Ankara mktbi mktbliseyin 7 B sinif agirdi Qdirzad
«Ankara məktəbi» məktəb-liseyin 7 B sinif şagirdi Qədirzadə Ayxan Mövzu: Atropatena dövləti
Atropatena dövləti Dövlətin yaranması. Makedoniyalı İsgəndər Əhəməni hökmdarı III Daranı məğlub etdikdən sonra burada yerli hakimlərdən canişinlər təyin etdi. Bu canişinlərdən biri də Midiya satrapı Atropat idi. Midiyada makedoniyalılara qarşı üsyan baş verdi. Üsyanın başçısı Bariaks adlı şəxs idi. Atropat üsyanı yatırdı və Bariaksı əsir alaraq İsgəndərə təhvil verdi. Bununla da İsgəndərin etimadını qazandı. İsgəndər Atropatın qızı ilə sərkərdəsi Perdikkinin nikahını kəsdirdi. Perdikki ilə qohumluq Atropatın mövqeyini daha da möhkəmləndirdi. Makedoniyalı İsgəndərin ölümündən sonra onun yaratdığı imperiya parçalandı, ayrı-ayrı müstəqil dövlətlər yarandı. Bu dövlətlərdən biri də Atropatena idi. E. ə. 321 -ci ildə Atropat müstəqil dövlətin hökmdarı oldu.
Təsərrüfat. Atropatenada əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq idi. Əkinçilikdə buğda və arpa üstünlük təşkil edirdi. Ölkənin dağlıq ərazilərində mal-qara sürüləri, at ilxıları saxlanılırdı. Qoyunçuluq toxuculuğun inkişafına zəmin yaradırdı. Ölkənin zəngin faydalı qazıntı yataqlarından mis, dəmir, qızıl, gümüş və s. çıxarılırdı. Bu isə sənətkarlığın silahqayırma, zərgərlik və digər sahələrinin inkişafına səbəb oldu. Sənətkarlar metal və gil qablar, silahlar, toxuculuq məhsulları, bəzək şeyləri və s. hazırlayırdılar. Ticarətdə puldan geniş istifadə olunurdu. Atropatena ərazisində tapılan ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilmişdir. Atropatenada neft yataqları var idi. Nefti «Midiya yağı» adlandırırdılar. Ondan hərb işində istifadə olunurdu.
Dairələr olan ərazilərdə hansı Atropatena şəhərləri yerləşir?
Atropatena dövlətinə aid olanları seçin. Paytaxtı İzirtu şəhəri idi. E. ə. 321 -ci ildə Atropat müstəqil dövlətin hökmdarı oldu. Əhalisi türkdilli və Qafqazdilli tayfaların birliyindən ibarət idi. Ölkənin paytaxtı Qəbələ şəhəri idi. Paytaxtı Qazaka şəhəri idi. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq idi.
Atropatenanın əhalisi kimlər idi? Sxemi tamamla. Müqlər Turkdilli tayfalar Maqlar Kaspilər Kadusilər Mataylar
Tapın. Atropatenanın yaranması 10 A)Əhəmənilər dövlətinin süqutu B)II Kirin hakimiyyətə gəlməsi C)Qavqamel döyüşü D)Manna dövlətinin süqutu 321+10=331
Xronologiyanı tamamlayın. E. ə 223 -cü il – Selevkilər dövlətində hakimiyyətə gələn III Antiox qonşu əraziləri işğal etmək üçün yürüşlərə başladı. E. ə 190 -cı il – Maqneziya adlı yerdə romalılar Selevkiləri məğlubiyyətə uğratdılar. E. ə 53 -cü il – Roma—Parfiya müharibəsi oldu. E. ə 38 -ci il – Roma sərkərdəsi Antoni Parfiya üzərinə hücuma keçdi. B. e 20 -ci il – Atropatena Parfiyanın (Arşakilərsülaləsinin) hakimiyyəti altına düşdü.
Səhvləri tapın. E. ə. III əsrin sonlarında Roma ilə Atropatena arasında münasibətlər daha da kəskinləşdi. E. ə. 54 -cü ildə Roma —Atropatena müharibəsi oldu. Bu müharibədə romalılar məğlubiyyətə uğradılar. Həmin müharibədə Albaniya dövləti Parfiyanın tərəfində idi. E. ə. 48 -ci ildə Albaniya sərkərdəsi Antoni Atropatena üzərinə hücuma keçdi. Albanlar qalib gəldilər. Bundan sonra Antoni Atropatenanın mərkəzi şəhərlərindən biri olan Fraaspaya hücum etdi. Şəhər yaxşı müdafiə olunurdu. Ona görə də uzunsürən mühasirə heç bir nəticə vermədi. Romalılar geri çəkildilər. Bu döyüşlərdə Antoni 40 min nəfərə yaxın əsgər itirdi və Atropatenanı tərk etməyə məcbur oldu.
Cavab E. ə. I əsrin ortalarında Roma ilə Parfiya arasında münasibətlər daha da kəskinləşdi. E. ə. 53 -cü ildə Roma —Parfiya müharibəsi oldu. Bu müharibədə romalılar məğlubiyyətə uğradılar. Həmin müharibədə Atropatena dövləti Parfiyanın tərəfində idi. E. ə. 38 -ci ildə Roma sərkərdəsi Antoni Parfiya üzərinə hücuma keçdi. Romalılar qalib gəldilər. Bundan sonra Antoni Atropatenanın mərkəzi şəhərlərindən biri olan Fraaspaya hücum etdi. Şəhər yaxşı müdafiə olunurdu. Ona görə də uzunsürən mühasirə heç bir nəticə vermədi. Romalılar geri çəkildilər. Bu döyüşlərdə Antoni 35 min nəfərə yaxın əsgər itirdi və Atropatenanı tərk etməyə məcbur oldu.
Boşluqları doldurun. Atropatena və Selevkilər. . . . . vəfatından sonra yaranan dövlətlərdən biri də . . . . idi. . . ildə Selevkilər dövlətində hakimiyyətə gələn. . . . . qonşu əraziləri işğal etmək üçün yürüşlərə başladı. O, . . . . yenidən asılı vəziyyətə saldı. Bu zaman. . . hövzəsində qüdrətli . . yaranmışdı. Roma dövləti öz hakimiyyətini daha böyük ərazilərə yaymağa çalışırdı. Ona görə də Selevkilərlə. . . . . arasında müharibələr baş verirdi. E. ə. . . . . adlı yerdə romalılar Selevkiləri məğlubiyyətə uğratdılar. Selevkilər dövləti parçalandı. Atropatena dövləti Selevkilərdən ayrılıb yenidən müstəqil oldu.
Cavab Atropatena və Selevkilər. Makedoniyalı İsgəndərin vəfatından sonra yaranan dövlətlərdən biri də Selevkilər dövləti idi. E. ə. 223 -cü ildə Selevkilər dövlətində hakimiyyətə gələn III Antiox qonşu əraziləri işğal etmək üçün yürüşlərə başladı. O, Atropatenanı yenidən asılı vəziyyətə saldı. Bu zaman Aralıq dənizi hövzəsində qüdrətli Roma dövləti yaranmışdı. Roma dövləti öz hakimiyyətini daha böyük ərazilərə yaymağa çalışırdı. Ona görə də Selevkilərlə Roma dövləti arasında müharibələr baş verirdi. E. ə. 190 -cı ildə Maqneziya adlı yerdə romalılar Selevkiləri məğlubiyyətə uğratdılar. Selevkilər dövləti parçalandı. Atropatena dövləti Selevkilərdən ayrılıb yenidən müstəqil oldu.
Sxemi tamamla. Atropatenada təsərrüfat Əkinçilikdə buğda və arpa üstünlük təşkil edirdi. Ölkənin dağlıq ərazilərində mal-qara sürüləri, at ilxıları saxlanılırdı. Qoyunçuluq toxuculuğun inkişafına zəmin yaradırdı. Əhalinin məşğuliyyəti Atropatenada əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq idi. Əkinçilikdə buğda və arpa üstünlük təşkil edirdi. Sənətin hansı sahələri inkişaf tapmışdı? Ölkənin zəngin faydalı qazıntı yataqlarından mis, dəmir, qızıl, gümüş və s. çıxarılırdı. Bu isə sənətkarlığın silahqayırma, zərgərlik və digər sahələrinin inkişafına səbəb oldu. Ticarətdə istifadə olunan pullar Hərb işində istifadə olunan faydalı qazıntı Ticarətdə puldan geniş istifadə olunurdu. Atropatena ərazisində tapılan ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilmişdir. Atropatenada neft yataqları var idi. Nefti «Midiya yağı» adlandırırdılar. Ondan hərb işində istifadə olunurdu.
«Atropatenada memarlığın inkişafı» cədvəlini tamamla. Şəhərlər salınırdı. Kimlər tərəfindən Əhatə olunurdu Karvan yolları Ayrı-ayrı Karvan üzərində və hökmdarlar yolları məbədlərin tərəfindən boyunca ətrafında Əhalinin məşğuliyyəti Sənətkarlıq, əkinçilik və maldarlıq
Cədvəlləri tamamla. Atropatena şəhərləri Qazaka Fraaspa Fanaaspa Aqnazana Atropatena şəhərləri haqqında yazmışlar Strabon Ptolomey Plutarx
1)Atropatnanın paytaxtı 4)Atropatena şəhəri 2)Atropatena hökmdarı 5)E. ə 38 -ci ildə Parfiya üzərinə hücum edən və qalib gələn Roma sərkərdəsi 3)Atropatenada yaşamış tayfa Q A Z A K A T R O P A T Q A N N S T A Z P İ O N A N İ A
son
- Slides: 17