Bak hri Xtai rayonu Zaur Mmmdov adna 171
Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin 10 A sinif şagirdi Qasımova Dinarədən Təqdimat.
Salam, Hörmətli izləyici. Bu təqdimatda informatikadan bəhs olunacaq. Siz burada informatika haqqında bir cox məlumatlarla tanış olacaqsınız.
Mənə bu fənni sevdirdiyi üçün informatika müəllimim İsmayılov Kənan müəllimə minnətdaram.
Bu təqdimatda olacaq mövzular: üKompüter şəbəkələri və onların təsnifatı üLayihə və onun mərhələləri üŞəbəkə avadanlıqları
Komputer şəbəkəsi — rabitə xətləri və xüsusi proqram təminatı ilə birbirilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin olması vacib şərtdir. Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur. Ən populyar kompüter şəbəkəsi internetdir.
Kompüter şəbəkələrini aşağıdakılar kimi təsnif etmək olar Qlobal şəbəkələr ( ing. Wide Area Network, WAN) Lokal şəbəkələr (ing. Local Area Network, LAN)
Qlobal kompüter şəbəkələri — bir-birlərindən coğrafi uzaq (Yer kürəsinin istənilən hissəsindəki) kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Rabitə vasitəsi olaraq əsasən yüksək sürətli telefon və peyk rabitəsindən istifadə olunur. Qlobal kompüter şəbəkələri əsasən klient-server texnologiyası əsasında fəaliyyət göstərir. Şəbəkənin proqram təminatı əsasən iki hissədən ibarət olur: Klient və Server. Ən böyük qlobal kompüter şəbəkəsi internet kompüter-informasiya şəbəkəsidir. İnternet özündə milyonlarla kompüteri birləşdirən, kompüter şəbəkələrinin ümumdünya toplusudur.
Lokal kompüter şəbəkələri — bir müəssisə daxilində fəaliyyət göstərir və informasiya mübadiləsinə, informasiya və periferiya avadanlıqlarından birgə istifadəyə şərait yaradır. Şəbəkədə kompüterlər kompakt şəkildə yerləşdirilir. Lokal şəbəkədə əlaqə əsasən kabel və qismən lazer, infraqırmızı və radio şüalanma vasitəsilə həyata keçirilir və informasiya mübadiləsinin sürəti istifadə olunan rabitə vasitələrinin texniki göstəricilərilə müəyyən olunur.
Layihə və onun mərhələləri Bu gün “alqoritm”, “sistem”, “informasiya texnologiyaları” və s. sözlərlə yanaşı, “layihə” sözü də həyatımızın əlamətlərindən birinə çevrilmişdir. Bu sözə qəzet və jurnallarda, radio və televiziya efirlərində tez-tez rast gəlinir. Bəs “layihə” nə deməkdir? Ən ümumi mənada layihə, müəyyən fəaliyyət nəticəsində maddi, yaxud intellektual məhsul şəklində reallaşdırılan yeni ideyadır. Hər hansı məhsul yaratmaq üçün müəyyən işlər görmək lazımdır. Bunun üçün maddi, maliyyə və insan resursları ilə təminata ehtiyac vardır. Onu da xüsusi qeyd etmək lazımdır ki, layihənin uğurlu icrası üçün məqsədin aydın olması vacibdir.
Fəaliyyət sahəsinə görə layihələr təşkilati, texniki, sosial, iqtisadi və s. layihələrə ayrılır. Çox zaman layihə qarışıq tipli olur.
LAYİHƏ TEXNİKİ SOSİAL TƏKİLATİ İQTİSADİ
LAYİHƏLƏR QISA MÜDDƏTLİ ORTA MÜDDƏTLİ UZUN MÜDDƏTLİ
LAYİHƏLƏR SADƏ ORTA MÜRƏKKƏB
Şəbəkələrin əksəriyyətində server və müştəri kompüterləri olur. Bunlardan başqa, şəbəkədə şəbəkə kabellərini birləşdirən və siqnalları gücləndirən qurğuların da olması lazımdır. Belə qurğuları iki qrupa ayırmaq olar: kommunikasiya qurğuları və transmissiya qurğuları. Qurğular kommunikasiya transmissiya
Kommunikasiya avadanlıqları verilənlərin göndərilməsinə və alınmasına kömək edir. Kommunikasiya avadanlıqları dedikdə, ilk növbədə, fikrimizə masaüstü kompyuterlər və modem gəlir. Lakin verilənləri göndərən və alan başqa növ qurğular da var. Bunlara misal olaraq iri kompyuterləri – superkompyuterləri, meynfreym kompyuterləri və minikompyuterləri – əl və dizüstü kompyuterləri və hətta faks maşınlarını və rəqəmli kameraları göstərmək olar.
Transmissiya avadanlıqları. Modemlər fərdi kompyuterlər, yaxud bir-iki nəfərlik kiçik ofislər üçün yararlıdır. Lakin yerli və geniş şəbəkələrdə verilənləri ötürmək üçün istifadə olunan qurğular fərqlidir. Onlardan geniş istifadə olunanları bunlardır: qŞəbəkə keçidi q. Körpü qŞəbəkə interfeys kartı q. Qovşaq q. Yönləndirici
Təqdimatın sonu İzlədiyiniz üçün təşəkkürlər.
- Slides: 18