Bak hri Xtai Rayonu Zaur Mmmdov adna 171
Bakı şəhəri Xətai Rayonu Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin 10 c sinif şagirdi İmanova Nərgizin informatika fənnindən təqdimatı
Virus Proqramları Virus proqramları və ya kompüter virusları - texniki vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus proqram özünü təxminən bioloji virus kimi aparır: özü-özünə çoxalır, sistem faylları daxilində maskalanır və kompüterə və ya sistemə ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir). � Virus xarici yaddaş qurğularından (disketlərdən), elektron poçt və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir. � Virus faylları kompüterə yalnız icra edilən fayllarla birlikdə daxil ola bilər. Mətn sənədləri, rəsmlər, arxivlər, cədvəllər və s. risk obyekti hesab oluna bilməz. � Hər gün 10 -15 yeni növ virus meydana çıxır. Virusların miqdarı həndəsi silsilə üzrə artır. Bunu statistika və real həyat təsdiq edir. 1990 -cı ildə təxminən 500 virus, 1992 -ci ildə - 3 000, 1994 -cü ildə - 5 000, 1996 – 9 000, 1999 – 30 000, 2001 – 50 000, 2004 -cü ildə 112 000 -dən çox virus məlum idi. � Kompüter viruslarının sayının artması ilk növbədə onunla bağlıdır ki, proqramlaşdırmanı bir qədər öyrəndikdən sonra istənilən şəxs virus yaza bilər. Bu işdə ona leqal və qeyrileqal ədəbiyyat, virusların yazılması üçün xüsusi proqram təminatı kömək edə bilər. Hətta müxtəlif mutasiya generatorları mövcuddur ki, birinci kurs tələbəsinin yaratdığı sadə virusdan onun köməyi ilə mürəkkəb virus yaratmaq olar.
Virusun Kompüterdə yayılması
Virusların Quruluşu Kopiya istehsalçı Bomba Gizləyici
Virus Kodu
- Slides: 5