Bak hri Xtai rayonu Zaur mmmdov adna 171
Bakı şəhəri Xətai rayonu Zaur məmmədov adına 171 saylı tam orta məktəbin 10 -c sinif şagirdi: Quluzadə Emin Fənn: informatika Müəllim: Kənan İsmayılov
İnformasiya haqqında məlumat • İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompüterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir. • Informasiyanın istifadəyə yararlı olması üçün aşağıdakı şərtlər ödənilməlidir (informasiyanın xüsusiyyətləri): • tam (tam şəkildə təsvir olunmalıdır); • düzgün (həqiqi situasiyanı əks etdirməlidir); • qiymətli (maksimum az məsrəflə əldə edilməlidir) • əhəmiyyətli (istifadəçi üçün vacib olmalıdır); • aktual (cari vaxtda tələb edilən olmalıdır); • anlamlı ( istifadəçinin başa düşdüyü tərzdə hazırlanmalıdır).
İnformasiya • İnformasiya (en. information ~ ru. информация ~ tr. bilgi) – verilənlərdə insanların gördüyü mahiyyət, qiymət. Adətən, verilənlər faktlardan ibarət olur ki, onlar da müəyyən konteksdə informasiyaya çevrilir və insanlara aydın olur. Kompüterlər verilənlərin mahiyyətini anlamadan onları emal edir. Çox zaman “verilən” və “informasiya” terminləri sinonim kimi işlənsə də, onlar arasında müəyyən fərq var. Verilənlər (DATA) hər hansı məlumatlardır və onların mənasının olub -olmamasının elə bir önəmi yoxdur. Məsələn, kompüterdə '19091985' və ya 'VD 51 FGD' simvollar sətri verilənlərdir. İnformasiya isə mənası olan verilənlərdir. Siz simvollar yığınının nə ifadə etdiyini bilirsinizsə, o, informasiya olur. Məsələn, '19091985' hər hansı malın kodu, yaxud kiminsə doğum tarixi (19 sentyabr 1985) ola bilər. Onun mənasını bildikdə o, sizin üçün informasiyaya çevrilir. • Təbiətdə və cəmiyyətdə bizi əhatə edən obyektlər, hadisələr, onların xassələri, qarşılıqlı münasibətləri haqqında məlumatlar yığımı olub, onlara dair bilikləri çoxaltmaq məqsədi daşıyır.
İnformasiya təsnifatı • İnformasiyanın 1) faydalılıq, 2) tamlıq, 3) həqiqilik, 4) qiymətlilik, 5) təzəlilik və s. kimi xassələri vardır. • İnformasiya yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt «verilənlər» sözü ilə ifadə olunur. «Verilənlər» (ing. data) texniki vasitələrlə (məsələn, kompüterlə) saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir edilən (kodlaşdırılan) məlumatdır. «Verilən» termini latınca «datum» (fakt) sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə etməyə bilər. Odur ki, verilən dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür.
İnformasiya təsnifatı • Verilən ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlərin tip xarakteristikasından əsasən proqramlaşdırmada istifadə edilir. hesabi (və ya rəqəm tipli) məntiqi tipli Tipinə görə verilənləri 4 qrupa ayırırlar mətn (və ya simvol tipli) Göstərici tipli
İnformasiyanın prosesləri Qəbulu Üzünün çıxarılması Saxlanılması Axtarılması Emalı İnformasiya prosesləri Toplanılması Ötürülməsi Silinməsi Kodlaşdırılması
İNFORMASIYANIN ÖTÜRÜLMƏ MƏRHƏLƏSI İdarəetmə obyekti (istifadəçi) İnformasiyanın toplanıilması prosesinin həyata keçməsi İnformasiyanın ötürülməsi İnformasiyanin saxlanilması axtarilması emalı Nəticələrin alinması
İnformasiya vahidləri • • 1 Bayt = 8 bit 1 Kilobayt = 1024 bayt 1 Meqabayt = 1024 Kb 1 Giqabayt = 1024 Mb 1 Terabayt = 1024 Gb 1 Petabayt = 1024 Tb 1 Ekzabayt = 1024 Pb 1 Zetabayt = 1024 Eb
İnformatika fənninin məzmunu Dünyanın informasiya mənzərəsi Alqoritimləşdirmə və proqramlaşdırma İnformasiya texnalogiyaları
- Slides: 9