AZRBAYCAN TEXNK UNVERSTET METALLURGYA V METALNASLIQ KAFEDRASI KOMPOZSYA
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI KOMPOZİSİYA VƏ OVUNTU MATERİALLARINDAN MƏMULATLARIN KONSTRUKSİYA EDİLMƏSİ FƏNNİNDƏN LABORATORİYA İŞLƏRİ Bakı : 2013
LABORATORİYA İŞİ N 1 I, III QRUP MÜRƏKKƏBLİYƏ MALİK DETALLAR ÜÇÜN PRES-QƏLİBLƏRDƏ PRESLƏNMƏ ƏMƏLİYYATININ YERİNƏ YETİRİLMƏSİ İşin məqsədi: I, III qrup mürəkkəbliyə malik olan detalların preslənməsi əməliyyatının təcrübi olaraq öyrənilməsidir. İşin nəzəri əsasları I və II qrup mürəkkəbliyə malik olan məmulatlarınpreslənməsi zamanı bütün kəsik boyu bərabərsıxlığa çox asanlıqla nail olmaq olur. Belə ki, məmulat az hündürlüyə h malikdir. II qrup detallarda bərabər sıxlığı almaq daha çətindir. Pres formada preslənmə zamanı yuxarı puansonda bərkidilən içlik sürtünmə qüvvəsinin köməyi ilə tərpənməz matrisaya nisbətən yerini dəyişir. Ümumiyyətlə isə II qrup detallarda məmulatın hündürlüyünün divarının qalınlığına olan nisbəti h/ δ≤ 8÷ 10 intervalında dəyişir. Hürdürlüyü 60 mm, h/s=10, 5 olan nisbətli detallarda ümumi məsaməlilik 27, 6%, hündürlük boyu isə (27, 4 -28, 8)% intervalınad dəyişir. Belə ki, bu tip pres-qəliblərin konstruksiyası çətindir. Göstərilən çatışmamazlıqları aradan qaldırmaq üçün hərəkətsiz içlik, aşağı puansonda birləşdirilə bilər. (şəkil 1). Belə üzən içliklər kifayət qədər böyük diametrli deşiyi olan detalların preslənməsi zamanı tətbiq olunur. METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
Şəkil 1. Hərəkətli içliklərin iş sxemi A) 1 – üst puanson, 2 – tıxac, 3 – içlik, 4 – idarə edilən qaykalar, 5 – preslənmiş məmulat, 6 – matrisa, 7 – qırmağın yayı, 8 – ştok, 9 – alt tərpənməz puanson, 10 – presi alt plitəsi, 11 – ovuntu B) 1 – matrisa, 2 – ovuntu, 3 – içlik, 4 – üst puanson, 5 – preslənmiş məmulat, 6 – matrisa, 7 – qırmağın yayı, 8 – ştok, 9 – alt tərpənməz puanson, 10 – presin alt plitəsi, 11 – ovuntu METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
TAPŞIRIQ 1. I, III qrup mürəkkəbliyə malik detalların preslənməsi zamanı baş verən prosesləri izah etmək. 2. Detalların preslənməsi zamanı müvafiq ölçüyə malik detal üçün, matris boşluğunu hesablamalı 3. Pres-qəlibin puansonun uzunluğunu təyin etməli. 4. İş haqqında yazılı hesabat tərtib etməli. LAZIM OLAN CIHAZ, AVADANLIQ VƏ MATERIALLAR 1. Müxtəlif metallik ovuntular və ya onların qarışığı 2. Ovuntuları presləmək üçün pres-qəlib. 3. Pres-qəlibə əlavə olan tərtibatlar İŞIN APARILMA QAYDASI 1. Hər bir tələbəyə verilmiş nümunə əsasında, nümunənin həcmini hesablamalı 2. Preslənəcək məmulata lazım olan ovuntu miqdarını təyin etməli 3. Məmulatın ölçülərinə müvafiq olaraq presin gücünü, tipini təyin etməli 4. Pres-qəlibin matrisasını, puansonunu, içliyini (lazım olan halda) hesablamalı METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
İŞİN NƏTİCƏSİ 1. İşin məqsədini qeyd etməli 2. Preslənmədən sonra məsaməliliyi təyin etməli 3. Nümunənin ölçü dəyişmələrini (əgər varsa) qeyd etməli 4. Presləmə prosesinin getmə ardıcıllığını izah etməli METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
- Slides: 5