Astara rayonu M Abiyev adna Vaqo knd tam
Astara rayonu M. Abiyev adına Vaqo kənd tam orta məktəbin biologiya müəllimi Fəttayev Rauf Vidadi oğlu. “Biologiya”-8 Mövzu: Mərkəzi sinir sistemi.
• Alt Standartlar: • 2. 1. 1. İnsan orqanizmində baş verən bioloji prosesləri izah edir. • 2. 1. 3. İnsan orqanizmində baş verən bioloji proseslərə dair təcrübələr və riyazi hesablamalar aparır, nəticələri ümumiləşdirir. • Təlim nəticələri: • Mərkəzi sinir sisteminin iş mexanizmini izah edir. • İnsan orqanizmində baş verən bioloji proseslərə dair riyazi hesablamalar aparır. • Təlim forması: • kollektiv iş, qrup işi, fərdi iş, • Təlim üsulu: • Beyin həmləsi, cədvəllərlə iş, sxemlərlə iş, • Resurslar: Dərslik, elektron təqdimat, iş vərəqləri, paylama materialları. • İnteqrasiya: • K. : 2. 1. 1. Kimyəvi reaksiyaları təsnif edir, qanunauyğunluqlarını izah edir
Dərsin gedişi. Qiymətlən dirmə Yaradıcı tətbiqetmə Ümumiləş dirmə və nəticə Motivasiya Tədqiqatın aparılması Məlumat mübadiləsi və müzakirəsi
Sizcə, bu boş qrafalarda hansı anlayışlar yazılmalıdır? Sinir sistemi Periferik Somatik Vegetativ
İnsanın sinir sistemi digər məməlilərin sinir sistemindən hansı xüsusiyyətlərinə görə fərqlənir?
Tədqiqat sualı. • Mərkəzi sinir sistemi orqanları orqanizmdə hansı funksiyaları yerinə yetirir?
Onurğa beyni. • Onurğa sümük kanalının içərisində yerləşir. • Yuxarıdan böyük ənsə dəliyi vasitəsilə baş beyinlə birləşir, aşağıdan ikinci bel fəqərəsi səviyyəsində qurtarır. • Xarici qatı ağ maddədən, daxili qatı isə kəpənək formalı boz maddə yığınından əmələ gəlmişdir. • 31 seqmentdən ibarətdir və hər bir seqmentdən 1 -cüt qarışıq sinir çıxır. Fəqərə cismi Sinir Boz maddə Ağ maddə
Onurğa beyni. • Reflektor və ötürücü funksiya yerinə yetirir. • Ötürücü funksiya: -ağ maddə qalxan və enən ötürücü yollar əmələ gətirir. • Ötürücü yollar sayəsində onurğa beyni ilə baş beyin arasında əlaqə yaranır. • Reflektor funksiya: -boz maddədə refleks qövsləri qapanır. • Əllərin və ayaqların bükücü və açıcı refleksləri, diz refleksi, qeyri-iradi sidik ifrazı refleksi və s.
Baş beyin. • Kəllə qutusunda yerləşir. • Ağ və boz maddədən ibarətdir. • Ağ maddə ötürücü, boz maddə isə reflektor funksiya yerinə yetirir. • Baş beyindən 12 - cüt sinir çıxır.
Baş beyinin hissələri və onların funksiyaları. Uzunsov beyin. • Onurğa beyninin davamıdır • Xaricində ağ daxilində isə ayrı-ayrı nüvələr şəklində boz maddə vardır. • Müdafiə refleksləri mərkəzləri(asqırma, öskürmə, qusma, göz qırpma. . )burada yerləşir. • Tənəffüs (nəfəsalma və nəfəsvermə), • Həzm(udma, əmmə, mədə vəzilərinin şirə ifrazı), • Qan-damar sistemi(qan təzyiqi. . )orqanlarının fəaliyyətini tənzimləyir. Uzunsov beyin
Beyin körpüsü. • Ağ və boz maddədə ibarətdir. Ağ maddə xaricində , boz maddə isə daxildə ayrı-ayrı nüvələr şəklindədir. • Ceynəmə və mimiki əzələlər, göz almasını hərəkət etdirən əzələlərin sinir mərkəzləri burada yerləşir. • Körpünün daxilindən keçən sinir lifləri onurğa beynini, beyinciyi və uzunsov beyni böyük yarımkürələr qabığının müxtəlif şöbələri ilə əlaqələndirir. Beyin körpüsü
Beyincik. • Soxulcanabənzər çıxıntı ilə birilə birləşmiş iki kiçik yarımkürədən ibarətdir. • Boz maddə yarımkürələrin üzərinində qabıq əmələ gətirir, ağ maddə isə daxildə yerləşir. • Bədənin müvazinətinin saxlanmasında , yavaş iradi hərəkətlərin icrasında, cəld və dəqiq hərəkətlərin qorunmasında iştirak edir. Beyincik
Orta beyin. • Orta beyin üzərində dördtəpəli cisim yerləşir. • Dördtəpəli cismin yuxarı qabarları ilkin görmə, aşağı qabarları ilkin eşitmə siqnallarını qəbul edir. • Skelet əzələlərinin gərginliyini-tonusunu, duruş uzamanı bədən möhkəmliyinin saxlanmasını , işiq və səs qıcıqlarına qarşı səmt reflekslərini tənzimləyir. Orta beyin
Ara beyin. • • Hiss orqanlarından gələn məlumatlar təhlil olunur. Temperatur , maddələr mübadiləsini tənzim edir. Aclıq, susuzluq, qorxu hissi kimi sinir mərkələrinə malikdir. Yerimə, qaçma, üzmə və s. reflekslərə nəzarət edir. Ara beyin
Baş beyin yarımkürələri. • Üzərində şırımlar və qırışlar olan boz maddədən əmələ gəlmiş qabıqla örtülüdür. Qabığın altında ağ maddə yerləşir. • Qabıqda təqribən 12 -18 milyard neyron yerləşir. • Qabıqda hissi, hərəki və əlaqələndirici nahiyələr yerləşir. • İnsanın şüuru, psixoloji fəaliyyəti, iş qabiliyyəti qabığın nəzarəti altında olur. • İri şırımlar hər yarımkürəni alın, təpə, gicgah və ənsə paylarına bölür. Mərkəzi şırım Alın payı Yan şırım Gicgah payı Təpə payı Ənsə payı
Baş beyin yarımkürələri. • • Alın payında yazılı və şifahi nitq, iradi hərəkətlər, Təpədə dad və dəri-əzələ hissiyatı, Ənsədə görmə, Gicgahda eşitmə nahiyələri yerləşir. İradi hərəkətlər Davranış və hissi Eşitmə Dad və dəri-əzələ Görmə
I qrup. • Səhv cavabı müəyyənləşdirin. Nə üçün səhv olduğunu əsaslandırın. • Onurğa beyni yuxarıdan uzunsov beyin ilə birləşir, aşağıdan isə onurğanın oma nahiyəsində qurtarır. • Onurğa beyni ağ və boz maddədən təşkil olunub. • Onurğa beynin boz maddəsi qabıq qatını əmələ gətirir, ağ maddə isə qabığın altında yerləşir. • Onurğa beynindən 12 -cüt qarışıq sinir şıxır. • Onurğa beyni reflektor və ötürücü funksiya yerinə yetirir. • Onurğa beynin boz maddəsi ötürücü funksiya yerinə yetirərək baş beyinlə əlaqə yaranmasında iştirak edir. • Onurğa beyni baş beynin işinə nəzarət edir. • Onurğa beynin hər hansı bir hissəsi zədələnmiş insanlarda bütün reflekslər itir.
II qrup. • Dərslikdəki mətndən və paylama materiallarından istifadə etməklə, baş beynin hissəsini müəyyənləşdirin və cədvəli doldurun. Baş beyinin hissəsi 1. 2. 3. Funksiyası
III qrup. • Dərslikdəki mətndən və paylama materiallarından istifadə etməklə, baş beynin hissəsini müəyyənləşdirin və cədvəli doldurun. Baş beyinin hissəsi 1. 2. 3. Funksiyası
IV qrup. • Dərslikdəki mətni oxuyun. Oxlardan istifadə edərək aşağıda göstərilənlərin baş beyin yarımkürələrinin hansı payı ilə əlaqədar olduğunu müəyyənləşdirin və sağdakı boş xanalara həmin nahiyənin adını qeyd edin. A. Qidanın dadını ayıra bilirik A. B. İşığı görüb , ayırd edə bilirik B. C. Səsləri eşidib, ayırd edə bilirik C. D. Əsəblərimizi cilovlaya bilirik D. E. Gözüyumulu halda əşyaların formasını müəyyən edə bilirik E.
• Onurğa beynin funksiyalarının yerinə yetirilməsində ağ və boz maddənin rolu nədən ibarətdir? • Onurğa beynin hər hansı bir hissəsinin zədələnməsi nəyə səbəb ola bilər? • Baş beynin hissələri orqanizmin funksiyalarını necə tənzimləyir. • İnsanda baş beyin yarımkürələrinin hansı keyfiyyəti onu heyvanlardan tamamilə fərqləndirir?
Sinir sistemi Mərkəzi sinir sistemi Baş beyin Onurğa beyni Böyük yarımkürə Ara beyin Orta beyin Beyincik Uzunsov beyin Periferik sinir sistemi Somatik sinir sistemi Vegetativ sinir sistemi Simpatik Parasimpatik • Sinir sisteminin bir şöbəsi olan mərkəzi sinir sistemi insanda özünün ən yüksək inkişaf səviyyəsinə çataraq orqanizmin funksiyalarının tənzim edilməsində cox mühüm rol oynayır. • Beyin və işləyən orqanlar arasında ikitərəfli sinir əlaqəsinin saxlanması orqanizmin tam halda fəaliyyət göstərməsinin funksional əsasını təşkil edir. • Mərkəzi sinir sisteminin iştirakı ilə insan nəinki ətraf mühiti dərk edir, həm də onu fəal surətdə dəyişə bilir
Məsələ. Böyük beyin yanmkürələri qabığında olan sinir toxuması hüceyrələrinin 15%-i xarici təsirlərdən məhv olmuşdur. Böyük beyin yanmkürələri qabığında 14 milyard neyron olduğunu bilərək nə qədər peyk hüceyrəsi qaldığını hesablayın.
Məsələ. (həlli) 1 neyrona---10 peyk hüceyrəsi düşürsə, 14 milyard neyrona---140 milyard peyk hüceyrəsi düşər. Onda məhv olmuş peyk hüceyrələrin sayı aşağıdakı tənasüblə tapılır. 140 milyard----100% X----15% x=15*140/100=21 milyard (peyk hüceyrəsi) Qalan peyk hüceyrələrinin sayı: 140 milyard-21 milyard=119 milyard.
• Oxlardan istifadə edərək aşağıda göstərilənlərin baş beyinin hansı şöbəsi ilə əlaqədar olduğunu müəyyənləşdirin və sağdakı müvafiq boş xanalara həmin beyin hissəsinin adını qeyd edin. A. Qidanı çeynəmək A. B. Sərxoş adamlar kimi səndələyərək yerimək B. C. Ağıza qida düşdükdə ağız suyunun ifrazı D. Ürək döyüntülərinin artması E. Bədən temperaturunun sabit saxlanması F. Məsələ həll etmək C. D. E. F.
Qiymətləndirmə Qruplar Meyarlar I qrup III qrup IV qrup Tapşırığın düzgün yerinə yetirilməsi Tərtibat Təqdimetmə Əməkdaşlıq Yüksək Orta Zəif
Qiymətləndirmə � Nəticələr üzrə qiymətləndirmə. (İzahetmə, hesablama aparma) I səviyyə Mərkəzi sinir sisteminin iş mexanizmini çətinliklə izah edir II səviyyə Mərkəzi sinir sisteminin iş mexanizmini müəllimin suallarına əsasən izah edir Hesablamanı aparmaqda çətinlik müəllimin köməyi ilə çəkir aparır. III səviyyə IV səviyyə Mərkəzi sinir sisteminin iş mexanizmini izah edərkən kiçik qeyridəqiqliyə yol verir Mərkəzi sinir sisteminin iş mexanizmini faktlarla izah edir Hesablama apararkən kiçik səhvlər buraxır Hesablamanı tapşırığın şərtinə uyğun sərbəst aparır.
İstifadə olunmuş mənbələr. • • • Nüşabə Məmmədova, Brilyant Həsənova, Leyla Fətiyeva Biologiya. Ümumtəhsil məktəblərinin 8 -ci sinfi üçün dərslik-Bakı , ”Şərq-Qərb”Nəşriyyat Evi, 2015, 176 səh Nüşabə Məmmədova, Brilyant Həsənova, Leyla Fətiyeva Biologiya. Müəllim üçün metodik vəsait-Bakı , ”Şərq-Qərb”Nəşriyyat Evi, 2015, 176 səh Ədalət Fərəcov, Rəşad Səlimov, Rafiq Quliyev Biologiya 9. İnsan. Ümumtəhsil məktəbləri üçün dərslik. Bakı , Çaşıoğlu, 2014. -144 s http: //trust 4 me. com/wpcontent/uploads/2015/07/%D 0%BC%D 0%BE%D 0%B 7%D 0%B 3. jpg http: //www. merckvetmanual. com/media/pet/figures/DDD_dog_nervous_system. gif http: //philschatz. com/biology-book/resources/Figure_35_03_05. jpg http: //photo. tcw. ru/i/783/12/5899. jpg http: //ruback. ru/wp-content/uploads/2014/02/rd_2. jpg http: //www. doctors. am/sites/default/files/imce/doctors-am-reflex_2. jpg http: //ebiology. ru/wp-content/uploads/2010/06/golovnoimozg. jpg http: //www. osteohome. spb. ru/upload/images/structure_of_the_spinal_cord. gif
Diqqətinizə görə minnətdaram.
- Slides: 29