı illərdə meydana gəlmişdir. Termin meydana çıxdığı zaman heç də kütləvi şəkildə istifadə olunmamışdır. Buna səbəb isə Kərin geniş yayılmaması idi. Termin ilkin olaraq lokal söz kimi işlənmişdir və mənası hər hansısa bir problemin sadə amma kobud şəkildə həlli; tələbələrin hədsiz hiyləgərlik işlətmələri (əksərən bu şəkildə qaydaları pozanları məhz haker adlandırmışlar) demək idi. Beləliklə haker sözü 1960 -cı illərədək kompüter və informasiya texnologiyalarına aid olmayan mənalarda işlənmişdir. İlkin olaraq to hack (sındırmaq, kəsmək) jarqon kimi istifadə olunmağa başlamışdır. Bu o mənada işlədilir ki, hər-hansısa bir proqrama "ayaqüstü" düzəliş edəsən. Tədricən to hacker sözünə kimi isimləşdi. Əsl haker kiminsə proqramındakı səhvi tapıb deməklə yanaşı onun həlli üsulunu verməyi çox lazımlı hesab edirdi. "Haker" sözü məhz buradan törəmişdir.
- Slides: 9