BAKI HR SURAXANI RAYONU NADR LYEV ADINA 282
BAKI ŞƏHƏRİ SURAXANI RAYONU NADİR ƏLİYEV ADINA 282 №-Lİ MƏKTƏBİN 11 B SİNİF ŞAGİRDİ QƏNİZADƏ ŞAMXAL
İnformasiya termini mənşəcə latın sözü olub, izahetmə, şərhetmə, məlumatvermə mənalarını daşıyan «informatio» sözündən yaranmışdır. İnformatikada informasiya ilkin və təyin olunmamış anlayış kimi qəbul olunur. İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir. İnformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür.
İnformasiya texnologiyası — informasiya ehtiyatlarından istifadə olunması proseslərini yüngülləşdirmək, onların etibarlılığını və operativliyini artırmaq məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə çatdırılmasını təmin edən texniki-proqram vasitələri toplusudur. Bütün texnologiya növləri içərisində informasiya texnologiyası «insan amilinə» çox yüksək tələblər qoyur (peşəkarlıq səviyyəsi, zehni və fiziki iş qabiliyyəti və s. ). �
İnformasiya sistemləri kompyuterlərdən, kompyuter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ kommunikasiya vasitələrindən və s. ibarət olan mühitdir. � İnformasiya sistemləri informasiyanın çatdırılmasında böyük rol oynayirlar və həyatımızın ayrılmaz parçasına çevrilib.
� İnformasiya yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt «verilənlər» sözü ilə ifadə olunur. «Verilənlər» (ing. data) texniki vasitələrlə (məsələn, kompyuterlə) saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir edilən (kodlaşdırılan) məlumatdır.
� Kompyuterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir olunur. Verilənlərin bu cür təsviri ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit — ikilik rəqəm) adlanır. Bit — informasiyanın ən kiçik ölçü vahididir.
� İnformasiyanın kodlaşdırılması-Yalnız rəqəmlərlə ifadə olunan informasiyaya kodlaşdırılmış informasiya deyilir. Bunun üçün istifadə olunan rəqəmlərə kodlar deyilir. Kompyuterdə informasiya yalnız kodlaşdırılmış şəkildə emal olunur və kodlaşdırma üçün ikilik say sistemindən — binar koddan, ikilik koddan istifadə olunur. İkilik kod « 0» və ya « 1» rəqəmlərindən hansısa biri deməkdir.
VERİLƏNLƏRİN 4 TİPİ VAR Hesabi Mətn Məntiqi Göstərici
Hesabi verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur (Məs. , «yaşı-28» ). Mətn tipli verilənlərdə qiymət sözlə (simvollarla) ifadə olunur (Məs. , «qırmızı rəngli» ). Məntiqi verilənlərdə qiymət məntiqi kəmiyyətlə ifadə olunur (məs. , « 18 ədədinin tək ədəd olması doğru deyil» ). Göstərici tipli verilənlərdə isə proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur.
Köməkçilərimiz � � http: //kayzen. az/blog/informatika/2454/informas iya-anlay%C 4%B 1%C 5%9 F%C 4%B 1. html https: //az. wikipedia. org/wiki/%C 4%B 0 nformasiy a http: //rabitadunyasi. info. az/News/? news. ID=779 &lang=az https: //az. wikibooks. org/wiki/%C 4%B 0 nformasi ya_texnologiyalar%C 4%B 1
- Slides: 10