Baki hri Suraxani rayonu 282 li tam orta
Baki şəhəri Suraxani rayonu 282 №li tam orta məktəbin 11 c sinif şagirdi Məmmədzadə Solmaz
ZİYAN VERİCİ PROQRAMLAR � İstənilən adamı onun ucun dəyərli bir şeyin itkisi məyus edir. Şəxsiyyət vəsiqənizi, pasportunuzu, yaxud ali təhsil haqqında diplomunuzu itirsəniz, nə baş verə bilər? Bu sənədlərin hər birində yalnız sizin özunuzə məxsus olan muhum informasiyalar vardır. Yaşadığımız dovrdə informasiyanın boyuk bir hissəsi rəqəmli şəkildə, elektron daşıyıcılarda saxlanılır. Bu isə informasiyanın qorunması problemini asanlaşdırmır, əksinə, daha da cətinləşdirir. Ozu də, bu problem bu gun elə qlobal xarakter almışdır ki, muxtəlif olkələrdə informasiyanın muhafizəsi haqqında xususi qanunlar qəbul edilir, əvvəllər fəaliyyət gostərməyən yeni ozəl və dovlət qurumları yaradılır.
Bu tip hücumlarda hücumçu, istifadəçilər tərəfindən etibarlı hesab olunan veb səhifələrin saxlanıldığı serveri ələ keçirir və yaymaq istədiyi ziyanverici proqramı bu serverə yerləşdirir. İnternet istifadəçilərinin etibarlı hesab etdiyi bu saytı ziyarət etməsi nəticəsində bu ziyanverici proqram təminatı kompüterlərinə yoluxur. Hazırda ziyanverici proqram hücumlarının sıxlığı artmaqda və onlar günü-gündən inkişaf etməkdədir. Bu hal İnternet istifadəçilərinin təhlükəsizliyi baxımından ciddi təhlükə kəsb edir.
Ziyanverici proqramlar informasiya sistemlərinə ziyan vurmaq üçün yaradılmış təhlükəli proqramlardır. Ziyanverici proqramlar sistemlərə istifadəçinin xəbəri və icazəsi olmadan yüklənir və kompüterin fəaliyyətinə təsir göstərir. Ziyanverici proqramların daha geniş yayılmış növləri - troyanlar, casus proqramları, soxulcanlar, viruslar və şəbəkə qurdlarıdır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilər üçün faydalı olacağını nəzərə alaraq ziyanverici proqramlarla bağlı tövsiyələr hazırlayıb
Bir neçə təhlükəsizlik qaydaları Brauzerinizi düzgün quraşdırmamış şübhəli tərkibli saytlara daxil olmayın. Daxil olduğunuz halda oradan heç bir şey qəbul etməyin. Qəbul etdikdə, onu dərhal açmadan antivirusun yoxlanmasına verin. İstənilən antivirus standart hücum kodunu dərhal tapır. Ağıllı düşünülmüş qeyri standart kodu isə heç bir antivirus tapa bilməz. Heç kəs sizə heç nədən hücum etməyəcək, amma əgər bilirsinizsə ki, hücuma məruz qala bilərsiniz, firewalla ehtiyatlansanız pis olmaz. Bu açıq portlardan gələn hücum kodlarının və ya sizin kompüterə artıq düşmüş troyanın qarşısını alar.
Hər gün 10 -15 yeni növ virus meydana çıxır. Virusların miqdarı həndəsi silsilə üzrə artır. Bunu statistika və real həyat təsdiq edir. cı ildə təxminən 500 virus, 1992 -ci ildə - 3 000, 1994 -cü ildə - 5 000, 1996 – 9 000, 1999 – 30 000, 2001 – 50 000, 2004 -cü ildə 112 000 -dən çox virus məlum idi. Kompüter viruslarının sayının artması ilk növbədə onunla bağlıdır ki, proqramlaşdırmanı bir qədər öyrəndikdən sonra istənilən şəxs virus yaza bilər. Bu işdə ona leqal və qeyri-leqal ədəbiyyat, virusların yazılması üçün xüsusi proqram təminatı kömək edə bilər. Hətta müxtəlif mutasiya generatorları mövcuddur ki, birinci kurs tələbəsinin yaratdığı sadə virusdan onun köməyi ilə mürəkkəb virus yaratmaq olar.
Kompüterdə virus əlamətləri aşkarlandıqda nə etməli? � � İlk addım olaraq yerinə yetirdiyiniz işlərin nəticələrini xarici daşıyıcıda (disketdə, CD- və ya DVD-diskdə, fləşkartda və s. ) saxlayın. Sonra * kompüteri lokal şəbəkədən və İnternetdən ayırın (əgər qoşulmuşsa); * əməliyyat sistemi kompüterə düşmüş virus nəticəsində sərt diskdən yüklənmirsə, onda onu CD diskdən yükləməyə çalışın; * antivirus proqramını başladın.
� � � Antivirus proqramları vasitəsilə informasiyanın mühafizəsi Kompüter virusunun öz bioloji "qardaşı" ilə bir oxşarlığı da əvvəlcədən hər ikisinin qarşısının alınmasının (profilaktikasının), yoluxmadan sonrakı müalicəyə nisbətən çox-çox asan olmasıdır. Kompüter viruslarından qorunma üç səviyyədə təşkil oluna bilər: Birinci səviyyədə virusların kompüterə girməsinin qarşısı alınır. İkinci səviyyədə virus hücumlarının qarşısı alınır. Üçüncü səviyyədə virus hücumlarının təsiri minimuma endirilir.
https: //www. veracode. com/blog/2012/10/common-malware -types-cybersecurity-101 http: //www. pngall. com/virus-png http: //www. muallim. edu. az/www. old/arxiv/2014/05/27. htm http: //thetrashpack. wikia. com/wiki/File: Flesh_Eating_Virus. png
- Slides: 9