Azrbaycan Respublikas Shiyy Nazirliyi M A Topubaov adna
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Ahıl və qoca yaşlı xəstyələrdə qasıq yırtığının cərrahi müalicəsinin müasir aspektləri Sərhətov Nəsib Xuddam oğlu Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcsi almaq üçün dissertasiyanın müdafiə məruzəsi Elmi rəhbər t. e. d. , professor H. B. İsayev Bakı - 2012
Tədqiqatın vəzifələri: Ahıl və qoca yaşlı xəstələrdə qarın daxili təzyiqin dinamikasını öyrənmək; qasıq yırtığı və hernioplastikadan sonra baş vermiş residivlə abdominal hipertenziya arasında asılılığın ehtimalını araşdırmaq. Ahıl və qoca yaşlı xəstələrdə yanaşı gedən xroniki xəstəliklərin strukturunu və tezliyini aşkar edərək, onların QDT-in səviyyəsinə təsirini təyin etmək. Ahıl və qoca yaşlı xəstələrdə abdominal hipertenziyanın səviyyəsindən asılı olaraq, orqan və sistemlərin labil olan fəaliyyətlərini hernioplastikadan əvvəl və sonra kompensasiya səviyyəsində saxlaya bilən adekvat müalicə tədbirlərini təklif etmək. Ahıl və qoca yaşlı xəstələrdə ənənəvi üsullarla yerinə yetirilən hernioplastika ilə Lixtenşteyn metodu ilə aparılan alloplastikanın xəstələrin immun göstəricilərinə, yara ekssudatının miqdarına və tərkibinə təsirini öyrənmək. Lixtenşteyn üsulunda alloprotezin aponevroz altına və ya üstünə yerləşdirilərək yerinə yetirilən hernioplastikanın yara ekssudatının miqdarına, tərkibinə və yerli toxuma immunitetinin əsas göstəricilərinə təsirini təyin etməklə hansının daha adekvat olmasını müqayisəli olaraq qiymətləndirmək Xəstələrin ümumi vəziyyətindən, QTD-nin səviyyəsindən və yırtığın növündən asılı olaraq konkret xəstə üçün hernioplastikanın adekvat növünü seçməyə imkan verən mümkün qədər sadə alqoritmi işləyib hazırlamaq.
Cədvəl 1 Xəstələrin yaşa və cinsə görə bölünməsi Yaş Cins 60 -65 66 -70 71 -75 76 -80 81 -85 Cəmi Qadın 14 9 7 2 1 33 Kişi 33 38 36 22 3 132 47 47 43 24 4 165 Cəmi Cədvəl 2 Yırtığın növünə və xəstənin yaşına görə bölünməsi Yaş Yırtıq növü Cəmi 60 -65 66 -70 71 -75 76 -80 81 -85 Çəp 31 23 13 16 1 84 Düz 11 16 13 1 1 42 Residiv 5 8 17 7 2 39 47 47 43 24 4 165 Cəmi
Cədvəl 3 Residiv vermiş qasıq yırtığının yaşa və cinsə görə bölünməsi Yaş Cins Cəmi 60 -65 66 -70 71 -75 76 -80 81 Qadın 2 2 1 - - 5 Kişi 9 12 8 3 2 34 11 14 9 3 2 39 Cəmi Cədvəl 4 Qasıq yırtığı olan xəstələrdə yanaşı gedən xroniki xəstəliklər № Xəstəliklər Kişi Qadın Cəmi 1 Ürəyin işemik xəstəliyi (ÜİX) 16 2 18 2 Hipertoniya (Hp) 19 8 27 3 Postinfarkt kardiosklerozu (PK) 7 2 9 4 Xroniki spastik kolit (XSK) 15 8 23 5 Yoğun bağırsaq divertikulozu (YBD) 12 2 14 6 Adenomektomiyadan sonrakı vəziyyət (ASV) 15 - 15 7 Öd daşı xəstəliyi (ÖDX) 3 9 12 8 Böyrək daşı xəstəliyi (BDX) 7 3 10 9 Aşağı ətrafların varikozu (AƏV) 5 6 11 10 Radikulit (R-t) 10 3 13 11 Siqaret çəkənin bronxiti (SÇB) 20 - 20 12 Şəkərli diabet (ŞD) 13 19 32
Ahıl və qoca yaşında 165 xəstə qasıq yırtığına görə cərrahi müalicədə olmuşdur. Bu xəstələrdən 135 -də cərrahi müalicədən öncə və sonra qarındaxili təzyiqin dinamikasını öyrənmişik. Qarındaxili təzyiqi (QDT) ölçmək üçün biz sidik kisəsinin katterizasiyasından istifadə edirdik. Alınana nəticələri təxminən 25 eyni yaş qrupuna aid könüllülərin nəticələri ilə müqayisə etmişik.
Klinisistlər 3 növ abdominal hipertenziya ayırd edirlər. Yüngül dərəcəli AH-qarındaxili təzyiq (10 -20 mm civə və ya 7, 4 -14, 8 sm su sütunu) səviyyəsindədir; Orta dərəcəli AH-qarındaxili təzyiq daima (21 -35 mm civə və ya 15, 5 -26 sm su sütunu arasındadır). Ağır dərəcəli AH-qarındaxili təzyiq daima (35 mm civə və ya 25 sm su sütunundan yüksəkdir).
Xəstələrin yaşı № Yanaşı gedən xəstəliklərə görə xəstələr qrupu 2 Hipertoniya N= 15 Ürəyin işemik xəstəliyi n=15 3 Siqaret çəkənin bronxiti n=19 1 4 5 6 7 8 Xroniki spastik kolit n= 20 Yoğun bağırsağın divertikulyozu n= 13 Adenomektomiyadan sonrakı vəziyyət n= 15 Böyrək daşı xəstəliyi n=10 Şəkərli diabet n= 28 60 -65 66 -70 71 -75 76 -80 8, 9± 1, 7 8, 9± 2, 0 8, 4± 1, 3 9, 2± 2, 2 16, 1± 1, 17, 2± 2, 4 15, 0± 22, 8 13, 2± 1, 6 20, 1± 0, 5 20, 3± 1, 0 22, 6± 1, 7 18, 9± 0, 8 22, 4± 1, 5 24, 08± 1, 6 21, 8± 1, 7 22, 8± 2, 3 21, 4± 1, 0 21, 9± 1, 6 20, 4± 1, 08 21, 4± 1, 2 16, 2± 1, 5 18, 6± 0, 8 18, 0± 0, 7 18, 5± 0, 7 8, 8± 0, 7 8, 3± 0, 3 9, 02± 1, 08 9, 3± 0, 13 9, 5± 1, 3 9, 7± 0, 8 8, 5± 0, 4 8, 7± 0, 4
Göründüyü kimi hipertoniya, şəkərli diabet və böyrək daşı xəstəlikləri qasıq yırtığı ilə yanaşı gedərkən, bütün yaş qruplarında, qarındaxili təzyiqin göstəricilərinə elə bir təsiri qeyd edilməmişdir. Lakin ürəyin işemik xəstəliyi, siqaret çəkənin bronxiti, xroniki spastik kolit, yoğun bağırsağın divertikulu, prostatın adenomektomiya sonrakı vəziyyəti QDT-nin səviyyəsini belə əməliyyat keçirməyən və eyni yaşda olan xəstələrə nisbətən orta hesabla 6, 28 sm su sütunu artırır. QDT təyin edilən 135 xəstədən 35 -i qasıq yırtığının residivi, onların 7 isə təkrar residivi ilə qəbul olunmuşdur.
Bütün xəstələrə operasiya önü protrombin indeksi, trombositlərin sayı, laxtalanma və qanaxmanın müddəti təyin olunurdu. Həmin müayinələrin nəticələrini nəzərdən keçirdikdən sonra 165 xəstədən 92 -də koaquloqrammanın geniş təyin olunmasının vacibliyi ortaya çıxdığından operasiya önü həmin müayinəni yerinə yetirdik.
- Slides: 9