Bak hri Sbail rayonu 189 190 li orta
Bakı şəhəri Səbail rayonu 189 -190 №-li orta məktəb Fənn: Azərbaycan dili Müəllim: Təranə Rzayeva Sinif: IX
Mövzu: Cümlənin məqsəd və intonasiyaya görə növləri
Motivasiya Videoçarx səsləndirilir: Səməd Vurğun «Azərbaycan»
Tədqiqat sualı: • Səməd Vurğun məşhur «Azərbaycan» şeirində Vətənə olan sonsuz məhəbbətini hansı intonasiya növlərindən istifadə etməklə göstərməyə çalışmışdır və Azərbaycan dilində məqsəd və intonasiyaya görə cümlənin hansı növləri vardır?
İş vərəqi I qrup Tədqiqat işi «Azərtac» Tapşırıq: 1. Nəqli cümlə və onun məqsədi. ( «Mömünə xatun türbəsi» mətni əsasında) 2. Test tapşırıqları
Əşya, hadisə, əlamət haqqında məlumat verir. Adi intonasiya ilə deyilir. Sonda nöqtə qoyulur. Nəqli cümlə • Təbiət yavaş-yavaş yaşıl donunu geyir. • Elm ağlın çırağıdır. Sözlərin qrammatik sırası daha çox gözlənilir. • Qədim Gəncə bu il dahi Nizaminin yubileyinə hazırlaşır Başqa cümlə növləri ilə müqayisədə daha çox işlənir. • İş insanın cövhəridir.
«Mömünə xatun türbəsi»
Test tapşırıqları 1. Xitabla işlənən nəqli cümləni göstərin. A) Nifrət! Düşmənə nifrət! B) Di gəl, tez ol, tez qayıt ha! Cavab: D C) Vaqif, indi get, Saray həyatını büsbütün tərk et. (S. Vurğun) D) Bacım, hər gecənin bir gündüzü var. E) Neyləsin, qızım, nə təqsiri var? 2. Tərkibində frazeoloji birləşmə olan nəqli cümləni göstərin. A) İşıqlanan evin pəncərəsi uzaqdan yaxşı seçilirdi. B) De görüm kefin niyə yoxdur? C) Bu xəbər onu lap özündən çıxartdı. Cavab: C D) Yadlara boyun əymə. E) Şah İsmayıl Xətai vahid dövlət yaratmışdır.
İş vərəqi II qrup Tədqiqat işi “Müsahibə” Tapşırıq: 1. Sual cümləsi və onun yaranma yolları. (Hüseyn Cavidin «Qız məktəbində» şeiri əsasında) 2. Test tapşırıqları
Sual vermək, məlumat almaq və məlumatı dəqiqləşdirmək məqsədi ilə işlədilir Sual cümləsi • - Quzum, yavrum, adın nədir? - Gülbahar. Sonda sual işarəsi qoyulur. (və ya ? !, !? , ? . . . ) • Ah, mən gündən-günə bu gözəlləşən işıqlı dünyadan necə əl çəkim? . . . Cavab tələb etməyən - ritorik sual cümlələri də vardır. • Oxu tar, oxu tar, səni kim unudar? !
Sual cümləsinin yaranma yolları Su Sual ədatı Sual əvəzliyi ilə Kim? nə? hara? necə? neçənci? nə zaman? niyə? nə edir? və s. Bəs, yəni, məgər, -mı, ki Qatarlanıb nə diyardan gəlirsiz? Bəs yazın gəlməsi şeir deyilmi? intona il ? Klas musi sevir
Hüseyn Cavidin «Qız məktəbində» şeiri səsləndirilir.
Test tapşırıqları 1. Sual cümlələrindən birində iki sual ədatı işlənmişdir: A) Bəs sağalmağına ümid yoxdur? B) Bəlkə, işlərimizi təxirə salaq? Cavab: D C) Necə yaşayacağını bilirsənmi? D) Məgər müəllim şagirdlərini azmı sevir? E) Məgər dost deyilik? 2. Sual cümlələrindən biri sual əvəzliyinin köməyi ilə əmələ gəlmişdir: A) Evə kimi mənimlə gedərsən? Cavab: B B) Dünən nə üçün gəlmişdin? C) Bu barədə heç düşünmüsənmi? D) Bəs qonaqları yola salmadın? E) Evin qapısını bağladın?
İş vərəqi III qrup Tədqiqat işi “Carçı” Tapşırıq: 1. Əmr cümləsi və onun yaranma yolları. (Rəsul Rza «Məndə ixtiyar olsa. . . » şeiri əsasında) 2. Test tapşırıqları.
Əmr, buyruq, istək, xahiş, təklif, nəsihət, məsləhət və s. bildirir. Əmr cümləsi • Bilmədiyini biləndən Cümlənin xəbəri felin əmr şəklində olur. • Bu günün işini sabaha qoyma. Əmr ədatları ilə də yaranır. (gör, qoy, bax, di, ha, gəl, -sana və s. ) • Gəl, əziz bayramım, bir də görüşək. Cümlənin sonunda nöqtə qoyulur • Keçmə namərd körpüsündən qoy aparsın sel səni. soruş.
• Rəsul Rza «Məndə ixtiyar olsa. . . » şeiri səsləndirilir.
Test tapşırıqları 1. Nümunələrin biri əmr cümləsidir? A) Həyatın mənası nədədir? B) Soyuq bir qış gecəsidir. C) Dağlardan əsən külək sərinlik gətirirdi. D) Qoy qurtarsın dava, dincəlsin bəşər! E) Vətəni göz bəbəyi kimi qoruyun. Cavab: E 2. “Sabah işdən sonra bizə . . . ”. Nöqtələrin yerinə hansı söz yazılsa, əmr cümləsi alınar? A) gəlməlisən B) gəlin C) gələcəksənmi D) gələr E) gələcək Cavab: B
İş vərəqi IV qrup Tədqiqat işi “Çağırış” Tapşırıq 1. Nida cümləsi və yaranma yolları. (Məmməd Araz «Ayağa qalx, Azərbaycan» şeiri əsasında 2. Test tapşırıqları
Yüksək hiss və həyəcanla deyilir. Nida cümləsi • Hələ bunlar nədir ki? . . . Gözəl günlər, xoş günlər hələ qarşımızdadır. Nəqli, sual və əmr • Qalx, qalx, ulu torpaq! cümlələri nida cümləsinə çevrilə Qalx, qalx, ulu bayraq! bilir. • İrəli, Azərbaycan əsgəri! İntonasiya və nidalar vasitəsilə • Quşlar, quşlar nə gözəl oxuy Bəh-bəh nə gözəl oxuyur. yaranır.
• Məmməd Araz «Ayağa qalx, Azərbaycan» şeiri Mikayıl Mirzənin ifasında səsləndirilir.
Test tapşırıqları 1. Nidanın köməyi ilə əmələ gələn nida cümləsini göstərin. A) İrəli, Azərbaycan əsgəri! B) Bir kərə yüksələn bayraq bir daha enməz! C) Heç yana, heç yerə mən tələsmirəm! D) Ey qəhrəman övladın şanlı vətəni! E) Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! 2. Nida cümləsinə aid xüsusiyyətləri seçin. 1. Xəbəri felin əmr şəklində olur. 2. İki yolla: intonasiya və nidaların köməyilə düzəlir. 3. Yüksək hiss-həyəcan ifadə edir. 4. Məqsədə görə cümlənin digər növlərindən yarana bilir. 5. Əmr, arzu, xahiş, istək bildirir. 6. Məlumat vermək məqsədilə işlədilir. A) 1, 5, 6 B) 2, 3, 4 C) 1, 3, 5 D) 2, 4, 6 E) 4, 5, 6 Cavab: D Cavab: B
Nəticə: Qruplara təqdim edilmiş tapşırıqlar - bədii parçalar əsasında şagirdlər cümlələrin müəyyən məqsədlə işlədildiyini və məqsədə nail olmaq üçün intonasiyanın mühüm rol oynadığı qənaətinə gəlirlər.
Yaradıcı tətbiqetmə Cümlənin məqsəd və intonasiyaya görə növlərindən istifadə etməklə «Yenə payız gəldi. . . » mövzusunda esse yazın.
I «Azərtac» II «Müsahibə» III «Carçı» IV «Çağırış» Əməkdaşlıq Müzakirədə iştirak Tapşırıqların yerinə yetirilməsi Qrupların adı Təqdimat Qiymətləndirmə cədvəli Nəticə
Ev tapşırığı • Bədii əsərlərdən cümlənin məqsəd və intonasiyaya görə növlərinə aid nümunələr seçin.
- Slides: 25