Bak hri Suraxan rayonu N liyev adna 282
Bakı şəhəri Suraxanı rayonu N. Əliyev adına 282№ li tam orta məktəb Niftili Aytac 10 b İnformatika Internetdə ünsiyyət
Internetdə ünsiyyət Internet şebəkəsində istifadəçilərə müəyyən informasiya xidməti göstərən vasitələr internet xidmətləri adlandırılır. Bu xidmətləri iki yerə bölmək olar: kommunikasiya xidmətləri və informasiya xidmətləri. Elektron poçt ən geniş yayılmış şəbəkə xidmətidir. Elektron poçtun iş prinsipi adi poçtdan istfadə etmiş hər bir kəsə intuitiv olaraq aydındır. Şəbəkənin host-kompüterini məktubların çeşidləndiyi və poçt şöbələrinə paylandığı mərkəzi poçtamla müqayisə etmək olar.
Elektron poçtun üstünlüyü onun operativliyindən və rabitənin yüksək keyfiyyətindədir. Müasir elektron poçt proqramları mətn informasiyaları gündərməklə yanaşı, həm də məktublara başqa növ faylları- böyük həcmli mətn sənədlərini, arxiv fayllarını, şəkil, vidio, səs və s. olan faylları da qoşa bilir. Telekonfrans. Telekofrans elektron poçtun bir növüdür. Bu, şəbəkə istifadədəçiləri arasında müəyyən mövzu üzrə mütəşəkkil informasiya mübadiləsidir. Telekonfransda mühüm rolu aparıcı oynayır.
Konfransda iştrakçılarının tərkibi və sayına, həmçinin, onun müddətinə heç bir məhdudiyyət qoyulmur, müzakirələr, hətta , yarı il də çəkə bilər. Adətən, telekommunikasiya şəbəkəsində eyni vaxtda müxtəlif mövzularda çoxlu sayda konfranslar keçirilir və istifadəçi onların istənilən birində iştrak edə bilər. “On-line” ünsiyyət. Bəzən hər hansı problemi operativ olaraq dialoq prosesində müzakirə etmek zərurəti yaranır. Belə hallarda onlayn adlandırılan real zaman rejimində ünsiyyət istifadə olunur.
Genclər arasinda internet vasitəsilə daha bir ünsiyyət növu-internet- peycerlər geniş yayılıb. Elektron poçtada olduğu kimi, burada da real zamanda qısa məlumatların və faylların mübadiləsini aparmaq olar. Ən məşhur internet- peycinq sistemi İCQ proqramıdır. Ənənəvi internet xidməti olan elektron poçtan ferqli olaraq İCQ şəbəkəsində məlumatlar ani oturulur. Internet-peycinq hər bir abonentin fərdi nömrəsi olur və şəbəkə ünsiyyətinin həvəskarı bir-birinə təkcə elektron poçt unvanlarını deyil, İCQ nomrələrinidə də verə bilərlər.
Internet-telefoniya. Internetdə danışıq və ya səs siqnallarını ötürmək üçün internet-telefoniya texnologiyasından istifadə olunur. danışıq zamanı səs siqnalları sıxılıb kodlaşdıraraq verilənlər paketinə çevrilir. Sonra bu paketlər internet vasitəsilə əks tərəfə gondərilir. Adresata çatan paketlər dekodlaşdırılaraq yenidən səs siqnalina çevrilir. Internet-telefoniyada danışıq haqqı adi telefon rabitəsi ilə müqayisədə bir neçə dəfə aşağıdır.
Gap ünsiyyəti. Genclər arasında çox geniş yayılmış gap xidməti ən demokratik şebeke ünsiyyət üsulu olsa da, orada da müəyyən qaydalara əməl etmək məsləhətdir: § Iştirakçıların əksəriyyətinin ünsiyyətdə olduğu dildən istifadə edin. § Məlumatları sadə və aydın şəkildə göndərin. § Hər hansı səbəbdən həmsöhbətləriniz sizi qane etmirsə, gapdan uzaqlaşsanız daha yaxşı olar.
§ Müəyyən movzu üzrə ixtisaslaşan gapserverdəsinizsə, söhbətin mövzusundan kənara çıxmayın. Sözün həqiqi mənasında gap etmek isteyenlər üçün xüsusi serverlər mövcuddur. § Qeyri-normativ leksikadan istifadə etməyin. Gapların əksəriyyəti izlənilir: etikanı pozan “ağzıyavalar” serverdən uzaqlaşdırılır.
Gap ünsiyyətində daha bir neçə qayda: § Qondarma addan (ing. nik) istifadə edin, çünki gaplar qeyri-resmi ünsiyyət üçündür. § Bu növ ünsiyyətdən tez-tez istifadə edirsinizsə, qondarma adınızı dəyişməyin. § Gapa daxil olanda salamlaşın. § Replikaniza cavab verilmirsə, onu bir neçə dəfə təkrarlamayın, çünki sizin haqqınızda hövsələsiz, yaxud zəhlətökən həmsöhbət təəssüratı yarana bilər. Cavab almaq üçün bir qədər gözləyin – o, gecikə də bilər.
Bizə yol gostərənlər § http: //www. zaman. az/az/news. Detail_get. News. By. Id. action? news. Id=38447 § http: //kayzen. az/blog/internetyenilikleri/3567/internet-haqq%C 4%B 1 nda. html § http: //profi-media. ru/icq-planiruet-otkazatsya-otreklamy/ § https: //en. wikipedia. org/wiki/Gap_Inc. § http: //sng-it. com/development/
- Slides: 10