Bak hri Suraxan rayonu 282li tam orta mktbin
Bakı şəhəri Suraxanı rayonu 282№-li tam orta məktəbin 11 c sinif şagirdi Paşayeva Aynur
ŞƏBƏKƏNİN NÖVLƏRİ • Şəbəkələrin çoxlu növü mövcuddur, ancaq onların içərisində yerli (lokal) • şəbəkələr [local area networks, LAN] və geniş (qlobal) şəbəkələr [wide area networks, • WAN] daha geniş yayılmışdır. Adlarından da göründüyü kimi, LAN əsasən • məhdud, WAN isə daha geniş coğrafi ərazini əhatə edir.
• Yerli şəbəkələrin əksəriy yəti fərdi kompyuterləri, iş stansiyaları və prin ter, skaner • və s. kimi qurğuları bir-birinə bağlayır. Yerli şəbəkələrin müxtəlif növləri olsa da, onlardan • ikisindən daha çox istifadə olunur: “müştəri-qulluqçu” və “tay-tuşlar” şəbə kəsi
Server kimi digər fərdi kompyuterdən, minikompyuterdən və ya meynfreymdən istifadə edilə bilər. Server müştəriyə çoxistifadəçi mühitində işlə məyin ənənəvi üstünlüklərini – verilənlərin idarə edilməsi, informasiya ilə kollektiv işləmək, verilənlərin şəbəkə administrasiyası və onların qorunma imkanlarını verir. • Bu arxitekturada tətbiqi proqramın işlənməsi müştəri və ser ver kompyuterləri • arasında bölüş dürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçi sistemlərin “lal” • terminallarından fərq li olaraq, “müştəri-server” arxitekturasına əsaslanan şə • bəkədə müştərilər üçün fərdi kompyuterlər olur.
• “Tay-tuşlar” şəbəkəsi [peer to peer network]. Bu növ arxitekturalı şəbəkədə bütün kompyuterlər eyni dərəcəlidir. Burada heç bir kompyuter server kimi ayrılmır. Şəbəkədə olan istifadəçilər kompyuterlərində olan fayllardan hansı larını digər istifadəçilər ilə paylaşmalarını özləri müəyyənləşdirir. Bu növ şəbəkələri quraşdırmaq və idarə etmək çox asandır. Kiçik ofislərin çoxun da “tay-tuşlar” şəbəkəsindən istifadə olunur.
• Geniş şəbəkələr daha ge niş coğrafi ərazi üçün nəzərdə tutulmuşdur. Bu ərazi bir bölgə, bir ölkə, hətta bütün dünyanı əhatə edə bilər. Ən böyük geniş şəbəkə, şübhəsiz, İntetnetdir. Geniş şəbəkələrin əksə riy yəti iki və daha artıq yerli şəbəkədən ibarət olur və onlar bir-birinə yönləndiricilər vasitəsilə bağlanır. Belə şəbəkələrdə rabitə kanalı olaraq telefon sistemlərindən, rabitə peyklərindən, mikrodalğalardan, yaxud onların kombinasiyasından istifadə olunur
• Geniş şəbəkənin iki variantı var: İNTRANET EKSTRANET İntranet yalnız bir təşkilatın əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulur. Böyük biznes qurumlarının çoxunun müxtəlif ofisləri arasında daxili sənəd dövriyyəsi məqsədi ilə belə şəbəkələr qurulur.
• Ekstranet şəbəkəsi intranetə bənzəyir, ancaq bu şəbəkədə təşkilatdan kənar xüsusi şəxslərə daxili informasiya sistemindən istifadə etməyə icazə verilir. İnternet kimi, intranet və ekstranet şəbəkələrində də veb texnologiyalarından istifadə olunur.
Şəbəkə əməliyyat sistemləri • Şəbəkə əməliyyat sistemləri. Bildiyiniz kimi, bütün kompyuterlərin əməliyyat sisteminə ehtiyacı var. Əməliyyat sistemi başqa funksiyalarla yanaşı, kompyuterin resurslarını da idarə edir. Windows, Mac OS, UNIX kimi əməliyyatsistemlərinin adları sizə artıq tanışdır.
- Slides: 9