Bak hri Suraxan rayonu N liyev adna 282li
Bakı şəhəri Suraxanı rayonu N. Əliyev adına 282№li tam orta məktəbin 11 c sinif şagirdi Rəşidova Nəzrin
Kompyuter modeli • Modellər maddi və informasiya modelləri kimi iki sinfə ayrılır. İnformatikanın öyrənmə predmeti məhz informasiya modelləridir. İnformasiya modelləşdirməsinin obyektləri istənilən şey ola bilər: ayrıca əşyalar (ağac, top); fiziki, kimyəvi, bioloji proseslər (boruda suyun axması, sulfat turşusunun alınması); meteoroloji hadisələr (yağış, qasırğa); iqtisadi və sosial proseslər (əhalinin miqrasiyası).
Müasir informatikanın əsas aləti kompyuterdir. Ona görə də informasiya modelləşdirməsi dedikdə informatikada müxtəlif sahələrdə tətbiq olunan kompyuter modelləşdirməsi nəzərdə tutulur. Kompyuterlər alimlərə informasiya modelləri ilə işləmək üçün daha geniş imkanlar açdı. Məsələn, meteoroloqlar 100 il bundan öncə də sabahkı günün hava proqnozunu hesablamaq üçün uyğun tənliklər yaza bilərdilər. Lakin həmin tənliklərin “əl ilə” həllinə illər lazım gələrdi. Yalnız kompyuterlərin köməyi ilə hava proqnozunu vaxtında hesablamaq imkanı yarandı.
• Kompyuterdə informasiya modellərinin hazırlanması və tədqiq olunması prose sini bir neçə mərhələyə bölmək olar: • 1) Tədqiqatın birinci mərhələsində, adətən, obyektin, yaxud prosesin təsviri informasiya modeli qurulur. Belə model aparılan araşdırmanın (modelləş - dir mə nin) məqsədi baxımından obyektin mühüm olan xassələrini seçdirir, əhəmiyyətsiz xassələri isə nəzərə almır. • 2) İkinci mərhələdə formallaşdırılmış model qurulur, yəni təsviri informa siya modeli hər hansı formal dildə yazılır. Formallaşdırılmış modeldə düsturların, tənliklərin, bərabərsizliklərin və s. köməyi ilə obyektlərin parametrləri arasında formal münasibətlər təsvir olunur. Lakin axtarılan kəmiyyətləri ilkin verilənlər vasitəsilə ifadə edən düsturları tapmaq həmişə mümkün olmur. Belə hallarda nəticələri verilmiş dəqiqliklə almağa imkan verən təqribi üsullardan istifadə olunur.
3) Üçüncü mərhələdə formallaşdırılmış informasiya modeli kompyuter modelinə çevrilir. Kompyuter modellərini, adətən, proqramçılar hazırlayır, istifadəçilər isə həmin modellərin köməyi ilə eksperimentlər aparırlar. 4) Dördüncü mərhələ kompyuter eksperimentinin aparılmasından ibarətdir. Əgər kompyuter modeli hər hansı proqramlaşdırma dilində hazırlanmış proqramdan ibarətdirsə, onu başlatmaq və müəyyən nəticələr almaq lazımdır.
• 5) Beşinci mərhələdə alınmış nəticələr təhlil olunur və tədqiqat modeli təkmilləşdirilir. Əgər informasiya modelinin təhlili zamanı alınmış nəticələr real obyektin dəqiq ölçülən uyğun parametrlərindən fərqlənirsə, deməli, modelin qurulmasının əvvəlki mərhələlərində yanlışlığa, yaxud qeyri-dəqiqliyə yol verilib.
• Hazırda interaktiv kompyuter modelləri geniş yayılıb. Belə modellərdə tədqiqatçı (istifadəçi) prosesin ilkin şərtlərini, gedişinin parametrlərini dəyişə və modelin hərəkətindəki dəyişiklikləri müşahidə edə bilər.
İNTERAKTİV KOMPYUTER MODELİ: Üçölçülü dinamik model Günəş sistemi planet lərinin fırlanmasını göstərir. Modelin mərkəzində Günəş, onun ətrafında isə Günəş sisteminin planetləri təsvir olunub.
• Modeldə planetlərin orbitlərinin gerçək nisbətləri saxlanılıb. O qədər də böyük olmayan ekranda bütün planetlərin eyni zamanda göstərilməsi yetərincə çətindir, ona görə də Merkuri. . . Mars və Yupiter. . . Pluton rejimləri, eləcə də Bütün planetlər rejimi nəzərdə tutulub. Hərəkət zamanı baxış bucağının qiymətini dəyişmək olar. Bundan başqa, planetlərin adlarını, onların orbitlərini, yaxud koordinat sistemini gizlətməklə modelin xarici görünüşünü də dəyişmək olar.
- Slides: 9