Azrbaycan Tibb Universiteti Malicprofilaktika1 III kurs 163 a
Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika-1 III kurs 163 a İsmayılova İlahə Ayrı-ayrı nahiyələrin obyektiv vizual müayinəsi
Başın müayinəsi Ümumi vizual müayinədən sonra başın, sifətin, boynun ətrafların müayinəsi aparılır. Başa baxma zamanı onun formasına, ölçüsünə, dəri örtüyünün vəziyyətinə diqqət yetirilir. Bu zaman normal, həddindən çox böyümə (hidrosefaliya), həddinən artıq kiçik (mikrosefaliya), kvadrat formalı (siflis, raxit), dar və hündür (ümumi degenerasiya) kimi hallar müşahidə edilə bilər.
Sifətin müayinəsi Daha sonra başın ön şöbəsi olan sifətin müayinəsi edilir. Onun ölçüləri və forması, ayrı-ayrı hissələrinin ölçüsü və forması irsdən, milliyyətdən, cinsdən, yaşdan və fərdi xüsusiyyətlərindən asılıdır. Üç tip sifət forması ayırd edilir: kvadrat, konusabənzər və girdə. Bu zaman əsasən aşağıdakılara fikir verilir: Sifətin rəngi – normada avazımış çəhrayı, təmiz; Sifətin simmetrikliyi – normada simmetrik, qismən assimmetriklik müşahidə edilir; Sifətdə büküşlər – yaşla əlaqədar büküşlərin də sayı artır; Sifətin ifadəsi – əsas göstərici kimi hesab olunur, ruhi hal və fiziki vəziyyəti göstərir.
Müxtəlif sifət ifadələri: Korvizar sifət – ürək çatışmazlığının ağır dekompensasiya mərhələsi; Hippokrat sifəti – qarın boşluğu patologiyalarında; Kaxektik sifət – bədxassəli şiş xəstəliklərində;
Akromeqalik sifət – akromeqaliya, hamiləlik zamanı; Miksodematoz sifət – miksödema xəstəliyi ilə, kukla sifətinə oxşar; Hirsutizm – yumurtalıq polikistozu;
Bazedov sifəti – Bazedov xəstəliyində; İtsenko-Kuşinq – eyniadlı xəstəlik; «Sardonik gülüş» – tetanus xəstəliyi və s. kimi patoloji hallara rast gəlinə bilər.
Gözün müayinəsi Müayinə zamanı ilk öncə vizual olaraq göz yarığını eni və simmetrikliyi, göz çuxurlarında göz almalarının vəziyyəti təyin edilir. Bundan başqa göz qapaqlarının formasına, hərəkətliliyinə, onların dəri örtüyünün vəziyyətinə, həmçinin kirpiklərin və qaşların tamlığına, formasına diqqət yetirilir və sonra konyuktiva müayinə olunur. Göz almalarına baxma zamanı sklera, qüzehli və buynuz qişaların vəziyyəti, göz bəbəklərinin forması, ölçüləri və simmetrikliyi təyin edilir. Göz qapaqlarının iltihabı zamanı onlarda şişkinlik, istilik, ağrı olur, diffuz toksiki zob (Ellineks simptomu) və böyrəküstü vəzinin xronik çatışmazlığı zamanı hiperpiqmentasiya olur. Lipid mübadiləsi pozulduqda onlarda açıq-sarı rəng, müxtəlif ölçülü ksantomalar, gözaltı kisəciklər meydana çıxır. Seborreya zamanı qaşın altı qabıqlanır, hipertiroz zamanı qaşın bayır tərəfi seyrəkləşir.
Həmçinin göz qapağının sallanması, qırmpa tezliyinin dəyişməsi (Stelvaq simptomu), göz qapağının bağlanmaması və digər hallar baş verə bilər. Gözün simpatik innervasiyasının pozulması nəticəsində gözlərdən birinin göz yuvası içərisində dərinə batması və bununla eyni zamanda göz yarığının daralması və üst göz qapağının sallanması baş verir ki, bu hal Horner. Klod-Bernar triadası adlanır. Konyuktivanın müayinəsində normal (çəhrayı, təmiz) və patoloji hallar aşkar edilir. Sarılıq zamanı skleranın sarı, dəmir defisiti zamanı mavi rəngə boyanması, qansızmalarda qızarma müşahidə olunur. Göz bəbəklərinin müayinəsində onların daralması (mioz) və genəlməsi (midrioz) təyin edilir. Bunun üçün işığa reaksiyası öyrənilir. Bəbəyin patoloji daralması uremiya, şişlər, kəllədaxili qansızma, iltihabi proseslər, narkotik maddələrin qəbulu zamanı meydana çıxır. Bəbəyin patoloji genəlməsinə komatoz, atropinlə zəhərlənmədə rast gəlinir.
Göz almalarının hərəkətini qiymətləndirərkən deviasiyaya, nistaqma diqqət yetirilir. Bu zaman müəyyən üsulla konvergensiya əlamətləri öyrənilir. Göz almalarının yuvada yerləşmə xüsusiyyətinə görə yanlarda (çəpgözlük) və ya aşağıda, önə doğru qabarıq və ya çuxura düşməsi kimi hallar ayırd edilir. Çəpgözlülük anadangəlmə və ya insult, beyin şişi, meningit və s. zamanı yaranır. Həmçinin diffuz toksiki zob olan zaman bir sıra simptomlara rast gəlinir. Koxer simptomu – yuxarı baxdıqda qüzehli qişanın yuxarı kənarı ilə gözün üst
Gözyaşı aparatının müayinəsi də mühüm əhəmiyyət kəsb edir. Bu zaman ya gözyaşının artması, ya da azalması, yəni quruluq ola bilər. İltihab, kanalın tutulması, ektropion və digər hallarda gözyaşı aparatının bu funksiya pozğunluqlarına rast gəlinir. Bunlardan əlavə qocalıqla əlaqədar olaraq katarakta halları müşahidə olunur. Büllurun bulanması və şişməsi kataraktanın əsas əlamətidir.
Ağız boşluğunun müayinəsi Ağız boşluğuna baxma zamanı ağız dəhlizi, dodaqlar, damaq, dil, dişəti, ağız suyu vəziləri qiymətləndirilir. Bu zaman kölgəlik yaratmamaq üçün xəstə ağız boşluğunu işığa tərəf çevirir, ağzını həkimin göstərişinə uyğun açır. Ağız boşluğunun müayinəsində birincili və ikincili elementlər ayırd edilir. Birincili elementlərə ləkə, düyüncük, qabarcıq, düyün, suluqcuqlar, uçuqlar, irin dolu qovuqcuqlar, övrə, kista aiddir. İkincili elementlər isə eroziya, xora, çat, qabıq, pulcuq, çapıq, piqmentasiya və s. aiddir.
İlk öncə ağız dəhliz müayinə edilir. Belə ki, selikli qişanın rənginə, nəmliyinə və digər əlamətlərinə fikir verilir. Normaa selikli qişa avazımış çəhrayı və ya çəhrayı rəngdə nəmli olduğu üçün parıltılı, səthi düz və hamar olur. Stomatit olduğu halda selikli qişa məhdud, yaxud yayılmış qızartılı olur. Bu zaman selikli qişa öz parıltısını itirir və tutqunlaşır, ödem nəticəsində qalınlaşır və al qırmızı rəngdə olur. Stomatit termiki, kimyəvi, mexaniki, allergik, avitaminoz amillərin təsirindən yaranır. Tütün məmuatlarından istifadə edən şəxslərdə stomatit selikli qişanın göyümtül-qonur çalarlı olması ilə, göbələk mənşəli stomatit isə selikli qişanın ödemləşməsi, üzərinin ağ ərplə örtülməsi, göyümtül rəngli olması və qanaxmaya meyilliliklə səciyyələnir. Selikli qişa travmalar zamanı qanaya bilər, bu diş fırçası, çəngəl və s. amillərlə tamlığının pozulması ilə əlaqədardır. Vərəm, İtsenko. Kuşinq, siflis və s. xəstəliklərində xoralar, qovuqcuqlu səpkilər əmələ gəlir. Ürək çatışmazlığı xəstəliklərində sianotik, eritremiyada isə selikli qişa albalı rəngdə olur.
Daha sonra dodaqların müayinəsi aparılır. Normada dodaqlar düz, çəhrayı və ya qırmızı rəngdə, üzəri hamar, dodaq bucağı simmetrik olur. Dişlərin quruluşudan asılı olaraq önə qabarmış və ya batıq ola bilər. Dodaqların ölçüsü akromeqaliyada böyüyə, iltihabda, allergiyada şişə bilər. Dodaqların kənarının kisə kimi büzüşməsi «kisə ağız» sklerodermiyanın, üst dodağın dərisində şüaşəkilli ağ çapıqların olması siflis xəstəliyinin, üst dodağın ağız dəhlizinə qədər çatan parçalanması «dovşandodaqlıq» anadangəlmə qüsurun, rəngin al-qırmızı olması hərarətin yüksəlməsinin, ertremiyanın, sianotik-qırmızı olması mitral stenozun, göyümtül olması ürək və ağciyər çatışmazlıqlarının, ürək qüsurlarının, göyümtül-qara olması Addison xəstəliyinin, rəngin avazıması mədə-bağırsaq, ürək xəstəliklərinin, haşiyəsinin pulcuqlanması qırmızı qurd eşənəyinin, dodaqların çatlaması, quruması, ekssudativ formalı eritemalar iltihabi xəstəliklərin, B qrup hipovitaminozların, frunkul, karbunkul olması qarayara, siflis xəstəliklərinin, uçuqlar Herpeslə yoluxma, immunitetin aşağı düşməsinin əlamətləridir.
Damağın müayinəsində onun rəngi, dilçəyin quruluşu, selikli qişasının vəziyyəti öyrənilir. Damağın rəngi normada avazımış çəhrayı rəngdə, dilçək normal sallanmış vəziyyətdə, selikli qişa normal nəmli olur. Damağın sarımtıl rəngdə olması sarılığın, dilçəyin çox sallanması ikitərəfli və ya birtərəfli iflicin, iltihabi xəstəlikləri stomatitlərin, selikli qişada ödem, qızartı, ərp şəklində kataral skarlatina, qızılca, difteriya, angina, vərəm, kandidoz, siflisin, leykoplagiya ləkələri, virus mənşəli ziyillər xoşxassəli və bədxassəli şişlərin qurd ağız anadangəlmə qüsurun, iltihablaşması siqaret çəkməyin nəticələridir.
Dilin görünüşü, ölçüsü, simmetrikliyi, vəziyyəti, ərpin olması, hərəkətliliyi, hamarlığı, bir çox patoloji halların göstəriciləri sayılır. Normada təmiz selikli qişa, avazımış çəhrayı rəng, üzəri məməcikli, yumşaq, aktiv hərəkətli olur. Makroqlossiya, meqaqlossiya iltihabın, şişin, Daunun, amiloidozun, hipotireozun, ərpin çoxalması infeksiyaların, disbakteriozun, kandidozun, mədə və bağırsaq, qaraciyər, mədəaltı vəzinin kəskin və xronik xəstəliklərinin, qırmızı, ərpsiz, nəmli dil xora xəstəliyinin, qalın ağ ərpli «sədəfəbənzər dil» krupoz pnevmoniyanın, ağ göyümtül rəngli «forfor dil» revmatizmin, quru, qırmızımtıl, yüngül ərpli dil kəskin pankreatitin, «coğrafi dil» deskvamativ qlossitin, qara «tüklü» dil sapvari məməciklərin qalınlaşma və uzanmasının, çəhrayı və ya qırmızı rəngli rombabənər və ya oval formalı ocaqlar rombabənzər qlossitin göstəriciləridir. Həmçinin dilin aşağı səthinin də ümumi qızarması, digər patoloji dəyişikliklər hipovitaminozun, xoraların, iltihabın, hipertermiyların və digər xəstəliklərin təyinində əhəmiyyət kəsb edir.
Diş müayinəsində dişləm, dişlərin sıralanması, rəngi, kariyes və s. baxılır. Normada qayçıyabənzər, kəlbətinəbənzər, patoloji isə yarığabənzər, damabənzər ola bilir. İlk öncə dişlərin miqdarını saymalı, daha sonra onların minasının parlaqlığına, rənginə, diş daşlarına, çürüməsinə baxılır. Zərərli vərdişlərin, keyfiyyətsi qidalanmanın, nəticəsi olaraq dişlərin tökülməsi, saralması, düzgün inkişaf etməməsi, yerdəyişməsi, üzərində xal-xal kimi ləkələrin olması, kariyes, ovulub tökülmə və s. kimi xoşagəlməz hallar baş verir. Həmçinin bəzi xəstəliklərin, ürək qüsurlarının, şəkərli diabetin, Şeqrenin «quru» sindromunun, skorbutun, bakterial infeksiyaların, qranulemanın olması və s. də bu kimi diş dəyişikliklərinə səbəb olur.
Diş əti patologiyası əsasən ağrılı iltihablı proseslərlə müşayiət olunur. Normal diş əti selikli qişanın göstəriciləri ilə eynidir. Lakin gingivitdə ödemləşmə, qızarma, qanaxma, xronik seroz iltihabi prosesdə tünd-qırmızı-göyümtül, xoralı nekrotik zədələnmədə dişarası məməciklərdə, diş ətinin kənarı boyu kirli-bozumtul ərp, infeksiyalar zamanı hipertroflaşma, skorbutda ödemləşmələrə, qanamalar, ürək-damar, mədə-bağırsaq, protez və digər mənşəli travmalar, bakteriyaların yüksək fəallığı və s. səbəblər nəticəsində yaranan iltihab və distrofiyalarda paradontoz, yəni diş ətində yaranan dəyişikliklər və alveolların, dişin və sümük toxumasının, sümüküstlüyünün prosesə cəlb olunması müşahidə edilir. Paradontun səthi iltihabı gingvit, dərib gedən iltihab isə paradontik adlanır.
Ağız suyu vəziləri xəstəlik halında hipersalvasiya və hiposalvasiya vəziyyətində ola bilər. Hiposalvasiya kserostomiya ilə (ağızda quruluqla) nəticələnə bilər. Hipersalvasiya azan sinir tonusunun artması, xora, qastrit, pankreatit, psixosteniya, vegetativ mərkəzlərin üzvi zədələnmələri, ağız boşluğunun müxtəlif səbəblərdən inkişaf edən kəskin iltihabi prosesləri, dərman preparatlarının qəbulu zamanı, civə ilə zəhərlənmə, hemiplegiya və s. hallarda baş verir. Bu zaman yuxu zamanı ağız suyunun axması, dilin altında tez-tez toplanması və s. müşahidə edilir. Hiposalvasiya isə hipertoniya xəstələrində, dişləmin, burunla nəfəsalmanın pozulmasında, klimakterik dövrdə, A, B 1, B 2, B 12, PP, E hipovitaminozlarında, diabet xəstəliyində, kollaqenozlarda, şüa xəstəliyində, ağız suyu vəzilərinin xəstəliklərində və digər patoloji hallarda yaranır. Krestomiya Şeqren sindromu üçün səciyyəvidir. Hiposalvasiyada ağız boşluğunda nəmliyin azalması, çatlar, rəngin tutqunlaşması, ifraz edilən mayenin köpüklü, suvaşqan olması, dişlərin minasının parlaqlığının itməsi və s. yaranır.
Udlağın müayinəsində əsas diqqəti əsnək, selikli qişa, damaq badamcıqları çəkir. Selikli qişa əsasən, kəskin virus infeksiyalarında, difteriya, skarlatina, qızılca, qan xəstəliklərində və s. hallarda zədələnməyə məruz qalır. Vərəm xəstəliklərində də müxtəlif dəyişikliklər, bozumtul-sarı rəng, xoralaşan infiltratlar müşahidə edilir. Udlağın siflisində selikli qişada tünd -qırmızı rəng, üzərində bozumtul-yağlı ərp olan xora birincili, sifilid və qummoz infil-trat formasında qabarcıqlar ikincili əlamətlərdir. Selikli qişanın diffuz total hiperemiyası, ödemi, xoralanması, üzərində qalın ərpin, şəffaf və ya tünd rəngli seliyin toplanması kəskin faringitin əlaməti sayılır. Selikli qişanın zədələnməsi udlaqarxası absesin inkişafına səbəb ola bilər.
Müayinə zamanı badamcıqların rənginə, formasına, ölçüsünə, təmizliyinə və s. diqqət yetirilməlidir. Badamcıqların iltihabı angina və tonzillit zamanı baş verir. Bu zaman kəskin böyümə, xoralanma, ödem, ağımtıl-sarı rəngli ərp, follikuyar sarı nöqtələr, irinli infiltrat və digər əlamətlər ola bilir. Bunların fərqliliyinə görə də kataral, lakunar, follikuyar, fibrinoz, nekrotik, fleqmanoz anginalar ayırd edilir. Xroniki tonzillitdə isə orta dərəcəli hipermiya, çapıqlama, sərtləşmə, ödem, bir-birinə yaxınlaşması, ağımtıl-sarı tıxaclar, udma aktının pozulması və s. halları olur.
Burun və onun əlavə boşluqlarının müayinəsi Müayinə zamanı burnun ölçülərinə, formasına və dəri örtüyünə diqqət yetirilir. Daha sonra ön burun olları, burnun kökü, burun tininə baxılır. Bu zaman patoloji olaraq rinoreya, burun qanaxmaları (epistaksis), irinli mayenin axması, allergiya, rinit, sinusit, əzələ iflici, adenoidlər, balıqqulaqlarının hipertrofiyası, polipoz abses, şişlər, frunkul, çəpər əyrilikləri və bu kimi hallar qeyd oluna bilir. Bunlar əsasən infeksiyalar, viruslar, travmalarda müşahidə edilir.
Qulaqların müayinəsi Baxma zamanı qulaq seyvanını qığırdaqlarında iltihabi zədələnmələr olduqda şişkinlik, ölçülərinin böyüməsi, hiperemiya, dərinin hipertermiyası, birtərəfli (infeksion mənşəli) və ikitərəfli (dəri örtüyünün sistemli zədələnməsi, residivləşən polixondrit zamanı) kəskin ağrılar, podaqranın əlamətləri olan ağımtıl düyünlər – tofuslar, otit, parodit zamanı ödemləşmə kimi göstəricilər görülür.
Boyun nahiyəsinin müayinəsi Boynun müayinəsində əsasən qalxanabənzər vəzin müayinəsi aparılır. Həmçinin Stoks yaxalığı adıyla tanınan boynun yumşaq toxumalarının ödemi zamanı şişməsi və yoğunlaşması meydana çıxır. Bu, çox vaxt venoz durğunluqla əlaqədar olur. Boynun yoğunlaşması udlaqarxası abses, qırtlaq difteriyası zamanı baş verir. Boyunda bədxassəli və xoşxassəli şişlər, limfoleykoz, limfoqranulematoz, limfosarkoma, vərəm, tulyaremiya və s. ilə bağlı limfa düyünü şişkinlikləri, lipoma da müşahidə edilə bilər. Qalxanabənzər vəzin hipertrofiyası, diffuz və hissəvi böyüməsi, şişi, zobu da boyun şişkinliklərin səbəbi ola bilər.
Diqqətinizə görə təşəkkür edirəm!
- Slides: 24