ARXIMED QANUNU Zngilan rayonu 11 sayl orta mktbin
ARXIMED QANUNU Zəngilan rayonu 11 saylı orta məktəbin fizika müəlliməsi Baxşəliyeva Diləfuruz
Sinif: 7. ØStandartlar : Ø 2. 2. 1. Maddələri mexaniki xassələrinə görə fərqləndirir. Ø 3. 2. 1. İş prinsipi fiziki hadisələrə əsaslanan qurgulardan istifadə edir. Ø 3. 2. 2. Fizika elminin inkişafında dünya alimlərinin roluna dair sadə məlumat təqdim edir. ØMövzu: Arximed qüvvəsi. ØMəqsəd: Dərsin sonunda şagird: Ø 1. Cismi mayeyə batırdıqda çəkisinin azalmasını sadə təctübələrlə nümayiş etdirir. Ø 2. Mayeyə (və ya qaza) batırılan cismə onun həcmi qədər sıxışdırıb çıxardığı mayenin ( və ya qazın) çəkisinə bərabər itələyici qüvvənin təsir etdiyini düsturla əsaslandırır. Øİnteqrasiya: İnf 2. 1. 2, H. B. 1. 1. 1, R. 5. 1. 1. , K. 1. 1. 1, K. 1. 2. 1. Øİş forması: qruplarla, fərd, kollektivlə iş. Øİş metodu: müzakirə, müsahibə, BİBÖ ØResurslar: Dərslik, elektron dərs vəsaiti, iş vərəqləri, dinamometr, bir neçə maye dolu qablar və müxtəlif avadanlıqlar. ØDərsin mərhələləri: ØŞagirdlər üç və ya dörd qrupa bölünür, qrupların adları mövzuya uyğun seçilir.
1. Keçmiş dərslə yeni dərs əlaqələndirmək məqsədi ilə suallar verilir: 1. Hansı qüvvələri tanıyırsınız? F ? M m F? F? F? 2. Qüvvə hansı cihazla ölçülür ? 3. Qüvvə vektorial , yoxsa skalyar kəmiyyətdir? 4. Çəki nədir? 5. Mayenin təzyiqi nədən asılıdır və necə hesablanır? su su 6. Bu mayelərin hansının göstərdiyi təzyiq böyükdür? yağ
2. Motiviasiya: 2 1
2. Tədqiqat sualları Top niyə suya batmadı? 1 -ci dinamometrdəki 4 N nəyin göstəricisidir? 2 -ci dinamometrdəki göstərişi niyə azaldı ? 3 -cü şəkildə cisimin suya batan hissələrinin müxtəlif olmasının səbəbi nə ola bilər?
3. Mübadilə Hər qrup ayrılıqda sulları iş vərəqlərində cavablandırıb təqdim edirlər. 4. Müzakirə Qrupların cavabları müzakirə olunub , nəticəyə gəlinir: nəticə kimi BİBÖ cədvəlinin 1 -ci və 2 -ci hissələri doldurulur. Bilirəm İstəyirəm bilim Cisimə maye və qazın içərisində itələmə qüvvəsi təsir edir. Cismə təsir edən itələmə qüvvəsi nədən asılıdır? Cisimin çəkisi maye daxilində necə dəyişir? Öyrəndim
5. Mövzunun aydın olmayan hissələri müəllim və şagirdlərdən müsahibə yolu ilə aydınlaşdırılır Cisimlərə maye və qaz daxilində təsir edən itələmə qüvvəsin qiymətini qədim yunan alimi Arximed tapmışdır. Arximed 287 -ci ildə Yunanıstanın Sirakuz şəhərində anadan olmuşdur. Onun təkcə fizika deyil , mexanika, riyaziyyat və digər sahələrdə böyük kəşfləri olmuşdur.
Arximed əfsanəsi müəllim tərəfindən izahla və ya slaydlar şəklində təqdim olunr. Sirakuz hökmdarı Giyeron zərgər tərəfindən hazırlanmış tacın həqiqətən qızıldan olduğunu yoxlamağı Arximedə tapşırır. . . Arximed vannaya girdikdə suyun vannadan töküldüyünü gördükdə fikirləşib ki, cisim mayedən öz batan hissəsinin həcmi qədər maye çıxarır. Bu qayda ilə tacın həcmin ölçüb və zərgərin hökmdari aldatdığını, yəni taca başqa maddə qatıldığını söyləyir və mükafat alır. V=
Mayenin içərisindəki cismə yan tərəflərdən edilən təzyiq və təzyiq qüvvələri eynidir. Aşağıdan edilən təziq hündürlük çox olduğundan yuxarıdan edilən təziqdən çoxdur. Bu təzyiq fərqinin nəticəsində itələmə qüvvəsi yaranır. Bu qüvvənin qiyməti Arximed qaununa görə tapılır. Bu qanuna görə: Cismə maye və qaz daxilində sıxışdırıb çıxardığı mayenin çəkisinə bərabər itələmə qüvvəsi təsir edir. Cisim, batan hissəsinin həcmi qədər maye sıxışdırıb çıxarır. Bu qanunun dogruluğunun təsdiqi kimi elektron dərs vəsaitindən Arximed qüvvəsinin tapılması təcrübəsi nümayiş etdirilir. = g= = g
Cisimin mayedə çəkisinin azalmasını təsdiq edən təcrübə nümayiş etdirilir. P= - Dərslikdə “Araşdırma 1” dəki təcrübə nümayiş etdirilir. Plastilin əvvəlcə düzbucaqlı formada , sonra kürə formasında mayeyə salınır və Arximed qüvvəsi ölçülür. Sübut olunur ki, Arximed qüvvəsi cisimin formasından asılı deyil.
Sonra izah olunur ki, cisimlərə qaz daxilində də itələyici qüvvə təsir edir. Hava şarlarının içərisndəki qazın sıxlığı havanın sıxlığından kiçik olmalıdır. Mümkünsə bu təcrübə oyuncaq şarlarla aparılır. Və yaxud salafan torbani ehmalca aralayıb içərisində alişqan yandırmaqla içərisindəki havanı seyrəldikdə torba yuxarı uçur. Bu təcrübəni aparmaq mümkündür.
İş prisipi Arximed qüvvəsinə əsaslanan cihaz, areometr haqqında məlumat verilir.
doldurulur si sə is h ü -c 3 in n li ə i BİBÖ cədv 6. Yekun nəticə kim Bilirəm İstəyirəm bilim Öyrəndim Cisimə maye və qazın içərisində itələmə qüvvəsi təsir edir. Cismə təsir edən itələmə qüvvəsi nədən asılıdır? Cisimin çəkisi maye daxilində necə dəyişir? 1. Cisimlərə maye və qaz daxilində təsir edən Arximed qüvvəsi mayenin sıxlığından və cisimin batan hissəsinin həcmindən asılıdır. 2. Arximed qüvvəsi cisimin maddəsinin şıxlığından , cisimin maye daxilindəki hündürlüyündən asılı deyil. 3. Cisimin çəkisi maye daxilində Arximed qüvvəsi qədər azalır.
7. Dərsin mənimsənilməsini yoxlamaq məqsədi ilə hər qrupa ayrılıqda iş vərəqlərində tapşırıqlar verilir. I qrup üçün suallar: 1. Cismi maye içərisində vəziyyətini dəyişdikdə Arximed qüvvəsi necə dəyişər? A) Artar B) Azalar C) Dəyişməz 2. Birinci qabda adi su, ikinci qabda duzlu su var. İkinci qabda niyə yumurtra suyun üzünə çıxıb? 3. Şəkildə mayelərin içərisindəki cisimlərdən hansına daha böyük Arximed qüvvəsi təsir edər? YA Ğ SU
II qrup üçün suallar: 1. Eyni maye içərisində olan cisimlərdən hansına təsir edən Arximed qüvvəsi böyükdür ? 2. Cisimə təsir edən Arximed qüvvəsi cismin mayenin içərisində yerləşdiyi hündürlükdən asılıdırmı? 3. Şəkildə həcimləri eyni və eyni maddədən hazırlanmış cisimlər tərəzinin müxtəlif qollarından asılmışdır. Cisimləri müxtəlif mayelərin(su və yağ, ) içərisinə saldıqda tərəzinin hansı qolu yuxarı qalxar?
III qrup üçün suallar. 1. Şəkildə həcimləri eyni olan polad və alminium kürələr eyni maye daxilindədir, onlara təsir edən Arximed qüvvələrini müqayisə edin. 2. Şəkildə həcimləri eyni və eyni maddədən hazırlanmış cisimlər tərəzilərdən asılmışdır. Cisimləri mayelərin içərisinə saldıqda hansı tərəzidə tarazlıq pozular? 3. Cisimə maye daxilində təsir edən Arximed qüvvəsi aşağidakı kəmiyyətlərin hansından asılı deyil? 1. Cisimin kütləsi, 2. Mayenin sıxlığı, 3. Cisimin mayeyə batırılmış hissəsinin həcmi, 4. Qabda mayenin hündürlüyü, 5. Cicimin sıxlıgı. A) 1, 2, 5 B) 2, 4, 5 C) 2, 3 D) 1, 4, 5
QİYMƏTLƏNDİRMƏ QRUPLAR MEYARLAR Cismi mayeyə batırdıqda ona təsir edən itələmə qüvvəsinin olduğunu təcrübələrlə nümayiş etdirir. Arximed qanununun doğruluğunu təcrübələrlə nümayiş etdirir. Cismi mayeyə batırdıqda çəkisinin azaldığını izah edir. Maye və qaz daxilində cismə təsir edən itələmə qüvvəsinin hesablanmasına aid məsələ həll edir. I II III
9. Ev tapşırığı : ın 1. Krossvordu tamamlay 1. Təzyiqi ölçən cihaz. E 2. Mayedə cismə tə sir edən itələmə qüvvəsini kəşf edən alim 6. 1. 3. Qüvvəni ölçən ci haz? 4. 6. Havasızlıq, çəkis izlik, boşluq anlayış ı R İ 4. = ? 5. Cismin dayağa gö stərdiyi təsir qüvvəs i V 5. 3 K A
2. Bundan əlavə, hər şagirdə aşa tərtib etmə ğıdakı möv k tapsırılır zuya uyğu : • Maye və q n test azda cismə təsir edən hesablanm itələmə qü ası. vvəsinin • Cismin m ayedə çəki sinin azalm • Arximed q ası. üvvəsinin hansı kəmi • İş prinsipi yət Arximed q üvvəsinə ə lərdən asılı olması. saslanan ci haz.
- Slides: 20