AZRBAYCAN TEXNK UNVERSTET METALLURGYA V METALNASLIQ KAFEDRASI MATERALLAR
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI MATERİALLAR İSTEHSALI FƏNNİNDƏN LABORATORİYA İŞLƏRİ Bakı : 2013
MÜNDƏRİCAT 1. Laboratoriya işi N 1. Brinel üsulu ilə metalların bərkliyinin təyini 2. Laboratoriya işi N 2. Rokvell üsulu ilə metalların bərkliyinin təyini 3. Laboratoriya işi N 3. Vikkers üsulu ilə metalların bərkliyinin təyini 4. Laboratoriya işi N 4. Metalların zərbə özlülüyünün təyin 5. Laboratoriya işi N 5. Metalların dartılmada möhkəmlik həddinin təyini 6. Laboratoriya işi N 6. Metalların yorulmaya davamlılığının təyini METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
LABORATORİYA İŞİ N 1 BRİNEL ÜSULU İLƏ METALLARIN BƏRKLİYİNİN TƏYİNİ Bərklik-metala ondan daha bərk metalın səthinə göstərdiyi təsirə qarşı müqavimətə deyilir. Bərkliyin təyin olunması metalların sınağı üçün çox geniş yayılmış üsul olub bir çox hallarda məmulatı sındırmadan və xüsusi nümunələr hazırlanmadan məmulat və materialın keyfiyyəti barədə fikir yürütməyə imkan verir. Bərkliyi təyin edəndə adətən metallara müəyyən ölçülü və formalı ucluq sıxanda metalların deformasiyaya müqaviməti təyin olunur. Müəyyən hallarda bərkliyi təyin edib ona əsasən möhkəmlik həddi barədə mühakimə yürüdülür. Bərkliyi təyin etmək üçün ən çox aşağıdakı üsullardan istifadə edirlər. 1. Brinel üsulu ilə - polad kürə sıxmaqla 2. Rokvell üsulu ilə - polad kürə və almaz konus sıxmaqla 3. Vikkers üsulu ilə - dördüzlü almaz piramida sıxmaqla 4. Mikrobərklik üsulu - dördüzlü almaz piramida sıxmaqla (Xruşov-Berkoviç üsulu) Brinel üsulu ilə bərkliyi, tablandırılmış poladdan hazırlanmış, diametri 2, 5, 5 və 10 mm olan kürəni bərkliyi təyin olunan müstəvi səthə verilən qüvvə ilə müəyyən müddət ərzində sıxmaq yolu ilə təyin edirlər. METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
Brinel ilə bərklik edən P təzyiq qüvvəsinin kürənin metalın səthində əmələ gətirdiyi sferik izin səthinə (şəkil 1) nisbəti ilə təyin olunur və HV ( Hardness Vikkers) ilə ifadə olunur. Şəkil 1. Brinel üsulu ilə metalların bərkliyinin təyini (Kürənin sıxılma sxemi) A) sınaqdan əvvəl B) sınaqdan sonra 1 -polad kürə, 2 -başlıq (indentor), 3 -nümunə, 4 -işçi stol METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
Brinel üsulu ilə metalların bərkliyini aşağıdakı düsturla təyin edirlər. Metalın üzərində açılan sferik izin səthi aşağıdakı kimi təyin edilir. Onda, aşağıdakı düstur alınacaqdır. Burada, P - qüvvədir F - sferik izin səthinin sahəsidir, (mm 2) D - sıxıcı kürənin diametridir, mm d - sferik izin diametridir, mm π - 3, 14 METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
İŞİN MƏQSƏDİ 1. TШ tipli bərklikölçənlərdə işlədikdə təhlükəsizlik texnikası qaydaları ilə tanışlıq 2. TШ tipli bərklikölçənin quruluşu ilə tanış olmaq və iş prinsipini öyrənmək 3. Karbonlu konstruksiya və alət poladlarından hazırlanmış nümunələrin bərkliyini təyin etməli. Bərkliyin alınmış qiymətindən istifadə edərək HB və (möhkəmlik həddi) arasındakı asılılığa görə möhkəmlik həddini təyin etməli. LAZIM OLAN AVADANLIQLAR, ALƏT VƏ MATERİALLAR 1. TШ tipli bərklikölçən 2. Seçilmiş diametrdə tablandırılmış poladdan kürə-başlıq (indentor) 3. Yeyə 4. İzin diametrini ölçmək üçün mikroskop 5. Sumbata kağızı 6. Ştangerpərgar METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
İŞİN GEDİŞİ 1. Nümunələr düzəldilir və sınağa hazırlanır. Nümunələrin qalınlığı ən azı izin dərinliyindən on dəfə böyük, eni isə kürənin diametrindən iki dəfə çox olmalıdır. Nümunələrin səthi müstəvi şəkilli və təmiz olmalıdır. Bunun üçün onların səthini yeyə ilə, sonra isə, sumbata kağızı tən-zimləmək lazımdır. 2. Birinci cədvəldən sınağın verilmiş şərtlərindən və nümunənin tipindən (material, təxmini bərklik və qalınlığı) əsaslı olaraq sıxıcı qüvvəni, kürənin diametrini və sıxma müddətini tapmaq lazımdır. Cədvəl 1 -dən istifadə qaydaları. Qəbul edək ki, nümunə qara metaldan (poladdan) hazırlanıb və bərkliyi də təxminən 140 HB-dən böyükdür, qalınlığı isə 8 mm-dir. Yə-ni, δ > 6 mm, onda sınaq üçün diametri D = 10 mm olan kürə seçi-rik. P = 30 D 2 bərabərliyindən tapırıq ki, sıxma qüvvəsi P = 30· 102 = 3000 kq və ya P = 294400 N, sıxma müddəti isə 10 san olmalıdır. Həmin mate-rialdan olan nümunə üçün δ < 3 mm isə, kürənin diametri D = 2, 5 mm, sıxıcı qüvvə P = 30· 2, 52 = 187, 5 kq və ya P = 1837, 5 N, sıxma müddəti isə, 10 san olmalıdır. Bu qayda ilə başqa material və qalınlıqda olan nümunələr üçün də istifadə edilir. METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
Cədvəl 1 METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
3. Sınaq üçün şəkil 2 -də verilmiş bərklikölçəndən istifadə edirlər. 4. Asqıda sınaq üçün seçilmiş yüklər (9) yerləşdirilir. 5. Bərkliyi təyin olunacaq nümunəni masa (4) üzərinə qoyub çarxı, yuxarı qaldıraraq nümunəyə ilkin 980 N yükünü tətbiq edirlər. Yük nümunənin səthinə perpendikulyar istiqamətdə təsir etməlidir. Alınacaq izin mərkəzi nümunənin kənarından ən azı kürənin diametri qədər, qonşu izin mərkəzindən isə ən azı kürənin iki diametri qədər məsafədə olmalıdır. 6. Cihazın sağ tərəfindəki vaxt relesi ilə kürəni nümunəyə sıxma müddəti təyin edilib relenin fırlanan diski sıxıcı vintlə bərkidilir. 7. Elektrik mühərrikinin işəsalma düyməsi basılaraq cihaz qoşulur və bu vaxt yük kürəni nümunəyə sıxır. Sıxma müddəti qurtardıqdan sonra cihaz avtomatik olaraq dayanır. 8. Bundan sonra çarxı (3) geriyə doğru fırlatmaqla masanı aşağı endirib nümunəni götürüb, onun üzərində alınmış izin diametrini, mikroskop vasitəsi ilə iki bir-birinə perpendikulyar istiqamətdə ölçürlər (şəkil 3). 9. Möhkəmlik σb = (0, 3 - 0, 36) HB düsturu ilə təyin edilir. 10. İzin diametrinin (d) qiymətinə əsasən düsturla (I) və ya xüusi cədvəldən bərklik təyin edilib aşağıdakı cədvəl 2 -də qeyd edilir. METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
Şəkil 2. Brinel bərklikölçəninin ümumi görünüşü 1 -gövdə, 2 -vint, 3 -çarx, 4 -dəyişən masa, 5 -kürə-başlıq (indentor), 6 -ox, 7 -əsas dəstək, 8 -asqı, 9 -dəyişiləbilən yük, 10 -mütəhərrik dayaq, 11 -elektrik mühərriki METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
Şəkil 3. İzin diametrini ölçmə sxemi Ştrixlənmiş sahə izin səthidir. Rəqəmlər tam mm-ləri, kiçik bölgülər isə 0, 1 mm-i göstərir. METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
- Slides: 12