AZRBAYCAN HAVA YOLLARI QAPALI SHMDAR CMYYT MLL AVASYA
“AZƏRBAYCAN HAVA YOLLARI QAPALI SƏHMDAR CƏMİYYƏTİ” MİLLİ AVİASİYA AKADEMİYASI Mövzu № 07. Meteoroloji görünüş. Görünüş məsafəsinin ölçülməsi. QEZ-də görünüş (MOR və RVR) Mühazirəçi: Ağayeva Aygün
Hava minimumu – hava şəraitinin təyyarənin komandiri tərəfindən uçuşun həyata keçirilməsinə icazə verilən və qalxma və enmə məqsədilə aerodromdan istifadə üçün sərhəd qiymətlərini ifadə edən ümumi termindir. Hava minimumları yalnız iki kəmiyyətlə təyin olunur: buludun aşağı sərhəddinin hündürlüyü (qərar qəbul etmə hündürlüyü) və görünüş məsafəsi (UEZ-də görünüş məsafəsi). Uçuşların təhlükəsizliyini və müntəzəmliyini təmin etmək üçün aşağıdakı hava minimumları qəbul olunur: aerodromun, hava gəmisinin, təyyarə komandirinin və aviasiya işərinin növünün minimumları.
Aerodromun minimumu aerodromun coğrafi yerləşməsi və onun enmə sistemi ilə təchizatından asılıdır. Uçuş üçün aerodromun minimumları – bu, verilmiş təyyarə tipi ilə uçuşun həyata keçirilməsinə icazə verilən UEZ-də görünüş məsafəsinin mümkün minimal qiyməti və lazım gəldikdə buludun aşağı sərhəddinin hündürlüyüdür (BASH).
- Slides: 15