AVROPA NSAN HQUQLARI KONVENSYASI AVROPA MHKMSNN STRUKTURU V

  • Slides: 19
Download presentation
AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI , AVROPA MƏHKƏMƏSİNİN STRUKTURU VƏ AVROPA MƏHKƏMƏSİNİN QƏRARLARININ PRESEDENT KİMİ

AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI , AVROPA MƏHKƏMƏSİNİN STRUKTURU VƏ AVROPA MƏHKƏMƏSİNİN QƏRARLARININ PRESEDENT KİMİ TANINMASI AZƏRBAYCAN RESPUBLİKASI VƏKİLLƏR KOLLEGIYASININ ÜZVÜ RAMİL RÜSTƏMOV VƏ BAKI DÖVLƏT UNİVERSİTETİ HÜQUQ FAKÜLTƏSİNİN MÜƏLLİMƏSİ LALƏ FƏRZƏLİYEVA 2016

AVROPA KONVENSİYASI Aİ AŞ

AVROPA KONVENSİYASI Aİ AŞ

Avropa İnsan hüquqları Konvensiyası PROTOKOLLAR 1) 1 saylı protokol 2) 4 saylı Protokol 3)

Avropa İnsan hüquqları Konvensiyası PROTOKOLLAR 1) 1 saylı protokol 2) 4 saylı Protokol 3) 6 saylı Protokol 4) 7 saylı Protokol 5) 14 saylı Protokol NORMALAR 1) “Mülkiyyətin müdafiəsi”, “Təhsil hüququ”, “Azad seçki hüququ” 2) “ Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması”, “Hərəkət etmək azadlığı”, “Vətəndaşların məcburi çıxarılmasının qadağan olunması”, “Əcnəbilərin kollektiv çıxarılmasının qarşısının alınması” 3) ölüm cəzasının ləğvi 4) “Əcnəbilərin çıxarılmasına dair prosedur təminatlar”, “Cinayət işlərinə dair hökmlərdən ikinci instansiyaya şikayət vermə hüququ”, “Məhkəmə səhvinə görə kompensasiya”, “İki dəfə məhkum edilməmək və cəzalandırılmamaq hüququ”, “Ər arvadın hüquq bərabərliyi” 5) Avropa İnsan Hüquqları Məhkəməsinin quruluşunda dəyişikliklər

STATİSTİK MƏLUMATLAR 1959 – 1970 -ci illər 11 işə baxılmış və 17 qərar qəbul

STATİSTİK MƏLUMATLAR 1959 – 1970 -ci illər 11 işə baxılmış və 17 qərar qəbul edilmişdir. 1970 – 1990 - ci illər 200 -ə qədər işə baxılmışdır ki, bunun əksəriyyəti ədalətli məhkəmə araşdırması hüququna dair qərarlar olmuşdur. 1990 – 1998 -ci illər 700 -dən artıq işə baxılmışdır. Şikayətlər: Britaniya (38 dəfə) İtaliya (31 dəfə) AFR (22 dəfə)

Konvensiya və onu daha da təkmilləşdirən və səmərəliyini artıran protokolları xüsusilə aşağıdakı hüquqları müdafiə

Konvensiya və onu daha da təkmilləşdirən və səmərəliyini artıran protokolları xüsusilə aşağıdakı hüquqları müdafiə edir: Yaşamaq hüququ Mülki və cinayət işlərində ədalətli mühakimə olunmaq hüququ Şəxsi və ailə həyatına hörmət olunması hüququ Fikri sərbəst ifadə etmək azadlığı Effektli hüquqi müdafiə azadlığı Dinc yaşamaq hüququ Seçmək və seçilmək hüququnu Konvensiya və onun protokolları aşağıdakıları xüsusilə qadağan edir: İşgəncə verilməsini, qeyri-insani və ya təhqiredici rəftarı və cəzanı Əsassız və qanunsuz həbs olunmanı Konvensiyada təsbit olunan hüquq və azadlıqlardan qeyri-bərabər istifadə olunmasını Dövlətin öz vətəndaşlarını ərazisindən qovmasını və ya onlara həmin dövlətin ərazisinə daxil olmağa qadağa qoymasını Edam cəzasını tətbiq edilməsini Əcnəbi vətəndaşların ölkədən kollektiv şəkildə çıxarılmasını

Avropa Konvensiyasının ən işlək maddələri 3 -cü maddə- İŞGƏNCƏLƏRİN QADAĞAN OLUNMASI 6 -cı maddə-

Avropa Konvensiyasının ən işlək maddələri 3 -cü maddə- İŞGƏNCƏLƏRİN QADAĞAN OLUNMASI 6 -cı maddə- ƏDALƏTLİ MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 14 -cü maddə - AYRI-SEÇKİLİYİN QADAĞAN OLUNMASI – Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, din, dil, dərinin rəngi, siyasi və digər baxışlar, milli və ya sosial mənşə milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hansı əlamətlərinə görə ayrı-seşkilik olmadan təmin olunmalıdır.

12 saylı protokol və onun 1 -ci maddəsi Ayrı seçkiliyə ümumi qadağa – Qanunla

12 saylı protokol və onun 1 -ci maddəsi Ayrı seçkiliyə ümumi qadağa – Qanunla nəzərdə tutulmuş istənilən hüquqdan istifadə cins, irq, din, dil, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.

AVROPA MƏHKƏMƏSİNİN STRUKTURU AVROPA KONVENSİYASININ 19 -CU MADDƏSİ – Razılığa gələn Yüksək Tərəflər bu

AVROPA MƏHKƏMƏSİNİN STRUKTURU AVROPA KONVENSİYASININ 19 -CU MADDƏSİ – Razılığa gələn Yüksək Tərəflər bu Konvensiya və ona dair protokollarla üzərlərinə götürdükləri öhdəliklərə riayət edilməsini təmin etmək məqsədilə Avropa İnsan Hüquqları Məhkəməsini yaradır.

PLENAR İCLAS : Məhkəmə hakimlərinin tam tərkibdə ümumi iclasıdır. Plenar İclası keçirmək üçün Məhkəmənin

PLENAR İCLAS : Məhkəmə hakimlərinin tam tərkibdə ümumi iclasıdır. Plenar İclası keçirmək üçün Məhkəmənin fəaliyyətdə olan hakimlərinin ən azı üçdə ikisi iştirak etməlidir. Plenar İclas yalnız Məhkəmənin mühüm fəaliyyəti ilə əlaqədar təşkilati məsələlri həll edir. Məsələn, Məhkəmənin sədrini, onun müavinlərini, habelə Seksiya və Palataların sədrlərini seçilməsini, Seksiya və Palataların yaradılması, Məhkəmənin Reqlamentinin təsdiq edilməsi, Məhkəmə Aparatının işinin təşkili və s. O, hər hansı bir işlə bağlı Məhkəmə funksiyasını həyata keçirə bilməz. Plenar İclas bir qayda olaraq Məhkəmə Sədri tərəfindən ildə ən azı bir dəfə çağrılır. Eyni zamanda hakimlərin üçdə birinin təşəbbüsü ilə də Plenar İclas çağrıla bilər. BÖYÜK PALATA: 17 hakimdən və 3 ehtiyat hakimdən ibarətdir. Bu qurum Məhkəmənin tərkibində işlərə baxılmasının yüksək instansiyası hesab edilir. Böyük Palatanın tərkibini Məhkəmənin sədri, müavinləri və seksiyaların sədrləri daxil edilir. Böyük Palataya konkret hallardan asılı olaraq mühüm əhəmiyyəti və mürəkkəb işlərə baxır. Bundan başqa Böyük Palata bəzən Məhkəmənin ikinci instansiyası qismində də çıxış edir. Konvensiyanın 43 -cü maddəsinin tələblərinə müvafiq olaraq işin Böyük Palataya verildiyi hallarda onun iclasında işə ilkin baxan Palatanın sədri və işdə tərəf olan müvafiq dövlətin hakimi istisna olmaqla, həmin Palatanın hakimlərindən heç biri iştirak etməməlidir.

Böyük Palatanın nəzdində beş hakimdən ibarət KOMİTƏ fəaliyyət göstərir. Komitənin tərkibinə Məhkəmənin sədri və

Böyük Palatanın nəzdində beş hakimdən ibarət KOMİTƏ fəaliyyət göstərir. Komitənin tərkibinə Məhkəmənin sədri və işə baxan Palatanın daxil olduğu seksiya istisna olmaqla seksiyaların sədrləri və ya onun müavinləri daxildir. Onlardan başqa bura növbə ilə Palatada işin baxılmasında iştirak etməyən bir əlavə hakim də daxil edilir. Mübahisədə tərəf olan dövlətdən seçilən və ya onun vətəndaşı olan hakim Komitənin üzvü ola bilməz. KOMİTƏLƏR hər biri 3 hakimdən ibarət olmaqla fəaliyyət göstərir. Komitənin əsas və yeganə vəzifəsi şikayətin qəbul olunma məsələsini həll etməkdir. Komitə şikayətə mahiyyəti üzrə baxmır. O, sadəcə, şikayətin qəbul edilməsi üçün onun Konvensiya ilə müəyyən edilən meyarlara cavab verib-vermədiyini yoxlayır. Şikayətin qəbul edilməməsi barədə qərarı isə Komitə yekdillə qəbul etməlidir. Bu məsələdə hər hansı bir hakimin şübhəsi olsa bu şikaytçinin xeyrinə hesab ediləcək. BİR HAKİMDƏN İBARƏT TƏRKİB Konvensiyaya dair 14 saylı Protokolla müəyyən edilib. Həmin Protokola əsasən işə təkbaşına baxan hakimin səlahiyyətləri müəyyən edilib. İşə təkbaşına baxan hakim iş üzrə əlavə araşdırma aparmadan şikayətin qəbul olunmasına dair qərar qəbul edə bilər. Onun belə qərarı qətidir. DƏFTƏRXANANIN təşkili və vəzifələri Məhkəmənin reglamenti ilə müəyyən edilir. Dəftərxana həm də seksiyaların dəftərxanalarını da özündə birləşdirir. Dəftərxanaya Katib (Reqistar) rəhbərlik edir. O, Plenar İclasda seçilir.

Aşağıdakı şikayətlərə baxmır: Məhkəmə 34 -cü maddənin müddəalarına müvafiq olaraq verilmiş aşağıdakı fərdi şikayətlərə

Aşağıdakı şikayətlərə baxmır: Məhkəmə 34 -cü maddənin müddəalarına müvafiq olaraq verilmiş aşağıdakı fərdi şikayətlərə baxmır: a) anonim olan; b) mahiyyətcə Məhkəmənin artıq baxdığı məsələ ilə eyni olan yaxud beynəlxalq araşdırmanın və ya tənzimləmənin digər prosedurunun predmeti olan və işə aid yeni faktları əks etdirməyən.

Avropa Məhkəməsinin qərarlarının presedent hüququ kimi taninmasını nəzərdə tutan beynəlxalq - hüquqi sənədlər: 1)

Avropa Məhkəməsinin qərarlarının presedent hüququ kimi taninmasını nəzərdə tutan beynəlxalq - hüquqi sənədlər: 1) Brayton Bəyannaməsi 2) İzmir Bəyannaməsi “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 19 yanvar 2006 -cı il tarixli Fərmanı

AÇIQ SUALLAR 1) Yüksək Palata işlərin dinlənilməsini nə zaman həyata keçirir? 2) Palatalar və

AÇIQ SUALLAR 1) Yüksək Palata işlərin dinlənilməsini nə zaman həyata keçirir? 2) Palatalar və Yüksək Palatalar necə formalaşdırılır? 3) Məhkəməyəqədər müddətin müxtəlif mərhələləri hansılardır? 4) Məhkəməyə qədər müddət adətən nə qədər davam edir? 5) Hakimlər öz ölkələri ilə bağlı işlərdə iştirak edirlərmi? 6) Qərarlardan şikayət vermək olarmı? 7) Məhkəmə prosesləri açıq keçirilirmi?

AVROPA MƏHKƏMƏSİNİN QƏRARLARI

AVROPA MƏHKƏMƏSİNİN QƏRARLARI

KLASSİK QƏRARLAR 1) DADJİN İRLANDİYAYA QARŞI 2) SEZARLAND İRLANDİYAYA QARŞI 3) AHMET OSMAN BELÇİKAYA

KLASSİK QƏRARLAR 1) DADJİN İRLANDİYAYA QARŞI 2) SEZARLAND İRLANDİYAYA QARŞI 3) AHMET OSMAN BELÇİKAYA QARŞI 4) AİREY (ERİ) İRLANDİYAYA QARŞI

İŞGƏNCƏLƏRLƏ BAĞLI QƏRARLAR 1) “DRİTTWIRKUNG EFFEKTI” 2) ƏBDÜLƏZİZ, KABALİS VƏ BALKANDALİ BİRLƏŞMİŞ KRALLIĞA QARŞI

İŞGƏNCƏLƏRLƏ BAĞLI QƏRARLAR 1) “DRİTTWIRKUNG EFFEKTI” 2) ƏBDÜLƏZİZ, KABALİS VƏ BALKANDALİ BİRLƏŞMİŞ KRALLIĞA QARŞI

KAZUSLAR 1) Oğurluğa görə məhkəmənin sonunda Tivi Məhkəməsi 23 yaşlı iki uşaq anası və

KAZUSLAR 1) Oğurluğa görə məhkəmənin sonunda Tivi Məhkəməsi 23 yaşlı iki uşaq anası və qaraçı etnik birliyinin üzvü Amiranı 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edir. Halbuki onun cəzası daha yüngül cəza növü ilə əvəz edilə və ya təxirə salına bilərdi. Buna baxmayaraq hakim belə etmir və bu, mümkün olduğu halda, “oğurluq edərək yaşamaq bütün qaraçıların həyat tərzinə xasdır” fikrini məhkəmədə bildirərək cəza tətbiq edir.

1) Vonderland azlıq qrupunun qadın üzvlərindən biri yazılı şikayət edərək bildirmişdir ki, o, sosial

1) Vonderland azlıq qrupunun qadın üzvlərindən biri yazılı şikayət edərək bildirmişdir ki, o, sosial yardımın qəfil dayandırıldığı son həftəyə qədər bu yardımı ala bilirdi. Qadın sosial yardımın davam etdirilməsi üçün Sosial Rifah ( Təminat Mərkəzinə) müraciət etmişdir. O, Vonderland etnik azlıq qrupunun kişi üzvlərindən biri ilə söhbət aparmışdır. Qadın iddia edir ki, həmin şəxs onun mənsub olduğu birlikdən olanlara sosial yardımın verilməsinin əvvəldən gərəksiz olduğunu söyləmişdir. Bundan başqa, həmin şəxs bildirmişdir ki, əgər o, əlavə məlumat istəyirsə, növbəti dəfə özü deyil, həyat yoldaşını onun yanına göndərsin. Həmçinin qadın iddia edir ki, dəfələrlə özünün və digər etnik birliklərdən olan insanların , qadınların Sosial Rifah mərkəzinin onlara qarşı rəftarından narazılıqlarını dilə gətiriklərinin şahidi olmuşdur. Buna baxmayaraq, hər kəs rəsmi şikayət etməkdən boyun qaçırır.

DİQQƏTİNİZƏ GÖRƏ MİNNƏTDARAM!

DİQQƏTİNİZƏ GÖRƏ MİNNƏTDARAM!