Bak hri Xtai rayonu Zaur Mmmdov adna 171
Bakı şəhəri, Xətai rayonu, Zaur Məmmədov adına, 171 saylı tam orta məktəbin, 10 c sinif şagirdi, Namazova Nərgizin İnformatika fənnindən təqdimatı
Viruslar 1999 -cu ildə ilk dəfə dünya miqyasında virus epidemiyası yaranmışdı. Melissa virusu on minlərlə kompüteri yoluxdurmuş və 80 milyon dollar ziyan vurmuşdu. Bu insidentdən sonra dünyada antivirus proqramlara böyük tələb yarandı.
Antivirus Proqramları � Antivirus proqramları — kompüter viruslarından mühafizə üçün xüsusi proqramlardır. Virus proqramlarını aşkarlamaq və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir. � Viruslar müxtəlif vasitələtlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus özgə disketlərdən, e-mail və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir. � Viruslar 3 məqsəqlə yaradılır: intiqam, kommersiyya, özünü təsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Asembler proqram dilində yazılır.
Proqram-həkim – tapır və müalicə edir: Dr. Solomon, Norton Anti. Virus, Doctor Web, Aidstest, AVP, Anti. Viral Toolkit Pro Scaner, Antivirus Kaspersky Personal, Nod 32, Panda, Avista , Avast Antivirus Mühafizəçi proqramlar – RAM-da yerləşir, yalnız tapır: Anti. Viral Toolkit Pro Manitor. Detektor proqramlar – yalnız onlara məlum virusları tapır. Revizor proqramlar – sistemin ilkin vəziyyəti ilə yükləmədən sonrakı vəziyyəti müqayisə edilir. Faylların kontrol cəmi yoxlanılır.
- Slides: 4