Avropa Birliyi v Avropa urasnn Birg Proqram sasnda
Avropa Birliyi və Avropa Şurasının Birgə Proqramı əsasında, Ədliyyə Akademiyası ilə birgə həyata keçirilən layihə çərçivəsində Avropa İnsan Hüquqları Konvesiyasının 8 -ci maddəsi “Şəxsi və ailə həyatına hörmət hüququ” Təlimçi: Günel İsmayılbəyli 2017 1
Avropa İnsan Hüquqları Konvensiyasının 8 -ci maddəsi Maddə 8. Şəxsi və ailə həyatına hörmət hüququ 1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. 2
v Şəxsi həyat v Ailə Həyatı v Mənzil toxunulmazlığı v Yazışma sirri 7
Digər Beynəlxalq sənədlərdə 8 -ci maddənin təsir dairəsinə düşən hüquqlar Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt • 17 -ci maddənin 1 -ci bəndinə əsasən heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla və yaxud qeyri-qanuni müdaxilə, onun evinin toxunulmazlığına və məktublaşmalarının gizliliyinə özbaşınalıqla və ya qeyri-qanuni qəsd və ya onun ləyaqəti və nüfuzuna qeyri-qanuni qəsd edilə bilməz. İnsan Hüquqları üzrə Ümumi Bəyannamə • • 12 -ci maddəsinə əsasən heç kim şəxsi və ailə həyatına müdaxiləyə, evinin toxunulmazlığına, məktublaşmasının gizliliyinə, şərəf və nüfuzuna özbaşına qəsdə məruz qala bilməz. Hər bir şəxsin belə müdaxilə və qəsdən qanun tərəfindən müdafiə olunmaq hüququ var. 4
Azərbaycan Respublikası Konstitusiyasının 32 -ci maddəsi I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır. VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir 5
“Şəxsi həyat” anlayışı • “şəxsi həyat” tam anlayışın verilməsi mümkün olmayan geniş və əhatəli termindir (Kostello-Roberts Birləşmiş Krallığa qarşı işi); • “şəxsi həyat” şəxsin ictimai fərdiliyi də daxil olmaqla, fiziki və psixi və yaxud da psixoloji inteqrallığı, yəni özünəməxsusluğunu əks etdirir (Pritti Birləşmiş Krallığa qarşı işi); • Avropa Məhkəməsi “Şəxsi həyat” anlayışının çoxtərəfliliyini və konkretləşdirilməsinin mümkünsüzlüyü baxımından konkret tərif verməkdənsə, qərarlarında ayrı-ayrı aspektləri baxımından qiymət verməklə, “şəxsi həyatın” nəyi ehtiva etməsinin aydınlaşdırılmasına qərar vermişdir. 6
Avropa Məhkəməsinin konteksti baxımından “şəxsi həyat” anlayışına əsasən hansı aspektlər daxildir ? Şəxsin özünəməxsusluğu, yəni şəxsin özünə, ailəsinə, intim münasibətlərinə məxsusluğu hüququ; Fiziki və psixoloji toxunulmazlığı; Şəxsin özü barəsində qərar qəbul etmə hüququ; Şəxsin digər şəxslərlə kontakta girmək, yəni ünsiyyətdə olmaq və ya olmamaq hüququ; Cinsi və sosial mənsubiyyəti; Seksual həyatı və orientasiyası; Sağlam ətraf mühitdə yaşamaq; Kommunikasion toxunulmazlıq hüququ; İnformasiya toxunulmazlığı hüququ; Ərazi toxunulmazlığı hüququ; İctimai və fərdi münasibətlərin inkişafından asılı olaraq siyahı genişlənə bilər. 8
Şəxsin özünəməxsusluğu, yəni şəxsin özünə, ailəsinə, intim münasibətlərinə, özünün daxili dünyasına məxsusluğu hüququ Ø Adın və soyadın dəyişdirilməsi hüququ - şəxsin ictimai fərdiliyinə, özünə və ailəsinə məxsusluğuna müdaxilə; (Burghartz İsveçrəyə qarşı işi, Guillot Fransaya qarşı işi) Ø İntim həyat seksual xarakterli münasibətlər; cinsi oriyentasiya (Dadjon Böyük Britaniyaya qarşı işi); cinsi mənsubiyyət (Van Kük Almaniyaya qarşı işi ); Ø Mənşəyini bilmək hüququ (Mikuliç Xorvatiyaya qarşı işi); Ø Şəxsin etnik mənsubiyyət hüququ (Ciubotaru Moldavaya qarşı işi). 9
Şəxsi toxunulmazlıq konteksində araşdırıla bilən sahələr: Əmək münasibətləri - qanun əsasında keçmiş məxfi xidmət əməkdaşlarının özəl sektorda işdən azad edilməsi və ümumiyyətlə, işə götürülməsinə məhdudiyyətlər qoyulması şəxsi həyatın toxunulmazlığı konkteksində araşdırılır (Raynis və Qasparaviçus Litvaya qarşı); Vətəndaşlıq əldə etmək hüququ – bu maddə konkret vətəndaşlıq əldə etmə hüququnu təmin etməsə də, istisna etmək olmaz ki, müəyyən hallarda şəxsə vətəndaşlıq verməkdən əssasız olaraq imtina fərdin bu maddə ilə qorunan şəxsi həyatının sosial aspektinə mənfi təsir göstərə bilər (Cenoveze Maltaya qarşı); Nikahın qeydiyyata alınması – nikahın qeydiyyata alınmasının həddən artıq gecikdirilməsi bu maddənin təsir dairəsinə düşür (Daduş Maltaya qarşı iş). 9
Şəxsin fiziki toxunulmazlıq hüquq • Məcburi qaydada tibbi analizlərin götürülməsi; • Məcburi qaydada tibbi müayinələrin keçirilməsi; • Məcburi qaydada müalicənin tətbiqi; • 3 -cü maddənin təsir dairəsinə düşəcək həddə olmayan zor tətbiq etmə; (Matter Slovakiyaya qarşı, Kastello-Roberts Böyük Britaniyaya qarşı işləri) 9
Şəxsin psixi toxunulmazlıq hüququ Psixikaya mənfi təsir göstərə biləcək müalicə və müayinə metodlarının tətbiqi; - Ruhi çatışmazlığı olan şəxsin müalicəsiz qalacağı və vəziyyətinin xeyli pisləşəcəyi ölkəyə portasiya edilməsi (Bensəid Birləşmiş Krallığa qarşı iş) Gipnozun, şantajın, hədə-qorxunun təsiri altında və yaxud beyin tormozlanmasının aradan qaldıran preperatlardan istifadə etməklə dindirmə. 11
Şəxsin özü barəsində qərar qəbul etmə hüququ ØÖzü barəsində müsbət qərarlar qəbul etmə hüququ (həyat tərzi, valideyn olub-olmaması, ana olmamaq hüququnun ata olmaq hüququndan üstünlüyü və s. ) (Evans Fransaya qarşı, Bosso İtaliyaya qarşı işlərində ) ØÖzü barəsində mənfi qərarların qəbul edilməsi (müalicədən imtinası, evtanaziya və s. ) (Pritti Böyük Britaniyaya qarşı ) 9
FƏRDI MƏLUMATLARIN TOPLANMASI, SAXLANMASI, İSTİFADƏSİ VƏ TƏQDİM EDİLMƏSİ Ø cins, ailə vəziyyəti, doğum yeri, etnik mənsubiyyət, digər bu kimi həssas xarakterli məlumatların məcburi qaydada qeydə alındığı rəsmi siyahıalma; Ø polis tərəfindən barmaq izlərinin götürülməsi, fotoşəkillərin çəkilməsi, hüceyrə nümunələrinin, DNT testi üçün nümunələrin götürülməsi və digər fərdi xarakterli məlumatların toplanması; Ø tibbi məlumatların və qeydlərin toplanması və saxlanması; Ø şəxsin xərclərinin detallarının məcburi qaydada açıqlanması; Ø telefon danışıqlarının dinlənilməsi, qeydə alınması və ya saxlanması; Ø küçədə ictimai yerdə quraşdırılmış kameralar vasitəsilə çəkilişin aparılması; Ø məhbuslar üçün görüş otağında məhbuslarla qohumlarının dinləməyə imkan verən sistemin quraşdırılması. 9
ŞƏXSİN ŞƏRƏF VƏ LƏYAQƏTİNƏ, NÜFUZUNA VƏ TƏSVİRİNƏ HÖRMƏT HÜQUQU Ø Mətbuatda dərc edilən məqalələr (Pfeifer Avstriyaya qarşı iş); Ø Fotoşəkillər (Reklos və Davourlis Yunanıstana qarşı iş); ØƏtraf aləmlə münasibətlər qurmaq hüququ. 9
Şəxsi həyat anlayışı şamil olunmur Ictimai hadisələr zamanı çəkilən şəkillər; İctimai iclaslar zamanı verilən bəyanatlar; Ovçuluğun tənzimlənməsi; Ev heyvanları ilə münasibətlər; Hava limanında, bəzi binalara giriş zamanı yoxlama. 15
Ailə Həyatı v“ 8 -ci maddənin mənası baxımından “ailə həyatı” anlayışının təsir dairəsinə düşən əsas münasibətlər: • Rəsmi nikaha əsaslanan ailə münasibətləri; • Faktiki nikah münasibətləri. v. Ailə münasibətinin əsas qiymətləndirici meyyarları: • ailə münasibətlərinin qanuni və ya; • ailə münasibətlərinin həqiqi olması. v. Uşaqlarla valideynlər arasında olan münasibətlər: • Birlikdə yaşayıb-yaşamaması; • Qan qohumluğunun olub-olması (donorlar) (X. Y. Z. Böyük Britaniyaya qarşı işi) 17
Nikaha əsaslanan Ailə « 8 -ci maddədə nəzərdə tutulan müdafiə qanuni və etibarlı hesab edilən nikahlara həmişə şamil edilir. Nikahın olmaması və ya nikahın ailə qurmaq məqsədi daşımaması şəxsin 8 -ci maddədə nəzərdə tutulan müdafiədən mərhum olmasına səbəb ola bilər» “Uşaq doğulan andan, nikahda olan valideynlərlə uşaq arasında, hətta həmin valideynlər birgə yaşamasalar belə, təkcə doğum faktı sayəsində “ailə həyatı”nı təşkil edən əlaqələr mövcud olur” 17
Ailə həyatı üçün nikahın zəruridirmi? olması “ 8 -ci maddə ananın ailə statusundan asılı olmayaraq ana ilə uşaq arasındakı münasibətlərə qeyd-şərtsiz tətbiq olunur” (Marks Belçikaya qarşı iş 13 İyun 1979) Lakin Məhkəmə X Birləşmiş Krallığa qarşı işdə bildirmişdir ki, ana ilə onun iki il öncə övladlığa verdiyi oğlu arasında ailə həyatı hesab edilən münasibətlər mövcud deyil. “ 8 -ci maddə nikahdan və ya nikahdankənar doğulan uşaqların ailələri arasında fərq qoymur. Bu cür fərq 8 -ci maddədə ki, hər kəs sözünə zidd olardı” (Constoun Birləşmiş Krallığa qarşı iş 18 Dekabr 1986) “Öz uşaqları ilə yaşayan nikahları qeydə alınmayan cütlüklərin qarşılıqlı münasibətlərinin sabit xarakteri və münasibətlərin nikaha əsaslanan ailə münasibətlərindən fərqlənməməsi əsas götürülməklə, həmin cütlükləri Ailə hesab etmək olar” 18
Birgə yaşayış zəruridirmi? Ailə həyatı üçün «Məhkəmə hesab edir ki, qanuni və etibarlı nikah nəticəsində ərlə arvad arasında yaranmış münasibətlər, hətta onlar birlikdə yaşamasalar belə Ailə həyatı hesab edilməlidir» (Berrehab Niderlanda qarşı iş 21 İyun 1988) «Məhkəmə bu işdə ailə həyatını müəyyən edərkən, Berrehabın həftədə dörd dəfə öz qızı ilə görüşməsi faktını nəzərə aldı. Görüşlərin tezliyi və müntəzəmliyi sübut edir ki, cənab Berrehab bu görüşlərə böyük əhəmiyyət verirdi» 19
Birgə yaşayış və nikah olmadıqda Ailə həyatı mövcud ola bilərmi? (Buqhanemi Fransaya qarşı iş 24 Aprel 1996) «Hətta ata ilə ana birgə yaşamadıqda belə və uşağın qanuni nikahdan doğulmasından və ya nikahdan kənar dünyaya gəlməsindən asılı olmayaraq, 8 -ci maddədə nəzərdə tutulan ailə anlayışı valideynlə onun uşağı arasındakı əlaqələri də ehtiva edir» Təkcə Qan Qohumluğu faktı ailə həyatı üçün kifayətdirmi? «Təkcə qan qohumluğunun və ya genetik əlaqələrin olması ailə həyatı üçün kifayət deyil. Bunun üçün qan qohumluğundan əlavə sıx şəxsi əlaqələrin mövcudluğu sübuta yetirilməlidir (G. Niderlanda qarşı iş 08 Fevral 1993) 20
Daha hansı münasibətlər ailə həyatını təşkil edir? v Nəvələrlə nənə və babalar arasında olan münasibətlər (Marks Belçikaya qarşı işi); v Yaşlarından asılı olmayaraq bacı-qardaşlar arasında olan münasibətlər (Olson İsveçə qarşı işi); v Əmi, dayı, bibi, xala və onların qardaş və bacıları arasındakı münasibətlər (Boyl Birləşmiş Krallığa qarşı işi); v Valideynlərlə ikinci nikahdan doğulmuş uşaqlar arasındakı münasibətlər, yaxud valideynlərlə nikahdankənar doğulmuş və ya ər-arvad sədaqəti pozulmaqla doğulmuş uşaqlar arasındakı münasibətlər (X. İsveçrəyə qarşı işi); v Uşağı övladlığa götürmüş şəxslərlə uşaqlar arasındakı münasibətlər (Coli və Lebrun Belçikaya qarşı işi). 21
Diqqətinizə görə minnətdaram! 23
- Slides: 22