Azrbaycan Respublikas Thsil Nazirliyi Sumqayt hr 39 N
Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhər 39 N: -li tam orta məktəb Fənn: Fizika Sinif: VI Müəllim: Qasımova Mənzər Açıq dərsin icmalı
DƏRSİN PLANI Mövzu: Elektrik qarşılıqlı təsiri Alt standartlar: 1. 1. 1. Mexaniki, istilik, elektromaqnit hadisələrini fərqləndirir. 2. 1. 2. Materiyanın formalarını fərqləndirir. 2. 2. 1. Təbiətdəki əlaqəli sistemləri və qarşılıqlı təsirləri fərqləndirir. 2. 2. 2. Təbiətdəki qarşılıqlı təsirə dair müşahidələrini təqdim edir.
Dərsin məqsədi: Maddələrin elektriklənməsi haqqında təsəvvürlərini izah edir. Fiziki sahə haqqında müşahidələrini sadə şəkildə təqdim edir. Elektriklənmiş cisimlər arasında elektrik sahəsi vasitəsilə yaranan qarşılıqlı təsirləri sadə təcrübələrdə müşahidə edir. Mövzuya aid sadə məsələlər həll edir.
İş forması: Bütün siniflə iş, qrup işi, fərdi iş. İş üsulu: Beyin həmləsi, müşahidə, araşdırma, danışıb anlatmadinləyib anlama, təqdimat, tapşırıqvermə. İnteqrasiya: C-2. 1. 1, C-2. 1. 4, B-4. 2. 1, C-2. 1. 3, H. b-1. 1. 1, C 2. 1. 5, B-4. 1. 1, B-4. 2. 2, İnf-2. 1. 1, İnf-2. 1. 2, B. -3. 2. 1. Təchizat: İş vərəqləri, müşahidə vərəqləri , müxtəlif rəngli şarlar, yun(ipək) parça, plastmas daraq, qələm, kağız qırıntıları, kompyuter, proyektor.
Dərsin gedişi I mərhələ Motivasiya Problemin qoyuluşu
Şəkillərdə gördüyünüz hadisələrin baş vermə səbəbini nə ilə izah etmək olar?
Mövzuya maraq oyatmaq üçün motivasiyada əqli hücum metodundan istifadə edərək internet resurların, müxtəlif şəkillərin köməyi ilə, hazırladığım şəkil və videoları nümayiş etdirərək motivasiya yaradır və suallar verirəm. Tədqiqat sualları 1. Cisimlər bir-birinə necə təsir göstərir? 2. Yun parçaya sürtülmüş şarın divara yapışmasının, saçları cəzb etməsinin səbəbi nədir? 3. İpək parçaya sürtülmüş şarın, xəzə sürtülmüş ebonit çubuğun təsiri ilə krandan axan suyun istiqamətini dəyişməsinin səbəbi nədir?
II mərhələ Tədqiqatın aparılması Bu məqsədlə şagirdlər 3 qrupa bölünür. Bunun üçün qrup liderləri seçilir. Yerdə qalan şagirdlər 1 -dən 3 -ə qədər sayır. Sonra eyni rəqəmlər düşmüş şagirdlər bir qrupda toplanırlar. Tədqiqat aparmazdan əvvəl şagirdlər müxtəlif oxu üsullarından istifadə etməklə nəzəri məlumatlarla tanış edir, eyni zamanda fəndaxili inteqrasiya yaratmaqla elektrik yükü, müsbət, mənfi ionlar haqqında keçmiş biliklərinə istinad edərək sorğu aparılır. Ardınca araşdırma aparmaq üçün hər bir qrupa əvvəlcədən hazırlanmış araşdırma və tədqiqat sualı yazılmış iş vərəqləri paylanır. ATOM MOLEKUL QRUPLAR NÜVƏ
Molekul qrupu İki rezin şarı eyni ölçüdə şişirdib 40 -50 sm-lik sapla bağlayın. Şarları yun parçaya sürtün. Hər iki şarı sapından tutaraq asılı vəziyyətdə saxlayın. Müşahidə vərəqində nə baş verdiyini , şarların toxunmadan bir-birinə necə Təsir etdiyini və bir-birindən nə üçün uzaqlaşmasının səbəbini qeyd edin.
ATOM qrupu İki rezin şarı eyni ölçüdə şişirdib 40 -50 sm-lik sapla bağlayın. Onları bir -birinə sürtüb saplardan asın və bir -birinə yaxılaşdırın. Nə baş verdiyini müşahidə edin. Şarların bir -birinə toxunmadan necə təsir etdiyini və nə üçün bir - birinə yaxınlaşmasını iş vərəqində qeyd edin.
Nüvə qrupu Plastmas darağı (qələmi) və ya şarı saçınıza sürtüb kağız qırıntılarına yaxınlaşdırın. Apardığınız təcrübə və müşahidələrinizə əsasən nə baş verdiyini , kağız qırıntılarının bu cisimlərə nə üçün yapışdığını müşahidə vərəqində qeyd edin.
III mərhələ: Məlumatın mübadiləsi və müzakirəsi Hər qrupdan seçilmiş bir nümayəndə qrupun işini təqdim edir. Qrup işi lövhədən asılır. Qruplar bir-birlərinin işlərinə münasibət bildirirlər. Təqdimatlar qiymətləndirilir.
IV MƏRHƏLƏ ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ Dərsin bu mərhələsində şagirdlərin cavabları ümumiləşdirilir və onlarla birlikdə nəticə çıxarılır. Cisimlər bir-birinə elektrik sahəsi vasitəsilə təsir edir. Elektriklənmiş (yüklənmiş) cisimlər arasında elektrik qarşılıqlı təsir mövcuddur. Cisimləri toxundurmaqla və sürtməklə elektrikləndirmək olar. Eyni işarəli yüklər bir-birini itələyir, əks işarəli yüklə isə cəzb edir. Aha! Mən artıq bilirəm cisimlər niyə bir-birini itələyir və cəzb edir.
V mərhələ YARADICI TƏTBİQETMƏ Şagirdlərin bu günkü dərsi hansı səviyyədə mənimsədiklərini müəyyənləşdirmək məqsədilə testlərdən istifadə edilir. Qruplara vaxt verməklə testlər yerinə yetirilir və qiymətləndirmə aparılır. Nə öyrəndiniz: Maddənin mühüm xassələrindən biri _______ malik olmasıdır. Bu halda deyirlər ki, cisimlərdə _____ baş vermişdir. Elektrik yükü öz ətrafında _____ yaradır. O, elektriklənmiş cisimlər arasında ____ötürür. Açar sözlər: Elektrik sahəsi Elektrik yükü Elektrik qarşılıqlı təsir elektriklənmə.
1. Hər bir varianta uyğun kürəciklərin işarəsini müəyyənləşdirin. 2. 3. 4.
Qarşılıqlı təsirin növünü müəyyən edin. A) B) C) D)
1. Cisimlər arasında elektrik qarşılıqlı təsiri ötürən hansı sahədir? A)maqnit sahəsi B)elektrik sahəsi C)qravitasiya sahəsi 2. Elektrik hadisəsi hansıdır? A)Ulduzlar sayrışır B)Quşlar oxuyur C)Şimşək çaxır 3. Hansı şarlar bir-birini cəzb edir? A) B) + + -- C) -- + --
Dərsin sonunda ev tapşırığı olaraq aşağıdakı hadisələr və onların başvermə səbəbləri haqqında esse yazmaq tapşırılır. 1. İki bulud arasında, yaxud buludla ağac arasında şimşək çaxması. 2. Bəzən pişiyi tumarladıqda, yun köynəyi çıxardıqda, saçı daradıqda və s. hallarda kiçik qığılcımların yaranması.
VI MƏRHƏLƏ QİYMƏTLƏNDİRMƏ VƏ YA REFLEKSİYA Sonda aşağıdakı qiymətləndirmə meyarlardan istifadə edərək şagirdləri və qrupları qiymətləndirirəm. QİYMƏTLƏNDİRMƏ MEYARLARI : * İZAHETMƏ * TƏQDİMETMƏ * MÜŞAHİDƏETMƏ ZƏİF *MƏSƏLƏ HƏLLETMƏ ORTA YÜKSƏK Maddələrin elektriklənməsi haqqında təsəvvürlərini çətinliklə izah edir Elektriklənmə haqqında təsəvvürlərini müəllimin köməyi iləizah edir Maddələrin elektriklənməsi haqqında təsəvvürlərini izah edir Fiziki sahə haqqında müşahidələrini çətinliklə təqdim edir Fiziki sahə haqqında müşahidələrini müəllimin köməyi ilə təqdim edir Fiziki sahə haqqında müşahidələrini sadə şəkildə təqdim edir Elektriklənmiş cisimlər arasında elektrik sahəsi vasitəsilə yaranan qarşılıqlı təsirləri təcrübələrdə çətinliklə müşahidə edir Elektriklənmiş cisimlər arasında elektrik sahəsi vasitəsilə yaranan qarşılıqlı təsirləri təcrübələrdə müəllimin köməyi ilə müşahidə edir Elektriklənmiş cisimlər arasımnda elektrik sahəsi vasitəsilə yaranan qarşılıqlı təsirləri sadə təcrübələrdə Müşahidə edir Mövzuya aid sadə məsələləri həll edə bilmir Mövzuya aid sadə məsələləri müəllimin Köməyi ilə həll edir Mövzuya aid sadə məsələlər həll edir
QRUPLAR BACARIQLAR ARAŞDIRMA ƏMƏKDAŞLIQ TƏQDİMETMƏ TƏTBİQETMƏ YEKUN ATOM MOLEKUL NÜVƏ
- Slides: 23