BAKI HR 293 SAYLI TAM ORTA MKTBIN CORAFIYA
BAKI ŞƏHƏR 293 SAYLI TAM ORTA MƏKTƏBIN COĞRAFIYA MÜƏLLIMI ABBASOVA AIDƏ “Ekoloji tarazlığın qorunması və bərpası “ mövzusunda hazırladığı layihə
MƏQSƏD EKOLOJİ TARAZLIĞIN QORUNMASI VƏ BƏRPASI YOLLARININ ARAŞDIRILMASI
Araşdırılmalı məsələlər 1. Ekoloji tarazlığın pozulmasına səbəb olan amilləri hansılardır? 2. Ekoloji tarazlığın pozulmasının nəticələri? 3. Ekoloji tarazlığın qorunması və bərpası üçün hansı tədbirlər həyata keçirilməlidir?
Təbiət öz-özünü tənzimləyir. Təbiətdə baş verən təbii proseslərlə yanaşı, ali varlıq olan insanın təbiətə göstərdiyi təsir də Yer kürəsinin ahəngini, tarazılığını pozur. Bu son dövrlərdə daha çox nəzərə çarpır.
Həm təbii, həm də texnogen xarakterli hadisələr ekoloji tarazlığın pozulmasına səbəb olur.
• Ətraf mühitin çirklənməsi dedikdə antropogen təsir nəticəsində təbiətdə arzuedilməz dəyişikliklərin baş verməsi başa düşülür. Çirklənmənin bir sıra növləri var: kimyəvi, istilik, radioaktiv, bioloji və s. Həmçinin təbii çirklənmə mənbələridə mövcuddur – vulkan püskürmələri, zəlzələlər, meteorit düşməsi, şüalanma və s.
2. Ekoloji vəziyyəti aşağıdakı kimi təsnif etmək olar • 1. Təbii vəziyyət – antropogen təsirə məruz qalmayan ətraf mühit • 2. Müvazinət vəziyyəti – təbii bərpa olunmanın antropagen təsirə bərabər və ya ondan yüksək olduğu ətraf mühit • 3. Böhran vəziyyəti – antropogen təsirin yüksək olduğu ətraf mühit. • 4. Faciəli vəziyyət – təbii vəziyyətdən çıxmış ətraf mühit. • 5. Kollaps vəziyyəti – bioloji məhsuldarlığını əbədi itirən ətraf mühit. Ətraf mühitin çirklənməsi sağlam gələcəyin itirilməsi deməkdir. Əgər biz bu gün təbiətin yaratdığı gözəl mühiti dəyərləndirmədən, necə gəldi onunla rəftar ediriksə demək biz nə təbiəti, nə də ki insanları sevirik. Biz doğmalarımız, övladlarımız, bütün bəşəriyyətin həyatını təhlükəyə atacaq davranışlar edirik. Və ən dəhşətlisi də budur ki, biz bunun nəticəsini görmək istəmirik. . .
BU DA ƏTRAF MÜHİTƏ MÜNASİBƏTİMİZ
Ekoloji tarazlığın qorunması və bərpası üçün hansı tədbirlər həyata keçirilməlidir? 1. Yaşıllıqlar qorunmalı və artırılmalıdır. 2. Su hövzələrini çirkləndirən sahələrin qarşısını almaq məqsədi ilə təmizləyici qurğulardan istifadə edib, ciddi nəzarət etməklə təmiz saxlanılmalıdır. 3. Havanın çirklənməsinin qarşısını almaq üçün onu çirkləndirən sahələrə nəzarət gücləndirilməli, lazımı qurgularda istifadə edilməli və bacardıqca atmosferə az zərər vuran vasitələrdən istifadə edilməlidir. 4. Yaşadığımız ərazinin təmizliyinə mühüm diqqət ayırmalıyıq. Ətrafımızı zibilliklərdən azad etməliyik. Zibil atmaq mədəniyyətinə yiyələnməliyik. Zibili düzgün atarıqsa, yəni təkrar emala gedəcək şəkildə edəriksə ətrafimiz da heç bir tullantıya rast gəlmərik.
GƏLİN ƏTRAF MÜHİTİ, DÜNYAMIZI QORUYAQ!
İstifadə olunan mənbələr 1. https: //www. google. az/search? q=etraf+muhitin+muhafizesi&client 2. https: //www. youtube. com/results? search_query=ekoloji+tarazlıq
- Slides: 11