Avropa Mhkmsinin qrarlarnn Azrbaycan Respublikasnda icras v presedent
Avropa Məhkəməsinin qərarlarının Azərbaycan Respublikasında icrası və presedent hüququnun milli məhkəmələrdə tətbiqi Təlimçilər: Elxan Quliyev/vəkil Sevinc Əliyeva/vəkil
Avropa Məhkəməsinin qərarlarının Azərbaycan Respublikasında icrası Avropa Məhkəməsinin qərarlarının Azərbaycan Respublikasında icrasının məcburiliyi : Azərbaycan Respublikasının Konstitusiyasının 148 -ci maddənin II hissəsi: • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. 151 -ci maddə: • Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. • Avropa İnsan Hüquqları Konvensiyasının 46 -cı maddəsi: 1. Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları hər hansı iş üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər ; 2. Məhkəmənin qəti qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir.
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsinə Avroşa Şurası Nazirlər Komtəsinin nəzarəti Nazirlər Komitəsinin “Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının və dostacasına həll sazişin şərtlərinin icrasına nəzarət haqqında” 10 may 2006 -cı il tarixli Reqlamentinə əsasən, məhkəmə qərarlarının icrasına nəzarət edərkən Nazirlər Komitəsi aşağıdakı məsələləri araşdırır: • Ərizəçiyə ədalətli kompensasiyanın ödənilməsi (maddi və mənəvi ziyan, xərclər); • Fərdi tədbirlərin həyata keçirilməsi • Ümumi tədbirlərin həyata keçirilməsi
FƏRDİ TƏDBİRLƏR • a) Fərdi tədbirlər: icraatın təzələnməsi və işə ölkədaxili məhkəmələrdə yenidən baxılması (Nazirlər Komitəsinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları ilə əlaqədar dövlətdaxili səviyyədə işlər üzrə icraatın təzələnməsi və onlara yenidən baxılması haqqında” Tövsiyyəsi, CPM-in LIII fəsli, MPM-nin 44 -1 -ci fəsli): 1. pozuntu elə ciddiliyə malik olmalıdır ki, şikayət edilən milli məhkəmə prosesinin nəticəsini şübhə altına qoymuş olsun; 2. fərd milli məhkəmənin həmin qərarı nəticəsində ciddi neqativ təsirlərə məruz qalmaqda davam etməli və işə yenidən baxılmadan onun ədalətli satisfaksiya yolu ilə aradan qaldırılması mümkün olmamalıdır”. a) digər fərdi xarakterli tədbirlərlər: məhkəmə qərarının icrası vəzifəsi (Tarverdiyev Azərbaycana qarşı), şəxsi həyata hörmət hüququnu pozmaqla əldə edilmiş sübutları məhv etmək vəzifəsi, məhkumluğun götürülməsi, qanunsuz həbs olunmuş şəxsin azadlığa buraxılması (İlqar Məmmədov Azərbaycana qarşı), əcnəbilərə çıxarıldıqları ölkəyə geri dönməyə icazənin verilməsi və ərizəçinin dövlət tərəfindən pozulmuş hüquqlarının bərpasına yönəlmiş digər tədbirlər.
MPM-nin 431 -4. 3 -cü maddəsi: • • İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul edir: 431 -4. 3. 1. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarına dair qərar qəbul edildikdə plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər); 431 -4. 3. 2. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının qüvvədə saxlanılması barədə; 431 -4. 3. 3. əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və kassasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə; 431 -4. 3. 4. əlavə kassasiya qaydasında çıxarılmış qərara və ya kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik edilməsi barədə.
CPM-nin 458 -ci maddəsi: Bu məcəllənin 455. 0. 2 -ci maddəsi ilə nəzərdə tutulan hallarda məhkəmə aktına yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul etmək hüququna malikdir: • müvafiq birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin, habelə əlavə kassasiya qaydasında hüquq və azadlıqların pozulması ilə çıxarılmış məhkəmə aktlarının tam və ya qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün aidiyyəti üzrə müvafiq birinci və ya apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə; • bu məcəllənin 421. 1. 2 və 421. 1. 3 -cü maddələrində nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın dəyişdirilməsi barədə; • kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə.
Ümumi tədbirlər • Milli qanunvericiliyin Konvensiyaya uyğunlaşdırılması: Məsələn: a) “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 22 may 2012 -ci il tarixli Qanunu (Əlikram Hümbətov Azərbaycana qarşı); b) ayrı-seçkiliyə qarşı yönəlmiş müddəaların qanunvericiliyə əlavə edilməsi (CPM-nin 510 -cu, CM-nin 79 -cu maddələrinə edilən dəyişiklik); • Məhkəmə təcrübəsinin dəyişdirilməsi (məcburi köçkünlər tərəfindən zəbt edilmiş sahələrlə bağlı mübahisələr); • Azadlıqdan məhrumetmə yerlərindəki şəraitinin dəyişdirilməsi və s.
AİHM qərarlarının icrası prosesində Nazirlər Komitəsi tərəfindən istifadə edilən vasitə və metodlar a) kompensasiyanın ödənilməsi, həmçinin fərdi və ümumi tədbirlərin həyata keçirilməsi barədə Cavabdeh dövlətdən məlumat verilməsini tələb etmək; b) zərərçəkmiş tərəfdən qərarın icrası ilə bağlı müraciətlərin araşdırılması; c) AİHM qərarlarının icrası ilə bağlı QHT və digər ictimai təşkilat və qurumlardan göndərilmiş məlumatların araşdırılması; d) qərarın icrası ilə bağlı cavabdeh dövlət tərəfindən tətbiq edilməli olan tədbirlərin görülməsi ilə bağlı qərarların qəbul edilməsi və cavabdeh dövlətdən müvafiq tədbirlərin həyata keçirilməsinin tələb edilməsi; e) siyasi və diplomatik təzyiq vasitələrindən istifadə (dövlətin Şurada üzvlüyünü dayandırmaq və ya Şuradan kənarlaşdırmaq).
Azərbaycan Respublikası Prezidentinin 2003 -cü il 8 noyabr tarixli, 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının Səlahiyyətli nümayəndəsi haqqında Əsasnamənin 10 -cu bəndinə əsasən, Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının Səlahiyyətli nümayəndəsi : • • • İddiaçıya pul kompensasiyasının ödənilməsi və ya pozulmuş hüquq və azadlıqların bərpa olunması haqqında Məhkəmə tərəfindən qərar qəbul edildiyi halda, Məhkəmə qərarının tam və vaxtında icra edilməsi məqsədi ilə aidiyyəti dövlət orqanlarına məlumat verir; Məhkəməyə və Avropa Şurasının Nazirlər Komitəsinə Məhkəmə qərarlarının Azərbaycan Respublikası tərəfindən icra edilməsi barədə məlumat verir; Məhkəmənin çıxardığı qərarların hüquqi nəticəsini nəzərə alaraq normativ hüquqi aktları Konvensiyanın tələblərinə uyğunlaşdırmaq və onların tətbiqi ilə bağlı Konvensiyanın tələblərinin pozulması hallarının qarşısını almaq üçün təkliflər verir.
Avropa İnsan hüquqları məhkəməsinin presedentlərinin milli məhkəmələrdə tətbiqi • • Konstitusiyanın 12 -ci maddəsinin II-ci hissəsinə əsasən, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 19 yanvar 2006 -cı il tarixli Fərmanının 6 -cı bəndi; Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 30 mart 2006 ci il tarixli qərari; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997 -ci il tarixli Qanunun 111 ci maddəsi.
Presedentləri tətbiq edərkən nəzərə alınmalı olan hallar: • Avropa Məhkəməsi hüquq norması yaratmır, yalnız Konvesiyada və əlavə Protokollarda təsbit olunmuş normaları şərh edir. • Məhkəmənin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir. • Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla, AİHM presendetlərində müəyyən edilmiş qaydalarla milli qanunvericiliklə müəyyən edilmiş qaydalar biri ilə təzad təşkil edərsə, AİHM presedentlərinin müəyyən etdiyi müddəalar üstün hüquqi qüvvəyə malikdir. • Hüquq milli qanunvericiliklə qorunmursa (yaxud Konvensiya ilə müqayisədə daha dar çərçivədə qorunursa) onun müdafiəsi üçün birbaşa Konvensiyanın müddəalarına və məhkəmə presedentlərinə istinad etmək yetərlidir. • Bir üzv dövlət barəsində çəxarılan qərar yalnız həmin dövlət tərəfindən deyil, digər üzv dövlətlər tərəfindən də nəzərə alınmalıdır. Yerli məhkəmələr: a) Konvensiyanın normalarına zidd olan normalara istinad edə bilməzlər; b) Konvensiyanın müddəalarına dair verdiyi şərhlər Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə uyğun olmalıdır. •
AZƏRBAYCAN RESPUBLİKASINA QARŞI QƏBUL EDİLMİŞ QƏRARLAR • AİHM tərəfindən Azərbaycan Respublikası ilə bağlı 246 qərar qəbul edilmişdir. Bunlardan: a) Mahiyyət üzrə qərarların sayı-97 b) Mahiyyət üzrə olmayan qərarların sayı-149 Qərarlar əsasən Konvensiyanın 3 (işgəncələrin qadağan olunması) , 5 (azadlıq və toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə arşdırması hüququ), 10 (fikri ifadə etmək azadlığı), 11 (yığıncaqlar və birləşmək azadığı, 13 (səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 1 saylı Protokolun 1 -ci (mülkiyyətin müdafiəsi) və 3 -cü (azad seçki hüququ) maddələri ilə bağlıdır.
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK!
- Slides: 13