Bak hri Suraxan rayonu 282 sayl tam orta
Bakı şəhəri Suraxanı rayonu 282 saylı tam orta məktəbin 10 B sinif şagirdi Fərruxlu Könülün İnformatika fənni üzrə <Elektron müsabiqə>
KOMPÜTER ŞƏBƏKƏSI RABITƏ XƏTLƏRI VƏ XÜSUSI PROQRAM TƏMINATI ILƏ BIR-BIRILƏ ƏLAQƏLI KOMPÜTERLƏR VƏ PERIFERIYA AVADANLIQLARI SISTEMINDƏN IBARƏTDIR. İNFORMASIYANIN ƏLDƏ OLUNMASI, ÖTÜRÜLMƏSI VƏ ISTIFADƏÇILƏRIN MÖVCUD INFORMASIYADAN BIRGƏ ISTIFADƏSINI TƏMIN ETMƏK ÜÇÜN KOMPÜTER ŞƏBƏKƏLƏRININ OLMASI VACIB ŞƏRTDIR. MƏSAFƏDƏN ASILI OLARAQ, RABITƏ XƏTLƏRI KIMI KABELDƏN, TELEFON XƏTLƏRINDƏN, RADIORABITƏDƏN, PEYK RABITƏSINDƏN VƏ OPTIK LIFLI XƏTLƏRDƏN ISTIFADƏ OLUNUR. ƏN
KOMPÜTER ŞƏBƏKƏSİNİN TƏSNİFATİ Kompüter şəbəkələri ümumi olaraq aşağıdakı kimi təsnif edilə bilər: Qlobal şəbəkələr (ing. Wide Area Network, WAN) Lokal şəbəkələr (ing. Local Area Network, LAN) Hər bir şəbəkənin özünə uyğun texnologiyaları, standartları və protokolları vardır.
QLOBAL KOMPÜTER ŞƏBƏKƏLƏRI Qlobal kompüter şəbəkələri — bir-birlərindən çoğrafi uzaq (Yer kürəsinin istənilən hissəsindəki) kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Rabitə vasitəsi olaraq əsasən yüksək sürətli telefon və peyk rabitəsindən istifadə olunur. Qlobal kompüter şəbəkələri əsasən klient-server texnologiyası əsasında fəaliyyət göstərir. Şəbəkənin proqram təminatı əsasən iki hissədən ibarət olur: Klient və Server. Qlobal şəbəkədə informasiyanın saxlanılmasından asılı olaraq informasiyanın işlənməsi mərkəzləşmiş və paylanmış şəkildə həyata keçirilir. Məsələn, Rin. Net şəbəkəsində informasiya ehtiyatı Rusiyanın mərkəzi rayonlarının tədris müəssisələrinin serverlərində paylanmış şəkildə yerləşmişdir və informasiyanın işlənməsi paylanmış şəkildə həyata keçirilir. Ən böyük qlobal kompüter şəbəkəsi internet kompüterinformasiya şəbəkəsidir. İnternet özündə milyonlarla kompüteri birləşdirən, kompüter şəbəkələrinin ümumdünya toplusudur.
LOKAL KOMPÜTER ŞƏBƏKƏLƏRI Lokal kompüter şəbəkələri — bir müəssisə daxilində fəaliyyət göstərir və informasiya mübadiləsinə, informasiya və periferiya avadanlıqlarından birgə istifadəyə şərait yaradır. Şəbəkədə kompüterlər kompakt şəkildə yerləşdirilir. Lokal şəbəkədə əlaqə əsasən kabel və qismən lazer, infraqırmızı və radio şüalanma vasitəsilə həyata keçirilir və informasiya mübadiləsinin sürəti istifadə olunan rabitə vasitələrinin texniki göstəricilərilə müəyyən olunur.
ŞƏBƏKƏNIN TOPOLOGIYAYA GÖRƏ TƏSNIFATI Şəbəkənin topologiyası kompüterlərin əlaqə kanalları vasitəsi ilə birləşdirilməsinin məntiqi sxemidir. Tam əlaqəli və qeyri-tam əlaqəli topologiyalar mövcuddur. Ən çox yayılmış şəbəkə topologiyaları: Tam əlaqəli topologiya. Şəbəkənin hər bir kompüteri qalan digər kompüterlərlə bilavasitə birləşir Sadəliyinə baxmayaraq, bu topologiya böyük və qeyri-effektivdir. Çünki hər bir kompüter şəbəkənin qalan digər kompüterləri ilə birləşmək üçün çoxlu sayda kommunukasiya portuna malik olmalıdır.
HALQAVARI TOPOLOGIYA Bütün kompüterlər ardıcıl bir halqada birləşirlər (şək. 4) və serverin funksiyaları şəbəkənin bütün kompüterləri arasında paylanır. Bilavasitə informasiya mübadiləsi ancaq iki qonşu kompüter arasında baş verir. Halqavari topologiyanın üstülükləri aşağıdakılardır: Məlumatın ötürülməsi çox effektivdir, çünki birinin ardınca bir neçə məlumat göndərmək olar. Yəni kompüter birinci məlumatı göndərdikdən sonra onun ünvana çatmasını gözləmədən növbəti məlumatı göndərə bilər. Şəbəkənin ölçüsü böyük ola bilər, yəni siqnalın gücləndirilməsi üçün xüsusi qurğu istifadə etmədən kompüterlər biriilə böyük məsafədə qoşula bilərlər. Bu topologiyanın çatışmazlıqları: Şəbəkənin aşağı etibarlı olması, çünki hər hansı bir kompüterin dayanması bütün şəbəkənin dayanmasına gətirib çıxarır Yeni kliyentin (kompüterin) qoşulması üçün şəbəkənin işini dayandırmaq lazımdır. Kliyentlərin (kompüterlərin) sayı artdıqca şəbəkənin sürəti aşağı düşür, çünki bütün informasiya hər bir kompüterdən keçir və onların imkanları məhduddur. Şəbəkənin ümumi məhsuldarlığı ən yavaş işləyən kompüterin məhsuldarlığı ilə
ULDUZVARI TOPOLOGIYA Hər bir kompüterin ayrı xətlə bilavasitə ümumi mərkəzi qovşağın (konsentratorun, təkrarlayıcının və ya habın) ayrı-ayrı portuna qoşulan zaman yaranır (şək. 5). Bu qovşağın funksiyasına hər hansı bir kompüter tərəfindən göndərilən informasiyanın bir və ya digər bütün kompüterlərə ötürülməsi daxildir. Həmçinin mərkəzi qovşaq qismində mərkəzi kompüter (server) istifadə oluna bilər. Server məlumatların ötürülmə marşrutunu təmin edir, periferiya qurğularını qoşur və bütün şəbəkə üçün verilənlərin mərkəzləşdirilmiş saxlancı rolunu oynayır. Bu topologiyanın üstünlükləri: Şəbəkə yüsəksürətlidir, çünki şəbəkənin ümumi məhsuldarlığı ancaq mərkəzi qovşağın məhsuldarlığından asılıdır Şəbəkədə ötürülən verilənlər “toqquşmur”, çünki verilənlər kompüterlər və server arasında ayrı-ayrı kanallar vasitəsi ötürülür. Çatışmazlıqları: Aşağı etibarlılıq, çünki bütün şəbəkənin etibarlılığı mərkəzi qovşağın etibarlılığı ilə müəyyən edilir. Əgər mərkəzi kompüter sıradan çıxarsa, onda bütün şəbəkənin işi dayanar. Kompüterlərin şəbəkəyə qoşulması baha başa gəlir, çünki mərkəzi qovşaqdan kompüterə ayrı xətt çəkmək lazımdır.
- Slides: 9