BAKI HR SURAXANI RAYONU N LYEV ADINA 282L
BAKI ŞƏHƏRİ SURAXANI RAYONU N. ƏLİYEV ADINA 282№-Lİ TAM ORTA MƏKTƏBİN 11 C SİNİF ŞAGİRDİ TƏMRAZLI TÜRKAN
Antivirus programları vasitəsilə inormasiyanın mühafizəsi Kompüter virusunun öz bioloji “qardaşı” ilə daha bir oxşarlığı da əvvəlcədən hər ikisinin qarşısının alınmasının (profilaktikasının), yoluxmadan sonrakı müalicəyə nisbətən çox-çox asan olmasıdır. Kompüter viruslarından qorunma üç səviyyədə təşkil oluna bilər: Birinci səviyyədə virusların kompüterə girməsinin qarşısı alınır. İkinci səviyyədə virus hücumlarının qarşısı alınır. Üçüncü səviyyədə virus hücumlarının təsiri minimuma endirilir.
Təhlükəsizlik tədbirləri nəticəsində virusların kompüterə düşməsi təhlükəsi azaldılır. Şübhəli mənbələrdən əldə olunan proqram təminatlarından istifadədən qaçmaq lazımdır. Kompüterə kənardan, o cümlədən İnternetdən daxil olan proqram koduna çox ciddi nəzarət olunmalıdır. Yoluxma faktını aşkarlamaq, virusların çoxalmasına mane olmaq və virus hücumlarının qarşısını almaq üçün antivirus proqramlarından istifadə olunur.
Verilənlərin mübadiləsi zamanı viruslara xas olan baytların aşkar edilməsi və viruslar üçün xarak-terik hərəkətlərin qeydə alınması on-ların axtarışının əsasını təşkil edir. Müqayisə üçün verilənlər antivirus proqramının verilənlər bazasında saxlanılır. Antivirus verilənlər bazasını daim yeni viruslar haqqında məlumatlarla doldurmaq, başqa sözlə, virus bazasını yeniləmək lazımdır. Antivirus proqramlarının uğuru da, məhz, bundan asılı olur.
• Fəaliyyətlərindən asılı olaraq antivirus proqramları bir neçə sinfə ayrılır: Detektorlar hər hansı məlum virusa yoluxmuş faylları aşkarla-mağa imkan verir. Doktorlar (faqlar) təkcə yoluxmuş faylları aşkarlamır, həm də onları ilkin duruma qaytarmağa çalışır. Müfəttişlər kompüter hücumları mümkün olan yerlərdəki dəyi-şikliklərə nəzarət edir; bu məqsədlə proqramların və disklərin sistem sahələrinin ilkin, yoluxmamış hesab edilən durumları haqqında məlumat yadda saxlanılır, sonra istifadəçinin müəyyən etdiyi vaxtda onları cari vəziyyətlə müqayisə edir
• Doktor-müfəttişlər-yuxarıda göstərilən iki növ proqramın imkanlarını özündə birləşdirir. Süzgəclər virusların çoxalma və zərərvurma məqsədi ilə əmə-liyyat sisteminə etdikləri müraciətləri tutur. Vaksinlər, yaxud immunizatorlar iş qabiliyyətlərini saxlamaq-la proqramları elə dəyişdirirlər ki, onlar viruslar üçün yoluxmuş kimi görünsün. Belə olduqda, viruslar həmin fayllara “ilişmir”. Kompüterdə virusların axtarışı verilənlər daşıyıcılarının, yaxud axınının daranması [scan] yolu ilə yerinə yetirilir
Darama prosesində operativ yaddaşda, daşıyıcılarda virusa yoluxmanın əlamətlərinin olubolmaması yoxlanılır. Aşkarlanmış viruslar deaktivləşdirilir və məhv edilir. Mümkün olduqda dəyişdirilmiş (yoluxmuş) faylların ilkin vəziyyəti bərpa olunur. Bu gün Symantec Norton Antivirus, Kasperski antivirusu, Dr. Web, Ac. Afee Virus. Scan, Panda Titanium Antivirus kimi antivirus proqramları daha çox tanınır.
• Viruslarla mübarizə proqramlarının bir neçə növü var - skanerlər (başqa adı: faqlar, polifaqlar), disk müfəttişləri (CRC-skanerlər), rezident monitorlar və immunizatorlar. Skanerlər. Antivirus skanerlərin iş prinsipi faylların və sistem yaddaşının yoxlanmasına və onlarda məlum və ya yeni (skanerə məlum olmayan) virusların axtarışına əsaslanır. Məlum virusların axtarışı üçün "maska"lardan istifadə edilir. Virusun maskası konkret virus üçün spesifik olan müəyyən sabit kodlar ardıcıllığıdır.
Bir çox skanerlərdə həmçinin "evristik skanlama" alqoritmlərindən istifadə edilir, yəni yoxlanan obyektdə komandalar ardıcıllığı analiz edilir, müəyyən statistika toplanır və hər bir yoxlanan obyekt üçün qərar qəbul edilir. ("ola bilsin yoluxub" və ya "yoluxmayıb"). • Disk müfəttişlərinin (CRC-skanerlərin) iş prinsipi diskdə olan fayllar və sistem sektorları üçün CRCcəmlərin (nəzarət cəmlərinin) hesablanmasına əsaslanıb. Rezident monitorlar daim operativ yaddaşda yerləşən və disklə və operativ yaddaşla aparılan əməliyyatlara nəzarət edən proqramlardır. •
Məhz bu proqramlar sistemin real yoluxma anına kimi virusu aşkarlamağa imkan verir (əvvəlki ikisindən fərqli olaraq. İmmunizatorların iki növü var: yoluxma barədə məlumat verən immunizatorlar və hərhansı növ virusla yoluxmanın qarşısını alan immunizatorlar. Onlardan birincisi adətən faylların sonuna yazılır və hər dəfə fayl işlədikdə onun dəyişməsini yoxlayır. Bu immunizatorların bir nöqsanı var - stels-virusla yoluxma barədə məlumat verməyə qabil deyil.
İkinci növ immunizator sistemi hər hansı müəyyən növ virusla yoluxmaqdan mühafizə edir. Diskdə fayllar elə modifikasiya edilir ki, virus onları artıq yoluxmuş fayl kimi qəbul edir. Rezident virusdan mühafizə üçün kompüterin yaddaşına virusu imitasiya edən proqram yüklənir. Virus işə düşdükdə onunla rastlaşır və hesab edir ki, sistem artıq yoluxub.
İstifadə etdiyimiz resurslar http: //teknodex. com/antivirus-programlarinda-en Iyiler/ http: //tekoku. com/list/2016 -yilinin-en-iyi-antivirus Programlari http: //www. nedir. com/vir%C 3%BCs Program%C 4%B 1 http: //www. virustemizleme. org/ http: //skullhammer. blogspot. com/2014/10/360 -total security-virusu-kaldrma. html http: //www. sahteyazilim. com/en-guvenilir-5 ucretsiz-antivirus-programi/
- Slides: 12