Almas ldrm 1907 ci il mart aynn 25

  • Slides: 6
Download presentation
Almas İldırım 1907 -ci il mart ayının 25 -də Bakının Qala kəndində anadan olmuşdur.

Almas İldırım 1907 -ci il mart ayının 25 -də Bakının Qala kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə mənsubluğu onu sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric edilmişdir. 1926 -cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bugün" adlı şeir məcmuəsinin müəllifi olur. 1928 -də şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün edilir. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir? " adlı şeirlərini yazır. 1930 -cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Azərbaycandan Aşqabada göndərilən bir QPU agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlmişdi ki, "A. İldırım ideolojimiz üçün zərərli bir insandır. . . ". Bundan sonra Türkmənistanda qalmaq Almas İldırım üçün təhlükəli idi və 1933 -cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur. Sərhəd gözətçilərinin və kömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İran torpağına çatırlar. Almas İldırım dərhal həbs olunur. 25 gün dustaqda qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür. Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. 1934 -cü ildə Almas İldırım Türkiyə vətəndaşlığına qəbul edildi. Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif ölkələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışmışdır. 1952 -ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olmuşdur. Bakının Şüvəlan kəndində, Almas İldırımın adını daşıyan küçə vardır. 1991 -cü ildə şairin oğlu Azərbaycana baş çəkərkən qəflətən vəfat edir və Abşeronun Şüvəlan kəndində dəfn olunur.

Almas Yıldırım Əsr Azərbaycanım. . .

Almas Yıldırım Əsr Azərbaycanım. . .

Əsir Azərbaycanım. . . Harda məni gül qoynunda doğuran, Xamırımı göz yaşıyla yoğuran, Beşiyimdə

Əsir Azərbaycanım. . . Harda məni gül qoynunda doğuran, Xamırımı göz yaşıyla yoğuran, Beşiyimdə "layla balam!" çağıran Azərbaycan, mənim baxtsız anam oy!. . . Neçə ildir həsrətində yannam oy!. .

 • Salam desəm, rüzgar alıb götürsə, Ağrı dağdan Alagözə ötürsə, Gur səsimi göy

• Salam desəm, rüzgar alıb götürsə, Ağrı dağdan Alagözə ötürsə, Gur səsimi göy Xəzərə yetirsə, Xəzər coşub zəncirini qırsa oy!. . Hökm etsə, bu sərsəm gediş dursa oy!. .

 • Xəbər alsam Muğanımdan, Milimdən, Nazlı Bakım, o neft qoxan gülümdən, Kim demiş

• Xəbər alsam Muğanımdan, Milimdən, Nazlı Bakım, o neft qoxan gülümdən, Kim demiş ki, düşmüş adı dilimdən? ! Azərbaycan, mənim eşsiz yurdum oy!. . . Ölməz eşqim, içimdəki dərdim oy!. .

 • Könlümə tək Kəbə yapdım səni mən, Sənsiz neylim qürbət eldə günü mən,

• Könlümə tək Kəbə yapdım səni mən, Sənsiz neylim qürbət eldə günü mən, Sənsiz neylim Allahı mən, dini mən, Azərbaycan, mənim tacım, taxtım oy!. . . Oyanmazmı kor olası baxtım oy? !