agirdlr vtnprvrlik trbiysinin alanmasi Azrbaycan xalq hmi z
Şagirdlərə vətənpərvərlik tərbiyəsinin aşılanmasi. Azərbaycan xalqı həmişə öz vətənini sevmiş, onun uğrunda hər cür qəhrəmanlığa, mübarizəyə hazır olmuşdur. Axı biz qəhrəman bir xalqın övladlarıyıq. Vətən müqəddəsdir. Biz onun təbii nemətleri ilə böyüyüb boya-başa çatırıq. Əsrlər boyu yağı düşmən doğma yurdumuzun barlı-bərəkətli torpaqlarına , tükənməyən sərvətinə göz dikmiş, nemətlərimizi talamışdır. Lakin yenə əyilməmişik, sınmamışıq, özümüzdə inam hissi aşılayaraq gələcəyə açıq gözlə baxmışıq. Mərd oğullarımıza qızlarımıza güvənmişik. Vətənimizə layiqli övlad, sədaqətli vətəndaş olmuşuq.
Bayraq mənliyimdir, bayraq kimliyim. Bayraq öz yurduma öz hakimliyim.
Vətənpərvər insan özü üçün deyil, vətənin gələcəyi üçün, xalq üçün yaşayandır. Gənc nəslin sağlam, düşüncəli böyüməsi üçün cəmiyyətin hər bir ziyalısı, valideyni bu işi görməyə borcludur və məsuldur. Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin rolu böyükdür. İlk tərbiyə ailədən başlayır. Çalışaq ki, gələcək nəslin sağlam ailəsi olsun.
S. Vurğunun “ Azərbaycan” şeiri vətənpərvərlik mövzusunda yazılmış ən dəyərli sənət əsərlərindən biridir.
Halal olsun sənə Vətən çörəyi, Halal olsun sənə xalqın əməyi. Yazdın yaddaşlara silinməz bir iz, Qəbrin nurla dolsun sənin, Mübariz.
Məmməd Araz xalqımızın dəyərli vətənpərvər şairidir.
Əhməd Cavad azadlıq və istiqlal ideyalarını tərənnüm edən, şeirləri ilə ədəbiyyatımızda özünə məxsus yer tutan milli ruhlu sənatkardır.
Almas İldırım Azərbaycanı böyük məhəbbətlə sevən , lakin ondan uzaqlarda , qürbət ellərdə yaşayib-yaratmağa məcbur olan nakam şairimizdir. Onun lirik, əsərlərində Azərbaycanın tərənnümü , vətənin ləyaqətli övladlarınin başına gələn min bir faciə, qürbətdə kecirdyi həsrət duyğuları aparıcı yer tutur.
Dumanlı dağların yaşıl qoynunda Bulmuş gözəllikdə kamalı Göy göl.
Xəlil Rza Ulutürk Azərbaycanın istiqlalı uğrunda mübarizəni öz yaradıcılıq və vətəndaş amalına çevirən, bütün həyatını bu işə həsr edən görkəmli sənətkardır.
Vətənpərlik tərbiyəsi bu günün çox vacib məsələlərindən biridir. Azərbaycan sənsən mənim Ülviyyətim , şanşöhrətim
Anadan olmasınının 90 iliyini qeyd etdiyimiz filosofşair B. Vahabzadə ədəbiyyatımızın görkəmli simalarından biridir. `
Rayonumuzun müharibə veteranları və əlil döyüşçüləri ilə söhbətlər aparmaq çox faydalıdır. Aqillər demişlər ki, keçmişə güllə atsan, gələcək səni topa tutar. Keçmişi yada salmayanın, unudanın gələcəyi olmaz. Hərb tariximizi, qanlı keçmişimizi, xalqımızın keşməkeşli həyatını unutmaga bizim mənəvi haqqımız yoxdur. Uşaqlarımızı sevək, onları hərtərəfli biliyə, bacarığa sahib olan vətəndaş kimi böyüdək. Qanımdır, canımdır Azərbaycanım. Adımdır, şanımdır Azərbaycanim.
BAXDIGINIZA GÖRƏ ÇOX SAĞ OLUN.
- Slides: 18