Bak hri Suraxan rayonu N A liyev adna
Bakı şəhəri, Suraxanı rayonu N. A. Əliyev adına 282 N-li tam orta məktəbin XI A sinif şagirdi Məmmədli Aytac İnformatikadan “Texnologiya və təhsil”.
Texnologiya - yunan sözü olub, "techne" (bacarıq) və "logos" (öyrənmə) sözlərindən yaranmışdır. Məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu. Bu nöqteyinəzərdən kompyuter texnologiyası baxılan sahədə komputer texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir.
�“Elektron məktəb” layihəsində iştirak edən məktəblərin müəllimləri üçün “Mədəd” humanitar təşkilatı tərəfdən İKT-nin təhsilə tətbiqi üzrə təlimlər başlayıb. Təlimlərdə müəllimlər “ 2008 -2012 -ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı” çərçivəsində təhsildə informasiya texnologiyalarının tətbiqi haqqında, təhsil portalından tədris prosesində istifadə etmək vərdişləri və s. Biliklər əldə edəcəklər. “Elektron məktəb” layihəsinde iştirak edən məktəblərin bütün müəllimləri bu təlimlərdən keçəcək. “Elektron məktəb” layihəsində iştirak edən məktəblərin müəllimləri praktik olaraq gündəlik tədris zamanı informasiya texnologiyalarından istifadə etməlidirlər.
�Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə və s. ilə öz tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, regional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, xalqımızın bu dahi oğlunun fəaliyyəti elmi və elmipedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdır.
�Bu gün сəmiyyətin informasiyalaşdırılması kimi təhsilin də informasiyalaşdırılması sürətli inkişaf dövrünü yaşayır. Doğrudur, müasir məktəblərlə 40 -50 il ön-cəki məktəblər arasında bir sıra bənzərliklər qalmışdır. Sinif otaqlarının əksəriyyə-tində şagirdlər cərgə ilə əyləşib, lövhə qarşısında mühazirə söyləyən müəllimin dediklərini diqqətlə dəftərə köçürürlər. Lakin elə sinif otaqları da vardır ki, orada dərslər yeni texnologiyalar vasitəsilə tədris olunur. Məktəblər yüksəksürətli İnter-netə qoşulur, şagirdlər ibtidai siniflərdən kompyuterdə işləməyi öyrənirlər. Fənlərin tədrisində yeni nəsil tədris vəsaitlərindən – elektron resurslardan istifadə olunur
�İSİ-nin tədqiqat sahəsinin bu kateqoriyasının inzibati əhatə dairəsi geniş mövzuları özünə daxil edir və bunlarla məhdudlaşmır: təbiət elmləri; təfəkkür elmi; İnternet siyasəti; E-hökumət; kiber texnologiya; hesablama buludu; İnformasiya və Kommunikasiya Texnologiyaları; Azərbaycanın milli innovasiya bacarıqlarının inkişafı; pedaqoji innovasiyalar; milli təhsildə fəaliyyət və islahatlar; təhsil kurrikulumlarının hazırlanması; yeni öyrənmə və öyrətmə modelləri; laboratoriya və layihələrin hazırlanması; xaricdə təhsil; insan qaynaqlarının inkişafı; məktəb və universitetlərdə texnologiyaya əsaslanan innovativ öyrənmə.
�Azərbaycanda milli elmi institutlarının təkmilləşdirilməsi; Azərbaycanda elm və texnologiya parkları; beynəlxalq texnoloji irəliləyişlər; Azərbaycanda sənayeləşmə və texnoloji inkişaf tələbləri. Müasir sivil dünyada savadlılıq anlayışı təkcə oxuyub-yazma bacarığı ilə məhdudlaş mır. Belə ki, hazırki sürətli texnoloji inkişaf, qloballaşma fonunda informasiya cəmiyyətinin yaranması hər bir fərddən müəyyən təcrübi və idraki qabiliyyətlər tələb edir. Müasir dünyada istənilən elm sahəsinin təmsilçisi üçün müəyyən texnoloji biliyə, kompütür vərdişlərinə, informasiyanı almaq, emal və şəretmək, ünsiyyət yaratmaq kimi bacarıqlara malik olmaq əsas şərtlərdəndir.
Bəzi insanlar texnologiyaların yaxın gələcəkdə təhsilin məzmununu tamam də yişdirəcəyini proqnozlaşdırırlar. Digərləri isə hesab edirlər ki, ənənəvi üsulla dərs keçən şagirdlər yeni texnologiyaların tətbiq olunduğu sinif otaqlarında təh-sil alan həmyaşıdlarından bir neçə il geri qalacaqlar. Kimin doğru söyləyib-söyləmədiyindən asılı olmayaraq bir şey aydındır ki, getdikcə texnologiyalar dün-yanın hər yerində təhsilə güclü təsir göstərir.
� Müasir texnologiyalar getdikcə təhsilə daha çox təsir göstərir. Məktəb, Təhsil şöbəsi və Təhsil Nazirliyi rəhbərliyinin mövcud vəziyyəti opera-tiv təhlil edərək düzgün qərarlar qəbul etməsi üçün təhsilin idarəolunmasının məlumat sisteminə ehtiyac vardır. İmtahan prosesində avtomatlaşdırma vasitə və metodologiyasının tətbiqi nəticəsində, qiymətləndirmənin keyfiyyəti dəyişir, hesabat işləri asanlaşır.
Bizim təmsilçilərimiz � http: //azvision. az/photos/loqo 1862013. jpg � http: //caspianbarrel. org/wp-content/uploads/teh. jpg � http: //www. muallim. edu. az/arxiv/2012/39/39 -13. gif � http: //aiok. az/wp-content/uploads/2014/06/mek-300 x 300. jpg � http: //www. mediaforum. az/images/articles/2013/08/22/tehsil-haqqi. jpg � http: //telebe. az/wp-content/uploads/2011/03/xaricde-tehsil. jpg � http: //caspianbarrel. org/wp-content/uploads/teh. jpg � http: //news. lent. az/upload/images/news/2015/september/17/big/56638 df b 2 da 0 dae 1 dc 66 b 41 e 030 b 363 b. jpg � http: //edu. gov. az/upload/photos/s-edu-logo-ag. png � http: //www. aznews. az/photosession/loqoqoasa. gif � http: //www. azerbaijans. com/uploads/tefekkur 3234323. gif Növbəti dərslərimizdə görüşənədək.
- Slides: 10